13
ozo - ətir saçıram deməkdir. Ozonosfer atmosferin 10–50 kilometr hündürlükdə olan
qatıdır. Hündürlük artdıqca ozonun miqdarı çoxalır. Ozonun çox hissəsi 20–35 kilometr
hündürlükdə olur. Hesablamalar göstərir ki, 25–28 kilometr hündürlükdə ozonun
maksimal hissəsi toplanır, onun ən yüksək konsentrasiyası qeydə alınır. Burada ozonun
sıxlığı Yer səthindəkindən düz on dəfə çoxdur. Bəzən məhz bu təbəqə ozonosfer kimi ifadə
edilir. Ozon qatı canlı orqanizmlərin həyatı üçün çox ciddi təhlükə törədən ultrabənövşəyi
şüaları intensiv udaraq çox mühüm əhəmiyyət kəsb edir. Buna görə də ozonosferi «Yerin
qoruyucu örtüyü», «Yerin tacı», «Yerin zirehi» də adlandırırlar. Ultrabənövşəyi şüaların
intensiv udulması burada temperaturun yüksəlkməsinə səbəb olur.
Stratosferin yuxarı sərhədində yerləşən keçid təbəqəsinə stratopauza deyilir.
Stratopauza atmosferin stratosferlə mezosfer arasındakı keçid təbəqəsidir. Onun başlıca
xüsusiyyəti 50–55 kilometr hündürlükdə yerləşməsidir.
Stratopauzadan sonra gələn təbəqə mezosfer adlanır. Ona başqa sözlə aralıq
təbəqə də deyilir. Mezosfer qalınlığı 55–80 kilometr olan bir təbəqədir. Bu təbəqəninaşağı
qatlarında əvvəlcə havanın temperaturu artır (hətta 25–30 °C qeydə alınır), sonra
temperaturun azalması müşahidə olunur. Mezosferin yuxarı sərhədində havanın
temperaturu –75–90 °C təşkil edir. Aralıq təbəqənin aşağı və orta qatlarında qərb, yuxarı
qatlarında isə şərq küləkləri daha çox əsir. Onun hüdudunu təşkil edən keçid təbəqəsinə
mezopauza deyilir. Mezopauzadan sonra gələn təbəqə termosfer, yaxud istilik təbəqəsi
adlanır. Termosferin yuxarı sərhədi təqribən 800–810 kilometr hündürlükdə yerləşir.
Qazın seyrək olması burada molekulların yüksək temperatur şəraitində böyük sürətlə
hərəkət etməsinə imkan yaradır. Nəticədə baş verən hadisə ionlaşma, yaxud ionizasiya
adlanır. Buna sərf olunan enerjiyə ionlaşma enerjisi deyilir. Nəticədə əmələ gələn yüklü
zərrəciklər ionlar adlanır. Elektrik xüsusiyyətinə görə termosferə bəzən başqa sözlə
ionosfer də deyilir. Yunanca ion – hərəkət edən, gedən və spaira – dairə, kürə deməkdir.
Cərəyan buraxıldıqda məhlulda mənfi qütbə (katoda) tərəf hərəkət edən müsbət
yüklü iona kation, müsbət qütbə (anoda) tərəf hərəkət edən mənfi yüklü iona anion deyilir.
Baş verən kimyəvi prosesin təbiətindən asılı olaraq ionlaşma iki növə ayrılır: 1)
itirilmə ionlaşması; 2) tapılma ionlaşması.
Atomdan, yaxud atom qruplarından (molekuldan, radikaldan) bir və yaxud bir
neçə elektronun (yaxud yüklü zərrəciyin) qopması hadisəsinə itirilmə ionlaşması deyilir.
Atoma, yaxud atom qruplarına (molekula, radikala) bir və yaxud bir neçə elektronun
(yaxud yüklü zərrəciyin) birləşməsi hadisəsi tapılma ionlaşması adlanır. İonlaşma
nəticəsində sərbəst elektronlar, müsbət və mənfi ionlar əmələ gəlir.
Prosesin ardıcıllığından asılı olaraq ionlaşma daha iki növə ayrılır: 1) pilləsiz
ionlaşma; 2) pilləli ionlaşma.
Əgər ionlaşma elə toqquşma anındaca baş verirsə, buna pilləsiz ionlaşma deyilir.
Atomun ionlaşması üçün toqquşan elektronun və yaxud işıq kvantının enerjisi atomun
özünün enerjisindən kiçik olmamalıdır. Enerjisi atomun ionlaşma enerjisindən böyük olan
elektronun həddən ziyadə «səxavətliliklə», «əliaçıqlıqla» davrandığını düşünmək
sadəlövlük olardı. Belə ki, elektron özünün artıq enerjisindən atoma onun ancaq ionlaşması
üçün lazım olan qədər enerji verir, qalanını «özünün dar günü üçün saxlayır». Ağır
zərrəciklərin (ionların, neytral atomların) ionlaşma yaratması üçün onların enerjisi atomun
14
ionlaşma enerjisindən azı iki dəfə çox olmalıdır. Böyük sürət müşahidə olunan hallarda
ionlaşmanın baş verməsi ehtimalı azalır. Çünki yüksək sürətlə hərəkət edən elektron atomu
ionlaşdırmadan onun yanından keçib gedir.
İonlaşma prosesi həmçinin ardıcıl gedən dəyişikliklərlə mümkün ola bilər. Belə
hallarda ona pilləli ionlaşma deyilir. Pilləsiz ionlaşmanın baş verməsi üçün cəmi bir
toqquşma kifayət etdiyi halda, pilləli ionlaşma barəsində bunu söyləmək olmur. Çünki
ondan fərqli olaraq pilləli ionlaşmanın baş verməsindən ötrü bir neçə dəfə toqquşma lazım
gəlir. Birinci toqquşma zamanı atom əvvəlcə həyəcanlanır, yalnız sonrakı toqquşmada
onun ionlaşması baş verir.
Şəkil 15. İonosferin qayıdan-maili zondlanması zamanı «sükut zonası»nın
müəyyən edilməsi sxemi
Bu gün ionosferin dörd qatdan ibarət olması mütləq dərəcədə etibarlı şəkildə
öyrənilmişdir.
İonlaşmış qatlardan ən aşağıdakı olan D qatı 60–80 kilometr hündürlükdə
yerləşir və yalnız gündüz saatlarında mövcud olur. Gecə ion rekombinasiyası
mexanizminin təsiri altında D qatı itir. D qatı qısa diapazona malik radio dalğalarını udan
yeganə qatdır. Gecə D qatı itərkən uzaqda yerləşən və zəif olan radio stansiyalarından
siqnalların qəbulu mümkündür.
15
Aşağıdan ikinci qat olan E qatı 100–150 kilometr hündürlükdə yerləşir, aşağı
konsentrasiyada ionlara malik olur, birinci qat kimi gecələr praktik olaraq tamamilə itir. E
qatı Günəş aktivliyinə daha az məruz qalan əksetdirici qatdır.
Həmçinin «E
s
» qatı da mövcuddur. E qatı üçün səciyyəvi olan əlamətlər burada
da müşahidə edilir. E
s
qatı zəif ionlaşmış qazların əmələ gətirdiyi ara yerlərlə bölünən
güclü ionlaşmış buludların yığıntısından ibarətdir. Şərti olaraq onu «sporadik qat»
adlandırırlar. Ümumiyyətlə, belə bir törəmənin ayrıca qat hesab edilməsi çox çətindir,
çünki sporadik qat qeyri-müntəzəm olaraq nadir hallarda, çox vaxt yayda meydana gəlir.
İonosferin ən yuxarı qatı «F» hərfi ilə işarə edilir. Həmin qat «Eplton qatı» adını
daşıyır. Eplton qatı gündüz saatlarında iki qata (F
1
və F
2
) parçalanır. Daha böyük ion
konsentrasiyasının qeydə alınması ilə səciyyələnən F qatı yay fəslində 300–450, qış
fəslində isə 250–350 kilometr hündürlükdə yerləşir. F
1
qatı yalnız gündüz mövcud olur.
Həmin qat gecə F
2
qatı ilə qovuşur, ona qatışır. F
2
qatı ionlaşmış qatlardan ən yuxarıda
olanıdır. Bu qatın konsentrasiyası gündüz yüksəlir, yayda qışdakına nisbətən daha yuxarı
olur. F
2
qatının konsentrasiyası nə qədər yüksək olarsa, daha artıq tezlikdə dalğanın
ionosferdən əks edilməsi mümkün olur. Sübut olunmuşdur ki, məhz F
2
qatı radio
dalğalarının yayılmasına əsas təsir göstərir.
Şəkil 16. İonosferin quruluşunu göstərən sxem
İonosfer atmosferin 50–80 kilometrdən yuxarıda yerləşən ionlaşmış qatıdır.
İonosferin yuxarı sərhədi şərti olaraq 15000–20000 kilometr götürülür. İonlaşma
qısadalğalı Günəş şüalarının, korpuskulyar sellərin, kosmik şüaların təsiri nəticəsində baş
verir. İon və elektronların atmosferdə konsentrasiyası hündürlükdən, gecə və gündüzün
dəyişilməsindən, həmçinin digər amillərdən asılıdır. Maksimal ionlaşma gecə 300–400
kilometr, gündüz isə 160–320 kilometr yüksəkliyədək müşahidə edilir. İonosferin ayrı-ayrı
təbəqələrində ionlaşdırıcı şüaların təsiri müxtəlif olur. Məsələn, qısadalğalı Günəş şüaları
ionların çox hissəsini ionosferin 120–200 kilometr hündürlükdəki qatında əmələ gətirir.
Günəşin hansı yüksəklikdə olmasından və fəallığından asılı olaraq ionosfer dəyişilir. Belə
dəyişilmə xüsusilə 100–200 kilometr hündürlükdə daha çox qeydə alınır. Bəzən ionosferdə