TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə125/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   121   122   123   124   125   126   127   128   ...   186

268 

 

yazılı  mətninin  mövcudluğuna  işarəni  görürlər.  Nəhayət,  "Avesta"nın,  ən  azı  onun 



ayrı-ayrı  hissələrinin  yazılı  mətninin  hələ  Əhəmənilər hakimiyyətinə  qədərki dövrdə 

mövcud olduğunu məntiqi səciyyəli bir hal da təsdiqləməlidir. Zənn edirik ki, yazıda 

maddiləşmiş "Avesta" olmasaydı, qədim yunan fəlsəfəsinə və iudaizm dininə o, çətin 

ki, təsir edə bilərdi. 

Beləliklə,  yunan  müəlliflərinin  hesab  etdikləri  kimi  2  milyon  misranı  özündə 

ehtiva edən  və  yaxud zərdüştilik  ənənəsinin və  sonralar ərəb və farsdilli  müəlliflərin 

iddia  etdikləri  kimi,  12  min  öküz  (inək)  dərisi  üzərində  qızıl  hərflərlə  yazılmış 

"Avesta"nın  (və  yaxud  onun  ayrı-ayrı  hissələrinin)  yazılı  mətni  Makedoniyalı 

Aleksandrın yaşayıb fəaliyyət göstərdiyi dövrdən xeyli əvvəl mövcud olmuşdur. 

Yunan-Makedoniya  işğalı  zamanı  məhv  olmuş  və  bir  neçə  əsr  ərzində  daha 

çox şifahi surətdə saxlandığı güman olunan (əlbəttə, ola bilər ki, kitablardan ayrı-ayrı 

fraqmentlər  də  qalmışdı)  məhz  bu  "Avesta"nı  Parfiya  hökmdarı  Arşaki  Vologez 

(görünür, I Vologez) bərpa etməyə cəhd göstərmişdi. 

Lakin  alimlərin  hesab  etdikləri  kimi,  ilkin  "Avesta"dan  yaddaşda  heç  də  hər 

şey  qala  bilməzdi  (bəzi  tədqiqatçılar  hesab  edirlər  ki,  350  min  sözdən  artıq  ola 

bilməzdi),  hər  halda  "Avesta"nın  hifz  olunmuş  hissələri  artıq  yuxarıda  xatırlandığı 

kimi, e.ə. I əsrdə kodifikasiya olunmuşdu. 

İlk Sasani hökmdarı Ərdəşir Papağanın dövründə (225-240-cı illər) "Avesta"nı 

çox fəal surətdə toplamağa və bərpa etməyə başladılar. Güman etmək olar ki, Avesta 

IV  əsrdə  hələ  göstərilmiş  zamanadək  imperiyanın  dövlət  əhəmiyyətli  müqəddəs 

məkanına  çevrilmiş  Atropatenada  ali  kahin  Äturpät  Mahrspandan  tərəfindən 

kanonlaşdırılmışdı. 

"Avesta" sonralar da redaktələrə məruz qalmışdır. 

Axırıncı  redaktədən  sonra  güclü  surətdə  seyrəlmiş  "Avesta"  21  naskdan 

(kitabdan)  ibarət  idi.  Lakin  "Avesta"nın  bu  mətni  də  bizə  tam  şəkildə  gəlib 

çatmamışdır.  Artıq  ərəblərin  hakimiyyəti  dövründə  zərdüştiliyin  müqəddəs  kitabları 

yenidən  təqiblərə  məruz  qaldı.  Bizə  məlumdur  ki,  ərəb  işğalı  dövründə  digər  qeyri 

islam ədəbiyyatı kimi, "Avesta"nın əlyazmaları da amansızcasına yandırılırdı. 

Bu  barədə  Biruni  məlumat  vermişdir.  Belə  ki,  Parfiya  dövründən  Sasanilərin 

hakimiyyəti  zamanınadək  olan  ən  azı  6-7  əsr  ərzində  bir  çox  ilahiyyətçi  alimlər, 

kahinlər, adı məlum olmayan xeyli əməkçi nəsilləri tərəfindən bərpa olunan "Avesta" 

kitablarının bir qismi qayıtmaz şəkildə məhv oldu. 

Hazırda  Arşakilərin  və  Sasanilərin  hakimiyyətləri  dövründə  bərpa  olunmuş 

zərdüşti kitablardan bizim "Avesta" adlandırmağa adət etdiyimiz əsərdən aşağıdakılar 

qalmışdır:  Yaştlardan,  Yasnadan,  Vispratdan  ibarət  olan  üç  natamam  kitab  (nask), 

nisbətən  tam  olan  Videvdat,  habelə  Kiçik  Avesta  (Xurd  Avesta,  orta  farsca  Xurtak 

Apastak).  Kiçik  Avesta  əsasən  bizə  məlum  olan  Böyük  Avestadan  seçilmiş, 

zərdüştiliyə  sitayiş  edən  şəxs  üçün  gündəlik  həyatda  zəruri  olan  duaların  minimum 




269 

 

məcmuəsidir.  Kiçik  Avestaya  bəzən  ənənə  üzrə  Yaştları  da  daxil  edirlər.  Kiçik 



məcmuələr və s. şəklində ayrı-ayrı "Avesta" fraqmentləri (bizə qədər gəlib çatmamış 

Avesta kitablarından) də qalmışdır. Mütəxəssislərin hesab etdikləri kimi, bütün bunlar 

Sasanilər dövründə bərpa olunmuş "Avesta"nın yalnız dörddə bir qismidir. 

Sasanilər  dövründə  bərpa  olunmuş  20  kitabın  (21  kitabdan)  adları  və  qısa 

məzmunu  bizə  IX  əsrin  zərdüştilik  əsəri  Denkartdan  məlumdur.  Özü  də  qeyd  etmək 

lazımdır  ki,  bu  kitabların  qısa  icmalı  "Avesta"nın  öz  mətni  üzrə  deyil,  "Avesta"nın 

pəhləvi  dilinə  tərcüməsi  əsasında  hazırlanmışdır.  Müxtəlif  "Avesta"  nasklarının 

məzmunu  başqa  pəhləvi  kitablarında  da  izah  edilmişdir.  Göstərmək  lazımdır  ki, 

pəhləvi  kitabları  mahiyyətcə  bizə  "Avesta"nın  itirilmiş  hissələri  haqqında  bəzi 

təsəvvürlər yaratmaq imkanı verən yeganə mənbədir. 

Hindistan  parsları,  onlarda  zərdüştilik  dininin  müqəddəs  kitablarının 

mövcudluğu  haqqında  erkən  məlumatlar  Avropaya  yalnız  XVII  əsrdə  çatmışdır. 

Tezliklə  Oksford  kollecinin  kitabxanasında  (İngiltərə)  "Avesta"nın  Hindistandan 

gətirilmiş ilk əlyazmaları meydana çıxdı. 

Lakin  bir  çox  onilliklər  ərzində  "Avesta"nı  oxumaq  heç  kimə  müyəssər 

olmurdu.  "Avesta"  Avropada  ilk  dəfə  uzun  müddət  Hindistanda  yaşamış,  pars 

kahinlərinin  yardımı  ilə  müqəddəs  kitabları  öyrənmiş  fransız  Anketil  Düperron 

(1731-1805)  tərəfindən  1771-ci  ildə  nəşr  edilmişdir.  Şübhəsizdir  ki,  bu,  böyük 

şücaət  tələb  edən  epoxal  kəşf  idi.  Lakin  Avropada  "Avesta"  ətrafında  qızışmış 

mübahisənin getdiyi 50 ildən də artıq bir müddət ərzində fransız aliminin elmi şücaəti 

layiqincə qiymətləndirilmədi. Əksinə, Anketil Düketil Düperronun ölümündən sonra, 

artıq XIX əsrin 20-ci illərində alimə bəraət qazandırıldı və o, sonralar "avestologiya" 

adı ilə məlum olan yeni elmin banisi kimi tanındı. 

Avropa  mədəniyyətinə  zərdüştilik  haqqında  təsəvvürü  nəşr  etdiyi  "Avesta" 

vasitəsilə  daxil  etmiş  şəxs  məhz  Anketil  Düperron  olmuşdur.  Hegelin,  Getenin  və 

XIX əsrin başqa mütəfəkkir və alimlərinin mülahizələri məhz onun zərdüştilik dininin 

təfsirinə  əsaslanırdı.  Tezliklə  "Avesta"  parlaq  alimlərin  bir  çox  nəsillərinin  tədqiqat 

obyektinə  çevrildi.  Bu  estafet  nəsildən-nəslə  ötürülür  və  "Avesta"nın  problemləri 

hazırda da müxtəlif ölkələrdə tədqiqatçıların fikrini həyəcanlandırır. 

Yuxarıda  qeyd  edildiyi  kimi,  bizə  qədər  gəlib  çatmış  "Avesta"  Yasnadan, 

Yaştlardan, Vispratdan, Videvdatdan və Kiçik Avestadan ibarətdir. 

Yasna  ("ehtiram",  "pərəstiş",  "qurban  vermə")  "Avesta"nın  72  fəsildən  ibarət 

olan,  ibadət,  müxtəlif  adətlər,  mərasimlər  və  qurban  verilməsi  zamanı  oxunan  ayrı-

ayrı duaları özündə ehtiva edən ən həcmli hissəsidir. Metrik formada tərtib olunmuş 

və  xarakterinə  görə  Bibliya  peyğəmbərlərinin  nitqlərini  xatırladan  "Qat"lar 

("himnlər", nəğmələr") onun ən mühüm qismidir (17 fəsildən ibarətdir). 

Alimlər  "Qat"ların  məzmununun  çox  emosional  və  "insani"  ruhda  olduğunu 

qeyd  edirlər.  Güman  edirlər  ki,  Qatlarda  insanın  səsi  eşidilir  və  hərdənbir "müəllifin 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə