Sel
Sel
davamlı leysan yağışları, yaxud qarın sürətlə əriməsi nəticəsində
dağ çaylarında güclü palçıq-çınqıl axınlarından ibarətdir. Sel axını yolu
üstündəki hər şeyi dağıdır, torpaqları istifadəyə yararsız hala salır.
Hadisə baş verəndə
Sel təhlükəsi barədə xəbərdarlıq siqnalları ilə, həmçinin belə hallarda
köçürülmə tədbirləri və köçürmə marşurutları ilə tanış olun.
Kecən illərin təcrübəsi və yerli fövqəladə hallar komissiyası
mütəxəssislərin proqnozları əsasında, təsərrüfat və əmlakınızın seldən zərər
çəkə bilməsi təhlükəsini müəyyənləşdirin, lazımi tədbirlər görün.
Sel təhlükəsi ehtimal edilərkən radionu şəbəkəyə qoşulu saxlayın, hökumət
orqanlarının bütün göstərişlərini yerinə yetirin. Hər ehtimala qarşı seldən
sonra ailənizin yığışması üçün yer müəyyən edin.
Sel qorxusu olan yerlərdə bəndlərin bərkidilməsi, yeni sədlər və dayaq
hasarlarının tikilməsi, sel saxlayan tutarlar düzəldilməsi, postlardan selin
müşahidə edilməsi və s. tədbirlərdə iştirak edin.
Dostları ilə paylaş: |