- 11 -
onda təbiətdən istifadə iqtisadi, mədəni və ekoloji sağlamlıq kimi 3 formada özünü
büruzə verir. Təbiətdən istifadəni torpaqdan istifadə, yerin təkindən istifadə, heyvanat
aləmindən istifadə, atmosfer havasından istifadə kimi müxtəlif qruplara ayıra bilərik.
Təbii vasitələr isə öz növbəsində bir neçə məqsəd üçün istifadə oluna bilər. Məsələn,
su içmək üçün, həmçinin hidroenerji mənbəyi kimi və nəqliyyat vasitəsi kimi
məişətdə istifadə edilir. Meşədən oduncaq mənbəyi, istirahət yeri, otlaq, giləmeyvə,
dərman bitkiləri toplamaq və başqa məqsədlər üçün istifadə edilir.
Ətraf mühitin obyektlərinin insan tərəfindən ilkin mənimsənilməsi, istifadə
edilməsi də təbiətdən istifadə kimi izah edilə bilər. Biz təbiətdən istifadə edərkən
əsasən təbii resurs potensialının qorunmasını təmin etməklə təbii ehtiyatlar, təbii
şərait və cəmiyyətin sosial iqtisadi inkişafı arasında qarşılıqlı münasibəti düzgün
qurmağa çalışmalıyıq. Çünki geniş mənada “Təbiətdən istifadə” fikri təbiətlə
cəmiyyətin qarşılıqlı münasibəti şəraitində bir-birinə təsir prosesidir. Biz təbiətdən
istifadə edərkən yalnız bir istiqamətdə olan fəaliyyəti yəni insanın təbiətə təsirini
nəzərdə tutmamalıyıq. Həmçinin təbiətin də insana təsir edə biləcəyini unutmayaq.
Biz təbiəti istismar edirik. Bəs, görəsən, bu qədər istismarın qarşılığında təbiətin
cavabı necə olacaq?
Tarixi inkişaf dövründə insanların sayının artması yeni ərazilərin
mənimsənilməsini, tələbatın daim artmasına görə daha çox məhsul istehsal
edilməsini, deməli yeni zavodlar, fabriklər, digər istehsal və xidmət təyinatlı
obyektlər tikilməsini zəruri etmişdir. Ona görə daim yeni-yeni şəhərlər, kəndlər
salınır, onların iqtisadi bazasının genişləndirilməsi üçün müəssisələr təşkil olunur,
yaşayış ərazisi genişlənir. Nəticədə insanlar təbiətdən getdikcə daha çox istifadə edir,
onun geniş sahələrini təsərrüfat dövriyyəsinə cəlb edir, təbiətin ehtiyatları çox hasil
edilir. Bunlar isə təbiətə qaytarılan tullantıların artmasına səbəb olur. Bu isə o
deməkdir ki, cəmiyyətlə təbiətin münasibətlərində insanlar ona ikiqat ziyan vurur.
Cəmiyyətin tələbləri qeyri – məhdud, təbii sərvətlər isə məhduddur. Əsas ziddiyyət
elə buradan yaranır, yəni: 1) cəmiyyətin tələbatı sonsuz və tamamilə qarşısı
alınmazdır; 2) cəmiyyətin sərəncamında əmtəə və xidmət istehsalı üçün gərəkli olan
- 12 -
resurslar məhdud və aztapılandır. Demək, təbiətdən istifadə edərkən əsas məqsədimiz
məhdud resurslardan səmərəli istifadə etməklə cəmiyyətin tələbatının ödənilməsi
tədbirlərini müəyyən etmək və bu tədbirlərin həyata keçirilməsinin yollarını
öyrənməkdən ibarət olmalıdır. Bu istiqamətdə resursların səmərəli bölüşdürülməsi
üsulu da sərfəli yollardan biridir. Səmərəli bölüşdürülmə tələb edir ki, əmtəə və
xidmətlərin çeşidlərinin seçimi düzgün olsun, başqa sözlə, hər bir əmtəə vahidi daha
az məsrəflə istehsal edilsin. Yəni: resursların səmərəli bölüşdürülməsi dedikdə,
resursların o əmtəə və xidmətlərin istehsalına sərf edilməsi nəzərdə tutulur ki,
cəmiyyətin ona daha çox ehtiyacı var. Bu o deməkdir ki, məhdud resurslar
kompaniya və sahələr arasında elə bölüşdürülməlidir ki, cəmiyyət indi məhz həmin
əmtəə və xidmətlərə ən çox tələbat duyur.
Uzun illərdir ki, insan durmadan inkişaf etmək və ehtiyacını ödəmək məqsədilə
təbii sərvətlərdən düşünülməmiş tərzdə istifadə edir. Sanki insanlar İ.Miçurinin
söylədiyi” “Biz təbiətdən xeyirxahlıq gözləməməliyik, onları ondan almaq bizim
vəzifəmizdir” – fikrini öz xeyirlərinə istifadə edirlər [29,115]. Lakin insan dərk etmir
ki, təkcə almaq lazım deyil, həm də təbiətdə insan fəaliyyəti nəticəsində baş vermiş
itgilərin yerini doldurmaq lazımdır. Təəssüflər olsun ki, bu təsirlər nəticəsində həm
planetimizdə, həm də respublikamızda ekoloji tarazlıq ciddi surətdə pozulub.
Məsələn, uzun müddət Mərkəzi Aran rayonlarında pambığın intensiv əkilməsi
torpaqların şoranlaşmasına və sıradan çıxmasına səbəb olub. Zamanında K.Marks:
“Kapitalizm təbiəti məhv edəcək və dağıdacaq”, - deyə qeyd etmişdi. Onun qeyd
etdiyinə görə təsərrüfatın planlı inkişafı, təbii sərvətlərdən səmərəli və kompleks
istifadə edilməsi, ekoloji mühitin saflığının təmin edilməsi yalnız sosializm şəraitində
mümkündür [23,696]. Çünki müvazinətli surətdə bir-birindən təcrid edilmiş istehsalçı
olan insanlar təbiətlə təmasda olduğu zaman mübadiləni səmərəli nizamlayır, təbiət
üzərində kortəbii surətdə ağalıq etməyib onu nəzarət altında saxlayır, bunu az məsrəf
müqabilində insan təbiətinə layiq şəkildə yerinə yetirir.
Indi biz kapitalizmin təbiəti məhv etdiyi bir dövrdəyik. Hal-hazırda insanların
uzun müddət daha çox gəlir, mənfəət qazanmaq, inkişaf etmək məqsədilə təbii
- 13 -
sərvətlərdən qəddarcasına istifadənin nəticəsi olaraq yaranan ekoloji problemlər eyni
şəkildə yəni qəddarcasına insana doğru yönəlib. Buna insan tərəfindən meşələrin
qırılması ilə başlayan problemləri misal göstərə bilərik. Insanın meşələrə təsiri bir
neçə min il əvvəl insanın əkinçiliklə məşğul olmağa başlağıdı dövründən müəyyən
edilmişdir. Rayonların çoxunda əkinçilik məqsədilə meşələr qırıldı, bu isə yer
səthində küləyin sürətini artırdı, havanın temperatur, nəmlik rejiminin dəyişməsinə
gətirib çıxartdı. Torpağın nəmliyi, buxarlanma da öz növbəsində çayların axım
rejimini dəyişdi. Quru iqlimli regionlarda meşələrin qırılması toz tufanları torpaq
örtüyünün pozulmasına, təbii şəraitin dəyişməsinə gətirib çıxartdı. Göründüyü kimi,
təbiətin sadəcə bir elementinə qarşı atılan səhv bir addım bütün təbiət
komponentlərinin yararsız hala düşməsinə səbəb oldu. M.C.Atakişiyev bu haqda belə
qeyd etmişdir ki, tarixi prosesin gedişində əvvəllər təbiətin insanlığa təsiri zəif olduğu
müşahidə edilsə də, sonralar, xüsusilə də hazırki dövrdə təbiətin dəyişməsi insanlara
və onların təsərrüfatına güclü, lokal, regional və qlobal təsir göstərir [6.219]. Halbuki,
ekoloji kontekstdə inkişaf təbii və əmək ehtiyatlarının elə istifadəsidir ki, bu həyatın
keyfiyyətinə və yaxşılaşmasına xidmət etsin.
İnsanın mühitlə hər zaman əlaqədə olmasına baxmayaraq onun təbiətə təsiri
əsasən təsərrüfat fəaliyyəti zamanı intensivləşir. Təbiətə güclü antropogen təsir
nəticəsində ətraf mühit gərginləşir, sosial və təbii şərait mürəkkəb əlaqələr sistemi
yaradır. Məsələn, respublikamızın ən böyük problemlərindən biri səhralaşmadır.
Ölkəmiz Cənubi Qafqazda səhralaşma prosesinin daha intensiv inkişafı ilə seçilir.
Məlum olmuşdur ki, son illərdə təbii amillərlə yanaşı səhralaşmaya təsir göstərən
əsasən antropogen amillər olmuşdur. Məsələn, elə rayonlar var ki, qışlaqda bir
hektarda 2-3, bəzi tükənmiş torpaqlarda isə 1 qoyun saxlamaq mümkün olduğu halda,
orada saxlanılan qoyunların sayı 40-45-ə çatır. Digər tərəfdən bəzi torpaqların 3
faizini hansısa kiçik ehtiyaclar üçün əkib-becərmək olar. Amma bu göstəriciyə
baxmayaraq həmin torpağın 30-40%-i şum altındadır. Halbuki, onların dözümü
yoxdur. Yəni, belə yerlərdə torpaq artıq dözmür, səhralaşma gedir. Səhralaşma öz-
özlüyündə problemdir, amma onun əks tərəfi o deməkdir ki, həmin ərazilərdə olan
Dostları ilə paylaş: |