Sükut zonası Şahin Böyükağa oğlu Əlibəyli Zone of silence



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix21.07.2018
ölçüsü3,31 Mb.
#57515
1   ...   14   15   16   17   18   19   20   21   22

62 

 

bir tikili vardır. Bizim  eranın 200-cü ilinə qədər artıq mövcud olmuş həmin tikili yaşca 



Günəş piramidasından böyükdür. Ay piramidası eramızın 200-cü və  450-ci illəri arasında 

tikilmiş,  məbəd  kompleksinin  ikitərəfli  simmetriyasını  tamamlamışdır.  Piramidanın 

nərdivanı Ölülər yoluna (Calzada de los Muertos) aparır. Piramidanın zirvəsində yerləşən 

meydança  Ay  və  su  ilahəsi  Çalçiutlikuenin  şərəfinə  ritual  seremoniyaları  (mərasim 

tədbirləri) üçün istifadə edilir. Ay piramidası Mesoamerikada ən böyük binalardan biridir. 

 

 



 

Şəkil  68.  Asteklərin  mifologiyasında  içməli  su,  göl,  çay  və  dəniz  ilahəsi, 

Tlalokun  arvadı,  tlalokların  bacısı,  göyün  şimal  hissəsinin  ulduzu  olan  Senson-

Mimişkoanın anası Çalçiutlikuen (hərfi mənada «nefritdən tikilmiş paltarda olan qadın» 

deməkdir). 

 

Ay piramidasına tərəf uzanan, uzunluğu dörd kilometrə yaxın və eni qırx metr 



olan «ölülər küçəsi» bütün parametrləri və ideal dərəcədə düz səthi ilə çox böyük ehtimalla 

nəhəng  gəmiləri  kosmosa  göndərmək  və  oradan  gələnləri  qəbul  etmək  üçün  xüsusi 

qaydada qurulmuş əsl uçuş-eniş zolağı, ən münasib meydançadır. Bəzi mütəxəssislər qeyd 

edirlər ki, oradan göndərilənlər və oraya gələnlər kosmik gəmilər olmaya da bilər, ancaq 

təyyarələrin olması dəqiqdir, buna heç kim şübhə etməməlidir. Əlbəttə, bu tarixi müəmma 

özlüyündə ayrıca bir tədqiqatın mövzusudur, daha müfəssəl şəkildə işıqlandırılmağa layiq 

olan bir məsələdir. «Sükut zonası»ndan danışıldığı bir vaxtda ona toxunulması, barəsində 

söhbət  açılması  əbəs  yerə  ola  bilməz.  «Sükut  zonası»na  yadplanetlilərin  gəlməsi  və 

müəmmalı  ərazidə  digər  qeyri-adi  hadisələrin  baş  verməsi  haqqında  danışılanların 

istisnalıq təşkil etmədiyini, onların uydurma, əfsanə, rəvayət olmadığını yalnız təsdiqləmək 

məqsədilə yuxarıdakı məlumatlar verilmişdir.  

«Sükut zonası»nda baş verən müəmmalı hadisələrin əsas səbəbinin nədən ibarət 

olması sualı tədqiqatçıları daim düşündürür. Araşdırıcıların bir qismi iddia edir ki, maqnit 

anomaliyasına malik olan bir regionda yadplanetlilərin öz tanınmayan uçan obyektlərilə 




63 

 

enərək burada işləməsi, fəaliyyət göstərməsi onlar üçün çox rahat və əlverişlidir. Ola bilsin 



ki,  yadplanetlilər  zaman  və  məkan  daxilində  öz  gəmilərində  səyahətlər  edərkən  «sükut 

zonası»nın maqnit anomaliyalarından nəsə bir hərəkət gücləndiricisi kimi istifadə edirlər. 

Ümumiyyətlə, yadplanetlilərin maqnit anomaliyası müşahidə olunan regionlara daha çox 

düşməsi haqqında məlumatlar toplanmışdır. Həqiqətən maqnit anomaliyaları olan zonalara 

qəribə kosmik obyektlərin düşməsinə şəhadət verən sübutların, bunu təsdiqləməyə imkan 

yaradan dəlillərin çoxlu sayda olması heç bir vəchlə danıla bilməz.  

Növbəti nəzəriyyəyə görə, ola bilsin ki, müasir geoloq və arxeoloqlar kimi onları 

da  burada  nəhəng  miqdarda  hər  tərəfə  səpələnmiş  kiçik  meteoritlərin  mənşəyinin  sirri 

maraqlandırmış, özünə cəlb etmişdir.  

Ancaq  tədqiqatçıların  digər  qismi  belə  güman  edir  ki,  qəribə  yerin  təbii 

xüsusiyyətlərinin  sadəcə  pis  öyrənilməsi  yadplanetliləri  buraya  cəlb  edir.  Ola  bilsin  ki, 

onlar «zonada» baş verən digər sirli hadisələri araşdırmaq istəyirlər. 

Belə bir fikir də var ki, yadplanetlilər bu «zonadan» sadəcə bir dünyadan başqa 

dünyaya nəsə bir «qapı» kimi istifadə edirlər. Yalnız ən cəsarətli alimlər bu fikrə tərəfdar 

olurlar.  

Əlbəttə, bütün bunlar yalnız fərziyyələrdir, sual hələlik özünün dəqiq cavabını 

gözləməkdə qalır. 

«Sükut  zonası»nın  yerli  sakinləri  daim  «uçan  boşqablar»  görmələri  və  hətta 

yerdənkənar sivilizasiyaların nümayəndələri ilə kontaktlarının olmaları haqqında danışırlar. 

1975-ci  ilin  3  oktyabrında  sahibkarlar  və  həvəskar  arxeoloqlar  olan  ər-arvad  Ernesto  və 

Jozefina Dias qeyri-adi daşlardan və qədim heyvanların daşlaşmış skeletlərindən toplamaq 

fikrinə  düşürlər.  Onlar  belə  bir  niyyət  edərək  özlərinə  məxsus  «Ford-pikap»  maşınında 

«zonanın» içərilərinə doğru gedirlər. Tapdıqlarını maraqla müşahidə edən və onları bir yerə 

yığmağa möhkəmcə başları qarışan ər-arvad yaxınlaşmaqda olan çox güclü yağışı vaxtında 

hiss etmirlər. Selin başlayacağını artıq biləndə dəhşətli təbiət hadisəsindən kənar olmaq və 

özlərini qorumaq üçün çaparaq öz tapdıqlarını toplayır və maşına qoyur, tələm-tələsik ona 

minib  aradan  çıxmağa  çalışırlar.  Amma  «qonaqlar»  nə  qədər  tələssələr  də,  sel  onları 

yaxalayır. Avtomobilin təkərləri altında olan bərk gilli torpaq bir anın içində əsl bataqlığa 

çevrilir. «Ford»un təkərləri buksalamağa – yerində fırlanmağa başlayır, lakin çıxa bilməyib 

əvvəl dayandığı kimi də qalır. Üstəlik təkərlər fırlandıqca sudan şişmiş torpağa daha çox 

batır.  Ernesto  və  Jozefina  maşının  tamamilə  palçığa  batıb  qalmasına  imkan  verməmək 

üçün əlləşdikləri vaxt yaxında insana oxşayan iki fiqur görünür. Onlar güclü yağışın altında 

maşına  tərəf  gəlir  və  əllərini  xeyirxahlıqla,  nəvazişkarlıqla,  salamlama  şəklində  havada 

yelləyirdilər.  Əyinlərinə  sarı  rəngdə  islanmayan  (suburaxmayan)  plaş  geyinmiş  və 

basşlarına şlyapa qoymuş həmin adamlar maşının yanına çatanda onların çox hündür boylu 

iki oğlan olduğu aydınlaşır. Oğlanlar ümidsiz vəziyyətə düşmüş və büsbütün islanmış bu 

adamlara  öz  köməklərini  təklif  edirlər.  Duas  ər-arvadları  sonralar  danışırdılar  ki,  tanış 

olmayan  fiqurların  sifəti  qeyri-adi  təsir  bağışlamış,  lakin  təhlükəli  olmadıqları  sezilmiş, 

qorxaraq  çəkinmək  və  ehtiyatlanmaq  lazım  gəlməmişdir.  Çarəsiz  vəziyyətdə  olan  ərlə 

arvad  onların  köməyini  minnətdarlıqla  qəbul  etmişlər.  Oğlanlar  ər-arvaddan  geriyə  – 

maşının  kabinasına  oturmağı  xahiş  edir,  özləri  isə  kuzovun  (banın)  dal  hissəsinə  tərəf 

gedirlər.  Ernesto  və  Jozefina  gözləri  önündə  nələr  baş  verdiyini  anlamağa,  dərk  etməyə 




Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə