0 1
Təhlükəylə üz - üzə
Bismillahir Rəhmanir Rəhim
Əfsuslar olsun ki, xalqımız hələ də sovet
imperiyasının vurduğu mənəvi zərbələrdən
qurtula bilmir və üzümüzə yeni-yeni təhlükə
qapıları
açılır.
Mənəviyyatımıza
dəyən
zərbədən sonra bu sahədə yaranan boşluq
yetərincə və layiqincə doldurulmadığından
hal-hazırda bizi böyük bir təhlükə qarşısında
qoyub. Xalqımızın dini bilgilərdən xəbərsizliyi
və mənəviyyata olan susuzluğu batil din,
məzhəb və ideoloji məktəblərin bizi hədəf
qərar vermələri ilə nəticələnib. Bu işdə xalqın
mənəviyyatına laqeyd yanaşan bəzi sapı
özümüzdən olan baltaların da rolu böyükdür.
Bəli,
yəqin
ki,
aydın
oldu,
söhbət
vəhhabilərdən gedir. Əlbəttə, bu gün onlar
özlərini ''sələf'' və ya ''müslüm'' adlandırırlar.
Lakin adlarını ''əshab'' da qoysalar belə, yenə
də həmin batil əqidənin və terrorizmlə məşhur
və məşğul olan firqənin davamçılarıdırlar.
Onların adlarının dəyişilməsi əqidə və
əməllərinin dəyişilməsindən xəbər vermir.
Özünə ''sələf'', ''müslüm'' adı qoyanlar azğın
əqidə, pozğun əməl sahibləri olan - İbn
Teymiyyə və Məhəmməd ibn Əbdülvəhhabın
ardıcıllarıdır.
İDDİALARI CÜCƏRDƏN MÜNBİTLİK
Vəhhabilik 18-ci əsrin ikinci yarısında
Osmanlı xəlifəsi 3-cü Sultan Səlimxanın
dövründə meydana gəlmişdir. İngiltərənin
xüsusi xidmətləriylə yaranan bu məzhəbin
banisi öz azğın inanclarıyla müsəlmanlar
arasında xüsusi təfriqə salmaqla məşğul və
məşhur olan Ərəbistan yarımadasının Nəcd
vilayətində Hənbəli məzhəbli ruhani ailəsində
dünyaya gələn azğın fikirli Məhəmməd ibn
Əbdülvahhabdır.
Hələ
gənc
yaşlarından
müsəlman
əqidəsinə qarşı çıxan, müsəlmanları müşrik
adlandıran, az bir müddət öz əqidəsini gizli
2 3
saxlayandan sonra aşkar edən bu şəxs,
sonralar Nəcdi tərk edib Suriya, İraq və İranda
yaşamışdır. Elə həmin vaxtlarda da, ingilis
casusuna rast gəlib. Elə o zamandan da bir-
birinə kömək edib bu batil əqidə və əməl
məzhəbini yaratmağa başlayıblar. Öz atası və
qardaşı onun azğın fikirlərinin əleyhinə çıxır.
Qardaşı Şeyx Süleyman ibn Əbdülvəhhab özü
Məhəmməd ibn Əbdülvəhhabın fikirlərinin
əleyhinə ''Əs-Səvaiq əl-ilahiyyə fir-rəddi ələl-
vəhhabiyyə'' adlı kitab yazır. Lakin
Məhəmmədin özü kimi pozğun əqidəli
insanlardan olan şeytanlar onu dəstəkləyirlər
və etirazlara baxmayaraq bu batil məzhəbi
yaradırlar.
Qeyd etmək lazımdır ki, vəhhabiliyin
zühur edib meydana gəlməsi Osmanlı
İmperatorluğunun daxili və xarici çəkişmələrlə
başının qarışdığı bir dövrə təsadüf edir.
Ərəbistan yarımadası da bu imreratorluğun
ərazisinə daxil idi. İlkin çağlarda vəhhabilik
Ərəbistan yarımadasının ərəb qəbilələri
arasında özünə az sayda tərəfdar tapsa da,
qeyri-ərəb xəlifələrinin idarə etdiyi Osmanlı
İmperatorluğunun əleyhinə ən yaxşı vasitə ola
biləcək bu cərəyan getdikcə ərəb qəbilələri
arasında özünə yer almağa başlayır. Beləliklə
ingilislər bu məzhəbi yaratmaqla müsəlman və
özlərinə
düşmən
olan
Osmanlı
İmperatorluğuna qarşı bir hərəkat yaratmış
olur. Həmçinin müsəlmanlar arasında ixtilaf
yaratmağa da, nail olurlar. Bundan əlavə
Məhəmməd ibn Əbdülvahhabın azğın və
qeyri-islami fikirləri İslam dəyərləri kimi
meydana gəlir, bu ideyada olan çirkinliklər
dünya
xalqlarının
müsəlmanlara
nifrət
etməsinə səbəb olur, bu da, İslam
düşmənlərinin çoxdankı istəyi idi. Ərəblər
üçün isə bu məzhəbin yaranmasının əlverişli
tərəfi bundan ibarət idi ki, qeyri-ərəb
rəhbərliyə qarşı bir hərəkatın başlanğıcı
qoyulurdu. Qeyri-ərəblərin sahib olduğu
imperatorluğun əlindən onları qurtara biləcək
bir hərəkatın yaranması isə onların çoxdankı
4 5
arzusu idi. Məhəmməd ibn Əbdülvahhab üçün
isə imansızlığı və cahilliyi nəticəsində haqq
sandığı azğın fikirlərinin həyata keçməsi üçün
bir şans idi bu məzhəbin yaranması. Bütün bu
səbəblər
bu
qeyri-islami
məzhəbin
yaranmasına gətirib çıxardı.
DİNİ ƏQİDƏ, YOXSA SİYASİ VASİTƏ
Qeyri-ərəb sultanlarının xilafətinə qarşı
mübarizə meyllərinin gücləndiyi bir dövrdə
Osmanlıların mövqelərinin zəifləməsindən
istifadə edən bəzi ərəb qəbilə başçıları
vəhhabiliyə üz tutaraq öz siyasi mövqelərini
möhkəmləndirməyə çalışırlar. Belə demək
mümkündür
ki,
İngiltərənin
Osmanlı
imperiyasını daxildən dağıtmaq məqsədilə
Şərq ölkələrinə göndərdiyi casusu ilə
Məhəmməd
ibn
Əbdül-vəhhabın
birgə
fəaliyyəti vəhhabiliyin təməlini qoydu. Başqa
sözlə desək, İngiltərənin Osmanlı imperiyasını
daxildən dağıtmaq, müsəlmanların güc
mərkəzi olan din birliyini məhv etmək siyasəti
ilə Məhəmməd ibn Əbdül-vəhhabın dində
azğın fikirlərinin qanunsuz izdivacından
''Vəhhabilik'' adlı qanunsuz övlad dünyaya
gəlmişdir.
Əlbəttə
bu
təriqətin
formalaşmasında daxili qüvvələrin də böyük
rolu olmuşdur. Əbdül-vəhhaba kömək edən
daxili qüvvələr arasında nüfuzlu şəxslər də
tapılırdı. Belə ki, Səudiyyə Ərəbistanı
Krallığında
hakimiyyətdə olan monarx
qəbiləsi ali Səudun əcdadları Məhəmməd ibn
Səud, oğlu Əbdül-Əziz ibn Məhəmməd,
nəvəsi Səud ibn Əbdül-əziz və onların nəsli bu
əqidənin yayılması və möhkəmlənməsində
səbəbkar
olur.
Ali
Səud
qəbiləsinin
vəhhabiliyin formalaşması, möhkəmlənməsi
və yayılmasında xüsusi xidmətləri var.
Məhəmməd ibn Əbdül-vəhhab əd-Dəriə
şəhərinin nüfuzlu şəxsləri ilə, o cümlədən
həmin şəhərin valisi Ali Səud qəbiləsinin
başçısı Məhəmməd ibn Səudla da sıx əlaqə
qurur.
O
da
öz
siyasi
hakimiyyətini
6 7
genişləndirmək məqsədilə Məhəmməd ibn
Əbdül-vəhhabla ittifaqa qirir, vəhhabiliyi
qəbul edir və onu hər cür silah-sursatla təmin
edir. Məhəmməd ibn Əbdül-vəhhab 1723-cü
ildən öz əqidəsini qeniş şəkildə yaymağa
başlayir. Bəli, o vaxtdan ''Vəhhabilik'' terrorçu
damğasını öz əli ilə alnına vurur. O, bütün
müsəlmanların altı yüz ildən bəri İslam və
təkallahlıqdan çıxıb müşrik olduğunu iddia
edir.
TARİX QƏTLİAMA ŞAHİDLİK EDİR
İbn
Əbdül-vəhhab
Qurani-Kərimdə
müşriklərə xas olan ayələri müsəlmanları aid
edir, ilahi kəlmələri öz şəxsi rəyinə əsasən
səhv təfsir verir, vəhhabilərdən başqa bütün
müsəlmanları kafir, müşrik və nəcis elan edir.
Ən böyük nəcasət Məhəmməd ibn Əbdül-
vəhhabın özü və ardıcılları olduqları halda öz
adlarını başqalarına qoyurlar. Xalqımızın
yaddaşında belələrinə aid gözəl atalar misalları
var.
Artıq siyasi-ideoloji-hərbi qurum kimi
formalaşmış vəhhabilik digər müsəlmanlara
qarşı cihad elan edir. Onlar Məkkə, Mədinə,
Nəcəf, Kərbəla və Taif şəhərlərinə basqın
edirlər. Heç kəsə rəhm göstərilmədən bu
şəhərlərin günahsız, müsəlman əhalisinin
qanını tökürlər. Onlar yerlərdə öz mövqelərini
möhkəmləndirmək və Osmanlı qüvvələrini
Ərəbistandan qovub çıxarmağa səy göstərirlər.
Bununla da onlar Ərəbistan yarımadasının
müəyyən
bir
hissəsində
öz
siyası
hakimiyyətini qurmağa nail olurlar. 1765-ci
ildə
Ali-Səud
qəbiləsinin
başçısı
və
vəhhabilərin nəzarəti altında olan ərazilərin
əmiri Məhəmməd ibn Səud Nəcddə 30 il
hökmranlıq etdikdən sonra vəfat edir. Oğlu
Əbdül-əziz onun yerinə taxtda oturur. Bir
müddət sonra isə vəhhabilərlə mübarizə
aparan müsəlmanlar tərəfindən qətlə yetirilir.
Onun yerinə oğlu Səud ibn Əbdül-əziz
hakimiyyətə gəlir. Səud tarixdə məşhur
vəhhabi əmirlərindən biri kimi tanınır. O, bir
8 9
müddət Məhəmməd ibn Əbdül-vəhhabdan
dərs alır və bütövlükdə onun əqidəsini
mənimsəyir. Ondan sonra hakimiyyətə oğlu
Abdullah ibn Səud qəlir və 1801-ci ildə
vəhhabilər onun başçılığı ilə İraqa soxulurlar.
Onlar Yezid ibn Müaviyənin törətdiyi cinayəti
təkrar edirlər. Bu dəfə hədəf təkcə İmam
Hüseyn(ə) və əshabları deyil, o Həzrətin
müqəddəs məzarı və ona inananlar olur.
Vəhhabilər Kərbəla şəhərini mühasirəyə alır,
basqın edir, yerli camaata divan tutur, yüzlərlə
günahsız insanı qətlə yetirir, Peyğəmbərimizin
nəvəsi İmam Hüseyn(ə)-ın ziyarətgahını
dağıdır,
qiymətli
əşyaları
oğurlayırlar,
müsəlmanlarla müşrik kimi rəftar edirlər. Əsl
müşrikin kim olduğu isə göz qabağındadır.
Necə deyərlər: ''Görünən kəndə nə bələdçi?!''
Bu gün vəhhabilərin Yezid, Müaviyə haqqında
olan yumşaq mövqelərini başa düşmək olar.
Çünki tarixdə Yezid, Müaviyə və sair bu kimi
üzdə müsəlman, həqiqətdə isə dinsiz olanların
törətdiyi cinayətləri yalnız vəhhabilər
təkrarlamışlar.
1807-ci ildə vəhhabilər Məkkə və Mədinə
şəhərini mühasirəyə alırlar, bunun nəticəsində
üç il heç kim Həccə - Allah evinin ziyarətinə
gedə bilmir. Bundan üç il sonra vəhhabilər
Suriyaya hücum edirlər. Onlar kişiləri və kiçik
yaşlı uşaqları qətlə yetirirlər, qadınları isə əsir
alırlar. İslam qanunlarına əsasən heç kafirlər,
müşriklərlə də belə rəftar etmək olmaz.
Vəhhabilərin tarix boyu törətdikləri cinayətlər
bundan çoxdur, biz burada hamısını qeyd
etmirik.
1924-cü
ildə
vəhhabilər
bugünkü
Səudiyyə kralı Fəhdin atası Əbdül-əziz ibn
Səudun başçılığı ilə Məkkə şəhərini işğal
edirlər. Sonra Mədinə şəhərini də ələ
keçirirlər. Orada Bəqi qəbristanlığındakı
Peyğəmbər(s)-ın ailəsinin, nəvələrinin və
səhabələrinin qəbirlərini dağıdırlar. Qeyd
olunduğu kimi Səud qəbiləsinin də, bu
məzhəbin inkşaf etməsində rolu böyük
10 11
olmuşdur.
Hal-hazırda
da,
Səudiyyə
Ərəbistanında hakimiyyətdə olanlar vəhhabi
əqidəli insanlardır və rəsmi olaraq vəhhabilik
yalnız bu olkədədir.
Əqidələrinin haqq olmasına heç bir
əsasları olmadığı halda zahirdə özlərinin də
qəbul etdikləri İslam dininin heç bir qayda-
qanunlarına sığmayan bir formada öz
əqidələrini yayanlar özlərindən başqa heç kəsi
müsəlman bilmirlər. Onların bu hərəkətləri
terrorist bir qurum olduqlarını aşkarlayır.
Onlar bu günə qədər də həmin metoddan
istifadə edirlər. Vəhhabi əqidəli insanlar olan
Əfqanıstandakı ''taliblər'', “Əl-Qaidə’’ təşkilatı
buna açıq-aşkar bir sübutdur. Bunu da qeyd
etmək zəruridir ki, vəhhabilər radikal və
liberal bölgülərə bölünmürlər. Ən azı bu fikir
onların özləri tərəfindən qəbul olunmur. Bu
fikir onların dostlarının vəhhabiləri müdafiə
etmək,
cinayətlərini
ört-basdır
etmək
məqsədilə söylədiklərindən başqa bir şey
deyil.
‘sa;d’s;d’sa;d’sa;
VƏHHABİLİYİN İDEOLOJİ
ƏSASLARI PUÇDUR
Vəhhabilik əqidəsinin ideoloji əsaslarının
mənbəyi yeddi əsr öncə yaşamış İbn
Teymiyyə adı ilə məşhur olan Əhməd ibn
Əbdül-həlim ibn Əbdüs-səlam ibn Teymiyyə
Həraninin əsərləri olmuşdur. Odur ki,
Vəhhabiliyin yaranmasında ibn Teymiyyənin
də azğıın fikirlərinin rolu böyükdür.
Vəhhabilər onun əqidəsini qəbul edərək Allah-
Təalanın iki əli, barmaqları, ayağı, gözü,
qulağı, sifəti və sair üzvlərinin olduğuna
inanırlar, bütövlükdə isə Allahı cisim bilirlər.
O, hətta Allahın ərşin üstündə oturduğunu və
oradan yer üzünə endiyini iddia edir. Bütün
İslam alimləri onun bu fikirlərinin İslam
dinindən kənar olduğunu bildirmişlər. İbn
Teymiyyə öz ''Minhacəs-sünnə'' əsərində
Peyğəmbər və imamların qəbirlərinin ziyarət
edilməsini haram elan etmişdir. Bu fətva
12 13
tarixən vəhhabilərin tovhid bayrağı altında
mübarizə apardıqları əsas məsələlərdən biridir.
Halbuki
Peyğəmbər(s) sünnəsində qəbri
ziyarət etmək savablı əməllərdən biri hesab
olunur. Peyğəmbər(s) özü Bəqi qəbristanlığına
dəfələrlə gəlmiş, orada uyuyan şəhidləri
ziyarət etmişdir. Vəhhabilər isə bunu şirk və
haram sayırlar.
İbn Teymiyyənin belə azğın fikirlərə
düşməsi imansızlığından, bəzi hədis və
rəvayətləri düzgün başa düşməməsindən,
Qurani-Kərimin yalnız zahirinə inanmasından
irəlli gəlmişdir. Öz zamanının bütün şiə və
sünnü alimləri tərəfindən nə özü, nə də
fikirləri qəbul edilməmişdir, o həmişə
alimlərin tənqid atəşinə tutulmuşdur.
Belə bir sual meydana çıxır ki, görəsən, bu
batil məzhəb niyə onun banisi Məhəmmədin
öz
adıyla
''Məhəmmədiyyə''
kimi
tanıtdırılmayıb, ''Vəhhabiyyə'' adlandırılıb?
Bunun səbəbi budur ki, bu məzhəbə tabe
olanlar bunu Peyğəmbər(s)-in adı ilə bir növ
bağlılıq və şərikliyini duyub bu nisbətdən də,
sui-istifadə etməsinlər. Yəni bu adı onlara
qeyri-vəhhabilər verib.
VƏHHABİLİK ZƏİF DAYAQLAR
ÜSTÜNDƏ
Əlbəttə vəhhabiliyin yaranma tarixində
yəhudilərin də əli olması faktı danılmazdır.
Lap
əvvəllərdən
səudlarla
yəhudilərin
əlaqələrinin olması da kitablarda fakt olaraq
qeyd olunub. Yəhudilərin tarix boyu İslam və
müsəlmanlar
əleyhinə
can-fəşanlıqla
çalışmaları, bacardıqları qədər zərbə vurmaq
istəkləri vəhhabiliyin yaranmasında da öz
yerini tapmışdır. Səudlarla köklü qohumluq
əlaqələri olan yəhudilər, İslamda böyuk təfriqə
sala biləcək bu firqənin yaranmasına yardım
etmişlər, Səudları təhrik edən də məhz onlar
olmuşlar.
Vəhhabiliyin bir ideoloji cərəyan kimi
formalaşmasında Peyğəmbər(s)-in vəfatından
bir neçə əsr sonra yazılmış kitablar (sünnələr)
14 15
çox təsirli rola malik olmuşdur. Xüsusilə
hədisçi Buxarinin və hədisçi Müslimin səhih
əsərləri (''Səhih-Müslim'', ''Səhih-Buxari'')
vəhhabilərin Qurani-Kərim dərəcəsində istinad
etdikləri
mənbə
hesab
edilir.
İndi
gətirəcəyimiz iki hədis həqiqəti bir az da
aydınlaşdıracaq. Məlumdur ki, vəhhabilik
Nəcd vilayətində meydana gəlib. Məhəmməd
ibn Əbdül-Vəhhab da oralıdır. Səhih-Buxari,
Fitən kitabı, fəsil-16, hədis-7094-də İbn
Ömərdən belə rəvayət olunur ki, bir gün
böyük
İslam
Peyğəmbəri
Həzrət
Mühəmməd(s) belə bir dua etdi: ''Ey Allah!
Şamı və Yəməni bizim üçün (İslam üçün)
bərəkətli et!'' Bunu üç dəfə təkrar etdi.
Ətrafında olanlardan bəziləri dedilər: ''Ya
Rəsuləllah! Nəcdi də dua et.''
Peyğəmbər(s) yenə də üç dəfə həmin duanı
təkrar etdi (''Ey Allah! Şamı və Yəməni
bizim üçün bərəkətli et!''). Yenə də dedilər:
''Ya Rəsuləllah! Nəcdi də dua et .''
Peyğəmbər(s) yenə də üç dəfə həmin duanı
təkrar etdi (''Ey Allah! Şamı və Yəməni
bizim üçün bərəkətli et!''). Dedilər: ''Ya
Rəsuləllah! Nəcdi niyə dua etmədin?'' O
Həzrət(s) cavab verdi: ''Nəcd zəlzələlər,
fitnələr və şeytanın çıxacağı yerdir.''
Nəcdin tarixində vəhhabiliyin orada
yaranmasından başqa bir yadda qalan hadisə
yoxdur. Həqitətən də İslam Peyğəmbəri(s)
doğru buyurmuşdur ki, pozğun fikirlər, azğın
əqidələr, dinindən dönənlər, şeytana uyanlar
və İbn Əbdülvəhhabın simasında şeytan
Nəcddən çıxmışdır.
Səhih-Buxari, Tövhid kitabı, fəsil-57,
hədis 7562-də isə Xidridən belə rəvayət
olunur ki, Peyğəmbər(s) buyurmuşdur:
''Məşriqdən (Şərqdən-gündoğandan) bir
qrup insanlar çıxacaq ki, onlar Quranı
oxuyacaqlar, ancaq ona əməl etməyəcəklər.
Yay kamandan çıxdığı kimi onlar da
dindən
çıxacaqlar.
Yay
kamana
qayıtmadığı
kimi
onlar
da
dinə
qayıtmayacaqlar.''
Soruşdular:
''Ya
16 17
Rəsuləllah! Onların əlamətləri nə olacaq?''
O
Həzrət(s)
cavab
verdi:
''Onlar
saqqallarını ya qırxarlar, ya saxlayarlar
(uzadarlar).'' Biz bunun misalını gözümüzlə
gördük, özünü nə sünnü, nə də şiə
adlandıranlar uzun saqqal saxlayırdılar, bir
müddət bundan əvvəl onlar saqqallarını
qırxdılar. Hal-hazırda bizim ''müslim''-lər ya
saqqallıdırlar, ya saqqalsız. Özlərini hər bir
firqəçilikdən kənar, əsl müsəlman kimi
tanıtdırmaq istəyənlər əslində ən böyük hərbi-
siyasi-ideoloji bir firqənin ardıcıllarıdırlar və
özləri də bir firqənin üzvüdürlər. Unutmaq
olmaz ki, mötəbər kitablarda qeyd olunan
səhih rəvayətlərə əsasən İslam Peyğəmbəri(s)
özündən sonra müsəlmanlar arasına ixtilaf
düşəcəyini
və
onların
təriqətlərə
və
məzhəblərə bölünəcəklərini xəbər vermişdi.
Lakin o Həzrət(s) qeyd etmişdi ki, bu
məsləklərdən yalnız biri haqq olacaq və onun
ardınca gedənlər nicat tapacaqlar. Nicat tapan
firqə isə sözsüzdür ki, Quran və Peyğəmbər
sünnəsinə düzgün əməl edənlərdir, vəhhabilər
isə bundan çox-çox uzaqdırlar. Ən düzgün yol
isə təriqətçilik ovuna son qoymaq, zorla heç
kəsi məzhəbindən döndərməmək, hamının
qəbul etdiyi ümumi İslam prinsiplərini rəhbər
tutaraq İslam və müsəlmanların düşmənləri
müqabilində bir olmaq və sırf elmi-dini
araşdırmalara və mübahisələrə üstünlük
verməkdir. Xalqın dini savadsızlığından
istifadə edib onları aldatmaq, keçmişindən
döndərmək, maddi böhran içində yaşayan
insanları hər hansı maddiyyatla aldadıb
dinindən, məzhəbindən döndərmək ən azı
müsəlmanların arasına ixtilaf salmaqdır.
BATİL İDEYANIN TƏRƏFDARLARI
Yuxarıda qeyd olunan rəvayətlər müxtəlif
İslam firqələrinin əksəriyyətinin xüsusən də
vəhhabilərin qəbul etdikləri mötəbər hədis
kitablarındandır. Əlbəttə hal-hazırda əldə
olunan məlumata əsasən o kitablara da əl
18 19
gəzdirib, yeni nəşr elətdirirlər. Belə ki, Əhli-
beyt(ə) haqqında öz əqidələrinin ziddinə aid
olan rəvayətləri bu kitablardan çıxarırlar.
Lakin artıq elm inkişaf edib və bu kitabların
elə özləri tərəfindən çap edilən nüsxələri
müsəlmanların əlindədir. Biz isə Beyrutda çap
olunmuş nüsxələrdən sitat gətirirdik.
Bəli, vəhhabilər bu kitablara söykənərək,
orada qeyd olunan bəzi iddiaları rəhbər tutaraq
Peyğəmbər(s) dövründə və ondan sonra
səhabə və tabein zamanında Ərəbistan
yarımadasında mövcud olan ənənələri dini
ənənə kimi qəbul edir, orta əsr ərəb
mədəniyyəti və məişətini din kimi qələmə
verirlər. Vəhhabilik bayrağı altında onlar bu
mədəniyyət və adət-ənənələri dirçəltməyə
çalışır. İslamın ilkin çağlarında ərəb
qəbilələrinə xas olan bir çox xüsusiyyətləri, o
cümlədən
geyim,
məişət
qaydalarını
Peyğəmbər(s) sünnəsi adlandıraraq dini rəng
ilə boyayırlar. Bununla da əslində Allah-
Təalanın nazil etdiyi Qurani-Kərimdə mövcud
olan gerçək və mütərəqqi dəyərlər kənara
atılır, mürtəce ruhlu fundamentalizm və
ekstremizm meydana gəlir. Vəhhabilər Quran
ayələrini
deyil,
yeddinci
əsrin
ərəb
mədəniyyətini sünnə və hədislər vasitəsilə dini
dəyər
kimi
ərsəyə
çıxarırlar.
Onlar
doqmatizmə vararaq sol əllə yemək yeməyi,
topuqdan aşağı şalvar geyinməyi, qəbir
ziyarətini, şəkil çəkdirməyi və daha nələri
haram sayır, İslam dinini sönük və mürtəce bir
hala gətirib çıxarırlar. Vəhhabilər bu əqidəni
qəbul
etməyənləri
''rafizinə'',
''müşrik''
adlandırır və onları öldürməyi savab sayırlar,
dinimizi vəhşilik kimi bəşəriyyətə təqdim
edirlər. Peyğəmbər(s) sünnəsi pərdəsinə
bürünmüş, əslində isə ərəb şovinizmi xarakteri
daşıyan
sələfilik
ideologiyası
Azərbaycandadır. Tarix boyu İmamzadələr
vətəni kimi tanınan Azərbaycan bu gün
Vəhhabi təhlükəsi ilə üz-üzə qalıb. Yadellilər
Azərbaycanı həmişə Əhli-beytsevərlər məkanı
kimi tanıyıblar. Bu gün isə Azərbaycanın
20 21
müxtəlif şəhər və rayonlarında, xüsusilə
paytaxtımız olan Bakıda vəhhabilər məskən
salmış, şəhərin mərkəzində qanunsuz – heç bir
rəsmi icazə alınmadan ''Əbu Bəkr'' adlı məscid
tikdirmiş, bundan əlavə rayonlarda da öz batil
əqidələrini yayan məscidlər ucaltmışlar.
Bununla da onlar öz batil əqidələri ilə xalqın
fikrini
zəhərləməklə məşğuldurlar. Həm
məscidlərində, həm də bir neçə digər yerdə
açdıqları
''Müslim''
dini
avadanlıq
mağazalarından əsl təbliğat maşını kimi
istifadə edir, öz azğın və şovinist fikirlərini
yayırlar. Xüsusilə son zamanlarda qaçqın
çeçen vəhhabilərinin də onlara qoşulması
Azərbaycanı
əsl
təhlükə
qarşısında
qoymuşdur. Müsəlman Azərbaycan xalqı
Peyğəmbər(s) və onun əhli-beytinə aşiqliyi ilə
tanınıb. Bunları nəzərə alsaq görərik ki,
vəhhabilik dini təhlükə olmaqla yanaşı, həm
də milli təhlükədir. Bu gün xalqımız öz
kökünə,
ənənələrinə
və
milli-mənəvi
dəyərlərinə tamamilə zidd olan bir ideologiya
ilə üz-üzə qalıb. Onlar hər bir qeyri-
vəhhabinin qanının tökülməsini, canını, malını
halal bilir. Hərçənd hal-hazırda öz əqidələrini
hələlik az-az bəyan edirlər, lakin həqiqət və
onların tarixi göz qabağındadır. Bu tülkü
cildinə
girmiş
qurdlardan
özümüzü
qorumalıyıq. Allah bizim hər birimizi bu
şeytan torundan qorusun. AMİN!
Namiq Tofiq oğlu Babaxanov
Dostları ilə paylaş: |