Texniki Yardım üzrə Hesabatı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/48
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32514
1   ...   24   25   26   27   28   29   30   31   ...   48

58
126.  Azərbaycan  Hökuməti  bərpaolunan  enerjini  təşviq  etmək  üçün  bir  neçə  strategiya  və 
məqsədlər  müəyyən  etmişdir.  Bərpaolunan  və  Alternativ  Enerji  Mənbələri  üzrə  Dövlət 
Proqramında  (2008-2015)  2020-ci  ilə  qədər  alternativ  və  bərpaolunan  enerji  hədəfləri  20% 
həcmində müəyyən edilmişdir. Bu proqrama dəstək olaraq, hökumət alternativ və bərpaolunan 
enerji  mənbələrini  artırmaq  və  iqtisadiyyatı  şaxələndirmək  istiqamətində  məqsədləri  həyata 
keçirmək  üçün  Alternativ  və  Bərpaolunan  Enerji  Mənbələri  üzrə  Dövlət  Agentliyini  (ABEMDA) 
yaratmışdır. 2011-ci ildə Prezidentin yeni Sərəncamı ilə alternativ və bərpaolunan enerji hədəfi 
müəyyən  edilmiş  və  ABEMDA-ya  bu  hədəfi  yerinə  yetirmək  üçün  tapşırıqlar  verilmişdir. 
Müəyyən edilmiş hədəfə görə 2020-ci ilə qədər elektrik enerjisi istehlakının 20%-I bərpaolunan 
enerji  mənbələrindən  təchiz  edilməlidir.  Bundan  başqa,  2020-ci  ilə  qədər  ümumi  enerji 
istehlakının  9.7%-i  bərpa  olunan  enerji  mənbələri  vasitəsilə  təmin  edilməli  və  2,000  MV 
həcmində bərpaolunan enerji potensialı quraşdırılmalıdır.
33
127. 2014-cü ilin dekabrında, ABEMDA özünün 2015-2018-ci illər üçün strateji planını açıqladı. 
Planda  bərpaolunan  enerji  həcminin  artırılması  strategiyası  müəyyən  edilir.  Strateji  plana  özəl 
sektorda  bərpaolunan  enerjinin  inkişafına  stimul  yaratmaq  üçün  mövcud  norma  və  qaydaların 
(normativ-hüquqi  aktların)  yenilənməsi  nəzərdə  tutulur.  Bundan  başqa,  strateji  planda  güzəştli 
kreditlərin  verilməsi,  texniki  bacarıqların  artırılması,  bərpaolunan  enerji  avadanlıqlarına  tətbiq 
olunan  idxal  rüsumlarının  aradan  qaldırılması,  bərpaolunan  enerjinin  izlənməsi  və 
qiymətləndirilməsini  dəstəkləyə  bilən  təşkilati  strukturun  yaxşılaşdırılması,  maarifləndirmə 
işlərinin görülməsi, və s. daxildir. Strateji plana əsasən, ABEMDA 2015-2018-ci illər ərzində 187 
MV  gücdə  külək,  369  MV  həcmdə  günəş,  63  MV  həcmdə  bioenerji  və  116  MV  gücdə  hidro 
enerji potensialını quracaqdır. Hamısı bir yerdə, plana görə 735 MV həcmdə yeni alternativ və 
bərpaolunan  enerji  əldə  olunacaqdır.
34
 Bərpa  olunan  enerjinin  tətbiqini  daha  da  dəstəkləmək 
üçün  ABEMDA  bərpaolunan  və  alternativ  enerji  üçün  yeni  tarif  metodologiyasının 
hazırlanmasını  araşdırır.  Günəş  enerjisi  üçün  yeni  tariff  2015-ci  ilin  sonuna  qədər  tətyin 
ediləcəkdir 
128.  Azərbaycanın  hökumətinin  məqsədlərinə  dəstək  olaraq  bərpaolunan  enerjidən  istifadənin 
artırılması  məqsədilə,  AİB  ABEMDA  ilə  birlikdə  NAMA  konsepsiyasını  işləyib  hazırlamaq 
istiqamətində  tərəfdaşlıq  etmişdir.  Bu  konsepsiya  çərçivəsində  kənd  təsərrüfatı  sektorunda 
bərpaolunan enerjinin tətbiqinin sürətləndirilməsi nəzərdə tutulur. NAMA tədbirləri  bərpaolunan 
enerji  sahəsini  tənzimləyən  hüquqi  və  tənzimləyən  normaları  təkmilləşdirilməsi  istiqamətində 
hökumətlə işləyərək bərpaolunan enerjiyə maneələri aradan qaldırmaq üçün tərtib olunmuşdur. 
129.  NAMA  çərçivəsində  habelə  Samux  Aqro-Enerji  Yaşayış  Kompleksinin  tikintisi  və  həyata 
keçirilməsi  dəstəklənir.  Samux  Aqro-Enerji  Yaşayış  Kompleksi  bərpaolunan  enerji  ilə  işlənən  
müasir  çoxsahəli  kənd  təsərrüfatı  və  qida  emalı  mərkəzidir.  Bütün  bunlar  hamısı  ictimai  və 
yaşayış binalarının yerləşdiyi bir mərkəzdə birləşdirilmişdir. Mərkəzdə karbon çirkləndirməsi tam 
neytraldır. Samux Kompleksinə bir neçə kənd təsərrüfatı məhsulları istehsalı, məsələn buğda və 
tərəvəz  əkinləri,  istixanalar,  meyvə  bağları,  heyvandarlıq,  südçülük  fermaları,  balıqçılıq 
təsərrüfatları, şirə, meyvə və mal-qara yemi qablaşdırma müəssisələri daxildir. Kənd təsərrüfatı 
müəssisələri ilə yanaşı 1,000-ə qədər yaşayış evləri ev işçiləri və Dağlıq Qarabağ regionundan 
olan qaçqınlar üçün tikiləcəkdir.  
33
 Azərbaycan Respublikası Prezidentinin Alternativ və Bərpaolunan enerjidən İstifadəyə dair 2010-2020-ci illər üçün 
Milli Strategiyanın hazırlanmasına dair Sərəncamı 
http://www.abemda.az/uploads/ABEMDA%20prezintation.pdf
34
Azərbaycan Respublikasının Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət  Agentliyi. 2014. 
Strateji Plan
(2015-2018). http://area.gov.az/strateji-plan-2015-2018/


59
130. Kompleks elektrik enerjisi və istilik generasiyasını müxtəlif bərpaolunan mənbələrdən əldə 
edəcək. Bu mənbələr günəş, geoistilik və Samux kompleksində və yaxınlıqdakı rayonlarda yerli 
şəraitdə  istehsal  olunan  biokütlə  tullantıları  daxildir.  Azərbaycanda  oxşar  kənd  təsərrüfatı 
müəssisələrinin  sayının  kiçik  lakin  artan  dinamikada  olmasına  baxmayaraq,  bu,  bərpaolunan 
enerji  ilə  işləyən  ilk  belə  kompleks  olacaqdır.  NAMA-nın  bir  hissəsi  olaraq,  ABEMDA  Samux 
Kompleksindən  əldə  olunan  öyrənilmiş  dərslərdən  və  texniki  bacarıqlardan  istifadə  edəcək  və 
bu təcrübəni Azərbaycanın daha beş yerində təkrarlayacaqdır. 
131.  Samux  və  Azərbaycanın  digər  sahələrində  təklif  olunan  aqro-enerji  kompleksi  ilə  bağlı 
yekun  təşkilati  məsələləri  müəyyənləşdirmək  üçün  texniki-iqtisadi  əsaslandırma  həyata 
keçirilməkdədir.  Aşağıdakı  tədbirlərin  görülməsi  nəzərdə  tutulur  (bu  tədbirlər  texniki-iqtisadi 
əsaslandırmanın nəticələrindən asılı olaraq yenilənə bilər): 
132. Faza 1 (2014-2016):
Faza  1-də  Samuxda  ilk  müəssisələrin  texniki-iqtisadi  qiymətləndirilməsi,  tərtibi  və  tikintisi 
planlaşdırılır, o cümlədən: 
(i)  Bərpaolunan  enerji  mənbəyindən  14.1  MVt  həcmdə  elektrik  və  istilik  enerjisi 
potensialının  inkişaf  etdirilməsi.  Təchiz  edilmiş  enerji  paralel  olaraq  6,500  ha  ərazidə 
tikiləcək kənd təsərrüfatı müəssisələrində istifadə ediləcəkdir. 
(ii)  Enerjidən səmərəli istifadə tərtibatına malik 350-500 fərdi ailələr üçün evlərin tikintisi.  
(iii) 2015-ci  ilə  qədər,  bərpaolunan  enerji  mənbələri  üçün  güzəştli  kreditlərin  tətbiqi  və 
bərpaolunan  enerji  avadanlıqları  üçün  gömrük  rüsumlarından  azad  olmaya  dair 
hökumətə təkliflərin hazırlanması. 
(iv) 2016-cı  ilə  qədər  alternativ  və  bərpaolunan  enerji  mənbələri  üçün  tariflərin  təklif 
olunması. 
(v)  Naxçıvan,  Gədəbəy,  Neftçala,  Balakən  və  Oğurz  rayonlarında  aqro-bərpaolunan  enerji 
komplekslərinin yaradılması üçün texniki-iqtisadi araşdırmanın tamamlanması. 
133. Faza 2 (2017 - 2020):
1-ci mərhələdəki dərslərdən nəticə çıxarmaqla Samuxdakı fəaliyyətlər genişləndiriləcəkdir. 2-ci 
mərhələdə  bərpaolunan  enerjidən  21.25  MVt  gücündə  elektrik  və  41.65  MVt  gücündə  istilik 
generasiya  edən  əlavə  potensialın  inkişaf  etdirilməsi  proqnozlaşdırılır.  Kompleksin  kənd 
təsərrüfatı və yaşayış hissələri genişləndiriləcəkdir.   
134.  Gözlənti  odur  ki,  NAMA-nın  tərkib  hissəsi  kimi  həyata  keçirilən  struktur  dəyişiklikləri  və 
Samux  Aqro-enerji  Kompleksində  bərpaolunan  enerji  texnologiyalarının  pilot  şəkildə  tətbiqi 
oxşar texnologiyaların digər kənd təsərrüfatı müəssisələrində və Azərbaycanın kənd yerlərindəki 
yaşayış icmalarında təkrarlanmasını dəstəkləyəcəkdir. 2014-cü ildə, kənd təsərrüfatı və yaşayış 
sektorları  ümumi  istilik  generasiyasının  0%-ni  və  68%-ni  və  ümumi  elektrik  enerjisi 
generasiyasının  müvafiq  olaraq  6.1%  və  45.1%-ni  istehlak  etmişdir.
35
 Azərbaycanda  istilik  və 
elektrik  enerjisi  sektorlarında  əsasən  təbii  yanacaqdan  asılılığı  nəzərə  alaraq,  bərpaolunan 
enerji  növlərinin  tətbiqi  bu  sektorlarda  İEYQ  emissiyalarının  əhəmiyyətli  dərəcədə  azalmasına 
gətirib çıxaracaqdır. 
135. Əsasən təbii yanacaq növlərindən elektrik və istilik enerjisinin generasiyasını əvəzləməklə 
NAMA  tədbirlərinin  icrası  346,104  ktCO
2
e  həcmində  İEYQ  emissiyasının  azaldılmasına  gətirib 
çıxaracaqdır. Samux Aqro-Enerji Yaşayış Kompleksi uğurlu alınarsa və daha beş rayonda oxşar 
qaydada  təkrarlanarsa,  emissiyalarda  azalma  2020-ci  ilə  qədər  potensial  olaraq  hər  il  üçün 
584,125 ktCO
2
e həcmində azala bilər. 
35
 Abt Associates, Stokholm Ətraf Mühit İnstitutu, Nazar Biznes və Texnologiya MMC (2015b).  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə