Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12998
1   ...   26   27   28   29   30   31   32   33   ...   120

 
64 
küçələrə,  dəbdəbəli  evlərə  malik  idi.  Şəhərdə  kasıblar  məhəlləsi  ilə  yanaşı,  altı 
mərtəbəyə qədər olan çoxmənzilli evlərdə orta təbəqə yaşayırdı.  
III  Puniya  müharibəsi  ərəfəsində  Yunanıstanda  Roma  əleyhinə  narazılıq 
artırdı. 149-cu ildə özünü Makedoniya çarı Perseyin oğlu kimi qələmə verən Yalançı 
Filipp  meydana  gəldi.  Bir  il  sonra  romalılar  onu  aradan  götürə  bildilər.  148-146-cı 
illərdə  Roma  qoşunları  Axey  ittifaqı  ilə  vuruşdu  və  ölkənin  ən  iri  ticarət 
mərkəzlərindən biri, tarixi şəhər olan Korinfi 146-cı ildə viranə qoydu.  
Bu  dövrdə  Karfagenə  qarşı  da  münasibətlər  sərtləşməyə  başlayır.  Fabi 
Maksimin  ölümündən  sonra  antikarfagen  cəbhəsinə,  Trazimen  gölü  yanındakı 
döyüşdən Roma yanındakı döyüşə qədər II Puniya müharibəsində əvvəldən axıradək 
iştirak  edən  Mark  Portsi  Katon  (m.ə.  234-149-cu  illər)  başçılıq  edir.  Hələ  senzor 
olarkən  184-cü  ildə  o,  köhnə  yaxşı  adətləri  pozan  adamları  senatdan  qovmuşdu, 
onların  günahı  isə  ondan  ibarət  olmuşdu  ki,  qızlarının  yanında  öz  arvadlarının 
üzündən  öpmüşdü.  Karfagen  barədə  onun  əleyhdarı  Publi  Korneli  Stsipion  Nasika 
idi. Mühafizəkarlıqda Nazika ondan geri qalmırdı. O, Romada ilk teatrı dağıtdırmışdı 
ki, bu faydasız və yaxşı xasiyyətləri korlayan şeydir. Karfageni Romanın müttəfiqinə 
çevirmək  istəyənlərə  Katon  deyirdi  ki,  onun  həddən  artıq  qüdrətindən  qorxmaq 
lazımdır və tələb edirdi ki, Karfageni yer üzündən silmək lazımdır. Elçilər içərisində 
Karfagenə gedən Katon, bu ölkənin böyük var-dövləti olduğunu müşahidə etdi və bu 
fikrə gəldi ki, şəhər zəbt edilməsə, romalılar əvvəldə olduğu kimi bədbəxtliklərlə üz-
üzə gələcəkdir. O, deyirdi ki, nə qədər ki, Karfagen mövcuddur, Roma özünü arxayın 
hesab edə bilməz və öz azadlığına görə qorxmaya bilməz. "Karfagenlilər artıq bizim 
düşmənimizdir,  çünki  kimsə  mənə  qarşı  hazırlaşırsa  və  istədiyi  vaxt  müharibəyə 
başlaya bilərsə - o, mənim düşmənimdir, hətta əgər, öz silahını işə salmamışdırsa". 
Dəfələrlə  təkrar  edirdi  ki,  "  bundan  əlavə  mən  fikirləşirəm  ki,  Karfagen 
dağıdılmalıdır".  
Bundan sonra Karfagenə yenə 10 nəfər elçi göndərmək qərara alındı və onlar 
burada  ordu  və  donanmanın  olduğunu  gördülər.  Bu  müharibə  tərəfdarlarını  daha  da 
qızışdırdı.  Nazika  isə  onlara  etiraz  edirdi.  Senat  bəzi  yeni  şərtlərlə  müharibəyə  əl 
atmamağı  qət  etdi.  Lakin  bu  vaxt  karfagenlilər  müqavilənin  əksinə  olaraq, 
romalıların  müttəfiqi  Massanassaya  müharibə  elan  etdilər  və  uduzdular.  Bu  onların 
vəziyyətini  xeyli  ağırlaşdırdı.  Artıq  Roma  üçün  casus  belli  mövcud  idi.  Dilemma 
qarşısında  qalan  Karfagen  romalılara  təslim  olmaqdansa,  müharibəyə  hazırlaşmaq 
yolunu  tutdu.  Roma  senatında  da  Katonun  mövqeyi  qalib  gəldi  və  müharibə  üçün 
"yaşıl  işıq"  yandırıldı.  Əvvəlcə  Utika  romalılara  təslim  oldu.  Katon  daha  kəskin 
qaydada  Karfagenə  qarşı  hərbi  əməliyyatlar  başlamağı,  onu  dağıtmağı  və  məhv 
etməyi təklif edirdi. Ona görə də senat qərara aldı ki, Karfagen müqavilənin əksinə 
olaraq  donanma  saxladığına,  qoşunlarını  sərhəddən  kənara  çıxardığına  və  Romanın 
müttəfiqi  Massanassaya  qarşı  silah  qaldırdığına  görə  -  bütün  bu  səbəblərə  görə 
Karfagenə müharibə elan edilsin, Karfagen yer üzündən silinməlidir.  
Karfagen  könüllü  olaraq  tərksilah  edildikdə,  romalılar  başlıca  tələblərini  irəli 
sürdülər; karfagenlilər  şəhəri  tərk  etməlidirlər  və  dənizdən  80  stadiya  aralı  özlərinə 
məxsus olan istənilən ərazidə onlar yerləşə bilərlər. Bu Hannibalın saquntlulara elan 
etdiyi  tələblərə  çox  bənzəyirdi  və  artıq  70  ildən  sonra  tarix  təkrar  olunurdu.  Lakin 
indi  tarix  öz  istehzasını  karfagenlilərə  göstərirdi,  bu  vaxt  onlar  ultimatum  verən 


 
65 
deyil,  qurban  rolunda  çıxış  edirdilər.  Uzaqgörən  Hannonun  peyğəmbərliyi  də  düz 
çıxdı ki, Saquntun mühasirəsi Karfagenin mühasirəsi ilə əvəz ediləcəkdir. Təəssüf ki, 
o  vaxtlar  Karfagen  senatındakı  alovlanmış  hisslər  çox  şey  vəd  edən  Hannibalın 
tərəfində idi, müdrik Hannonun sözlərini eşitməyə mane olan qulaqların karlığı, indi 
görünməmiş  bədbəxtliyə  gətirib  çıxardı.  Doğrudan  da  karfagenliləri  dənizdən 
aralamaq,  balığı  sudan  çıxarmaq  kimi,  onları  məhv  etmək  demək  idi.  Onlar  dəniz 
vasitəsilə  ticarət  aparır,  dünya  bazarı  ilə  işləyirdi.  Ona  görə  də  bu  şərt,  dinc  yolla 
karfagenliləri məhv etmək demək idi. 550 il sonra qot qəsbikarı, Vestqot kralı Alarix  
(370-410-cu  illər)  belə  üsullardan  istifadə  edib  italiyalılara,  bir  qədər  sonra  isə 
Romaya  zülm  verirdi.  Alarik  adamların  qanını  tökmək  istəmirdi,  o,  dar  ağacından 
asmağa üstünlük verirdi. Bundan başqa Alarix çox vaxt silah işlətməyi də sevmirdi, 
onun  ən  güclü  silahı  aclıq  idi,  mühasirə  etdiyi  şəhərləri  aclıq  vasitəsilə  diz 
çökdürürdü. Karfagen isə öz həyatını təmin etmək mənbələrindən məhrum edilirdi.  
Romalıların bu tələbləri şəhər sakinlərinə çatdıqdan sonra onlar şura binasının 
qarşısına  toplaşdılar.  Bu  vaxt  birdən  ümidsizlikdən  dəlicəsinə  orgiya  başlandı, 
bəziləri  bu  bədbəxt  xəbəri  gətirənlərin  üzərinə  atılır,  digərləri  girov  vermək  barədə 
təklif  edənləri  öldürürdülər,  üçüncülər  isə  şəhərə  səpələnib,  təsadüfən  şəhərdə  olan 
italikləri  öldürürdülər.  Şura  Hazdrubalı  şəhər  kənarındakı  qüvvələrin  komandanı 
təyin  etdi.  Bundan  əvvəl  romalılarla  müharibəyə  bəhanə  verdiyinə,  Massanassaya 
hücum  etdiyinə  görə,  o,  ölüm  hökmünə  məhkum  edilmişdi.  Ondan  xahiş  etdilər  ki, 
vətən  ağır  gündə  olan  bir  vaxtda  öz  acığını  unutsun.  Karfagenlilər  hər  şeyə  hazır 
idilər  ki,  təkcə  vətənlərini  tərk  etməsinlər.  Ona  görə  də  mübarizəyə  hazırlaşırdılar. 
Sənətkar  emalatxanalarında  silah  düzəldilirdi.  Qadın  saçlarından  kəndir  hörülürdü. 
Gəmi  qayrılması  üçün  mis  heykəllər  əridilir  və  evlərin  dirəklərindən  istifadə 
olunurdu.  Heç  kəs  bu  işlərdən  yayınmırdı.  Qadınlar  özlərinin  qızıldan  olan  bəzək 
şeylərini verirdilər ki, ona silah və ərzaq alınsın.  
Romalılar  şəhəri  hücumla  götürməyi  qət  etdilər.  Şəhər  divarlarını  dağıtmaq 
üçün  taranlardan  istifadə  edilməyə  başlandı.  Karfagenlilər  romalıları  şəhər 
divarlarından  kənara  çıxara  bildilər.  Hərbi  tribun  olan  Stsipion  Emilian  onları  təqib 
olunmaqdan xilas etdi. O, ikinci dəfə də Roma ordusunu tam darmadağın olmaqdan 
xilas  etdi.  149-cu  il  kampaniyası  romalılara  elə  bir  üstünlük  vermədi.  Stsipion 
Emilian Numidiya çarlığını gücdən salmaq və onu Romaya daha möhkəm bağlamaq 
üçün Massanassanın irsini, onun özünün xahişi ilə onun oğlanları arasında böldü.  
148-ci  ildə  isə  Pison  Afrika  şəhərlərinə  hücum  etdi.  Emilian  isə  diqqəti 
Karfagenin  mühasirəyə  alınması  üzərində  cəmləşdirirdi.  Romalılar  ilk  dəfə  olaraq 
Karfagenin  ərazisinə  girdilər,  lakin  şəhərin  Meqara  adlanan  şimal  ətrafını  əldə 
saxlaya  bilmədilər.  Bundan  sonra  karfagenlilər  görünməmiş  qəddarlıq  etdilər,  əsir 
düşmüş romalıları küçəyə çıxarıb onlara dəhşətli əzab verməyə - gözlərini, dillərini 
çıxarmağa,  barmaqlarını  kəsməyə,  dərilərini  soymağa  başladılar.  Buna  etiraz 
edənlərin  müqavimətini  Hasdrubal  zorakılıqla  yatırtdı.  Karfagendə  artıq  onun  hərbi 
diktaturası  mövcud  idi.  146-cı  ilin  yazında  Emilian  Karfagenin  limanlarından  biri 
olan  Kotonun  mühasirəsinə  başladı.  Onun  əsas  məqsədi  isə  şəhərdəki  akropol  və 
qədim məbədlər yerləşən Birsa təpəsini tutmaq idi. Şəhərlilər bura aparan üç küçə ilə 
həmin  təpəyə  qalxırdılar.  Romalılar  hər  binanı  hücumla  tuturdular.  Emilian  şəhəri 
yandırmağı və evləri dağıtmağı əmr etdi. Evlər yanıb yerə töküləndə daşlarla birlikdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə