326
üzləşmişdi. Polyak diplomatları imperatorun öz həmyerliləri olan gənc qadınla bu
sevgi macərasına rəğbətlə yanaşırdılar, çünki onlar ümid edirdilər ki, bu uzun
müddət gözlədikləri müstəqilliyi, “azadlıq verən”dən daha asanlıqla əldə etməyə
kömək edəcəkdir. Varşava sevincli günləri qısa müddətli oldu. Marşal Lefebrə
Dantsiqi tutmaq əmri verildi, lakin Rusiya komandanı Beniqsen 80 min adamla
Vistulanı keçərək onu gözləyirdi və o, döyüş təklif etdi. Napoleon həlledici
toqquşmanın anı gəlib çıxdığını qət etdi. Qoşunların canlı qüvvəyə görə sayca
xeyli az olmasına baxmayaraq (Ney və Davunun komandanlıq etdiyi dəstələrin ona
köməyə gələcəyini də hesaba almaqla) 8 fevral 1807-ci ildə Eylau yaxınlığında
hücuma keçdi. Bu qırğın idi. Bütün gün ərzində ruslar Myuratın süvariləri
qarşısında dayanmışdılar və inadkarcasına öz sıralarını təzədən qururdular. Rusiya
artilleriyası fransız artilleriyasına nisbətən üstünlüyünü sübut etdi, çünki gözlənilən
kömək gəlib çıxmamışdı. Davu rusların Prussiya müttəfiqini haqq-hesab verməyə
dəvət edildi. Axşama yaxın ruslar öz mövqelərini verməyə başladılar, lakin hələ
tam məğlub olmamışdılar. Benniqsen hətta çara qələbə raportunu göndərdi və çar
bunu Sankt-Peterburqda bayram etdi.
Eylau Napoleonun qələbələri siyahısına daxil edilməlidir, təkcə ona görə ki,
ruslar tərəfində ölənlərin sayı fransızların itkilərindən xeyli çox idi. Lakin
Napoleon qət etdi ki, buna bənzər digər toqquşma münaqişənin nəticəsini ciddi
surətdə bərabərləşdirə bilər. Düşmən öz ordusunu asanlıqla yenidən qaldıra bilərdi.
Öz bazalarından aralanması və iqlimin sərtliyi isə fransızlara daha böyük çətinlik
yarada bilərdi, gənc əsgərlər hələ veteranların döyüş standartında deyildi.
Napoleon Parisdəki dövlət çevrilişi risqindən də qaça bilməzdi, ona görə də o, sülh
təklif etdi, lakin ruslar və prussiyalılar bu təklifi rədd etdilər. Fransızlar tərəfindən
Dantsinqin alınmasına görə onlar peşimançılıq çəkirdi və polyaklar, Napoleon
kampaniyasının başlanmasını gözləyəndə, 26 mayda gəlib çıxdılar. Həlledici döyüş
bütünlüklə məğlub edilən düşməni qalibin mərhəmətinə təslim edəcəkdi. 14 iyunda
Köniqsberqi tutmağa hazırlaşan Benniqsen Fridland yaxınlığında Lannenin
komandanlığı altında olan korpusla döyüşə girdi. Rusiya generalı asan qələbə
çalacağına inanırdı və bu məsələdə canlı qüvvəsinin böyük üstünlüyünə
327
arxalanırdı. Lanne öz strateji mövqeyindən məharətlə istifadə etdi, günorta başa
çatana qədər rusları saxladı, bu vaxt gəlib çıxan digər üç ordu korpusu düşməni
mühasirəyə aldı və onları başıpozuq qaydada Alle çayına tərəf qovdu. Ruslardan
25 min nəfər, fransızlardan 8 min nəfər həlak olmuşdu. Bu Marenqodakı qələbə
günündən yeddi il sonra baş vermişdi.
Çar vaxt udmaq üçün sülh barədə xahiş etdi. Bundan iki ay əvvəl isə
Bartesteyndə onunla birlikdə Prussiya kralı III Fridrix Vilhelm Napoleon
imperiyasını bölüşdürmək barədə razılığa gəlmişdilər, lakin onlar tezliklə lovğa
fransız tərəfindən məğlub edildilər. Napoleonla Aleksandr 1807-ci ilin 25
iyununda Tilzit yaxınlığında, Neman çayının ortasında lövbər salmış bərədəki
çadırda görüşdülər. Onların orduları müvafiq qaydada çayın hər iki sahilində
dayanmışdı. Sahildə, yağışın altında Prussiya kralı müşavirənin nəticəsini
gözləyirdi. Napoleon Rusiya çarı I Aleksandrla görüşdükdə, onu məğlub olmuş
dövlət başçısı kimi deyil, özünə bənzər bir qalib kimi qarşıladı. Bu, Aleksandra
olduqca güclü təsir göstərdi. Axı 1805-ci ildə Austerlitsdə, bir az əvvəl isə İenada
rus ordusu fransızlar tərəfindən ağır məğlubiyyətə uğradılmışdı. Yaxşı qəbuldan
təsirlənən I Aleksandr Napoleona dedi: “Sir, mən də Sizin kimi ingilislərə nifrət
edirəm”. Bu sözlərə Napoleon belə cavab verdi: “Onda sülh müqaviləsi
bağlanmışdır”. Beləliklə, Fransa ilə Rusiya arasında Tilzit sülh müqaviləsi
bağlandı.
Aleksandr Böyük Yekaterinanın nəvəsi idi və liberal dünyagörüşə malik idi,
buna onun təhkimçiləri azad etmək və Avropada sülhü bərqərar etmək istəkləri də
daxil idi.
Napoleon öz ağlı və hərəkətləri ilə Aleksandrı məftun etmişdi. Onların
söhbətləri olduqca səmimi idi. Onlar ölkələrinin müvafiq iqtisadiyyatları və
strategiyaları barədə söhbət edirdilər, onların hər ikisi sülhə ehtiyac duyurdu.
Napoleon döyüş meydanında olan orduların problemləri ilə, qoşunlarının
təzələnməsi ilə, əsgərləri qida rasionları və paltarla təmin etmək qayğıları ilə
qarşılaşırdı. Bu isə onu düşmən ərazilərinə müdaxilə etmək planlarından imtina
etməyə məcbur edirdi. Aleksandr müttəfiqləri tərəfindən vəd edilən köməyin indi
328
başqa yolla həll edilməsinə girişdi, Türkiyə ilə mübahisənin öz ixtiyarına keçməsi
üçün Napoleona minnətdarlıq etdi. O, həmçinin Polşada və Litvada qiyam
qalxmasından qorxurdu.
Danışıqlar üç saat davam etdi və iki qərar qəbul edildi. Görüş sonra Tilzitdə
keçirildi, burada Napoleon rusiyalı qonağı üçün pay hazırlamışdı. Prussiya Avropa
xəritəsindən uzaqlaşdırılmayacaqdı, lakin onun ərazisi yarıbayarı azaldılacaqdı, bu
çarın düşüncələrinə incə qaydada yanaşmaq əlaməti idi.
İki imperatorun hər biri digərini təriflərlə ələ aldığına və asanlıqla
aldatdığına inanmışdı, ona görə də sülh müqaviləsi müttəfiqlər planına keçmək
üçün uzun ömürlü olmadı. Tilzit müqaviləsinin dilinə baxmayaraq, Aleksandr başa
düşdü ki, Napoleon onun Balkanlara doğru ekspansiyasına real kömək etmək
istəmir. Üstəlik Napoleonun xarici işlər naziri Taleyran bu nəticəyə gəldi ki,
Napoleon öz-özünü aldadır. Bunu çox məxfi qaydada çara çatdırdı və ona məsləhət
gördü ki, gözləsin. Əlbəttə, Taleyran bu vaxt xəyanətkar kimi hərəkət edirdi,
xidmət etdiyi adamı satırdı və Napoleonun yıxılması təsadüfi üçün özünə
təhlükəsiz yer hazırlayırdı. Lakin o, həm də köhnə rejimin millətçi aristokratı kimi
hərəkət edirdi, öz ölkəsini bütöv Avropanın yalnız bir hissəsi kimi görürdü və
inanırdı ki, müxtəlif hissələr arasında zəruri tarazlıq olmalıdır. Bu sülh Fransa
dövlətinin üstünlüyü azaldıqda mümkün ola bilərdi.
Rusiya öz ərazi bütövlüyünü saxladı və İsveçdən Finlyandiyanı almaq üçün
sərbəstlik qazandı. Bu şərtlə ki, çar Böyük Britaniyanı Fransa ilə sülh müqaviləsi
bağlamağa sövq etməyə cəhd edəcəkdir. Bu fikir baş tutmasa, Rusiya Böyük
Britaniyanın kontinental blokadasına qoşulacaqdı. Fransa isə öz tərəfindən
Portuqaliyaya hücum etmək üçün sərbəstlik hüququ qazandı, bu ölkə blokada
qoyulduqdan sonra Britaniya ilə ticarətini xeyli artırmışdı. Kraliça Luizanın
Napoleonu şirnikləndirməsinin əksinə Prussiya öz məğlubiyyəti üçün baha haqq
ödəməli oldu, özünün Polşa torpaqlarının böyük hissəsindən məhrum edilməsi
barədə separat sülh müqaviləsi imzalamağa məcbur oldu. Bu torpaqlar Varşava
Böyük Hersoqluğuna verildi, hersoqluğun özü də bu niyyətlə yaradılmışdı.
Polşalılar bunda öz ölkə ərazilərinin birləşdirilməsi və müstəqil Polşa barədəki
Dostları ilə paylaş: |