Ermənistan ordusu tərəfindən
şəhərin işğalı əməliyyatı
Şəhərin kütləvi şəkildə artilleriya zərbələrinə tutulması səhər saat 6-ya kimi
davam edib. Bundan sonra düşmənin minə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum
edib. Hücum Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli
texnikasının dəstəyilə həyata keçirilib.
Lakin bu işğal ermənilərə o qədər də asan başa gəlməyib. 11 min erməni əskərinə
cox az sayda Azərbaycanlı müqavimət göstərirdi. Azlıqda olan Azərbaycan əsgərləri
isə kömək gözləyirdilər. 10 saatdan artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı
yaralındı 480-i həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir
götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.
"Turan" Agentilyinin məlumatına görə, şəhərin işğalı əməliyyatını keçmiş sovet
polkovniki Arkadi Ter-Tadevosyan hazırlayıb. O əvvəllər Dağlıq Qarabağda erməni
qüvvələrinə komandanlıq edib. Agentilik bildirir ki, ermənilər Şuşadakı
gözlənilməzlik və təşkilatsızlıq amilindən istifadə edərək çaxnaşma yaradıb və
müdafiənin təşkilinə mane olublar. Bununla belə, küçə döyüşləri xeyli davam edib.
Lakin möhkəmlənməyən özünümüdafiə qüvvələri və ordu şəhəri tərk edib. Şuşanın
işğalı zamanı bir neçə yüz dinc sakin yaralanıb və həlak olub. Yüzlərlə insan əsir və
itkin düşüb.
Dostları ilə paylaş: |