Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə52/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   47   48   49   50   51   52   53   54   55

etmə mexanizmini yaratmışdılar. Az gəlir verən ərazilərdə (Meksikadan şimaldakı 
Mərkəzi Amerika vilayətlərində, həmçinin Filippində) ispan ağalığının dayağı rolunu çox 
sayda fortlar və katolik missiyaları oynadı. İspan Amerikasının varlı vilayətləri isə inzibati 
cəhətdən iki vitse-krallığa bölünmüşdü: paytaxtı Mexiko olmaqla Yeni İspaniya və 
paytaxtı Lima olan Peru. Onlardakı bütün siyasi, ictimai və kilsə həyatı Avropa 
metropoliyası nümunəsi əsasında təşkil edilmişdi. Dövlət müstəmləkələrin təkcə inzibati 
sisteminə deyil, həm də onunla ticarətə nəzarət edirdi. 1765-ci ilə kimi ispan müstəmləkə 
limanlarına əcnəbi gəmilərinin daxil olması qadağan olunmuşdu, oradan bütün mal axını 
Sevilyaya, sonralar isə Kadisə göndərilirdi.  
Lakin XVI əsrin sonu, XVII əsrin əvvəllərində İspaniyanın qüdrəti onun Avropada 
müxtəlif silahlı münaqişələrdə iştirakı ilə zəiflədi. Bundan İngiltərə, Fransa və Hollandiya 
istifadə etdilər, onlar qaçaqmalçılıq ticarəti və dəniz quldurluğu ilə ispan 
müstəmləkələrinin metropoliya ilə əlaqəsini zəiflətməyə çalışırdılar. XVII əsrdə həmin 
ölkələr ispanlar tərəfindən tərk edilmiş Vest-İndia adalarını və Amerika qitəsindəki digər 
əraziləri tutdular. 
XVIII əsrin ikinci yarısında kral III Karl ispan müstəmləkə sistemini islahata uğratdı. 
İspaniyanın bütün limanlarına Amerika müstəmləkələri ilə azad ticarətə imkan verildi, 
axırıncıların sakinləri isə ispan taxt-tacının tam hüquqlu təbəələri kimi tanındı. Ancaq bu 
tədbirlər müstəmləkələrin hindu əhalisinin vəziyyətini heç də yüngülləşdirmədi. 1780-ci 
ildə isə Peruda Tupaka Amarunun rəhbərliyi altında yerli tayfaların üsyanı qalxdı. Bu, 
Cənubi Amerikanın ispan ağalığından azad olunması uğrundakı güclü bir hərəkata 
çevrildi. 
Müstəmləkələrin istismarındakı Portuqaliya sistemi ispan sisteminə çox oxşayırdı. 
Portuqaliya müstəmləkəçiləri Braziliyada ispanların vitse-krallıqlarda istifadə etdikləri 
qaydaları tətbiq edirdilər. Hindistanda, Cənubi-Şərqi Asiyada isə portuqaliyalılar digər 
şəraitlərlə üzləşdilər. Portuqaliyalılar Hindistanı, Çini, bu zonanın digər ölkələrini işğal 
edə bilmədilər, lakin güclü donanmaya arxalanaraq, onlar Hind okeanında və Afrikanın 
ətrafında dəniz kommunikasiyalarını özlərinə tabe etdilər və cənub dənizlərinin tam 
hökmlü sahiblərinə çevrildilər.  
1510-cu ildə Hindistanda Qoa limanı tutuldu və bu, Şərqdə Portuqaliyanın 
müstəmləkə imperiyasının mərkəzinə çevrildi. Sonralar portuqaliyalılar Hindistanda 
Bombeyi (müasir Mumbay), Persiya körfəzində Ormuzu, Malakkanı, Çində Makaonu və 
Tayvanı, həmçinin Molukka adalarını tutdular. Fort şəbəkəsi tikərək, onlar yerli sahibləri 
məcbur edirdilər ki, ədviyyatı və digər müstəmləkə mallarını onlara ya bac şəklində, ya da 
çox ucuz qiymətə satmaq yolu ilə versinlər, onlarla ticarət isə kralın inhisarında idi. 
Portuqaliyadan Şərqə və geri istiqamətdəki bütün dəniz daşımaları yalnız kral 
donanmasının gəmilərində həyata keçirilirdi. Müstəmləkə limanları arasındakı ticarət 
hüququ isə yüksək vəzifəli şəxslərə imtiyaz şəklində verilirdi. XVII əsrdə bir müddət İspan 
hakimiyyəti altında olan Portuqaliyanı  cənub dənizlərindən Hollandiya sıxışdırıb çıxardı. 
Nəticədə Portuqaliya müstəmləkə siyasətinin mərkəzi Qərb yarımkürəsinə, hər şeydən 
əvvəl Braziliyaya keçdi, orada XVIII əsrdə qızıl və almaz yataqları tapıldı.  


Fransanın ilk müstəmləkələri tutmaq cəhdləri Şimali Amerikada baş verdi. Artıq 
1535-ci ildə Jan Kartye Kanadanın ərazisini fransız kralının torpaqları elan etdi. 1600-cü 
ildə  Fransa kralı IV Henri Kanada və Akadiya kompaniyasına məntəqə salmaq və ticarət 
aparmaq barədə müstəsna hüquq verdi.  XVII əsr ərzində fransızlar Böyük Göllərə, hətta 
Meksika körfəzinə qədər Şimali Amerikanın bütün vilayətini tutdular. Bəzi adaları 
tutduqdan sonra Cənubi Amerikanın şimali-şərq sahilində – fransız Qvianasında 
möhkəmləndilər.  
XVII əsrin ikinci yarısında, kral XIV Luinin dövründə Fransadan malların ixracını 
inkişaf etdirmək məqsədilə inhisarçı ticarət kompaniyaları – Ost-İndia, Vest-İndia, 
Levantiya kompaniyaları yaradıldı. Amerikada 1682-ci ildə XIV Luinin şərəfinə Luiziana 
adlanan koloniyanın əsası qoyuldu. Kanadanın və Karib dənizindəki adaların 
məskunlaşdırılması davam etdirildi. Fransızlar Madaqaskar adasını və Hindistanda bəzi 
məntəqələri tutdular.  
İspan irsi uğrunda müharibə (1701-1713-cü illər) nəticəsində İngiltərə Fransanın 
rəhbərliyi altında ispan və fransız müstəmləkələrinin birləşməsinə yol vermədi, bu isə 
İngiltərənin Kanadaya sonralar nüfuz etməsi üçün platsdarm rolunu  oynadı. Avstriya irsi 
uğrunda müharibə (1740-1748-ci illər) isə Fransanın dəniz qüdrətini tamamilə laxlatdı. 
1756-1763-cü illərin Yeddiillik müharibəsi isə Fransanın dənizdə və müstəmləkələrdə tam 
darmadağın olması ilə nəticələndi. O, Kanadanı həmişəlik itirdi, Karib dənizində bir neçə 
adadan məhrum oldu, Hindistanda isə tamamilə dağıdılmış cəmi beş dəniz kənarındakı 
şəhəri özündə saxlaya bildi.  
Hollandiyada 1602-ci ildə Ost-İndia kompaniyası yaradıldı və ona 21 il müddətinə 
Xoş Ümid Burnundan Magellan boğazına qədər olan naviqasiya və imtiyaz qaydasında 
ticarət etmək barədə istismar hüququ verildi. Bir il sonra bu kompaniya Yavada faktoriya 
yaratdı. 1619-cu ildə isə adanın baş şəhəri Cakartanı tutub dağıtdı. Onun yerində Şərqdə 
holland torpaqlarının gələcək mərkəzi olan Bataviyanın əsasını qoydu. Hollandlar tədricən 
portuqaliyalıları cənub dənizlərindən qovdular. Çin və Yaponiya ilə bütün ticarəti ələ 
keçirdilər və Hindistanda .ingilisləri sıxışdırıb, möhkəmlənmək istədilər. Hollandiya 
Şərqdə müstəmləkəçilik qüdrətinin zirvəsinə çatdı. 1648-ci il Vetfaliya sülhünə görə, 
əvvəllər İspaniya ilə Portuqaliyanın  dünya ağalığı sferasını  ayıran sərhəd xətti artıq 
İspaniya ilə Hollandiya arasından keçirdi.  
Hollandlar Afrikada bir müddətə Anqolanı və San-Tome adasını aldı, 1652-ci ildə 
isə Xoş Ümid burnunda ilk koloniyanı yaratdılar. Vest-İndia kompaniyasını yaratdıqdan 
sonra isə Hollandiya Qərb yarımkürəsinə nüfuz etməyə başladı. Cənubi Amerikada 
Braziliyanın bir hissəsini tutsa da, 1654-cü ildə onu buraxmağa məcbur oldu. Ancaq 
Surinamı və Karib dənizində Kyurasao adasını ələ keçirdilər. 1626-cı ildə holland 
kolonistləri Şimali Amerika sahilində Yeni Amsterdamı (indiki Nyu-York) məntəqəsini 
yaratdılar. İngilislərlə mübarizədə Yeni Hollandiya adlanan buna bitişik ərazini özlərində 
saxlamağa çalışdılar. Lakin 1664-cü ildə ingilislər holland torpaqlarını işğal etdilər. 
Üçgünlük ingilis-holland dəniz müharibələrində hollandların ağalığına son qoyuldu. XVIII 
əsrin əvvəlində Hollandiya böyük ticarət dəniz dövlətindən, dünyanın dənizlə yük 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə