Teqvim-2015. pdf


145 Fəlsəfə.İqtisadiyyat



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə56/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   52   53   54   55   56   57   58   59   ...   173

122
145
Fəlsəfə.İqtisadiyyat
Fəlsəfə elmləri doktoru, professor Cəlilov Maqsud Fərhad oğlunun 
(02.05.1935-05.10.2009) anadan olmasının 80 illiyi 
Əməkdar iqtisadçı, professor Rəhimov Rəhim Kərəm oğlunun (20.05.1920-
2009) anadan olmasının 95 illiyi
Mədəniyyət.Maarif.Elm
Filologiya elmlər doktoru, ədəbiyyatşünas, mətnşünas,  şair, tərcüməçi 
Cəfərov  Əkrəm Səftər oğlunun (Əkrəm Cəfər) (05.05.1905-18.08.1991) 
anadan olmasının 110 illiyi
Əməkdar elm xadimi, şərqşünas-filoloq, filologiya elmləri doktoru Cəmşidov 
Şamil Allahverdi oğlunun (05.05.1920-08.12.2008) anadan olmasının 95 
illiyi
Filologiya elmləri doktoru, professor, ədəbiyyatşünas Hacıyev Cəfər Zeynal 
oğlunun (Cəfər Xəndan) (08.05.1910-10.08.1961) anadan olmasının 105 
illiyi
Filologiya elmləri doktoru, professor Namazov Qara Mustafa oğlunun 
(08.05.1930) anadan olmasının 85 illiyi
Əməkdar mədəniyyət işçisi,  şair, tərcüməçi, tədqiqatçı Abbasov Abdulla 
Əsgər oğlunun (Abbas Abdulla) (12.05.1940) anadan olmasının 75 illiyi
Filologiya elmləri doktoru, şərqşünas  Əliyev Qəzənfər Yusif oğlunun 
(15.05.1930-1984) anadan olmasının 85 illiyi
Əməkdar mədəniyyət işçisi, dramaturq, ədəbiyyatşünas Məmmədov Altay 
Yusif oğlunun (Altay Yusifoğlu) (15.05.1930) anadan olmasının  85 illiyi
Tədqiqatçı alim, tərcüməçi Şabanov Əli Eyyub oğlunun (24.05.1885- 1949) 
anadan olmasının 130 illiyi
Filologiya elmləri doktoru, ədəbiyyatşünas, tənqidçi Osmanlı  Vəli Musa 
oğlunun (24.05.1935) anadan olmasının 80 illiyi
Maarif xadimi, şair, publisist, tərcüməçi, folklorşünas, dramaturq Axundzadə 
Məhəmməd  Mirzə  Kərim oğlunun (24.05.1875-1923) anadan olmasının 
140 illiyi 
Publisist, maarif xadimi Qayıbzadə Mirzə Hüseyn Molla Yusif oğlunun 
(Mirzə Hüseyn Qayıbzadə)  (24.05.1830-20.02.1917) anadan olmasının 185 
illiyi 
Əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Abbasov Akif  Nurağa 
oğlunun (Akif  Nurağaoğlu) (28.05.1950) anadan olmasının 65 illiyi
İdman
SSRİ-nin  Əməkdar idman ustası, dördqat SSRİ çempionu futbolçu 
Məmmədov Ələkbər Əmir oğlunun  (09.05.1930)  anadan olmasının
85 illiyi
148
146


123
Coğrafiya.Geologiya
Əməkdar geoloq, geologiya-mineralogiya elmləri doktoru, professor, 
Prezident təqaüdçüsü Xəlilov Nüsrət Yusif oğlunun (09.05.1925) anadan 
olmasının 90 illiyi
Riyaziyyat.Fizika.Astronomiya
Fizika-riyaziyyat elmləri doktoru, professor Qəhrəmanov Nadir Fərrux 
oğlunun (24.05.1945) anadan olmasının 70 illiyi
Fizika-riyaziyyat elmləri doktoru, professor Abdinov Əhməd  Şahvələd 
oğlunun (30.05.1945) anadan olmasının 70 illiyi
Kimya.Biologiya.Tibb
Kimya elmləri doktoru, professor, Parisdəki Beynəlxalq Elmi-Tarixi və 
Fəlsəfə Akademiyasının müxbir üzvü Musabəyov Yusif Süleyman bəy 
oğlunun (10.04.1910-08.05.1970) anadan olmasının 105 illiyi 
Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar 
Akademiyasının üzvü, “Varlıq” dərgisinın təsisçisi, cərrah, türkoloq Heyət 
Cavad Mirzəli oğlunun (24.05.1925-12.08.2014) anadan olmasının 90 illiyi
Akademik Hüseynova İradə Məmməd qızının (24.05.1965) anadan olmasının 
50 illiyi
Kimya elmləri doktoru,  professor Hüseynov Qasım Zülfəli oğlunun 
(25.05.1940) anadan olmasının 75 illiyi
Akademik Əliyev Seyfəddin Vəli oğlunun (30.05.1930) anadan olmasının 
85 illiyi
Texnika.Mühəndis işi
Akademik  Əliyev Telman Abbas oğlunun (02.05.1935) anadan olmasının 
80 illiyi
Akademik Rüstəmov Musa İsmayıl oğlunun (08.05.1930) anadan olmasının 
85 illiyi
Əməkdar mühəndis, dövlət xadimi, Maqomayev Cəmaləddin Müslüm 
oğlunun (28.05.1910-1977) anadan olmasının 105 illiyi
Kitabxanaşünaslıq.Biblioqrafiya
Tarix üzrə  fəlsəfə doktoru, publisist, biblioqraf, pedaqoq Xəlilov Aydın 
Cəbrayıl oğlunun (01.05.1940) anadan olmasının 75 illiyi
Tarixdə bu gün
Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü (03.05.1993)
Əlillərin hüquqlarının müdafiəsi Günü (5.05.1992) 
Bakı funikulyorunun (05.05.1960) istifadəyə verilməsinin 55 ili   
İnsan Alverinə Qarşı Mübarizə Günü (06.05.2009)
149
150
153
153
151
152


Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Günü (08.05.1953)
Şuşa rayonunun işğalı günü (08.05.1992)
Faşizm üzərində Qələbə Günü (09.05.1945)
Rusiya ilə Qarabağ xanlığı arasında 11 maddədən ibarət Kürəkçay 
müqaviləsinin bağlanmasının 210 ili  (14-21.05.1805)
Bеynəlxalq Ailə Günü (15.05.1994) 
Ümumdünya İnformasiya Cəmiyyəti Günü (17.05.2006)
Laçın rayonunun işğalı günü (17-18.05.1992)
Bеynəlxalq Muzеylər Günü (18.05.1977)
Azərbaycanda Prezident vəzifəsinin təsis olunmasının 25 ili (19.05.1990)
Ümumdünya Metrologiya Günü (20.05.1875)
Ümumdünya “Dialoq və İnkişaf üçün Mədəni Müxtəliflik” Günü 
(21.05.2001)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Əməkdaşlarının Peşə Bayramı Günü 
(23.05.2007)
Rеspublika Günü (28.05.1990)
Ümumdünya Tütünlə Mübarizə Günü (31.05.1987)
156
155
154
157
158


125
Milli ədəbiyyat
Yazıçı
Əbdürrəhim bəy Haqverdiyev 
1870-1933 
  MA
Y
17
Ə d ə b i y y a t
Seçilmiş əsərləri: 2 cilddə 
/Ə.Haqverdiyev.- Bakı: 
Lider, 2005.
“Molla Nəsrəddin” jur-
nalında səyahətnamələr 
/Ə.Haqverdiyev, S.Mümtaz, 
Q.Şərifov.- Bakı: Elm, 
2007.- 72 s.
Məmmədova, M. 
Əbdürrəhimbəy Haqverdi-
yev arxivinin izahlı təsviri 
/M.Məmmədova.- Bakı: Elm 
və təhsil, 2012.- 118 s.
Xəlilzadə, F. Zama-
nın pərdəsi çəkildikcə 
/F.Xəlilzadə //Kaspi.- 2011.- 
3-5 sentyabr.- S.19.
Məhərrəmova, T. Haqver-
diyevin gördüyü həqiqətlər 
/T.Məhərrəmova //Kaspi.- 
2011.- 17 may.- S.12.
Məmmədli, A. 
Azərbaycançılıq 
mollanəsrəddinçilərin fərdi 
yaradıcılıq kontekstində: 
Əbdürrəhim bəy Haqverdi-
yev /A.Məmmədli //525-ci 
qəzet.- 2013.- 16 may.- S.7. 
İ n t e r n e t d ə
www.anl.az
az.wikipedia.org 
www.mia.az/news         
Əbdürrəhim bəy Əsəd bəy oğlu Haq-
verdiyev 1870-ci il may ayının 17-də 
Suşa  şəhəri yaxınlığında olan Ağbulaq 
kəndində doğulmuşdur. 1891-1899-cu 
illərdə Tiflis realnı məktəbini bitirdikdən 
sonra Peterburq Yol Mühəndisləri İnsti-
tutunda təhsil almışdır. Həmin illərdə 
azad müdavim sifətilə Peterburq Uni-
versitetinin Şərq fakültəsinin dinləyicisi 
olmuşdur. Bu mühit onda ədəbiyyata 
dərin maraq və məhəbbət oyatmış və ilk 
dramlarını (“Yeyəsən qaz ətini, görəsən 
ləzzətini” (1892), “Dağılan tifaq” 
(1886)) yazmışdır. 1899-cu ildə təhsilini 
bitirib Şuşaya qayıtmışdır. 1901-ci ildə 
Bakı  şəhərinə köçmüş, rejissorluq et-
miş, Ü.Hacıbəylinin “Leyli və Məcnun” 
operasının ilk tamaşasının dirijoru ol-
muşdur. 1902-1903-cü illərdə onun 
rəhbərliyi ilə Şərq konsertləri verilmiş-
dir. “Ata və oğul”, “Ayın şahidliyi”  adlı 
ilk hekayələrini “İki hekayət” adı ilə çap 
etdirmişdir. 1905-ci il inqilabından sonra 
Rusiya Dövlət Dumasına Gəncə quber-
niyasından nümayəndə seçilmiş, Peter-
burqa getmişdir. Orada dövlət kitabxa-
nasında yeni əsərinə (“Ağa Məhəmməd 
şah Qacar”) materiallar toplamış, 1907-
ci ildə  İrana-Mazandaran vilayətinə 
səfər etmişdir. “Nicat” cəmiyyətində 
işləmiş, bir çox dövlətlərə  səyahət 
etmişdir.  “Ceyranəli”, “Xortdan”, 
“Həkimi-nuni-səğir”, “Lağlağı”, “Mo-
zalan”, “Süpürgəsaqqal” və s. imzalarla 
“Molla Nəsrəddin” jurnalında hekayə, 
felyeton çap etdirmişdir. 1910-cu ildə 
Həştərxanda yaşamışdır. 1911-1915-ci 
illərdə  Ağdama köçmüş, 1916-1917-
ci illərdə Tiflisdə  “Şəhərlər ittifaqı-
nın Qafqaz şöbəsi xəbərləri” adlı aylıq 
məcmuənin müdiri olmuş, fevral inqila-
bından sonra Tiflis İcraiyyə Komitəsinə 
və onun mərkəzi  şurasına üzv seçil-
mişdir. 1918-ci ilin martında Borçalı 
qəzasına müvəkkil təyin olunmuşdur. 
Azərbaycanda Sovet hakimiyyəti qurul-
duqdan sonra dövlət teatrlarına müfəttiş 
təyin olunmuş, Azərbaycan Milli Teatrı-
nın yaranmasının 50 illiyi münasibətilə 
keçirilən yubileyə başçılıq etmişdir. 
ADU-da  ədəbiyyatdan mühazirələr 
oxumuşdur. 1922-ci ildə burada yerli 
komitənin sədri, Azərbaycanı Tədqiq və 
Tətəbbö Cəmiyyəti”nin sədr müavini, 
1923-1925-ci illərdə sədri olmuşdur. Ba-
kıda 1924-cü ildə çağırılan I Azərbaycan 
ölkəşünaslıq qurultayının nümayəndəsi 
kimi fəal çalışmışdır. O, Rusiya EA-nın 
nəzdində olan ölkəşünaslıq bürosunun 
V elmi sessiyasında yekdilliklə akade-
miyanın ölkəşünaslıq bürosuna müxbir 
üzv seçilmişdir. 1922-1925-ci illərdə 
Şərq fakültəsinin katibi olmuşdur. 
Rus və Qərbi Avropa ədəbiyyatından 
bir sıra qiymətli tərcümələr etmişdir. 
Onun  əsərləri xarici ölkə xalqlarının 
dillərinə tərcümə olunmuşdur.
Əbdürrəhim bəy Haqverdiyev 1933-
cü il dekabr ayının 11-də Bakıda vəfat 
etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.
145 
illiyi


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə