Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə48/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   44   45   46   47   48   49   50   51   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
273 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
adamların savadsızlardan daha təhlükəli olduğu 
aydınlaşdı. 
Azərbaycan ədəbiyyatında maarifçi realizmin prinsipləri 
C.Məmmədquluzadə, N.Nərimanov, N.B.Vəzirov kimi 
ədiblərin də yaradıcılığında özünü göstərmişdir. Yalnız 
Birinci Dünya müharibəsi başlanandan sonra cəbhələrdə 
milyonlarla adamlar qırıldı və bu, müsəlman maarifçilərin 
gözündə Avropa sivilizasiyasının müsbət obrazını məhv 
etdi. Avropa tərəqqi yoluna inam sarsıldı və maarifçi 
dünyagörüşü az-az aradan çıxdı. 
 
 
Modernizm 
 
(fr.modernisme, moderne-yeni, müasir) 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
274 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Ədəbiyyatda və incəsənətdə cərəyan. Modernizmin 
nəzəriyyəçisi ispan filosofu Orteqa-i Qasetin fikrincə 
modernizm köhnə ədəbiyyatın və incəsənətin bütünlükdə 
inkarından ibarətdir. Bu cərəyanın başlanğıcının fransız 
dekadentliyi dövrünə, yaxud kubizm (1907-14) dövrünə 
aid edilməsi məsələsi indiyədək mübahisəlidir. 
Araşdırmalara görə modernizm Birinci dünya müharibəsi 
ərəfəsində meydana gəlmiş və sonralar sosial fəallığını 
daha da artımışdır. Müxtəlif tarixi mərhələlərdə 
ekspressionizm, kubizm, futurizm, abstraksionizm, atonal 
musiqi və s. realizmə zidd cərəyanlara ayrılmışdır. 
odernizm P.Elüar, B.Brext, P.Neruda, N.Hikmət, 
E.Hemenquey, U.Folkner və Q.Qrinin yaradıcılığına ciddi 
təsir göstərmişdir. Onların əsərləri forma və mündəricə 
etibarilə modernist cərəyanın tələblərinə uyğun gəlir. 
Hazırda Qərb ədəbiyyatşünasları C.Coys, M.Prust və 
F.Kafkanın (yaradıcılıqlarındakı kəskin ziddiyətlərə 
baxmayaraq) da yaradıcılığına əsasən modernizm 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
275 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
haqqındakı təsəvvürlərə yenidən baxır və onları 
dəqiqləşdirmək üçün tədqiqat aparırlar. 
 
Naturalizm 
 
(fr. Naturalisme) 
XIX əsrin 2-ci yarısında Avropa və ABŞ ədəbiyyatında 
formalaşmış cərəyan. Naturalizmin estetikası 
təbiətşünaslığa, başlıca olaraq, fiziologiyaya əsaslanırdı. 
İtaliyadakı verizm cərəyanı da naturalizmə yaxın 
cərəyanlardandır. Naturalizm XIX əsrin 60-cı illərində 
Fransada yaranmış, 70-80-ci illərdə başqa ölkələrdə əd 
geniş yayılmışdı. Onun ilk əlamətləri Q.Flober, xüsusilə 
Qonkur qardaşlarının yaradıcılığında əksini tapmışdır. 
Lakin naturalizmin formalaşması onun nəzəriyyəsini 
işləyib hazırlamış Emil Zolyanın adı ilə bağlıdır. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
276 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
G.Mopassan, H.Hauptman, F.Norris, A.Strindberq, 
H.İbsen, K.Hamsun və başqalarının yaradıcılığına ciddi 
təsir göstərmişdir. 
Şüurlu surətdə ədəbi obrazın fərdiliyinə meyl XIX əsrdə 
Fransada realizmin naturalizm deyilən bir qolunun 
yaranmasına gətirib çıxardı. Naturalistlər realist 
yaradıcılıq üçün ədəbi materialın və obrazın fərdiliyinin 
prinsipial xarakterini nəzərə alaraq rəssamlıqda naturadan 
şəkil çəkmə prinsipinə bənzər bir ədəbi təsvir üsuluna 
meyl etməyə başladılar. Bir sıra fransız realistləri 
yazıcıdan obyektivlik, elmilik və s. tələb edirdilər. Bunlar 
da tarixilik məsələsinin aspektləri idi. Naturalizmin ədəbi 
manifestini 1880-ci ildə Emil Zolya ―Eksperimental 
roman‖ adı ilə çap etdirdi. Buradakı eksperiment anlayışı 
o zaman darvinizmin əsas üsulu olan canlı müşahidəni əks 
etdirirdi. Belə müşahidə konkret və fərdi faktın həm bədii, 
həm də elmi mənasını ortaya qoyurdu. Yeni cərəyan 
Avropanın digər ölkələrində də özünə tərəfdarlar tapdı. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
277 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
E.Zolya müəyyən tibbi və genetik fərziyyələri təsvir edən
tibbi eksperimenti proses kimi təsvir edən əsərlər də 
yazmışdır. 
Naturalistlər həm də coşqun inkişaf edən təbiətşünaslığın, 
xüsusilə darvinizmin müşahidə yolu ilə təbiəti öyrənmək 
metodunun təsiri altında idilər. Onlar da obrazın, xüsusilə 
insan obrazlarının dəqiq təsvirini, müşahidə vasitəsi ilə 
göstərilməsini, hətta fərdlərin genetik xüsusiyyətlərini 
belə dəqiq qələmə almağı tələb edirdilər. Təbiət mənasına 
gələn natura sözü də bununla əlaqədar idi. Ədəbi təsvirin 
dəqiqliyi elmi fakt dəqiqliyi ilə müqayisə olunurdu və 
yazıçıdan elmi obyektivlik tələb edilirdi. 
Naturalizmin əsas prinsipindən – həyati konkret müşahidə 
ilə öyrənmək və göstərmək prinsipindən Balzak da 
istifadə etmişdi və bu yolla böyük məhsuldarlığa nail olub 
doxsandan artıq roman yazmışdı. Lakin Balzak üçün 
həmişə bədii ümumiləşdirmə üsulu daha əsas idi. O 
konkret müşahidələrdəki ən fərdi, ünvanlı cəhətləri atırdı. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
278 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Lakin Emil Zolya və onun davamçıları canlı müşahidəni 
məqsədə çevirirdilər. O özü şaxtaçıların həyatını öyrənib 
ən yaxşı romanlarından birini ― Jerminal‖ əsərini 
yazmışdı. 
Əlbəttə, naturalizmin proqramında və təcrübəsində 
ədəbiyyatın inkişaf tarixi üçün mütləq yenilik yox idi, bu 
realizmin ümumi inkişaf məcrası daxilində olan bir hadisə 
idi. Emil Zolya sadəcə öz zəmanəsində coşqun inkişaf 
edən elmi prinsip və informasiyadan, elmin nəticələrindən 
ədəbi yaradıcılıqda istifadə etməyə çağırırdı. Bu isə 
əslində onun həyata qiymətləndirici münasibətinin 
Balzaka nisbətən yoxsulluğunu doldurmaq üçün idi. Bu 
mənada naturalizm realizmin tarixi inkişaf üsullarından və 
yollarından biridir və öz proqramı və prinsipi ilə dünyanı 
ədəbi təsvirin əsas fundamental əlamətinə – dünyanı fərdi 
görümdə təsvir prinsipinə bir qədər zidd idi. Aydındır ki, 
naturalistlər elmin nailiyyətlərindən istifadə yolu ilə 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə