Onun idarəetməsi dövründə Afina çox inkişaf etmişdi. Onun ən böyük xidməti öz
şəhərində demokratiyanın geniş tətbiq etməsi olmuşdu. Perikl Afinanın orta və yoxsul
təbəqələrini dövlətin idarə edilməsinə cəlb etdi. Avropa tarixində ilk dəfə dövlətdə həqiqi
demokratiya – xalqın hakimiyyəti meydana gəldi. Perikl vəzifəlilərin məsuliyyətini
artırmaq üçün onlara maaş verilməsini tətbiq etdi. Lakin vətəndaşların siyasi hüquqlarına
az adam malik idi, demokratiya şəhər əhalisinin heç də bütün yaşlı hissəsini əhatə etmirdi.
Baş rolu ali qanunvericilik orqanı olan Xalq yığıncağı oynayırdı, onda isə 315 min sakindən
yalnız 45 mini iştirak edirdi. Vətəndaş cəmiyyətindən kənarda qadınlar, meteklər
(kənardan gələn azad sakinlər) və qullar qalırdılar.
Afinannın demokratiya təcrübəsindən geniş istifadə edən Romada isə hələ b.e.ə.
494-cü ildə pleybeylər (yoxsul təbəqə) Xalq yığıncağına öz nümayəndələrini – xalq
tribunlarını seçmək hüququ əldə etmişdilər. Onlar vetonun köməyi ilə istənilən qanunun
icrasını dayandıra bilərdilər və qanunvericilik təşəbbüsünə malik idilər. Lakin hakimiyyət
patritsilərin (torpağa sahib olan aristokratiyanın) əlində idi, ali hakimiyyət orqanları –
senat və magistraturalar məhz onlardan ibarət idi. Senat isə müharibə və sülh məsələlərini
həll edir, maliyyə işlərini aparırdı.
Afina dövlətə xidmətdə qüsurlara yol verənləri ostrakizmə məruz qoyurdu. Ən
sınanmış dövlət xadimləri və qalibiyyətli sərkərdələr də bu və ya daha ağır cəzadan yayına
bilmirdilər. Afinada yeni səsvermə qaydası – ostrakizm meydana gəldikdə Xalq yığıncağı
iştirakçılarının yarıdan çox səsini öz əleyhinə almış adamlar 10 il müddətinə şəhərdən
qovulurdu. Siyasətçi Hipparx onun ilk qurbanı oldu. Bəzi dövlət xadimləri başqa ölkələrə
qaçırdılar. Görkəmli dövlət xadimi Alkiviad b.e.ə. 415-ci ildə Siciliyaya yürüşün
təşkilatçılarından biri olmuşdu. O, üzüb getməmişdən əvvəl allah Hermesin təsvirini qırıb
dağıtmaqda ittiham edilmiş və edamdan xilas olmaq üçün Spartaya qaçmışdı. O,
spartalılarla Persiya satrapı arasında Afinaya qarşı vasitəçilik etmişdi.
Afinada oliqarxlar dövlət çevrilişi etdikdən sonra Alkiviad Afina donanmasının
komandanı, sonra isə strateq seçildi, lakin məğlubiyyətdən sonra hakimiyyətdən
uzaqlaşdırıldı. Bu dəfə spartalıların qisasından xilas olmaq üçün Persiya satrapı
Farnabazın yanına qaçdı, lakin satrap onu öldürməyi əmr etdi.
Hərbi xadim Femistokl Salamin döyüşündə Persiya donanmasını darmadağın
etmişdi. Lakin intriqa nəticəsində onu dövlətə xəyanətdə ittiham edib,
ölüm hökmünə
məhkum etdilər. O, Persiya çarının yanına qaçdı və sonra özünü intihar etdi.
Qədim yunanların elmə ən böyük töhfəsi fəlsəfədir. Bu ölkədə fəlsəfə çiçəklənmə
dövrünü yaşadı. Mifoloji təfəkkürdən əsl fəlsəfi, elmi təfəkkürə keçilməsi baş verdi.
Qədim filosofları kosmosun quruluşu, insanın məişəti və yeri məsələləri
maraqlandırırdı. Naturfəlsəfə ilə yanaşı, etika da inkişaf edirdi. Belə ki, qanunlar artıq
allahların vəhyi kimi hesab olunmurdu, onları müzakirə etmək və dəyişdirmək olardı.
İnsan, dünya ilə qarşılıqlı əlaqəni düzgün anlamaq əsasında əxlaqi qaydada hərəkət edə
bilər və etməli idi. İlk dialektika filosofu olan Zenon Eleyli əşyaların hərəkətinin və
çoxluğunun mümkün olmaması barədəki təlimin həqiqiliyini sübut etməyə çalışırdı. Onun
Axill barədə bir misalı məşhurdur: Axill ondan əvvəl hərəkətə başlayan tısbağaya çata