Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə73/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   69   70   71   72   73   74   75   76   ...   111

inteqrasiya münasibətlərində möhkəmləndirici rol 
oynadı. Burada A.N.Bernştamdan iqtibas gətirmək 
yerinə düşər: “Qırğızların Daşi (Orta Asiya, ərəblər) 
Tufan  (Tibet)  və  Qelolu  (Yeddisu  karlukları)  ilə 
həmişə dostluq münasibətlərində olmasından bəhs 
edən  VII-VIII  əsrlərə  aid  məşhur  Çin  salnaməsi 
Tanşunun  qeydini  xatırlayaq”.  Qırğızıstanın 
ərazisindəki  qədim  türk,  soqd,  uyğur,  Suriya, 
hind,  Çin  və  ərəb  qrafemləri  ilə  yazılmış  məşhur 
tarixi  abidələr  buna  sübutdur.  Bunların  içində 
ən  uzunömürlüsü  XX  əsrin  20-ci  illərinə  qədər 
qırğızların istifadə etdiyi ərəb əlifbası olmuşdur.
Böyük  İpək  yolu  qırğız  xalqını  məhvedici 
təcridatdan qorudu. Fenomenin təcəssümü ondadır 
ki,  hələ  o  dövrdə  bu  yolda  bütün  məşhur  dünya 
dinlərinin  missionerləri  təbliğat  aparırdılar: 
Mani,  Budda,  İsa  Məsih,  Zərdüşt  və  Məhəmməd 
peyğəmbərlərin dinləri. Bunu dünya etiqadlarının 
Qırğızıstan ərazisində yerli yayılma mərkəzlərinin 
yerləşməsi bariz şəkildə isbat edir. VII-XI əsrlərdə 
Taraz,  Krasnoreçensk  əski  yaşayış  məskəni 
(Nəvakət)  və  Suyab,  XIII-XIV  əsrlərdə  isə 
Tarsakənd  və  Balasaqun  xristian  icmalarının  iri 
mərkəzləri  olmuşdur.  VII-IX  əsrlərdə  Ak-Beşim 
(Suyab),  Nəvakət,  Novo-Pokrovsk  əski  yaşayış 
məskəni  budda  məbədgahları  ilə  məşhurdur. 
Zərdüştlər  Taraz,  Nəvakət,  Suyab  (VI-IX  əsrlər) 
və Çu-Talas çayarası məkanının başqa şəhərlərində 
yaşamışdılar.  X-XI  əsrlərdən  isə  bu  dinləri  islam 
sıxışdırdı. 
Böyük  İpək  yolunun  tarixi  bir  neçə  min  ili 
ehtiva edir və bu qədər uzun müddət ərzində yol 
ölkələr  və  sivilizasiyalar  arasında  əlaqələndirici 
körpü  rolu  oynamışdır.  Dünya  böyük  feyləsuf  və 
dövlət  xadimlərinin  əsər  və  ideyalarını  tanıyıb 
dərk  edirdi.  Aktiv  surətdə  bilik,  mənəviyyat  və 
fəlsəfi  bilik  mübadiləsi  aparılırdı.  Böyük  İpək 
yolunun  sayəsində  dahi  epik  və  əfsanəvi  əsərlər 
külleyi  bəşəriyyətin  sərvətinə  çevrildi.  İpək 
yolunun Avropa və Asiyanın iri dövlətləri arasında 
olan  diplomatik  münasibətlərin  qurulması  və 
möhkəmləndirilməsində dəyəri əvəzsizdir. Müxtəlif 
səviyyəli  sivilisaziyalararası  kommunikasiya 
prosesi  intensiv  surətdə  əsrlər  boyu  uzandı. 
Tolerantlıq, humanizm, mənəvi yüksəliş ideyaları 
əsrlər  boyu  çəkən  mövhumat  və  özgə  fikirlərə 
dözümsüzlük  kimi  hallarla  inadkar  mübarizədə 
özünə yol açdı.
V.Bartold  öz  kitablarının  birində  Çin 
əlyazmalarından  toquz-oğuzların  ölkəsindən, 
daha  doğrusu  Şərqi  Türküstandan  gələn  ticarət 
yolu  haqqında  aşağıdakı  informasiyaları  bildirir: 
“Qırğızların ölkəsindən müşk, xəz və xutu buynuzu 
gətirilir. Qırğızlar, hindlilər kimi, ölülərini yandırır 
və deyirlər: “Od ən təmiz şeydir; alova nə düşürsə, 
paklanır;  ölünü  də  alov  çirkab  və  günahlardan 
təmizləyir”. Qırğızların bəziləri – inəyə, başqaları 
–  küləyə,  digərləri  –  kirpiyə,  dördüncülər  – 
sağsağana,  beşincilər  –  şahinə,  altıncılar  –  gözəl 
ağaclara  itaət  edirlər.  Onların  arasında  elələri  var 
ki, fəginun adlanırlar və hər il müəyyən bir gündə 
bütün  musiqiçiləri  toplayıb  şadyanalıq  üçün  hər 
şey hazırlayırlar. Musiqiçilər çalmağa başlayanda 
fəginun bayılır; bundan sonra gələn il baş verəcək 
bütün  hadisələri  ondan  soruşurlar:  ehtiyac  və 
bolluq haqqında, yağış və quraqlıq haqqında, qorxu 
və  təhlükəsizlik  haqqında,  düşmənlərin  hücumu 
haqqında.  O  da  hər  şeyi  söyləməyə  başlayır  və 
bunun da çox zaman böyük hissəsi baş verir”. 
Uyğur  amirliyi  dövründə  (745-840)  Tuva 
torpağında Yenisey qırğızları və uyğurlar dövlətləri 
arasında qanlı müharibə başladı. Yalnız iyirmi ildən 
sonra qələbə qurbanlar bahasına da olsa, qırğızlara 
nəsib oldu. Qırğız ajosu Yağlaxar özünü xan elan 
edərək  ordugahını  Yenisey  sahillərindən  Selenqa 
yamacları Du-Mana köçürtdü. A.N.Bernştama görə, 
Manasın  prototipi  məhz  uyğurlara  qalib  gəlmiş 
Yağlaxar  xan  olmuşdur.  Qırğızlar  bununla  güclü 
köçəri  dövləti  təmsil  edərək,  Çin  imperiyasının 
şimal  və  qərb  sərhədlərini  qorumaqda  təminatçı 
oldular. Bununla da Yenisey qırğızlarının Mərkəzi 
Asiyada  hökmranlığının  təməli  qoyuldu.  Bəzi 
mülahizələrə görə, həmin qələbəyə görə, Yağlaxar 
xan  ali  hərbi  titul  “manas”a  layiq  görülmüşdü. 
Həmin  zamandan  etibarən,  qırğız  başçılarının 
rəşadətlərinin Manas adı altında təqdimatı adi hal 
oldu.  Digər  fərziyyələrə  görə  isə,  ölmüş  qırğız 
xaqanı Tan  imperatorluğundan Tszun-in  Xyun-vu 
Çen-Min-Xan  titulu  almışdır.  Qırğızlar  o  zaman 
təkcə  gözəl  döyüşçülər  və  əkinçilərilə  deyil, 
eləcə də metal (bürünc, gümüş) və gil ustaları ilə 
məşhurlaşmışdılar. Onlar bıçaq, behbud və müxtəlif 
bəzək əşyaları düzəldirdilər. 
IX-X  əsrlər  qırğızların  tarixində  önəmli  yer 
tutur.  Bu  dövr  akademik  V.B.Bartold  tərəfindən 
“Qırğızların böyük dövləti” epoxası adlandırılmışdı. 
Qırğızlar  üçün  Tyan-Şana  yol  məhz  bu  zaman 
açılmışdı.  “Böyük  Qırğız  dövləti”  dövründə 
əhalinin sayı çoxalıb 700 mindən 1 milyona qədər 
artmışdı.  Döyüş  əməliyyatları  zamanı  nizam-
intizama ciddi riayət edilirdi. Qırğız qəbilələrinin 
başında  varlı  zadəgan  xanimanları  dururdu  – 
saysız-hesabsız  naxırlara,  sürülərə,  ilxılara  və 
sərvətə,  həmçinin  qullara  sahib  zümrə.  Yenisey 
qırğızlarının  mədəni  səviyyəsi  digər  xalqlarla 
nisbətdə  yüksək  idi.  Qırğızların  özlərinin  yazısı 
vardı və vaxtaşırı digər tayfalara təsir göstərirdilər. 
Varidatlı qırğızlar öz oğlanlarını təhsil almaq üçün 
197


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə