TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə67/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   63   64   65   66   67   68   69   70   ...   186

145 

 

ictimai-siyasi  və  mədəni  şəraitində  nisbətən  çoxsaylı,  güman  ki,  qarşılıqlı 



münasibətlərdə  anlaşılmayan  yerli  dillərə  nisbətən  ictimai  baxımdan  daha  mühüm 

olduğu  aşkarlanır.  Qeyd  etmək  lazımdır  ki,  gəlmələrin  gətirdiyi  təsərrüfatçılıq 

formaları, ictimai, siyasi və digər institutlar bəzi hallarda aborigenlər arasında hakim 

olmuş  cəhətlərə  nisbətən  daha  mütərəqqi  idi.  Şübhəsizdir  ki,  başqa  hallarda  qədim 

əkinçi əhalinin ictimai formaları daha çox inkişaf etmişdi. Lakin həmin əhalinin hamı 

tərəfindən  anlaşılan  ümumi  dili  yox  idi  və  o,  icmalararası,  tayfalararası 

münasibətlərdə irandilli tayfaların ləhcələrindən istifadə etməli olurdu. 

Beləliklə,  e.e.  II  minilliyin  sonunda  -  I  minilliyin  başlanğıcında  Şimal-Qərbi 

İranın  ərazisinə  irandilli  əhalinin  gəlişi  sayəsində  artıq  e.ə.  I  minilliyin  II  rübündə 

Qərbi  İran  yaylası  vilayətlərinin  xeyli  qismi,  xüsusilə  Cənubi  Azərbaycan  əhalisinin 

dilləri  iranlaşmaya  məruz  qalmağa,  İran  yaylası  isə  irandilli  tayfaların  yeni,  ikinci 

metropoliyasına  çevrilməyə  başladı.  Həmin  dövrdə  təşəkkül  tapmaqda  olan  irandilli 

xalqlar  əsasən  assimilyasiyaya  uğramış  avtoxton  əhalinin  nəsillərindən  ibarət  idi. 

Onlar  aborigenlərin  nəinki  maddi  mədəniyyətini  və  təsərrüfat  nailiyyətlərini 

mənimsədilər,  habelə  müəyyən  dərəcədə  yerli  əhalinin  antoropoloji  tiplərinin  də 

varisləri oldular. 

Yuxarıda  deyilənlərdən  aydın  olur  ki,  bizi  maraqlandıran  bölgənin  əhalisinin 

irandilliləşməsi  hələ  Mannanın  madalılar  tərəfindən  işğalına  qədərki  dövrdə 

başlanmışdı. 

Mannanın  madalılar  tərəfindən  işğalından  sonra  Cənubi  Azərbaycanın  yerli 

əhalisinin İran dilini qəbul etməsi prosesi kəskin surətdə gücləndi. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



ÜÇÜNCÜ BÖLMƏ 

 


146 

 

 



 

AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ ĠLK 

DÖVLƏTLƏR 

 

VIII   F Ə S İ L 

 

AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ ĠLKĠN SĠYASĠ 

QURUMLAR. MANNA DÖVLƏTĠ 

 

Urmiya  gölü  hövzəsində  ilk  siyasi  qurumlar.  E.ə. II minilliyin sonunda  - I 

minilliyin  əvvəlində  Cənubi  Azərbaycanda  və  qonşu  vilayətlərdə  yaşamış  tayfaların 

tarixi haqqında başlıca olaraq mixi yazılara  əsaslanan biliyimiz burada aşkar edilmiş 

çoxlu arxeoloji  material sayəsində  zənginləşmişdir. Bu, İlk Dəmir dövrü,  yaxud son 

boz  keramika  dövrüdür.  O  vaxtın  əsas  abidələri  Həsənli  IV,  Dingətəpə  II,  Göytəpə, 

Amlaş, Naxçıvan zonasının abidələri və başqalarıdır. 

Bu zaman dəmir istehsalatda böyük yer tutur. Dəmir silahın miqdarı artır, lakin 

bimetal  və  xalis  tunc  silahdan  da  istifadə  edilir.  Təsərrüfat  həyatında,  xüsusən  hərbi 

işdə at getdikcə daha böyük rol oynayır ki, bu da mifologiyada və mərasimlərdə çox 

aydın bir şəkildə öz əksini tapır. 

İçqalaları  və  mürəkkəb  daxili  tikililər  sistemi  olan  yaxşı  möhkəmləndirilmiş 

yaşayış  məntəqələri  aşkarlanmışdır.  Həsənlitəpədə  tapılmış,  e.ə.  1000-800-cü  illərə 

aid  olan  şəhərqala  məhz  belə  məntəqələrdən  idi.  Yəni  ki,  bu  şəhər-qalalar  mixi 

yazılarda  adı  çəkilən  "ölkələrin"  mərkəzləri  imiş.  Çoxlu  qədim  qəbiristan  aşkara 

çıxarılmışdır. 

Bu  dövrdə  sosial  təbəqələşmə  və  əmlak  təbəqələşməsi  prosesi  xeyli 

dərinləşmişdi. Sıravi qəbirlər arasında varlıların məzarları aydın seçilir. 

Şimali  və  Cənubi  Azərbaycan  vilayətlərinin  sosial  və  iqtisadi  mənzərəsində 

böyük fərq yox idi. 

E.ə.  II  minilliyin  ikinci  yarısı  ibtidai  icma  quruluşunun  intensiv  surətdə 

dağılması və ilkin sinfi qurumların yaranması ilə səciyyələnir. 

E.ə.  I  minilliyin  əvvəlində  Urmiyaboyu  rayonda  fərqləndirici  əlamət  daha 

qəbilə-tayfa  bölgüsü  deyil,  ərazi  bölgüsündən  ibarət  olan  mövcud  xırda  vahidlərlə 

bərabər, nisbətən iri siyasi qurumların da yaranması idi. 

Aşşurlular  Urmiyaboyu  rayonun  bəzi  vilayətlərinin  hökmdarlarını  bel  älänu-

dan  ("məskən  hakimləri"ndən)  fərqli  olaraq  sarrani,  yəni  "çarlar"  adlandırırlar. 

Urmiyaboyu hövzə zonasında janzu titulu da qeydə alınmışdır ki, bu da kaşşu (kassit) 

dilində 

"çar" 


deməkdir. 




147 

 

Mixi  yazılardan  bəlli  olduğu  kimi,  e.ə.  I  minilliyin  əvvəlində  Cənubi 



Azərbaycan  ərazisinin  özündə  aşşurlularla  mübarizə  aparan  bir  neçə "çarlıq"  var  idi, 

burada ayrı-ayrı "çarlıq"ların birləşmə prosesi gedirdi və bunun sayəsində onlar uzun 

müddət Aşşur işğalçılarına müqavimət göstərə bilirdilər. 

Həmin  birləşmələrin  meydana  gəlməsi  müəyyən  dərəcədə  xarici  təhlükə  ilə 

bağlı idi. 

Aşşur  dövlətinin  güclənməsinin  yeni  dövrü  e.ə.  X  əsrin  sonundan  -  IX  əsrin 

əvvəlindən başlanır.  E.ə. IX-VIII  əsrlərdən etibarən  aşşurlular şimala  və  şimal-şərqə 

xüsusilə tez-tez yürüşlər edir, bu torpaqları tutmaq və onların sakinlərini əsarət altına 

almaq üçün cəhdlər göstərirlər. II Adadnerarinin (e.ə. 911-890-cı illər) və II Tukulti-

Ninurtanın  (e.ə.    890-884-cü  illər)  ardınca  II  Aşşurnasirapal  (e.ə.  883-859-cu  illər) 

Urmiyaboyu  vilayətlərə  yürüş  edir.  II  Aşşurnasirapal  ilk  Aşşur  çarı  idi  ki,  öz 

sələflərindən xeyli uzaqlara - Urmiyaboyu rayonun içərilərinə gedib çatmışdı. E.ə. IX 

əsrin  80-ci    illərindən    aşşurlular  bu    vilayətlərə    müntəzəm    olaraq  qarətçilik 

basqınları və uzunmüddətli yürüşlər etməyə başlayırlar.  

Aşşur  qaynaqlarında  adına  hələ  e.ə.  X  əsrin  sonunda  təsadüf  edilən  Zamua 

ölkəsi  Urmiyaboyu  rayonda  ən  iri  siyasi  birləşmə  idi.  Artıq  e.ə.  IX  əsrin  əvvəlində 

burada  bütün  Zamuanı,  yaxud  hər  halda  onun  xeyli  hissəsini  əhatə  edən  birləşmə 

vardı ki, onun başında Daqara vilayətinin tayfa başçısı, Akkad adı daşıyan Nur-Adad 

dururdu. Daqara vilayəti Şimal-Şərq və Şərq ölkələrinin bir növ qapısı idi, buna görə 

də aşşurlular onu işğal etməyə xüsusi maraq göstərirdilər. 

881-ci  ildə  Zamua  üzərinə  yeriyən  II  Aşşurnasirapal  məlumat  verir  ki, 

zamualılar  istilaçıların  yolunu  kəsmək  üçün  Babite  aşırımında  (indiki  Dərbənd-i 

Bazian) müdafiə divarı hörmüşlər. Lakin onlar basqının qabağını ala bilmədilər və II 

Aşşurnasirapal  Daqara  "ölkəsinin"  Birutu,  Uze  və  Laqalaqa  qalalarını  ətraf 

məskənlərlə  birlikdə  işğal  etmiş,  çoxlu  qənimət  ələ  keçirmiş  və  əsirlər  tutub 

aparmışdı. Aşşurlular Daqaraya tərəfdar olan qonşu vilayətlərə də hücum edib, Bara, 

Bunasi  və  Larbusa  şəhərlərini  tuturlar.  Fürsətdən  istifadə  edən  Nur-Adad  öz 

mövqelərini  möhkəmləndirir.  Lakin  asşurlular  yenidən  qalib  gəlib,  bu  dəfə  Birutu 

qalasını yandırırlar. 

Aşşurlular Zamua rayonlarını çapıb-talayandan sonra bu vilayətdən bac olaraq 

qaramal,  davar,  at,  arpa,  şərab,  mis  və  misdən  hazırlanmış  məmulat,  gümüş  və  qızıl 

tələb etməklə kifayətlənməyib, ertəsi il (e.ə. 880-ci ildə) Zamua üzərinə yenidən yürüş 

edirlər.  Bu  zaman  Zamuanın  başında  artıq  çar  Ameka  dururdu.  Basqın  nəticəsində 

yalnız  Amekanın çarlığı deyil, habelə  hakimlərdən  Araştua, Kirtiara  və  başqalarının 

vilayətləri  də  darmadağın  edildi.  Məğlubiyyətə  uğradığına  və  paytaxtı  "çar  şəhəri" 

Zamrinin  işğal  edildiyinə  baxmayaraq,  Ameka  istilaçılara  inadlı  müqavimət 

göstərirdi.  O,  paytaxtı  tərk  edib  qoşunla  birlikdə  Etini  dağlarına  çəkildi.  II 

Aşşurnasirapal təqibi davam etdirərək ölkəni viran qoydusa da, çarın özünü ələ keçirə 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə