Tətbiqi etika


Qanaxmanı  dayandırmaq  üçün  turna  (burmac)  qoymaq  və  əlaltı



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə88/108
tarix05.04.2022
ölçüsü0,68 Mb.
#85079
1   ...   84   85   86   87   88   89   90   91   ...   108
Az rbaycan Respublikas T hsil Nazirliyi Q rb Universiteti M lki

Qanaxmanı  dayandırmaq  üçün  turna  (burmac)  qoymaq  və  əlaltı 

vasitələrdən istifadə qaydaları. 

Turna  (burmac) qoymaq ətrafların iri  arteriya 

damarlaın zədələnərkən qanaxmanı müvəqqəti dayandırmağın əsas üsuludur.  

Turna  uclarında zəncir (halqa) və qarmaq olan 1, 5 m uzunluqda rezin 

borucuqdan, yaxud elastik enli rezin lentdən ibarətdir. Rezin turnalarla yanaşı, 

toqqalı  parça  turnalar  da  işlədilir.  Burmac  isə  bu  məqsədlə  əlaltı  vasitələrdən 

hazırlanır. Turnanı (burmacı) yalnız bədənin ətraflarına (əl-ayağa) salmaq olar.  

Turna buda, baldıra, bazuya, bazuönünə – qanaxma yerindən  yuxarıda, 

yaranın  yaxınlığında,  paltarın  üstündən  və  ya  dəri  sıxılıb  əzilməsin  deyə, 

yumşaq  bint  sarğının  üstündən  qoyulur.  Turnanı  o  dərəcədə  sıxmaq  lazımdır 

ki, qanaxma dayansın.  Turna həddən  artıq sıxılarkən  kənarların sinirləri xeyli 

dərəcədə  zədələnir.  Turna  kifayət  dərəcədə  tarım  olmadıqda  isə  arterial 

qanaxma  daha  da  güclənir,  çünki  bu  zaman  yalnız  vena  damarları  sıxılır  və 

nəticədə ətraflardan qan aparılmır.  

Turnanın nə vaxt qoyulduğunu (tarix, saat və dəqiqə göstərilməklə) bir 

parça  kağızda  qeyd  edib,  kağızı  nəzərə  çarpan  yerdə  turnanın  qatı  altına 

qoyurlar.  Turna  qoyulmuş  ətrafı  isti  şeylə  örtürlər  (xüsusən  qışda),  lakin 

buraya  qrelka  qoymaq  olmaz.  Turna  qoyulmuş  yaraya  şpris-tunik  vasitəsilə 

ağrıkəsən dərman vururlar.  


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə