Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə144/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   140   141   142   143   144   145   146   147   ...   197

www.vivo-book.com 

 

720 



həzzindən də məhrum olacağam – ah, axı o cavan markizin 

nəyi kəmdi? Ağlı, ad-sanı, var-dövləti... Sonra mənim bütün 

həyatım  təəssüflərlə  keçəcək.  Amma  təbii  ki,  bu  qıza  görə 

yox,  dünyada  bəyəm  gözəl  qız  azlığıdı?  Amma  Ģərəf  bircə 

dənə olur – qoca don Diyeqo belə deyirdi. Ġndi də belə çıxır 

ki, mən qarĢıma çıxan ilk təhlükədən qaçıram. Çünki cənab 

de  Bovuaziylə  duelə  çıxmaq  –  əyləncədən  baĢqa  bir  Ģey 

deyildi.  Bu  isə  tamam  baĢqa  məsələdir.  Burada  hansısa 

xidmətçi  məni  sərçə  kimi  vurub  öldürə  bilər,  daha  pisi, 

biabır  eləyə  bilər.  Hə,  əzizim,  zarafat  deyil.  Burada  sənin 

Ģərəfindən  söz  gedir.  Sənin  kimi  kasıb,  qəddar  taleyin  düz 

həyatın dibinə atdığı oğlanın üzünə bir də heç vaxt belə uğur 

gülməyəcək.  Uğur  bəlkə  də  gülə  bilər,  amma  beləsi  –  heç 

vaxt!” 


Jülyen  otağında  o  baĢ-bu  baĢa  gəziĢib,  arada  qəfildən 

dayanaraq,  uzun-uzun  düĢündü.  Onun  otağına  kardinal 

RiĢelyenin  gözəl  mərmər  büstünü  qoymuĢdular  –  oğlan 

arada bu büstə baxırdı. Ġndi lampanın iĢıqlandırdığı büst ona 

nəsə  sərt-sərt  baxır,  elə  bil  əsl  fransıza  xas  olan  cəsarəti 

göstərə bilmədiyinə görə onu qınayırdı.  




www.vivo-book.com 

 

721 



Jülyen büstə baxdı: 

 “Böyük insan, indi sənin vaxtların olsaydı, məgər mən 

tərəddüd edərdim?” 

Nəhayət o öz-özünə dedi: 

“Lap  ən  pis  ehtimalı  nəzərə  alaq  –  deyək  ki,  sevgi 

söhbəti  tələdi.  Amma  bu  məsələ  axı  qız  üçün  də  biabırçı 

nəticə  verə bilər. Onlar  yaxĢı bilirlər ki, mən  susacaq  adam 

deyiləm.  Məni  ancaq  öldürmək  olar.  Bütün  bunlar  min  beĢ 

yüz yetmiĢ dördüncü ildə, Bonifas de La-Mollun vaxtlarında 

maraqlı  görünə  bilərdi.  Amma  indiki  de  La-Mollar  belə 

Ģeylərə  cəsarət  eləyə  bilməzlər.  Bunlar  elə  adam  deyillər. 

Həndəvərdə  hamı  madmazel  de  La-Molla  həsəd  aparır. 

Onun rüsvayçılığı səhər bütün salonlara çata bilər. Hamı bu 

məsələni necə acgözlüklə, həvəslə müzakirə eləyər! Bu evin 

xidmətçiləri  artıq  qızın  mənə  diqqət  göstərməsini  müzakirə 

eləyirlər, özüm eĢitmiĢəm. Bir tərəfdən də məktublar. Onlar 

yəqin  bilirlər  ki,  mən  bu  məktubları  özümlə  gəzdirirəm. 

Buna görə də məni qızın otağına çəkirlər. Otağa girən kimi 

üstümə  atılıb,  məktubları  əlimdən  alacaqlar.  Yəqin  otaqda 

məni  üç,  ya  da  dörd  adam  gözləyəcək.  Kim  bilir?  Amma 




www.vivo-book.com 

 

722 



onlar  bu  qədər  adamı  hardan  tapacaqlar?  Məgər  Parisdə 

etibarlı  xidmətçilər  tapmaq  asandı?  Məhkəmədə  onların 

hamısı  qorxudan  tir-tir  əsəcək.  Lənətə  gələsiniz.  Bunlar 

özləri də gələ bilərlər – Kelyuslar, Kruazenualar, de Lyuzlar. 

Mən axmaq kimi onların qarĢısında dayananda bundan necə 

həzz alacaqlar?! Abelyarın aqibətindən qorxun, cənab katib! 

Deməli  belə,  cənablar?  Mən  elə  eləyərəm  ki,  sizdə  də  bu 

rüsvayçılığın izi qalsın, Farsal yaxınlığındakı Sezar əsgərləri 

kimi,  mən  düz  sizin  sifətinizə  vuracağam...  Məktublarısa 

gizlətməyə yaxĢı yer taparam!”  

Jülyen  axırıncı  iki  məktubun  üzünü  köçürüb,  onlardan 

birini Volterin kitabxanadan götürdüyü nəfis cildli kitabının 

cildində gizlətdi, əslinisə öz əliylə poçta apardı.  

Evə qayıdanda qəfildən dəhĢətlə öz-özünə dedi: 

“Ġlahi, mən neynirəm! Axı bu çox axmaq iĢdi!”  

Bu vaxta qədər o bu gecə nələrlə üzləĢə biləcəyi barədə 

düĢünməmiĢdi.  

“Amma  mən  imtina  eləsəm,  sonra  hamı  məni  ələ 

salacaq.  Sonra  ömrüm  boyu  Ģübhələnəcəm,  busa  mənim 

üçün  ölümdən  betərdi.  O  vaxt  mən  Amandanın  sevgilisinə 




www.vivo-book.com 

 

723 



görə  necə  əzab  çəkdim!  Mən  özümə  ən  qatı  cinayəti  də 

bağıĢlaya  bilərəm,  nəinki  belə  bir  Ģeyi  etiraf  eləməyi.  Bu 

necə  ola  bilər  axı?  Tale  mənə  görünməmiĢ  xoĢbəxt  bir 

təsadüf  göndərir,  məni  kütlədən  seçir,  Fransanın  ən  məĢhur 

soyadlarından  birini  daĢıyan  adama  rəqib  eləyir,  mənsə  bu 

fürsəti  boĢa  verirəm.  Bəli,  bu  fürsəti  əldən  vermək 

qorxaqlıqdır.  Deməli,  getmək  qərarını  verməliyəm!  Özü  də 

ortada  belə  bir  gözəl  qız  var  –  Jülyen  qıĢqırdı.  –  Əgər  bu 

oyun  deyilsə,  görün  o  mənim  üçün  nə  qurbanlar  verməyə 

hazırdı!  Lənət  Ģeytana,  əgər  bunlar  oyundusa  da,  bunu 

ciddiləĢdirmək mənim iĢimdi və mən bunu eləyəcəm. Birdən 

otağa girən kimi üstümə atılıb, əl-qolumu bağlasalar? Birdən 

ora nəsə tələyə oxĢar bir Ģey qoysalar?” 

Oğlan güldü: 

 “Axı bu, duel kimi bir Ģeydi. Bütün zərbələrin qarĢısını 

almaq olar, amma mənim qılıncoynatma müəllimimin dediyi 

kimi,  tanrı  elə  eləyir  ki,  duelə  çıxanlardan  biri  qalib  gəlir. 

Əlqərəz, onlara qarĢı duracaq gücüm var. 




www.vivo-book.com 

 

724 



Bunu  deyib,  cibindən  tapançaları  çıxartdı.  Hərçənd, 

otapançalar bir  müddət  əvvəl  doldurulsa  da,  yenidən onları 

bir də boĢaldıb-doldurdu.  

Hələ  xeyli  vaxt  vardı  və  nəsə  bir  iĢlə  məĢğul  olmaq 

mümkün  idi.  Jülyen  oturub,  dostu  Fukeyə  məktub  yazdı: 

“Əziz  dostum,  burda  gizlətdiyim  məktubu  mənim  baĢıma 

nəsə qeyri-adi bir iĢ gəldiyi halda açarsan. Məktubu açandan 

sonra  sənə  göndərdiyim  əlyazmadan  öz  adını  pozaraq, 

səkkiz nüsxəsini çıxart və Marsel, Bordo, Lion, Brüsseldəki 

bütün qəzetlərə göndər. On gündən sonra bu əlyazmanı açıb, 

ilk nüsxəsini markiz de La-Molla, iki həftədən sonrasa qalan 

nüsxələri gecəykən Veryer küçələrinə səpələyərsən”.  

BaĢına  nəsə  qəribə  bir  iĢ  gələcəyi  təqdirdə,  Fukenin 

açmalı  olduğu  bu  balaca  müdafiə  məktubunda  Jülyen 

çalıĢmıĢdı ki, madmazel de La-Mollun təmiz adını mümkün 

qədər  qorusun  –  amma  oğlan  öz  vəziyyətini  dəqiq  təsvir 

eləmiĢdi.  

Nahara  çağıran  zəng  çalınanda,  Jülyen  məktubunu 

təzəcə  möhürləmiĢdi.  Oğlanın  ürəyi  çırpındı.  Məktubu 

yazanda  ağlına  gətirdikləri  onu  məcbur  eləyirdi  ki,  üzünə 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə