Tətbiqi etika


  TƏBİİ FƏLAKƏTLƏR VƏ ONLARIN QISA



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə6/108
tarix05.04.2022
ölçüsü0,68 Mb.
#85079
1   2   3   4   5   6   7   8   9   ...   108
Az rbaycan Respublikas T hsil Nazirliyi Q rb Universiteti M lki

2.

 

TƏBİİ FƏLAKƏTLƏR VƏ ONLARIN QISA 



XARAKTERİSTİKASI 

 

Fövqəladə  xarakter  daşıyan,  bina  və  qurğuların  zədələnməsinə,  maddi 



sərvətlərin  dağılmasına  və  məhv  olmasına,  insan  təlafatına  və  ya  tələfat 

təhlükəsi  yaranmasına  səbəb  olan  müxtəlif  kortəbii  hadisələrə 



təbii  fəlakət

 

deyilir. Zəlzələ, daşqın, qar uçqunları, sel, sürüşmə, fırtına təbii fəlakətlərdir.  



Respublikamızın ərazisində tez-tez rast gəlinən təbii fəlakətlərin qısaca 

xarakteristikasını nəzərdən keçirək: 

1.

 

Qasırğa  və burulğanlar atmosferdə baş verən siklon  hadisələri  nəticəsində 



yaranır.  Belə  hallarda  qısa  müddət  ərzində  çoxlu  yağıntı  düşür,  küləyin 

sürəti  kəskin  artır,  bu  isə  daşqınlara,  adamların  zədələnməsinə,  ölümünə 

səbəb olur.  

2.

 



Fəlakət törədici güclü küləklər  respublikanın müxtəlif rayonlarında demək 

olar ki, hər il qeydə alınır.  

3.

 

Qar  uçqunları  dağlıq  rayonlarda  baş  verir.  Bu,  yazda  qar  əriməyə 



başlayarkən  enişlər  boyu  uçqun  halında  hərəkət  edən  qar  yığınlarından 

ibarətdir. Qar uçqunları uzun müddət güclü qar yağarkən baş verir.  

4.

 

Subasma  və  daşqınlar  su  hövzələrində  suyun  səviyyəsinin  kəskin 



yüksəlməsi  nəticəsində  baş  verən  təbii  fəlakətdir.  Subasma  və  daşqınların 

səbəbləri  qarın  sürətlə  əriməsindən  və  uzunmüddətli  leysan  yağışlarından, 




çay yataqlarında tıxac yaranmasından ibarətdir ki, belə hallarda ərazinin bir 

qismini su basır.  

5.

 



Sel dağlardan böyük sürətlə axıb gələn və qarşısındakı hər şeyi məhv edən 

çınqıl-palçıq  qarışığından  ibarət  olur.  Sel  dağlarda  qarın  əriməsi  və  uzun 

sürən leysan yağışları nəticəsində çoxlu miqdarda su toplanarkən baş verir.  

6.

 



Zəlzələ yerin təkindəki potensial enerjinin qəflətən meydana çıxaraq zərbə 

dalğası  və  qüvvətli  təkanlar  –  seysmik  dalğa  şəklində  ərazinin  bütün 

istiqamətlərinə  yayılmasından  ibarətdir.  Zəlzələ  yeraltı  təkanlar  şəklində 

müşahidə olunur.  




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə