TəBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/34
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22529
1   ...   19   20   21   22   23   24   25   26   ...   34

 
- 67 - 
minlərlə  neft  kəmərlərini,  platformaları  dağıtmışdır.  Təbii  El-Ninio  cərəyanı  nəinki 
sahilyanı  ölkələrə  ciddi  ziyan  vurur,  hətta  havanın  temperaturunu  dəyişir,  okean 
canlılarının  həyatını  təhlükə  altına  qoyur.  Son  150  ildə  bu  cərəyan  20  dəfədən  çox, 
XX  əsrin  ikinci  yarısından  sonra  9  dəfə  ciddi  xətalar  törətmişdir.  Onun  yaratdığı 
quraqlıq  və  tropik  leysanlar  Mərkəzi  Amerikanın  kofe  plantasiyalarına,  xüsusilə  də 
Kolumbiya,  Braziliya,  İndoneziya  plantasiyalarına  ciddi  ziyan  vurmuş,  dünya 
bazarında kofenin qiyməti qalxmış, Kot-d`İvuarda kakao, Hindistan və Keniyada çay, 
Vest-Hind  ölkələrində  şəkər  qamışı  yığımına  ciddi  ziyan  vurmuşdur.  Amazoniyada, 
cənubi  Meksikada,  ABŞ-ın  Texas,  Florida  ştatlarında,  İndoneziyada  böyük  meşə 
yanğınları törənmişdir.   
Sosial,  sosial-iqtisadi  obyektlərdə  baş  verən  hadisələr,  yəni  təbii-antropogen 
hadisələr  də  əhaliyə,  onun  təsərrüfat  fəaliyyətinə,  bütövlükdə  isə  dünya 
iqtisadiyyatına ciddi zərər yetirir. Texnogen qəzalar və katastrofik bədbəxt hadisələr 
əsasən  aşağıdakı  kimi  qruplaşdırılır:  1)  nəqliyyatda;  2)  zərərli  kimyəvi  maddələrin 
tullantıları;  3)  radioaktiv  maddələrin  tullantıları;  4)  zəhərli  döyüş  sursatları 
tullantıları; 5) elektroenergetika sistemlərində; 6) kommunal-yaşayış sistemlərində; 7) 
təmizləyici qurğularda; 8) bəndlərdə; 9) partlayış və yanğınlarda baş verən hadisələr. 
Bunlardan  əlavə  sərnişin  daşınmaları,  neft,  qaz  kəmərlərində,  şaxtalarda  və  digər 
texniki  qurğularda  ciddi  fəsadlar  ekoloji  gərginliyin  artmasında,  cəmiyyətə  dəyən 
ziyanlarda özünü son vaxtlar daha çox göstərməkdədir. 
Müasir  dövrdə  dünyada,  ayrı-ayrı  regionlarda  baş  verən  təbii  və  antropogen 
dağıdıcı hadisələrlə mübarizə aparmaq nəinki ayrı-ayrı fərdlərin, müəssisələrin, şəhər, 
dövlət  və  regionların,  bütövlükdə  bəşər  cəmiyyətinin  ən  ümdə  məsələsi  olmalıdır. 
Buna  nail  olmaq  üçün  birgə  müşahidələr  aparılmalı,  proqnozlar  verilməli  və  birgə 
mübarizə  tədbirləri  hazırlanmalıdır.  Bu  tədbirlər  sisteminin  əsasını  ekoloji  siyasətin 
dəqiq  yerinə  yetirilməsi  təşkil  etməlidir.  Belə  olan  halda  dəyəcək  ziyanı  azaltmaq, 
ölüm hallarının qabağını nisbətən almaq, vurulan ziyanı birgə həll etmək mümkündür. 
Ekoloji siyasətin əsas istiqamətlərini aşağıdakı kimi təsbir edirlər:  
1) ictimai istehsalda təbii resurslardan istifadənin optimallaşdırılması;  


 
- 68 - 
2) təbii mühiti insan fəaliyyətinin neqativ nəticələrindən qorumaq;  
3) əhalinin ekoloji təhlükəsizliyi. 
Bu  siyasi  istiqamətlərin  həyata  keçirilməsi,  sözsüz  ki,  hər  bir  ölkədə  əhalinin 
dünyagörüşündən,  sosial-iqtisadi  inkişaf  səviyyəsindən  və  bu  inkişafı  təmin  edən 
şəraitdən çox şey asılıdır. Ərazi baxımından ekoloji siyasəti milli və qlobal xarakterli 
hesab etmək olar.  
Qlobal  ekoloji  siyasətin  formalaşması  üçün  bir  neçə  mərhələni  keçmək  lazım 
gəlmişdir.  Belə  ki,  BMT  1972,  1992  və  2002-ci  illərdə  üç  mühüm  beynəlxalq 
konfrans keçirilmişdir. 1972-ci ildə Stokholmda keçirilən birinci beynəlxalq konfrans 
çox  əhəmiyyətli  olmuş,  bir  neçə  beynəlxalq  təbii-ekoloji  mühafizə  təşkilatlarının 
yaranmasının əsasını qoymuşdur. Məhz bu konfransdan sonra bir neçə ətraf mühitin 
mühafizəsi  üçün  iri  proqramların  həyata  keçirilməsinə  başlanılmışdır.  Bunlardan 
“İnsan  və  biosfer”,  “Beynəlxalq  iqlim  proqramı”,  “Beynəlxalq  geosfer-biosfer 
proqramı”  xüsusi  fəallığı  ilə  seçilmiş,  ətraf  mühitin  vəziyyətinə  dair  müntəzəm 
hesabatlar  tərtib  etmişdir.  1980-ci  ildə  YUNEP-in  nəzdində  “Ətraf  mühitin 
mühafizəsinin ümumdünya strategiyası” adlı sənəd qəbul edildi ki, 1982-ci ildə buna 
əsasən  BMT-ni  Baş  Assambleyası  “Ümumdünya  təbiəti  mühafizə  partiyası”nın 
yaradılmasını elan etdi. Son illərdə təbii mühitin mühafizəsi sahəsində bir çox ölkələr 
arasında  razılaşma  protokolları  imzalanmış,  atmosferin  birgə  mühafizəsi  üçün 
beynəlxalq qeyri-hökumət təşkilatları yaranmışdır. 1987-ci ildə Monreal protokoluna 
əsasən dünya üzrə freon qazının azaldılması,  yaxın  gələcəkdə isə tam  ləğv edilməsi 
nəzərdə tutulmuşdur. 1997-ci ildə Kioto protokolu müasir dövrün ən iri ekoloji sənədi 
sayılır.  Bu  protokola  əsasən  əksər  dünya  ölkələrini  zəhərli  qazların  atmosferə 
buraxılmasını qadağan edir ki, bu da iqlimin istiləşməsinin qarşısını almaqla uğurlu 
addım sayılır. 
BMT-nin  ikinci  iki  konfransı  1992-ci  ildə  Rio-de-Janeyroda  keçirilmişdir.  Bu 
konfransda  179  ölkədən  114  dövlət  və  hökümət  rəhbərləri,  1600-dən  çox  qeyri-
hökumət  təşkilatı  iştirak  etmişdir.  Bu  konfransda  beş  əsas  sənəd  qəbul  olunmuşdur. 
Birincisi, “ətraf mühit və inkişaf” adlanır. Bu sənəddə deyilir ki, 1972-ci il Stokholm 


 
- 69 - 
konfransının  deklarasiyası  təsdiq  edilir,  dövlətlərarası  müasir  sazişləri  bəyənir, 
inkişaf üçün  yeni-yeni səviyyələrin  yaranmasını  və inkişaf etdirilməsini dəstəkləyir. 
Bütün dövlətlərə davamlı inkişaf üzrə öz milli strategiyasını hazırlayıb qəbul etmək 
tövsiyyə olunmuşdur. İkincisi Strategiya, gələcək nəsillərin səadəti üçün ətraf mühitin 
və  resurs  bazasının  qorunması  ilə  yanaşı,  sosial  yonümlü  iqtisadi  inkişafın  təmin 
edilməsinə  istiqamətləndirilməlidir.  Strategiya  hökumət,  ictimaiyyət  və  işgüzar 
dairələr daxil olmaqla əhalinin geniş iştirakı ilə işlənib hazırlanmışdır.  
Üçüncüsü, meşələrə münasibətin olduqca vacibliyi qeyd olunur, bu münasibət 
ekoloji  tarazlığın  qorunub  saxlanmasında,  enerjiyə,  müxtəlif  növ  xammala,  istehlak 
mallarına, kənd təsərrüfatının inkişafına diqqətin yetirilməsinin vacibliyini qəbul edir. 
Burada meşələrin qırılması, səhralaşma, qiymətli oduncaqların beynəlxalq səviyyədə  
ticarətə  qarşı  birgə  mübarizənin  vacibliyini  təsbit  edir.  Dördüncüsü,  biomüxtəliflik 
konvensiyadır ki, təbii və süni şəraitdə bioresurslardan səmərəli istifadə etməyi, növ 
tərkibinin  təbiətdə  müxtəlifliyinin  qorunub  saxlanmasına  yönələn  tədbirlərin 
genişləndirilməsi  tövsiyyə  olunur.  Beşincisi,  iqlim  dəyişikliyi  konvensiyasıdır. 
Burada  geniş  ictimaiyyətin  və  dövlətlərin  birgə  səmərəli  əməkdaşlığının  artırılması, 
inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələr  qarşısında  ayrı-ayrılıqda  tələblərin 
qoyulması nəzərdə tutulmuşdur. 
Təbii ki, bu tədbirlərin həyata keçirilməsi özünün müsbət nəticələrini vermişdir. 
Lakin  təbii  mühitin  tam  qorunması  sahəsində  gözlənilən  ciddi  və  əsaslı  dönüş 
olmamışdır.  Ona  görə  də  BMT-nin  1997-ci  il  XIX  sessiyasında  Rio-de-Janeyro 
konfransından sonrakı dövr müzakirə edilərək qərara alınmışdır ki, bütün üzv dövlət 
öz səylərini davam etdirsinlər. 
2002-ci  ildə  BMT  Yoxanesburqda  növbəti  beynəlxalq  konfrans  keçirərək 
“Siyasi deklarasiya” və “Hərəkat planını” qəbul etdi. Konfransda keçən 30 il ərzində 
təbii  mühitin  getdikcə  daha  da  pozulmalarının  davam  etdiyini  qeyd  edib  ölkələri 
səfərbərliyə  çağırdı.  Təbii  ki,  hər  bir  ölkədə  təbiətə,  təbii  mühitin  qorunmasına  və 
davamlı  inkişafa  dair  milli  proqramların  qəbul  edilməsi  və  yerinə  yetirilməsi 
vəziyyəti  eyni  deyildir.  Bu  sahədə  inkişaf  etmiş  ölkələrdə  aparılan  iş  nisbətən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə