Strateji TƏHLİL



Yüklə 278,45 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix12.10.2018
ölçüsü278,45 Kb.
#73731
1   2   3   4   5   6   7   8   9

STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

16 

qında axırıncı günə qədər heç bir məlumat vermədi. Bütün bu maneələrə 

baxmayaraq,  oktyabrın  22-də  Bakı  Sovetinə  keçirilən  seçkilərdə  “Müsa-

vat” eserləri, menşevikləri, bolşevikləri və daşnakları geridə qoyaraq bö-

yük üstünlüklə qələbə əldə etdi. Bu seçkilərdən sonra “Müsavat” partiyası 

Azərbaycanda hakimiyyət strukturlarının formalaşdırılması prosesinə ciddi 

təsir göstərməyə başladı.

1. Zaqafqaziya Komissarlığı

1917-ci il noyabrın 11-də Tiflisdə Cənubi Qafqazın əsas siyasi qüvvələrini 

təmsil edən gürcü menşevikləri, “Müsavat”, “Daşnaksütyun” və sağ eserlər 

Rusiyadakı  bolşevik  hökumətini  tanımaqdan  imtina  etdilər.  Yığıncaqda 

qərara  alındı  ki,  Ümumrusiya  Müəssislər  Məclisi  tərəfindən  hakimiyyət 

məsələsi həll edilənə qədər regionu idarə etmək  üçün “Müstəqil Zaqaf-

qaziya  hökuməti”  (Zaqafqaziya  Komissarlığı)  yaradılsın  [1,  v.791].  Noya-

brın 15-də Tiflisdə yeni hökumətin tərkibi elan edildi. Ona gürcü menşeviki 

E.P.Gegeçkori sədrlik edirdi. Hökumətin tərkibinə Azərbaycandan F.X.Xoyski, 

M.Y.Cəfərov,  X.Məlikaslanov  daxil  idilər.  Noyabrın  26-da  Müəssislər 

Məclisinə seçkilər keçirildi. Bu seçkilərdə gürcü menşevikləri 11 yer, müsa-

vatçılar 10 yer, daşnaklar 9 yer, müsəlman sosialist bloku 2 yer, bolşeviklər, 

ittihadçılar və eserlər hərəyə 1 yer əldə etdilər. Seçkilərin gedişində aydın 

oldu ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti “Müsavat”ın irəli sürdüyü 

ərazi muxtariyyəti ideyasını müdafiə edir.

Zaqafqaziya Komissarlığının yaranması ilə Osmanlı  və Rusiya qoşun-

ları arasında gedən müharibədə anlaşılmaz bir vəziyyət əmələ gəldi. Çün-

ki Komissarlığın özünü müdafiə edə bilən ordusu yox idi. Digər tərəfdən, 

Zaqafqaziya  Komissarlığı  fraksiyalarının  Osmanlı  dövlətinə  münasibəti 

də  birmənalı  deyildi:  müsəlman  fraksiyası  osmanlılara  qarşı  vuruşmağın 

əleyhinə idi, gürcülər türklərlə sazişə girməyi məqbul sayırdılar, ermənilər 

isə bu barədə qəti qərara gələ bilmirdilər. Qafqazda hərbi əməliyyatların 

dayandırılmasında  maraqlı  olan  və  bu  məqsədlə  vasitəçilər  axtaran  Ru-

siya  üçün  əlverişli  fürsət  yaranmışdı;  nəhayət,  1917-ci  il  dekabrın  5-də 

Ərzincanda Zaqafqaziya Komissarlığı ilə Osmanlı dövləti arasında barışıq 

imzalandı.

Dekabrın  19-da  Zaqafqaziya  Komissarlığı  Qafqazdakı  rus  ordusunun 

tərxis olunması və bu əsasda milli qoşun hissələrinin təşkil edilməsi haq-

qında sərəncam imzaladı. İlk addım kimi üç piyada diviziyasından, atlı bri-

qadadan və ərazi polklarından ibarət olan erməni ordusu yaradıldı. Erməni 

və gürcü milli ordu hissələrinin yaradılması bir qədər asan idi, çünki Qaf-

qaz cəbhəsində rus ordusunun tərkibində kifayət qədər erməni və gürcü 

könüllü hərbi dəstələri fəaliyyət göstərirdi. Zaqafqaziya cəbhəsində tərxis 

olunmuş əsgərlərin əksəriyyəti erməni idi. mOnlar nəinki silah satır, hətta 

özləri də bu orduya yazılırdılar. Digər tərəfdən, çar ordusunda qulluq edən 



STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

17

silahlı erməni partizanları müsəlmanlara qarşı təbliğat aparmaqla məşğul 

idilər. Erməni Milli Şurası kifayət qədər var-dövlətə malik olduğu üçün Qaf-

qaz cəbhəsindən tərxis olunmuş rus əsgərlərindən çoxlu miqdarda silah 

ala bildi.

2. Milli Ordunun hazırlanması

Azərbaycanlılardan  ibarət  ordu  hissələrinin  yaradılması  isə  ciddi 

çətinliklərlə üzləşdi. Ordu yaradılması ilə bağlı Müsəlman Milli Şurasının 

vəziyyəti  ermənilər  və  gürcülərlə  müqayisədə  o  qədər  də  yaxşı  deyildi.

Əvvəla,  Qafqaz  ordusunda  azərbaycanlı  əhali  xidmət  etmirdi.  Köhnə  rus 

ordusunda  ayrıca  müsəlman  hissəsi  yox  idi.  Rus  ordusunun  tərkibində 

müsəlman  əsgərləri  olmadığından  milli  ordunun  yaradılması  mümkün 

deyildi. Ən nəhayət, müsəlman əhalisi qorxurdu ki, rus dövləti onlardan 

türkdilli olduqları üçün şübhələnə bilər. Ona görə də Müsəlman Milli Şu-

rası çox ehtiyatla hərəkət etməyə məcbur idi. Azərbaycanın ordu ilə bağlı 

problemlərini  qabaqcadan görə  bilən  siyasi  xadimlər  fevral  inqilabından 

sonra  Rusiyanın  müvəqqəti  hökumətinə  müraciət  edərək  milli  ordunun 

yaradılmasına icazə istəmişdilər. Lakin bu müraciətə cavab verilməmişdi. 

Zaqafqaziya  Komissarlığının  qərarından  sonra  Müsəlman  Milli  Şurası-

nın  təşəbbüsü  ilə  Gəncədə,  Bakıda,  Lənkəranda  və  Tiflisdə  müsəlman 

hərbçilərinin  yığıncaqları  keçirildi.  Milli  hissələrin  yaradılması  üçün  radi-

kal addımların atılması, məsələn, 1918-ci il yanvarın əvvəllərində Şamxor 

stansiyasında rus əsgərlərinin tərk-silah edilməsi bir tərəfdən Bakı Soveti 

ninrəhbərliyi, digər tərəfdən isə Erməni Milli Şurası və gürcülərin müəyyən 

dairələri tərəfindən böyük hiddət və narazılıqla qarşılandı. Halbuki, bunun 

üçün  heç  bir  əsas  yox  idi:  cəbhədən  qayıdan  rus  əsgərlərinin  tərk-silah 

edilməsi haqqında qərarı Zaqafqaziya Komissarlığı qəbul etmişdi. Məlum 

olduğu  kimi,  Zaqafqaziya  Komissarlığının  cəbhədə  əldə  edilən  silahla-

rın  Cənubi  Qafqaz  hüdudlarından  kənara  çıxarılmaması  haqqında  qərarı 

müsəlman, erməni və gürcü milli şuraları tərəfindən rəğbətlə qarşılanmışdı. 

Zaqafqaziya Komissarlığı Qafqaz cəbhəsinin Baş Ştabından tələb etdi ki, or-

dunun bütün əmlakı və silahı yenicə yaradılmaqda olan milli şuralara təhvil 

verilsin. Zaqafqaziya Komissarlığının gürcü rəhbərliyi ordu hissələrinin Tif-

lis şəhərinə daxil olmasına icazə vermədi və onların Gəncə istiqamətindən 

Bakıya, oradan isə Şimali Qafqaz yolu ilə Rusiyaya keçməsini təklif etdi. Za-

qafqaziya Komissarlığı nəzərdə tuturdu ki, rus ordusunun Azərbaycandan 

keçən  hissəsi  silahlarını  Şamxor  və  Dəllər  stansiyasında  könüllü  surətdə 

Gəncədən gələn Müsəlman Milli Şurasının üzvlərinə təhvil verməlidir. İlk 

vaxtlar tərk-silah öz qaydası ilə gedirdi. Tərk-silah olunmuş əsgərlərə Ba-

kıya getmək üçün şərait yaradıldı. Bu işə doktor Rəfibəyov və Səfikürdski 

rəhbərlik edirdi. Lakin yanvarın 9-dan sonra eşelonlar tərk-silahdan imtina 

etdilər. Tiflisdən eşelonları müşayiət edən gürcü Abxazava və müsəlman 



Yüklə 278,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə