STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017
116
qəbul edilən qətnamələrin, qərarların sadəcə tövsiyə xarakteri daşıması bu
münaqişələrin həlli prosesinə də öz mənfi təsirini göstərmişdir.
Beynəlxalq hüquq sahəsində, eləcə də dövlətlər arasında terrorizmin
hamı tərəfindən qəbul edilən konkret bir tərifinin olmaması terrorizmlə
mübarizədə ən böyük maneədir. Terrorizm ictimai təhlükəsizliyi pozmaq,
əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyəti orqanları və ya
beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək
məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər gəlməsi,
əmlaklarının təcavüzə uğraması və ya başqa ictimai təhlükə yaradan part-
layış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu
cür hərəkətlərin törədiləcəyi ilə hədələmədir.
Sərhədin bir tərəfində cinayətkar və qatil olaraq xarakterizə edilən
bir şəxs sərhədin digər tərəfində milli qurtuluş naminə qəhrəman kimi
qəbul edilir [13, s.214-216]. Terror ümumiyyətlə məna baxımından dövləti
hədəf kimi seçən şiddət xarakterli fəaliyyətlər olduğuna görə fərqli siya-
si sistemlərə malik olan dövlətlər nəzdində bu anlayışın mənası da fərqli
müstəvidə dəyərləndirilir. Bu faktı səbəbi terror olan millətlərarası qarşı-
durmalar da aşkar şəkildə təsdiq edir. Qərb dövlətlərinə görə, millətlərarası
terror şəxslərin xaricilərə qarşı tətbiq etdiyi siyasi məqsəd daşıyan hərbi
olmayan şiddətdən istifadə və ya bir dövlətin mənafelərinə zərər verən, bir
dövləti və ya millətlərarası bir təşkilatı müəyyən bir davranışa məcbur edən
şiddət fəaliyyətidir. Buna baxmayaraq "üçüncü dünya ölkələri" bir yandan
milli azadlıq hərəkatlarını və xalqların xarici suverenliyini və despotizmin hər
növünə qarşı tətbiq edilən şiddət fəaliyyətlərini terror anlayışının xaricinə
çıxarmaq istəyirlər, digər tərəfdən də müstəmləkəçi, irqçi, xarici qüvvələrin
təzyiqi altında olan xalqlara qarşı fəaliyyətlərini də "dövlət terroru" anlayışı
çərçivəsində təhlil edirlər.
Terrorizmin birdən çox növünün olması, əxlaqi və siyasi yanaşmalardakı
fərqliliklər səbəbindən bir tərəfin terrorist kimi qəbul etdiyini digər tərəfin
"milli qəhrəman" kimi xarakterizə etməsi bu anlayışın bu günə qədər obyek-
tiv və hamı tərəfindən qəbul edilən bir ümumi tərifinin qəbul edilməsinə də
maneəçilik törətmişdir. Terrorizmə universal bir tərifin verilməsinin zəruriliyi
mövzusunda alimlər arasında da ziddiyyətli fikirlərin olduğunu müşahidə
edirik. Terrora hər şeydən əvvəl uyğun bir tərifin verilməsinin zəruriliyini
vurğulayan alimlərdən Vardlavın fikrinə görə, "terrorizmin nəzarətdə sax-
lanılmasındakı ən mühüm problem bu anlayışın tərifinin olmamasıdır" [38,
s.138-139]. Buna bənzər tezisi müdafiə edən digər ekspert S.Başerenə görə,
dövlətlərin ortaq hərəkət edərək terrorizmə tərif verməsi ilə terrorizmlə
mübarizədə uğur qazanmaq mümkündür [13, s.200].
Dövlətlərin bir qisminin digər dövlətlərin terrorist təşkilatlarına və ter-
rorçularına yaxınlıq hiss edib onları "azadlıq təşkilatları" və "qurtuluş dö-
STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017
117
yüşçüsü" kimi qəbul etmələri və özlərinə düşmən bildikləri dövlətlərə
bilvasitə yollarla müdaxilə etmələri terrorizmi bəsləyən və qloballaşdıran
əsas amildir. İnsanlıq naminə əsas təhlükəyə çevrilən beynəlxalq terrorizmlə
mübarizədə istifadə edilə biləcək ən mühüm arqument, şübhəsiz ki, or-
taq humanist dəyərlərdir. İnsanların daxilində var olan humanist dəyərlərin
həyat tərzinə çevrilməsi və bu kontekstdə dövlətlərin strategiyalarının in-
sani dəyərlərə müvafiq formalaşdırılması terrorizm kimi təhlükələrin də
meydana gəlməsinə əngəl olacaqdır. Dövlətlər arasındakı münasibətlərdə
bu dəyərlər gözardı edilməməli və tətbiq edilən dilemmalar aradan qaldı-
rılmalıdır.
3. Sivilizasiyalararası və dinlərarası dialoq
Müasir dünyamızda insanlar dini və etik ifadələri özündə əks etdirən
şüarlarla, Amerikan qlobalizminin meydana gətirdiyi kimlik problemləri
ilə, ənənəvi və lokal dəyərlərin assimilyasiyası ilə, iqtisadi səviyyədəki dis-
balanslarla, aclıq və yoxsulluqla, xəstəlik və ekoloji problemlərlə, hər gün
müxtəlif formalarda artan terror təhlükəsi kimi bir çox ictimai və əxlaqi
problemlərlə üzləşməyə məcbur qalmışdır. Nəticə etibarilə elmin, texnolo-
giyanın, düşüncə dünyasının və əxlaqın sabit sərhədləri mövcud deyil. Bu
dəyərlər sadəcə tək bir xalqın, sivilizasiyanın, ya da dinin monopolyasın-
da deyil. Bununla yanaşı, sivilizasiyalar da monolit və sabit deyil. Davamlı
dəyişən, inkişaf edən və fərqliləşən cəmiyyətlərdə dini anlayış da dəyişir,
inkişaf edir və mövcud vəziyyətə uyğunlaşır.
Universallığı olan hər bir din məqsədinə də uyğun olaraq qlobal nüfuza
sahib olub yayılmağı əsas hədəf kimi seçir [37, s.189]. İslam dini dünyanın
bir çox yerində olduğu kimi Qərb dünyasında da yayılmışdır. Bu proses
yeni bir fəth hadisəsi və ya kütləvi şəkildə din dəyişdirmə vasitəsilə de-
yil, Qərbdə iş və ya daha yaxşı həyat şəraiti axtarmağa gedən müsəlman
qruplarının könüllü miqrasiyası nəticəsində baş vermişdir. Qloballaşma
prosesində dinlər yarandıqları coğrafiya ilə birlikdə dünyanın hardasa hər
yerində sərbəst şəkildə yayılma fürsəti əldə edirlər. Əvvəllər demək olar
ki, tək bir regionda hakim olan din və dini qruplar hal-hazırda planetin
hər yerində mövcuddurlar. Bu səbəbdən telekommunikasiya vasitələrinin
inkişaf etməsinin də təbii nəticəsi olaraq insanlar digər sivilizasiyalardan və
dinlərdən də xəbər tuturlar.
Nəticə etibarilə, dinin ən mühüm funksiyalarından birinin münaqişə
əvəzinə dialoq, ictimai təkmilləşmə, dözümlülük və sülh olduğunu nəzərə
aldıqda qloballaşma prosesinin mənfi və dağıdıcı təsirlərini zərərsizləşdirmə
fəaliyyətində və sivilizasiyalararası dialoqun inkişaf etdirilməsində onun
əsas rol oynaya biləcəyini qeyd edə bilərik. Dinlərin əsasən universallıq