TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə114/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   110   111   112   113   114   115   116   117   ...   186

245 

 

bir  nəticə  çıxarmaq  olar  ki,  e.ə.  65-ci  ilə  yaxın  Atropatenada  hökmranlıq  Daranın 



əlinə keçmişdi. 

Beləliklə,  təsvir  edilən  dövrdə  Atropatenanın  və  atropatenalıların  adları 

mənbələrdə əsasən qonşu ölkələrin tarixi ilə, yaxud ümumregion xarakterli hadisələrlə 

əlaqədar  olaraq  çəkilirsə  də,  təsdiq  edə  bilərik  ki,  atropatenalılar  Roma  əleyhinə 

sanballı  bir  qüvvə  olub  region  xalqlarının  çağırılmamış  "qonaqlara"  qarşı 

mübarizəsində ən fəal bir şəkildə iştirak edirdilər. Onlar, şübhəsiz, bu ağır mübarizədə 

özlərinin  istiqlaliyyətini  qoruyub  saxladılar.  Strabon  yuxarıda  nəzərdən  keçirilmiş 

hadisələrin demək olar ki, müasiri sayılan Apollonidə istinad edərək məlumat verir ki, 

Atropatena "hərbi qüvvə mənasında çox sanballı bir ölkədir, çünki o, döyüşə... 10000 

süvari və 40000 piyada çıxara bilər". 

Tiqranla  sülh  bağladıqdan  sonra  Pompey  Zaqafqaziyanın  içərilərinə  doğru 

hərəkət etdi. 

II  Tiqran  darmadağın  edildikdən  sonra  parfiyalılar  ayrı-ayrı  uğursuzluqlarına 

baxmayaraq, müstəqil siyasət, həm də Romaya qarşı açıq-aşkar düşmənçilik siyasəti 

yeridən yeganə sanballı qüvvəyə çevrildilər. Deyə bilərik ki, e.ə. I əsrin 50-ci illərinin 

ikinci  yarısına  yaxın Parfiya Romanın  müttəfiqi olan Ermənistanla əslində  müharibə 

vəziyyətində idi. Roma Parfiyaya hələ müharibə elan etməmişdisə, bu, respublikanın 

paytaxtında vəziyyətin gərgin olmasının nəticəsi idi. 

Romalılarla  parfiyalılar  arasında  ilk  qəti  döyüş  e.ə.  53-cü  ildə  Şimali 

Mesopotamiyada Karra  şəhərinin yaxınlığında oldu. Surenanın komandanlığı altında 

Parfiya  qoşunları  romalıları  məğlubiyyətə  uğratdılar.  Hərb  meydanında  20  mindən 

çox  Roma  döyüşçüsü  həlak  oldu,  təqribən  10  min  döyüşçü  əsir  tutuldu,  çoxlu 

sərkərdə, o cümlədən komandan Krass və oğlu öldürüldü. 

Parfiya dövləti yenidən yüksəlməyə başladı ki, bu da erməni çarı, parfiyalıların 

düşməni  olan  Artavazdı  Parfiya  çarı  II  Orod  ilə  ittifaq  bağlamağa  və  hətta  bacısını 

şahzadə  Pakora  verib II Orod ilə  qohum olmağa  vadar etdi.  Çox keçmədən  şahzadə 

Pakor ölkənin şərikli çarı oldu. 

Karra yaxınlığında parfiyalıların romalılara qalib gəlməsi mühüm hərbi-siyasi 

və  psixoloji  nəticələr  verdi.  Bu  qələbə  nəinki  Romanın  Şərqə  hərəkətini  dayandırdı, 

həm də romalıların yenilməzlik şöhrətinə son qoydu. 

Əlbəttə,  atropatenalılar  Karra  ilə  bağlı  hadisələrin  laqeyd  müşahidəçiləri  ola 

bilməzdilər. Onların parfiyalılarla çiyin-çiyinə vuruşması demək olar ki, şəksizdir. 

Biz Atropatenada o zaman kimin hökmranlıq etdiyini bilmirik. Bizə məlumdur 

ki,  Dara  ilə  məşhur  Artavazd  arasında  ölkəni  Ariobarzan  idarə  edirdi;  onu  II 

Ariobarzandan fərqli olaraq I Ariobarzan adlandırmaq lazımdır. 

II Orodun dövrü (e.ə. 57-36-cı illər) Parfiya dövlətinin ən qüdrətli dövrü idi. O 

dövrün  parfiyalıları  özlərinin  Karra  yaxınlığındakı  qələbələrinin  bəhrələrindən  və 

Romadakı  vətəndaş  müharibələrindən  nəticə  etibarilə  istifadə  edə  bilməsələr  də, 




246 

 

romalılara  qarşı  çox  ciddi  mübarizə  aparırdılar.  40-cı  ilə  yaxın  parfiyalılar  Aralıq 



dənizi hövzəsinin şərqində Roma torpaqlarına geniş hücuma başlayıb həmin rayonda 

romalıların hökmranlığını təhlükə altına aldılar. 

Adı Atropatena tarixində də çox mühüm hadisələrlə bağlı olan Roma triumviri 

Mark  Antoninin  yüksəlməyə  başladığı  vaxtdan  Roma-Parfiya  münasibətləri  xeyli 

mürəkkəbləşdi. 

Artıq  e.ə.  38-ci  ildə  Antoninin  sərkərdəsi  Publi  Ventili  parfiyalıları  Hindar 

yaxınlığında  məğlubiyyətə  uğratdı; qədim müəllif, hadisələrin müasiri Pompey Troq 

bu məğlubiyyət haqqında sonralar öz əsərində yazacaqdı: "Müharibələrin heç birində 

parfiyalılar  bundan  dəhşətli  məğlubiyyətə  uğramamışlar".  Beləliklə,  parfiyalıların 

Qərbə  təntənə  ilə  başlanmış  irəliləyişi,  Parfiya  dəstələrinin  İoniyaya  qədər  gedib 

çıxması  acınacaqlı  bir  nəticə  ilə  qurtardı.  Parfiyalıların  Roma  əleyhinə  tədbirlərinin 

fəlakətlə  başa  çatması,  çox  böyük  insan  tələfatı  və  maddi  tələfat  Parfiya  dövlətində 

kəskin siyasi böhran doğurdu. Hindar yaxınlığında məğlubiyyətdən sonra parfiyalılar 

uzun müddət Dəclə çayının Roma sahilində görünmədilər. 

Hindar  döyüşündən  sonra  Antoni  komandanlığı  öz  öhdəsinə  götürdü.  Qoşun 

çox böyük idi. Qədim müəlliflər təkcə Roma legionerlərinin 60 min nəfərdən 70 min 

nəfərədək, köməkçi qoşunların 40 min nəfərə yaxın, ispan və qall süvarilərinin 10 min 

və  erməni  süvarilərinin  6  min  nəfər  olduğunu  göstərirlər.  Romalıların  araba 

karvanında mühasirə maşınları və digər ləvazimat vardı. 

Misir  çariçası  Kleopatra  ilə  Antoninin  e.ə.  36-cı  ildə  qəti  rəsmiləşdirilmiş 

ittifaqı  Aralıq  dənizi  hövzəsinin  şərqindəki  müxtəlif  vilayətlərin  hellinləşmiş 

əyanlarının  mənafeyinin  müdafiəçisi  kimi  triumvirin  siyasi  mövqelərini  tamamilə 

müəyyənləşdirdi. Məhz buna görə Antoni öz hakimiyyəti altında olan ərazilərin xeyli 

hissəsində  xırda  hellinləşdirilmiş  dövlətlər  sistemini  bərpa  etdi  və  həmin  dövlətlərin 

əyanlarının ittifaqına başçılıq etmək niyyətində idi. Antoni özünü mütləq hakim kimi 

aparırdı: torpaq paylayır, dövlətlərin sərhədlərini dəyişdirir və s. 

Antoni  geniş  bir  kampaniya  nəzərdə  tutmuşdu,  onun  planları  vüsətli  idi. 

Triumvir  istəyirdi  ki,  Makedoniyalı  Aleksandrın  çarlığı  kimi  böyük  bir  Asiya 

dövlətinin əsasını qoysun. Romanın hökmranlığını Hindistana qədər yayacağını yürüş 

ərəfəsində elan etmiş Krassdan nümunə götürərək Antoni Kleopatradan olan oğlunun 

adını  Aleksandr  qoydu.  Özünü  mütləq  hakim  kimi  aparan  və  böyük  Şərq  çarlarının 

nümunəsi  ilə  özünü  ilahi  mənşədən  xəlq  olunmuş  hesab  edən  Antoni  öz  oğlu 

Aleksandrı Helios

3

, onun bacısı Kleopatranı isə Selena adlandırdı



4

. Böyük istilaçının 

                                                           

3

 



Helios - yunan mifologiyasında Günəş allahıdır.

 

4



 

Selena - yunan mifologiyasında Ay ilahəsidir. 


Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə