www.vivo-book.com
107
səhər saatları bir an kimi keçirdi və hər ikisi də bundan
olduqca Ģənlənirdi.
Bu səfəri zamanı iti ağıla malik xanım Dervil xalası
qızını həmiĢəki kimi Ģən görməsə də, xeyli xoĢbəxt gördü.
Jülyensə öz növbəsində kəndə gələndən bəri özünü
uĢaq kimi xoĢbəxt hiss eləyir və bütün günü uĢaqlara
qoĢulub kəpənək dalınca qaçırdı. O, həmiĢə təmkinini
qorumalı, çox qəliz və müəmmalı siyasət həyata keçirməli
olmuĢdu, amma burada, yad gözlərdən, nəzarətdən uzaqda
oğlan xanım Renalın qarĢısında fitri qorxu hiss eləmir və bu
yaĢlarda olan gəncin dünyanın ən gözəl dağlarının qoynunda
asanca hiss elədiyi xoĢbəxtliyini yaĢayırdı.
Jülyen elə ilk gündən xanım Dervili dost kimi qəbul
elədi, ona qoz ağaclarının altına qədər uzanıb gedən yolun
axırından baxanda görünən mənzərəni göstərməyə tələsdi.
Ġnsafən, bu mənzərə Ġsveçrə və Ġtaliyadakı göllərin
mənzərəsindən heç də pis deyil, hətta bəlkə daha gözəl idi.
Əgər bu yerin iki addımlığından baĢlayan dik dağ
yamacına qalxsanız, qarĢınıza dikdirində düz çaya qədər
palıd meĢələri uzanan dərin uçurumları görəcəksiniz. Bax,
www.vivo-book.com
108
Ģən, sərbəst, hətta sözün hansısa mənasında evin ağası olan
Jülyen hər iki rəfiqəsini bura gətirir və onların bu əzəmətli
mənzərəyə necə heyrətlə baxdığını qürurla seyr eləyirdi.
– Elə bil Motsartın musiqisinə qulaq asıram, – xanım
Dervil deyirdi.
Əvvəllər, Veryer kənarındakı dağların bütün
gözəlliyini Jülyenin qardaĢların paxıllığı və həmiĢə nədənsə
narazı olan atasının qəddarlığı zəhərləyirdi. Veryerdə bu acı
xatirələri onun yadına salan heç nə yox idi. Ġlk dəfəydi ki,
ətrafına baxanda onunla düĢmənçilik eləyən kimisə
görmürdü.
Cənab Renal Ģəhərə gedəndə – belə hallar lap tez-tez
olurdu – Jülyen kitab oxuyurdu. Artıq o, kitabı gecələr, özü
də tərsinə aĢırdığı gül dibçəyinin altına gizlətdiyi lampanın
iĢığında oxumaq əvəzinə gecələr rahat yatır, gündüzlərsə
uĢaqlar dincələndə özünü kitab oxumağa verirdi. Kitab onun
həyatdakı yeganə müəllimi və heyrətinin əvəzolunmaz
səbəbiydi. Kədərli anlarında o sevinci də, ilhamı da, təsəllini
də kitablardan alırdı.
www.vivo-book.com
109
Napoleonun qadınlar barədə bəzi ifadələri bir vaxtlar
dəbdə olan romanlardakı fikirlər Jülyenin ağlına baĢqa
gəncin ağlına çoxdan gələ biləcək Ģeyləri gətirirdi.
Ġsti günlər baĢlamıĢdı. Ailə gecələr evin bir neçə
addımlığındakı nəhəng cökə ağacının altına yığıĢmağı vərdiĢ
eləmiĢdi. Ağacın altı həmiĢə çox qaranlıq olurdu.
Bir dəfə Jülyen özünün gözəl nitq qabiliyyətindən və
cavan qadınların ona qulaq asmağından ilhamlanıb nəsə
danıĢırdı. Həvəslə əl-qol atdığı yerdə əli qəfildən xanım
Renalın təzə rənglənmiĢ taxta oturacağın kürəyinə söykədiyi
qoluna toxundu. Qadın tezcə qolunu çəkdi. Bu vaxt Jülyenin
ağlına gəldi ki, nəsə eləsin və qadın o toxunanda qolunu
çəkməsin.
Özünün öhdəsindən gəlməli olduğu bu borc hissi
gülməli görünmək, daha doğrusu, alçalmıĢ vəziyyətə
düĢmək qorxusu bir anın içində onun sevincini zəhərlədi.
IX
www.vivo-book.com
110
BĠR AXġAM BAĞDA…
Herenin “Didona”sı – əla cızmaqaradı!
Ştrombek
Növbəti səhər Jülyen xanım Renalı görəndə bir neçə
dəfə təəccüblə qadına baxdı. O, xanım Renala ağır döyüĢə
hazırlaĢdığı düĢmən kimi baxırdı.
Dünəndən bəri bu qədər dəyiĢən baxıĢlar xanım
Renalı bərk narahat elədi: o bu oğlanla belə mehribanlıq
elədiyi halda, oğlan nəyəsə qəzəblənirdi. Qadın gözünü
Jülyendən çəkə bilmirdi.
Xanım Dervilin burda olmağından istifadə edən
Jülyen az danıĢa bilmək və beynindəki planı götür-qoy
eləmək imkanı qazanırdı. O, bütün günü özünə inamını
möhkəmləndirən, ona bərk təsir eləyən kitabı oxumaqla
keçirirdi.
www.vivo-book.com
111
Bu axĢam o, uĢaqlarla məĢğələsini həmiĢəkindən bir
az tez qurtardı və xanım Renalla olan hadisəni yadına salıb,
bunun artıq Ģərəf və ləyaqət məsələsi olduğunu düĢünərək
qərara gəldi ki, bu axĢam necə olursa olsun, xanımın əlini
ondan çəkməməyinə nail olmalıdı.
GünəĢ qüruba əyilir, həlledici məqam yaxınlaĢırdı və
Jülyenin ürəyi sinəsində aramsız döyünürdü. Axır ki, axĢam
düĢdü. O hiss elədi ki, bu gecə həmiĢəkindən daha qaranlıq
olacaq və bunu anlayanda oğlanın çiynindən elə bil yük
götürüldü. Güclü küləyin havasına düĢüb, lap yaxında üzən
buludlarla dolu göy üzü hətta ildırım çaxacağından xəbər
verirdi.
Qadınlar gecə düĢənə qədər gəziĢdilər. Onlar bu
axĢam gəzintiləri zamanı nə eləsələr, Jülyenə qəribə gəlirdi.
Həssas qadınlar üçün sevginin dadını artıran bu bürkülü
hava elə bil onlara zövq verirdi.
Axır ki, hamı masa arxasına əyləĢdi. Xanım Renal
Jülyenin yanında, xanım Dervilsə öz rəfiqəsiylə yanaĢı
oturdu. Bir azdan eləyəcəyi Ģeyi bir an da olsun ağlından
Dostları ilə paylaş: |