7
(i) Onlar dayanıqlı inkişaf kontekstində həyata keçirilən ölkə üzrə müvafiq azaldılma
tədbirlərdir.
(ii) Onlar texnologiyanın ötürülməsi, maliyyələşdirmə və bacarıqların artırılması vasitəsilə
dəstəklənə bilər.
(iii) Onlar Fəaliyyətin Adi Qaydada İcrası (BAU) Ssenarisindən fərqli olaraq 2020-ci ildə
İEYQ-ların emissiyasının azaldılmasına tövhə verəcəkdir.
(iv) Azaldılma tədbirlər ölçüləbilən, yoxlanılabilən və hesabatı veriləbilən tədbirlərdir.
11. Nəhayət, TA 8119-un bir hissəsi olaraq iqlim dəyişmələrinin təsirlərinin azaldılması ilə bağlı
üç investisiya qeydi işlənib hazırlanmışdır. İnvestisiya konsepsiyaları NAMA-lar ilə əlaqəlidir və
ayrı-ayrın NAMA-ların spesifik komponentlərini dəstəkləmək üçün tərtib olunmuşdur.
12. Azərbaycanla bağlı NAMA və investisiya konsepsiyası kənd təsərrüfatı sektorunda
bərpaolunan enerjiyə həsr olunur. Qazaxıstan bütün sektorlarda nəqliyyat və enerji səmərliliyini
artırmaq məqsədilə təbii qazın təşviqi üçün NAMA təklif etmişdir. Özbəkistan isə kiçik-miqyaslı
hidro elektrik qurğularına investisiyaların təşviqi üçün NAMA işləyib hazırlamışdır. Bu Texnki
Yardım Layihəsi çərçivəsində hazırlanan NAMA konsepsiyası UNFCCC-nin (
BMT İqlim
Dəyişiklikləri haqqında Çərçivə Konvensiyası
) NAMA Reyestrinə
4
təqdim olunmaq üçün hazırdır.
NAMA Reyestri açıq onlayn platforma olub planlaşdırılan NAMA-lar və maliyyə məbələri
arasında tərəfdaşların axtarışını asanlaşdırır. Reyestr habelə ölkələr üçün öz təsir azaldılma
təşəbbüslərini tanıtmaq üçün məkan rolunu oynayır.
13. Bacarıqların artırılması proqramı milli mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına
həsr olunur. Bu proqram çərçivəsində milli mütəxəssislər səmərəli NAMA tədbirləri və
investisiya təklifləri hazırlamaqla, eləcə də İEYQ və digər azaldılma tədbirlərinin təsirlərinin
ölçülməsini həyata keçirməklə iqlim dəyişmələrinin təsirlərinin azaldılmasının xərc və faydalarını
qiymətləndirmək bacarıqlarına malik olacaqlar. Proqrama habelə enerji və nəqliyyat
sektorlarında azaldılma tədbirlərlərin xərc-gəlir təhlillərinin aparılmasına dair ölkə və regional
səviyyələrdə təlimlərin təşkili daxilidir. Belə təhlillər zamanı RETA 8119 layihəsi çərçivəsində
hazırlanmış milli LEAP modellərindən praktiki nümunələr istifadə edilmişdir. Bura eyni zamanda
NAMA tədbirlərinin tərtibinə, İEYQ-ların emissiyasının hesablanmasına, eləcə də azaldılma
tədbirlərinin nəticələrinin ölçülməsi və monitorinqinə dair təlimlərin təşkili də daxildir. Bugünə
qədər üç regional və yeddi ölkə səviyyəli seminarlar zamanı 254 milli qərarvericiləri təlim
keçmişdir. Təlim keçmiş mütəxəssislərdən 89 nəfərini (və ya 35%-ni) qadınlar təşkil etmişdir.
C.
İcmal və Tövsiyələr
14. Texniki yardım çərçivəsində aparılan iqtisadi təhlillər göstərdi ki, ciddi tədbirlər görülməsə,
Azərbaycan, Qazaxıstan və Özbəkistanda enerji təchizatında yenə də köhnədən qalma
yanacaq vasitələrinə müraciət etməkdə davam ediləcəkdir. Bu isə, öz növbəsində iqtisadi və
əhali artımı gözləntilərinə görə 2050-ci ilə qədər İEYQ emissiyalarının artmasının davam
etməsinə gətirib çıxaracaqdır. Lakin Texniki yardım layihəsinin Azərbaycan, Qazaxıstan və
Özbəkistanın Enerji və Nəqliyyat Sektorlarında İEYQ Emissiyalarının İqtisadi Aspeltlərinə dair
Hesabatı müəyyən etmişdir ki, hər üç ölkə üçün xarakterik olan milli azaldılma tədbirlərlə bağlı
iqtisadi baxımdan səmərəli variantlar vardır. Bu variantlar hər üç ölkəyə hazırda üstünlük təşkil
edən ənənəvi yanacağa əsaslanan iqtisadiyyatdan yaxa qurtarmaqda kömək edəcəkdir. Bütün
bunlar bu hesabatın III.B fəslində verilmişdir. Fəsil III.B.4-də bir sıra önəmli faydalardan bəhs
olunur ki, həyata keçirildiyi təqdirdə bu təsir azaltma tədbirlərinin cəlbediciliyini artıracaqdır.
4
NAMA Reyestri. 2015.
http://unfccc.int/cooperation_support/nama/items/7476.php
8
15. Mini-ssenarilərdə birləşdirildikdə, bütün ölkə üzrə müəyyən edilmiş və bu tədqiqatın
mövzusu olan azaldılma tədbirlərin 2030-cu ilə qədər İEYQ-ların proqnozlaşdırılan emissiyasına
əhəmiyyətli təsirləri vardır. Lakin, onlar uzun müddətli perspektivdə İEYQ-ların emissiyasının
artmasının qarşısını ala bilməyəcəkdir. Fəsil III.B-7-də göstərildiyi kimi, uzun müddətli
perspektivdə emissiyaları azaltmaq üçün (məsələn, 2030-2050-ci illər) binalar, sənaye və
nəqliyyat sahələrində istifadə üçün nəzərdə tutulan əlavə tədbirlərin görülməsi və hazırda
modelləşdirilən ssenarilərdən daha səmərəli addımların atılması tələb olunacaqdır. Bundan
başqa, daha az karbon daşıyan mənbələrə, məsələn elektrik enerjisi, bio-yanacaq və hidrogenə
müraciət edilməsi, daha məntiqli karbon qiymətlərinin tətbiq edilməsi, eləcə də yaşayış
yerlərində daha inteqrə edilmiş torpaqdan istifadə planlarının icrası tələb olunur. Enerji
sektorunda əlavə dekarbonlaşmaya ehtiyac vardır. Bu yanaşmalar çox xərcli, eyni zamanda çox
ambissiyalıdır, lakin yalnız beynəlxalq maliyyə və texniki əməkdalığın dəstəklənməsi nətivəsində
reallaşa bilər.
16. Azərbaycanda, Qazaxıstanda və Özbəkistanda qurumların və bacarıqların artırılması və
möhkəmləndirilməsi iqlim dəyişmələrinin maliyyələşdirilməsi imkanlarına çıxış baxımından çox
vacibdir.
Azərbaycan, Qazaxıstan və Özbəkistanda İqlim Dəyişmələrinin İqtisadi Aspektlərinə
dair Hesabatda; Ölkə üzrə Müvafiq Təsir Azaldılma Tədbirlərinə (NAMA) dair Hesabatda təsvir
olunduğu kimi,
5
iqlim dəyişmələri sahəsində maliyyə ayıran qurumlar əsasən verilmiş resursların
İEYQ emissiyalarının azaldılmasında ölçüləbilən nəticələrə nail olunmasına diqqət verirlər.
Nəticədə, hər üç tədqiqat ölkəsi iqlim maliyyələşdirmələrinin izlənilməsi üçün aydın çərçibə və
prosedurlar yaratmalı olacaqdır. NAMA haqqında hesabatda hər ölkə üzrə NAMA-lar üçün
institutional struktura dair cari vəziyyət təsvir olunur.
17. Gələcək İEYQ emissiyası trayektoriyalarının və emissiyanın potensial olaraq azaldılması
yollarının kəmiyyət etibarilə qiymətləndirilməsinə diqqət artmaqdadır. Bu, 2015-ci ilin dekabrında
Parisdə UNFCCC-yə Tərəf olan Ölkələrin Konfransından (COP 21) əvvəl Milli Səviyyədə
Müəyyən edilməsi Planlaşdırılan Töhvələrə dair sənədin hazırlanması üçün beynəlxalq
təlimatda da öz əksini tapmışdır. Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri Texniki
yardım layihəsi çərçivəsində həyata keçirilən modelə uyğun milli İEYQ modelinin qurulması işini
davam etdirməlidirlər.
18. Təsirlərin azaldılmaı tədbirləri və NAMA tədbirlərini həyata keçirmək üçün ənəvi sektorlarla
və sahə nazirlikləri ilə işə ehtiyacı nəzərə alaraq, belə səyləri əlaqələndirmək məqsədilə
qurumlar-arası komitələrin yaradılmasına ehtiyyac vardır. Bu, ölkələrin Təmiz İnkişaf
Mexanizmləri naminə institusional baxımından təsisatlanmasında sonra modelləşdirilə bilər.
Azərbaycan, Qazaxıstan və Özbəkistanda Ölkə üzrə Müvafiq Təsir Azaldılma Tədbirlərinə
(NAMA) dair Hesabatda
təklif olunduğu kimi, belə bir mexanizm bir çox qurumlar arasında
əməkdaşlığın təşviq olunması baxımından çox effektiv olmuşdur.
19. Nəhayət, iqlim məsələlərin beynəlxalq maliyyəni effektiv qaydada cəlb etmək üçün
Azərbaycan iqlim fondlarını cəlb edə və ya onlara təsir edə bilən yerli maliyyə institutlarının
inkişaf etdirilməsinə ehtiyyac vardır. Bura beynəlxalq maliyyə fondlarına çıxış üçün milli maliyyə
təşkilatları ilə iş və təmiz enerji və nəqliyyat tədbirləri üçün yerli resurslarla təminat daxildir.
5
Abt Associates, Stokholm Ətraf Mühit İnstitutu, və Nazar Biznes və Texnologiya MMC (2015a)
Dostları ilə paylaş: |