―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə20/231
tarix14.04.2018
ölçüsü4,67 Mb.
#38317
1   ...   16   17   18   19   20   21   22   23   ...   231

42 

 

1395-c i ilin baharında Teymur  Dərbəndi  keçərək  Qızıl  Orda üzə rinə hücum 



etdi.  ġirvanĢah  Ġbrahimin  və  Marağa  hakimi  Əmir  Yad igarın  iĢtirak  etdiy i  bu 

yürüĢdən  1396-cı  ilin  baharında  qələbə  ilə  qayıtmıĢ  Teymur  Ģimal  sərhəd lərinin  

qorunması  məqsədilə  Dərbəndin  müdafiə  istehkamların ı daha da  möhkəmləndird i. 

ġirvanĢah  Ġbrahim  ġirvanın  hakimi  kimi  tanındı  və  o  da  Ģimal  sərhəddinin 

müdafiəsi ilə məĢğul oldu. 

Əlincə qalası istisna olunmaqla, bütün Azərbaycanı zəbt etmiĢ Teymur oğlu 

MiranĢahı Dərbənddən Bağdada, Həmədandan Ruma qədər olan böyük bir əraziyə 

hakim təyin etdi və Sə mərqəndə qayıdaraq Hind istan səfərinə getdi.  

Teymur  Hind istan  səfərində  olarkən  Azərbaycanın,  eləcə  də  Cənubi 

Qafqazın  bir  ço x  yerli  feodalları  müstəqillik  uğrunda  mübarizə  apararaq 

Teymurilərə  itaət  etməkdən  boyun  qaçırdılar.  Əlincə  qalasın ın  müdafiəçiləri  ilə 

birləĢmiĢ  ġəki  və  Gürcüstan  hakimləri  Tey murilərlə  vuruĢdular  və  hətta  bir  çox 

hallarda onlara qalib gəld ilər. 

MiranĢahın yeritdiyi  mənfur siyasət bir ço x feodalların  və  xalq  kütlələrin in 

narazılığına  səbəb  olurdu.  Azərbaycanda  və  Cənubi  Qafqazda  baĢ  verən 

hadisələrdən xəbərdar olmuĢ və MiranĢahın vəziyyəti nizamlamaqda acizliyin i hiss 

etmiĢ  Teymur  Hindistan  səfərindən  qayıtdıqdan  sonra  (1399-cu  ilin  sentyabr 

ayında) Azərbaycana yürüĢ etdi. Bu yürüĢ tarixdə " Yeddiillik müharibə" adlanır.  

Azərbaycana  gəlmiĢ  Teymur  Qarabağdan  Gürcüstana getdi  və  Kür  çayının 

sahillərində  məskən  saldı.  Bu  zaman  Cənubi  Qafqazın  bir  sıra  vilayət  hakimləri 

onun  hüzuruna  gedib  itaət  edəcəklərini  bildirdilər.  Həmin  hakimlərlə  Tey mur 

arasındakı  münasibətlərin  yaxĢılaĢdırılmasında  ġirvanĢah  Ġbrahimin  böyük  rolu  

oldu.  Seydi  Əli  ö ldüyü  üçün  ġəki  vilayətinə  hakimlik  edən  oğlu  Seydi  Əhməd, 

həmçinin  gürcü  çarı  Georgi  ġirvanĢah  Ġbrahimin  vasitəçiliyi  ilə  Teymurun  yanına 

gedib, onunla ittifaqa girdilər. 

Teymurun bu yürüĢü zamanı uzun  müddət cəsarətlə müdafiə olunan Əlincə 

qalası da tabe edildi. Qalada baĢ vermiĢ feodal çəkiĢ mələri onun süqutu üçün əsas 

səbəb oldu. 

Teymur bir  müddətdən sonra Səmərqəndə qayıtdı və 1405-ci  ildə vəfat etdi. 

Azərbaycan  bu  dövrdə  MiranĢahın  oğlu  Mirzə  Ömə rin  ixtiyarında,  ġirvan  isə 

Ġbrahimin hakimiyyəti altında id i. 

Teymurun ölü mündən sonra onun imperiyası daxilində çəkiĢ mələr baĢlandı 

və  "Teymur  vəliəhdliyi"  uğrunda  feodal  müharibələri  Ģiddətləndi.  Ġmperiyanın 

mərkəzində  baĢ  vermiĢ  hadisələr  ətraf  v ilayətlərə  də  təsir  göstərdi.  A zərbaycan 

hakimi M irzə Ömər Tey murun ölü m  xəbərini alan  kimi ö z ad ına  xütbə o xutdurdu 

və sikkə zərb etdirməklə imperiyanın təsirindən çıxmağa səy göstərdi. Ġmperiyanın 




43 

 

bir  ço x  ərazilərində  azadlıq  hərəkatı  geniĢləndi.  Vəziyyətdən  istifadə  edən 



ġirvanĢah  Ġbrahim  tabeçilikdən  imtina  etdi,  tam  müstəqillik  qazandı.  Tey murilər 

ġirvanın müstəqilliyin i tanımalı oldular. 



Azərbaycanda  dövlət  quruluĢu  və  idarə  sistemi.  Hərbi-feodal, 

mütləq iyyət  üsuli-idarəsindən  ibarət  olan  Hü laku lar  dövlətin in  təsisi  və  köçəri 

monqol-türk  qəbilə lərinin  Azə rbaycanda  məskunlaĢması  ictimai-siyasi  həyatın  bir 

sıra  sahələri  ilə  yanaĢı,  ölkənin  dövlət  quruluĢuna,  idarə  sisteminə  də  təsir 

göstərirdi.  Monqol  imperiyası  mü kəmməl  idarə  sistemi,  kargüzarlığı  ilə  seçilird i. 

Monqollar  Azərbaycana  qərarlaĢmıĢ  idarə  sistemi  ilə  gəlmiĢdilər.  La kin  onlar  boĢ 

səhralara  və  yaxud  zəif  inkiĢaf  etmiĢ  ölkəyə  deyil,  ictimai-iqtisadi,  mənəvi  və 

mədəni  cəhətdən  xeyli  inkiĢaf  etmiĢ  bir  diyara  gəlmiĢ,  dünya  miqyaslı  yüksək 

mədəniyyətə malik o lan xalqlarla qarĢılaĢ mıĢdılar.  

Hülakulara  (ümu miyyətlə,  monqollara)  məxsus olan dövlət quruluĢu və  idarə 

sistemi  Azərbaycanda  qərarlaĢmıĢ  yerli  dövlət  quruluĢu  və  idarə  sistemi  ilə 

çulğaĢmıĢdı. Ölkədə iki ənənəvi idarə sisteminin - yerli əhaliyə və köçəri monqollara 

məxsus  olan  sistemlərin  qarĢılıqlı  təsiri  nəticəsində  tədricən  vahid,  təkmilləĢmiĢ, 

inkiĢaf  etmiĢ  idarə  sistemi  meydana  gəlmiĢdi.  Monqollar  hərbi  sahədə  öz 

üstünlüklərini  qoruyub  saxlamıĢdılar,  lakin  mülki  idarədə  və  maliyyə  sistemində 

yerlilərə  məxsus  cəhətlər  üstünlüyə  malik  idi.  Monqollar  özləri  ilə  bir  sıra  hərbi, 

mülki  və  s.  anlayıĢlar  da  gətirmiĢdilər  ki,  onların  bəzisi  (bukavul,  bəxĢi,  yurdçi, 

bəlarquçi  və  s.)  vətəndaĢlıq  hüququ  qazanmıĢ,  həmin  dövrün  yeni  idarə  sistemində 

iĢlən miĢdir. 

Hülakular dövlətində ölkənin ali orqanı qurultay hesab olunurdu.  Qurultaylar öz 

vəzifələrinə  görə  2 yerə  bölünürdü:  Böyük  qurultay və ümumiyyətlə qurultay (iclas). 

Böyük  qurultaylarda  mühüm  dövlət  əhəmiyyəti  kəsb  edən  məsələlər  mü zakirə 

olunurdu: elxanlar seçilir, vilayət hakimləri və mühüm dövlət mə murları təyin olunur, 

hərbi,  təsərrüfat  planları,  müharibə,  sülh  və  dini  məsələlər  müzakirə  olunur,  dövlət 

fərmanları təsdiq edilir, əyanlara mükafatlar və ya cəzalar verilirdi.  Böyük qurultaylar 

ildə  bir  dəfə  çağırılırdı.  Onlar  3  gündən  1  ay  müddətinədək  uzana  bilirdi.  Belə 

məclislərdə  bəzən  iki  min  nümayəndə  iĢtirak  edirdi.  Qurultayın  iĢində  iĢtirak  etmək 

məcburi idi. Müzakirə olunan məsələlər qurultay nümayəndələrinin əksər çoxluğunun 

iĢtirakı  Ģəraitində,  səs  üstünlüyü  ilə  həll  o lunurdu.  Adi  qurultaylarda  -  iclaslarda 

nisbətən az əhəmiyyətli cari məsələlərə baxılırdı. 

Dövlətin baĢçısı elxan (və ya sultan) himayəsində olan ərazinin, əhalinin mütləq 

hakimi  idi  və  onun  səlahiyyəti  məhdudlaĢdırılmırdı.  Hülaku lar  taxt-tacına  sahiblik 

irsi  idi.  Adətən,  atanı  oğlu  əvəz  edirdi.  Belə  hallarda  Hülakular  sülaləsinin  bütün 

üzvləri öz razılığını bildirməli, həmin  məsələ qurultayda həll olunmalı, yeni hökmdar 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə