T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə19/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   15   16   17   18   19   20   21   22   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
58 
bir nəf yoxdur. Belə zəhməti öz millətimizin yolunda çəkin ki, 
malı  yoxdur,  elmi  yoxdur,  elm  tapmaq  ona  müşküldür”  (20, 
290). 
Yenə  də  “Əkinçi”də  N.Vəzirov  qəzəl  və  həcv  aludəçilə-
rinə müraciət edərək yazırdı: “Pəs hər zəmanənin bir qanacağı 
var ki, bu qanacağı ol zəmanənin kitablarından, xalqının adət-
lərindən,  işlətdiyi  əsbab  və  qeyrədən  bilmək  olur.  Gələcəkdə 
bizim  tərəqqi  etmək  tarixini  yazan  indiki  zəmanəyə  baxanda 
məəttəl  qalacaqdır  ki,  nə  yazsın.  Həqiqət,  bizim  əsbablar  və 
qeyrə  yüz,  bəlkə  min  il  bundan  əqdəm  olandan  tərəqqi  etmə-
yib. 
Kitablarımız... Bu halda bizlərdə kitab inşa edən yoxdur. 
Kitab  əvəzinə  həcv  inşa  edirik...  Lakin  indi  yazılan  həcvlər 
məst  çəkməçi  danışığına  oxşadığına...  adam  olan  kəs  onu 
oxuyanda əti ürpərir... Şüəra qardaşlarımızdan ki, onlar əlhəqq 
xalqın  gözçüsüdürlər,  iltimas  edirik,  təqazayi-zəmanəyə 
müvafiq  xalqın  gözünü  açmağa  səy  eləsinlər,  yoxsa  hədyan 
danışmaq  bir  çətin  zad  deyil  və  ondan  heç  kimsəyə  bir  nəf 
yoxdur” (21, 371). 
“Əkinçi”nin  bu  çağırışından  sonra  poeziyada  kəskin  bir 
dönüş əmələ gəlmiş, şairlər bülbülü və gülü tərif,  bir-birlərini 
həcv  etməkdən  əl  çəkib,  elm  təhsil  etməyin  nəflərindən  bəhs 
edən  şeirlər  yazmağa  başlamışdılar.  Lakin  o  illərdə  bir  çox 
şairlərin  maarifçi  şeirlər  yazmağa  aludə  olması  kütləvi  hal 
aldığından  həm  belə  şeirlərin  özünə,  həm  də  çox  ciddi  və 
həyati  bir  məsələ  olan  elm,  maarif  təbliği  məsələsinə  bir 
sünilik,  qeyri-ciddilik  gətirirdi  və  bu  da  dövrün  bir  sıra 
mütərəqqi  ziyalılarını  narahat  edirdi.  Bu  narahatçılığı  Firudin 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
59 
bəy  Köçərli  “Şərqi-rus”  qəzetindəki  məqaləsində  ümumiləş-
dirərək  yazırdı:  “...indiki  şairlərimizə  gəldikdə  onların  təbiət 
şeirləri barəsində bir sözümüz yoxdur... Ancaq şeirə lətafət və 
məlahət  gətirən  hissiyati-həqiqi  və  zövqi-təbii  yoxdur.  Və 
buna  səbəb  anladığımıza  görə  odur  ki,  bu  ərbabi-bəlağətləri-
miz bir şeyin  yaxasını tutub  yüz cürə əlfaz və ibarələr ilə onu 
tərif  və  tovsif  etməyə  sərfi-hümmət  qılırlar.  Məsələn,  elm:  bu 
halda bir kəs tapılmaz ki, elmin fəzilət və mənfəətini və onun 
cümləyə  zəruri  olmasını  inkar  edə...  Belə  olan  surətdə  uzun-
uzadı  şeirlərdə  elmi  və  kamalı  tərif  etməyə  nə  hacət  var?” 
(118).  Bütün  bu  daxili  ziddiyyətlərə  baxmayaraq,  maarifçilik 
hərəkatı  təbii-tarixi  bir  proses  kimi  yetişdiyi  üçün  getdikcə 
daha geniş vüsət tapır, cəmiyyətin yeni-yeni təbəqələrini əhatə 
edirdi. 
XIX  əsrin  ikinci  yarısından  başlanan  maarifçilik,  daha 
dəqiq  desək,  Rusiyanın  ucqarlarında  təşəkkül  tapmağa  başla-
mış  maarifçi  fikir,  məktəb,  təhsil  və  elmə  diqqətin,  qayğının 
artması  bir  tərəfdən,  milli-tarixi  inkişafın  bəhrəsi  idisə,  digər 
tərəfdən,  çar  imperiyasının  özünün  bu  istiqamətdə  müəyyən 
fəaliyyəti ilə bağlı idi. 
Əyalətlərdə, xüsusilə, inkişaf etmiş sənaye mərkəzlərində 
hökumətə  xidmət  etmək  üçün  savadlı  məmurlar  lazım  idi. 
Onların  mühüm  bir  hissəsi  elə  əyalətlərdə  yaşayan  əhalinin 
içərisindən  çıxmalı,  yetişməli  idi,  çünki  mərkəzi  şəhərlərdən 
əyalətlərə işləməyə getmək arzusunda olanların sayı, adətən, o 
qədər də çox olmur. Bundan başqa, hökumət həm də öz  müs-
təmləkə  siyasətində  yerlərdə  rusca  savadlı  ziyalı  təbəqəsinin 
yetişməsinə  rus  dilinin,  rus  mədəniyyətinin  yayılması  və  bu-


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
60 
nun nəticəsi olaraq imperiyanın möhkəmlənməsi kimi baxırdı. 
Lakin  bütün  bunlarla  bərabər,  yerli  xalqın  savadlanması 
üçün  çar  hökumətinin  məktəblər  açması,  təhsili  maliyyələş-
dirməsi,  həm  də  istər-istəməz  bu  xalqın  maariflənməsinə 
göstərilən bir xidmət idi və mütərəqqi ziyalılar bu məqamdan 
səmərəli  istifadə  edərək  ciddi  işlər  görməyə  çalışırdılar. 
A.Bakıxanov,  İ.Qutqaşınlı,  M.F.Axundzadə  kimi  ədiblərin  
fəaliyyəti  buna  misal  ola  bilər.  XIX  əsrin  klassik  ənənələr 
üzərində təkamül yolu ilə inkişaf edən, əsasən də poeziyada və 
publisistikada,  daha  sonralar  isə  dramaturgiya  və  nəsrdə 
pərvəriş  tapan  bu  yeni  istiqamət  gələcəyə  yollar  açırdı.  XX 
əsrin  əvvəllərindəki  böyük,  möhtəşəm  maarifçilik  hərəkatı  və 
qərbçilik  meyilləri  məhz  XIX  əsrdə  yaşayıb  yaratmış  bu 
görkəmli    şəxsiyyətlərin,  habelə  H.Zərdabi,  S.Ə.Şirvani, 
N.Vəzirov,  Ünsizadə  qardaşları,  M.M.Nəvvab,  M.Ə.Talıbov 
və  başqa  qabaqcıl  dünyagörüşlü  insanların  adı  ilə  bağlı  olan 
özül üzərində yetişdiyindən belə vüsət tapa bilmişdi. 
XX  əsrin  əvvəllərində  maarifçilik  həqiqətən  də 
“...ümummilli  hərəkat  səviyyəsinə  qalxır  və  bu  hərəkat  öz 
sıralarında pedaqoji xadimlərdən yazıçılara və mətbuat xadim-
lərinə,  milli  burjuaziya  və  rəsmi  din  və  hökumət  dairələrinin 
ən  mütərəqqi  nümayəndələrinə,  siyasi  xadimlərəcən  –  hamını 
birləşdirir.  Millətin  geriliyini  aradan  qaldırmaq  və  bunun  əsas 
(bəlkə də  yeganə!) vasitəsi kimi maarifçi fikri yaymaq – milli 
mənafe  barədə  az-çox  düşünə  bilən  hər  kəsin  əqidəsinə  və 
fəaliyyətinin  əsas  istiqamətinə  çevrilir.  Bədii  ədəbiyyatın  da 
qarşısında,  demək  olar  ki,  bütünlüklə  bu  məsələyə  xidmət 
etmək  vəzifəsi  qoyulur.  Ən  müxtəlif  üslublu  yazıçı  və  şairlər: 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə