www.vivo-book.com
800
Zati-aliləri üzünüzə baxan kimi, siz cibinizdən mənim
saatlarımı çıxaracaqsınız – alın, səfər boyu bu saatlar sizdə
olacaq. Götürün, onlar sizdə qalsın, özünüzünkünüsə mənə
verin.
Hersoq sizin indi əzbərləyəcəyiniz, sonra ona diktə
eləyəcəyiniz dördsəhifəlik mətni özü qeyd edəcək.
Bunları eləyəndən sonra – nəzərə alın ki, mütləq bunlar
baĢ verəndən sonra –zati-aliləri sizdən iĢtirak elədiyiniz iclas
barədə nəsə soruĢsa, ona ətraflı cavab verərsiniz.
DüĢünürəm ki, yolboyu darıxmayacaqsınız, çünki Parislə
nazirin iqamətgahı arasında siz abbat Soreli güllələmək
istəyən bir neçə adamla qarĢılaĢacaqsınız. Əgər bu baĢ tutsa,
düĢünürəm ki, bizim iĢimiz əməlli-baĢlı uzanacaq, axı biz
sizin ölümünüzdən necə xəbər tutacağıq? Nə qədər fədakar
olsanız da, bu xəbəri özünüz mənə verə bilməyəcəksiniz.
Təcili gedib, özünüzə kostyum alın – markizin səsi
yenə ciddiləĢdi. – Köhnə, məsələn, iki il əvvəlin dəbiylə
geyinin. Bu axĢam siz öz geyim-keciminizə fikir verməyən
adam
təsiri
bağıĢlamalısınız. Yoldasa siz həmiĢə
göründüyünüz kimi görünməlisiniz. Bu sizi təəccübləndirir?
www.vivo-book.com
801
Mən sizin artıq nədənsə Ģübhələndiyinizi görürəm. Bəli,
dostum, bir azdan nitqinə qulaq asacağınız hörmətli
adamlardan biri sizin barənizdə lazım olan yerlərə məlumat
verməyə qadirdir – bundan sonra sizi Ģam eləmək üçün
dayandığınız qonaqpərvər bir karvansarayda zəhərləmək bir
anın iĢidir.
– Bəlkə otuz lye verib, dolayı yolla gedim, – Jülyen
dedi. – Yanılmıramsa, söhbət Romadan gedir.
Markiz elə özündən razı və təkəbbürlü bir sifət aldı ki,
Jülyen Breleo hadisəsindən sonra beləsini görməmiĢdi.
– Cənab, bunu siz mən lazım biləndə öyrənəcəksiniz.
Mənim suallardan xoĢum gəlmir.
– Bu sual deyildi, – Jülyen çılğınlıqla etiraz elədi. –
Sizə and içirəm ki, cənab, mən özüm üçün daha təhlükəsiz
bir yol axtarırdım.
– Hə, deyəsən, sizin fikirləriniz haralardasa uzaqlarda
dolaĢır. Yaddan çıxartmayın ki, sizin yaĢınızda olan bir
qasid kiminsə tam inandığı adam təsiri bağıĢlamamalıdı.
Jülyen bərk pərt oldu – o doğrudan da axmaqlıq
eləmiĢdi. Onun qüruru özünə bəraət axtarır və tapa bilmirdi.
www.vivo-book.com
802
– Bunu da nəzərə alın ki, – markiz de La-Moll əlavə
elədi – insan nəsə axmaqlıq eləyən kimi, o dəqiqə bunu
yaxĢı məqsədlə elədiyini deyərək, özünə bəraət
qazandırmağa çalıĢır.
Bir saatdan sonra Jülyen artıq olduqca miskin
vəziyyətdə markizin qarĢısında dayanmıĢdı: onun əynində
köhnə dəblə tikilmiĢ kostyum, qəribə bəyazlığı olan qalstuk
vardı və oğlan bu paltarda yorğun kənd müəlliminə
oxĢayırdı.
Onu bu halda görən markiz qəhqəhə çəkib güldü və
Jülyenin bu hoqqasını ürəkdən təqdir elədi.
“Bu cavan oğlan da mənə xəyanət eləsə, onda daha
kimə inanmaq olar? – markiz düĢündü. – ĠĢ görəndəsə
mütləq kiməsə etibar eləməli olursan. Mənim oğlum və
onun dostları da bu cavan oğlan kimidilər, onların da
cəsurluğu və sədaqəti ölçüyə gəlməz. Əgər vuruĢmaq lazım
gəlsə, onlar kral taxtının yanına çatana, orada yıxılana qədər
canlarını və qanlarını əsirgəmədən vuruĢmağa hazırdılar.
Amma bu oğlanın indi elədiyinə hazır ola bilməzdilər. Lənət
Ģeytana, məgər onların arasında dördsəhifəlik mətni
www.vivo-book.com
803
əzbərləmək və min bir fəndlə yüzlərlə lye qət edib, baĢqa
ölkəyə getməyə qadir olan adam tapmaq mümkündürmü?
Norber öz ulu babaları kimi düĢünmədən ölümə gedər,
amma nə olsun, istənilən əsgər də buna hazırdı”.
Markiz bərk fikrə getdi:
“Bu Sorel elə ölümə də onun kimi, düĢünmədən
gedərdi”.
Sonra sanki beynindəki xoĢagəlməz fikirləri qovmağa
çalıĢaraq, dedi:
– Hə, vaxtdı, gedək.
– Cənab, – Jülyen dedi, – bu kostyum tikilən ərəfədə
mən “Kotidyen”in bugünkü nömrəsini əzbərləmiĢəm.
Markiz qəzeti əlinə götürdü və Jülyen bir sözdə də
iliĢmədən qəzetdəki mətni əzbərdən dedi.
– Əla – bu axĢam özünü əsl diplomat kimi aparan
markiz öz-özünə dedi. – Ən azı, bu oğlan indi getdiyimiz
küçələrə fikir vermir.
Onlar böyük, olduqca boz havası olan bir qonaq otağına
girdilər. Salonun bəzi hissələri taxta dirəklərlə, bəzi hissələri
yaĢıl məxmərlə iĢlənmiĢdi. Qonaq otağının ortasında
www.vivo-book.com
804
qaĢqabaqlı xidmətçi oğlan ziyafət masasını qaydaya salırdı.
Bir azdan oğlanın bacarıqlı əlləri hansısa nazirliyin köhnə-
küləsi olan, üstü mürəkkəb ləkəli yaĢıl mahud örtüyün
köməyilə ziyafət masasını böyük yazı masasına çevirdi.
Ev sahibi ucaboylu, qeyri-adi dərəcədə yorğun adam
idi. Söhbət əsnasında onun adı bircə dəfə də çəkilmədi.
Jülyenin müĢahidəsinə görə belə bədəni və danıĢığı olan
adamın fikri-zikri ancaq özünün həzm sisteminin yanında
ola bilərdi.
Jülyen markizin iĢarəsini anlayaraq, masanın lap
ucunda özünə yer elədi. Uyğun görünüĢü almaq üçün o
özünü karandaĢların ucunu yonurmuĢ kimi göstərməyə
çalıĢdı. Oğrun-oğrun baxanda, masa arxasında yeddi adamın
oturduğunu gördü – amma oğlan bu adamların ancaq
kürəyini görürdü. Onlardan ikisi özlərini cənab de La-Molla
bərabərhüquqlu adamlar kimi tuturdular, qalanlarısa ona ya
daha çox, ya da daha az ehtiramla yanaĢırdılar.
Otağa daha bir cənab daxil oldu – xidmətçi onun
gəliĢini elan eləmədi.
Dostları ilə paylaş: |