Təbliği Respublikanın kütləvi və ixtisas



Yüklə 465,7 Kb.
səhifə11/16
tarix25.06.2018
ölçüsü465,7 Kb.
#51407
1   ...   8   9   10   11   12   13   14   15   16

canişinliyinin  Tiflisdəki  nəşriyyatında  kitab

halında çap etdirmişdir.



1861

M.F.Axundzadəyə mayor rütbəsi verilmişdir.



1863-1864

Tərtib  etdiyi əlifbanı  müdafiə üçün  İstanbula

getmişdir.  Bu  səfərində Mirzə Məlkümxan  ilə

tanış  olmuşdur.  Həmin  ildə “Çeşmə kitabəsi”,

“Səidə xitab”,  “Fuad  Paşanın  mədhi”  adlı

mənzumələri  və “Kəmalüdövlə məktubları”  adlı

məşhur fəlsəfi əsərini yazmışdır.

1865

“Həcvi-Əbdürrəsülxan” adlı əsərini yazmışdır.



1868

“Həkimi-ingilis  Yüma  cavab”  adlı

əsərini

yazmışdır.



1869

“Yeni əlifba  haqqında  mənzumə”  adlı əsərini

yazmışdır.

1872

May ayının 18-də Qafqaz canişini baş idarəsinin

sərəncamı  ilə Şərq  dilləri  senzuru  vəzifəsinə

təyin edilmişdir.



1873

Ona hərbi rütbə - polkovnik rütbəsi verilmişdir.



1873

8  martda  “Hekayəti-vəziri-xani-Lənkəran”  pyesi

Bakıda tamaşaya qoyulmuşdur.

1873

İyunda  “Hacı  Qara”  pyesi  Bakıda  tamaşaya

qoyulmuşdur.

1874

Yeni əlifbaya aid və hürufi-samitə müsəvvədənin

latın və ərəb əlifbası üzrə quruluşunu təsvir edən



cədvəl düzəltmişdir.

1878

Fevral


ayının

26-da


Tiflis  şəhərində

ürək


xəstəliyindən vəfat etmişdir.

1930

İndiki  Səbail  rayonunda  M.F.Axundzadənin

adını  daşıyan  bağça  və  heykəli  qoyulmuşdur

(heykəltəraş P.Sabsay).



1938

Azərbaycan  SSR  XKS-də,  M.F.Axundzadənin

anadan olmasının 125 illiyini keçirmək barəsində

qərar qəbul edilmişdir.



1939

İyun ayının 1-də Azərbaycan  Dövlət  Ümumi

Kitabxanasına  (Hazırda  M.F.Axundzadə adına

Milli  Kitabxana)  M.F.Axundzadənin adı  veril-

mişdir.

1940

Şəkidə görkəmli mütəfəkkirin ev-muzeyi  onun

1812-ci  ildə dünyaya  göz  açdığı küçədə (indiki

M.F.Axundzadə küçəsi),  1  saylı ünvanda  yerlə-

şən binada yaradılmışdır.

1962

M.F.Axundzadənin anadan  olmasının  150  illik

yubileyi  Ümumdünya  Sülh  Şurasının  qərarı  ilə

keçirilmiş,  Ümumittifaq  miqyasında  təntənə  ilə

qeyd olunmuşdur.

1962

M.F.Axundzadə adına  Kitabxanada  heykəltəraş

İ.Zeynalovun hazırladığı büstü qoyulmuşdur.

1965

M.F.Axundzadə adına  3  Respublika  Dövlət

mükafatının  təsis  edilməsi  haqqında  qərar  qəbul

edilmişdir.




1982

Azərbaycan  KP  MK-nın  qərarı  ilə M.F.Axund-

zadənin anadan  olmasının  170  illiyi  keçirilmiş-

dir.


1983

Tiflisdə M.F.Axundzadənin ev-muzeyi və Azər-

baycan Mədəniyyət Mərkəzi açılmışdır.

2005

Azərbaycan  Respublikasının  Prezidenti  İlham

Əliyevin  “Azərbaycan  dilində latın  qrafikası  ilə

kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12

yanvar  2004-cü  il  tarixli

Sərəncamı

ilə

M.F.Axundzadənin əsərlərinin 3  cildliyi  nəşr



olunmuşdur.

2007

Hər  iki  ad  (Tiflisdə

M.F.Axundzadənin ev-

muzeyi  və Azərbaycan  Mədəniyyət  Mərkəzi)

ləğv  olunaraq, M.F.Axundzadə adına  Azərbay-

can Mədəniyyəti Muzeyi olmuşdur.



2010

Aprel ayının 13-də Mirzə Fətəli  Axundzadənin

200  illik

yubileyinin  keçirilməsi  haqqında

Azərbaycan Respublikasnın Prezidenti Sərəncam

vermişdir.



2011

İyun ayının 30-da  Azərbaycanın  Gürcüstandakı

səfirliyinin və Tbilisi şəhər bələdiyyəsinin təşəb-

büsü  ilə böyük  mütəfəkkir  Mirzə Fətəli  Axund-

zadənin  paytaxtda  onun  adını  daşıyan  73  saylı

Azərbaycan  orta  məktəbinin  binası  qarşısında

büstü qoyulmuşdur.



Əlavə 2

Azərbaycan SSR XQS-da

M.F.Axundovun anadan olmasının

125 illiyini keçirmək haqqında

Azərbaycan  SSR  Xalq  Komissarları  Soveti,  Azərbaycan

dramaturgiyasının əsasını  qoyan,  Azərbaycan ədəbiyyatının

klassiki,  dahi  mütəfəkkir  M.F.Axundovun  anadan  olmasının

125 illik yubileyini keçirmək məsələsini müzakirə etmişdir.

Yubiley  mətbuat  sarayı  qarşısındakı  meydanda  Mirzə

Fətəli Axundova yeni abidə qoyulmasını qərara alınmışdır.

Azərbaycan Dövlət Universitetində, Azərbaycan Pedaqo-

ji  İnstitutunda  və teatr  məktəbində təhsil əlaçıları  olan

studentlər üçün M.F.Axundov adına hərəsi 300 manat olmaqla

iki  stipendiya  təyin  edilir.  Hər  il ən  yaxşı ədəbi-bədii əsər

üçün15.000  manat  miqdarında  Mirzə Fətəli  Axundov  adına

mükafat təyin edilir.

Xalq  Komissarları  Soveti,  SSRİ  Elmlər  Akademiyasının

Azərbaycan  filialına  (Az.Fan-a)  bir  vəzifə olaraq  tapşırmışdır

ki, bu  il  dekabrın  25-dən  gec  olmayaraq  M.F.Axundov adına

ədəbiyyat  tarixi  muzeyi  təşkil  edib  M.F.Axundov  adına  bütün

materiallar və onun əl yazılarını, həmçinin Azərbaycan ədəbiy-

yatının  başqa  klassikləri  haqqında  materiallar  və əl  yazılarını

bu muzeyə yığsın.

Az.Fan-a  təklif  edilmişdir  ki,  M.F.Axundovun əsərlərini

üç  cilddə və fəlsəfi əsərlərini  bir  cilddə Azərbaycan və rus

dillərində akademik  şəkildə çap  etmək  üçün  çapa  hazırlasın.

M.F.Axundovun 6  komediyası,  onun  şeirləri  məcmuəsi  və

“Aldanmış  kəvakib”  hekayəsinin  məktəblilər  üçün  nəşri  də

hazırlanacaqdır.




Yüklə 465,7 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə