Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə84/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   80   81   82   83   84   85   86   87   ...   111

illüziyalardan xilas olma qeyd edildi. Elə bu il həm 
də  Qırğızıstanın  müstəqilliyinin  hələ  ki,  böyük 
olmayan ildönümü – 10 illik yubileyi qeyd edildi. 
Bu illər ərzində ictimai təfəkkürün dərin təbəddülatı 
baş  verdi.  Demokratiya  bugünkü  ictimai  həyatda 
reallığa  çevrildi.  Ötüb  keçmiş  onillik  mahiyyətcə 
əsrə  bərabə  dramatik  hadisə  və  həyat  dönəmləri 
ilə zəngin oldu. Əsas odur ki, ölkədə nəinki siyasi 
sabitliyi  qoruyub  saxlaya,  vətəndaş  həmrəyliyinə 
və  beynəlxalq  razılığa  gələ  bildik,  həm  də  bazar 
iqtisadiyyatını  qura  bildik.  Lakin  bu  qısa  tarixi 
müddəət  ərzində  ölkəmiz  dünyanın  135  dövləti 
tərəfindən tanındı. Bu, Qırğızıstan Respublikasını 
yolunun  əsas  dönüş  nöqtəsidir.  Onların  hər 
birinin  arxasında  o  qədər  xoşbəxt  və  kədərli 
məqanlar  dayanır  ki,  bu  yaşantıları  təsvir  etmək 
yalnız  yüzlərlə  salnaməçinin  iqtidarındadır  və  bu 
salnamə  onlarla  qalın  folianta  sığar.  Qırğızıstan 
Respublikasının Prezidentinin təşəbbüsü ilə “İpək 
Yolu  Diplomatıyası”  doktrinası  geniş  beynəlxalq 
rezonans  doğurdu  və  Böyük  İpək  Yolunun 
üzərində  yerləşən  ərazilərin  müxtəlif  mədəniyyət 
və sivilizasiyaları arasında dostluq və əməkdaşlığa 
körpü rolunu oynadı.
Batken  hadisələri  zamanı  qəzetlərin  birində 
Böyük  Vətən  müharibəsi  ağsaqqal-veteranlarının 
müraciətini  oxudum.  Veteranlar  yazmışdılar 
ki,  “qalan  həyatlarını  Vətən  uğrunda  qurban 
verməyə hazırdırlar”. Onlar bizim əcdadlarımızdır, 
onar  bizim  qaliblərimizdir.  Və  biz  onlara  layiq 
olmalıyıq.  Bizim  boş-bikar  dayanıb  oturmağa 
haqqımız  yoxdur. Ata-analarımızın  qanı  hesabına 
əldə  edilmiş  torpaqları,  biz  heç  zaman  heç  kimə 
verməməliyik. Biz öz övladlarımız və nəvələrimiz 
uğrunda  mübarizəmizi  davam  etdirməliyik. 
Qırğızıstanın  çoxdan  gözlənilən  ulduz  saatı 
yetişmişdir. İndi hər şey bizdən, Avrasiyanın günəş 
kələfində  yerləşən  doğma  Qırğızıstanımızı  necə 
qurmağımızdan asılıdır. 
BMT  Baş  Assambleyasının  qərarına  əsasən, 
2002-ci ildə beynəlxalq dağlıq sammitin Bişkekdə 
keçirilməsi dağlıq ölkələrin ardıcıl və perspektivli 
inkişafının başlanğıcı oldu. Bu gündən etibarən biz 
ümidvarıq  ki,  müəyyən  müddət  keçdikdən  sonra 
Qırğızıstan inkişaf etmiş ölkələr və qonşu müstəqil 
dövlətlərlə  bir  sırada  dayanacaqdır.  Beynəlxalq 
maliyyə  təşkilatlarının  dəstəyi  ilə  ölkəmizdə 
Qırğızıstan  Respulikasının  yaxın  onillik  ərzində 
əsaslı Kompleks inkişaf proqramı qəbul edilmişdir 
ki,  bunun  da  başlıca  məqsədi  kasıbçılığın  iki 
dəfə  azaldılmasıdır.  Bundan  ötrü  vətəndaşlara 
lazımi  şərait  yaratmaq  lazımdır  ki,  özləri  üçün 
pul qazana və bununla da şəraitlərini yaxşılaşdılra 
bilsinlər. Yalnız bu yol ilə biz tədricən Qırğızıstanı 
çiçəklənən  ölkəyə  çevirə  bilərik.  Sentyabrın  20-
si  BMT  Baş  Assambleyasının  57-ci  sessiyasında 
Qırğızıstan  Prezidenti  Ə.Akayev  öz  çıxışında 
BMT-nin Baş katibi Kofi Annana müraciətlə qırğız 
xalqının həyatında böyük tarixi hadisə olan qırğlz 
dövlətçiliyinin  2  200  illiyinə  beynəlxalq  status 
verilməsi  barədə  qərar  qəbul  olunması  haqqında 
xahiş etmişdir. 
Bişkekdə  Qırğızıstanın  müstəqilliyinin  11-ci 
ildönümü  ərəfəsində  respublikanın  5  milyonuncu 
vətəndaşı dünyaya gəldi. Prezident Ə.Akayev ona 
Tınçtıkbəy ismi verdi ki, bu da “möhkəm dünya” 
mənasını verir.  
2005-ci 
ilin 
fevralında 
Qırğızıstan 
Respublikasının  birpalatalı  Parlamentinə  növbəti 
seçkilər keçirildi ki, bu da ölkədəki siyasi vəziyyətin 
gərginləşməsinə gətirib çıxardı. 
Şərəf  və  ədalət  qırğız  xalqına  xas 
xüsusiyyətlərdəndir.  Bu  xalq  həmişə  öz  bəxtinə 
düşmüş  ağır  sınaqlara  dəyanətlə  sinə  gərə 
bilmişdir. Müstəqilliyin ilk illərində çətinliklər az 
olmamışdı – çörək, ərzaq çatışmazlığl hiss edilirdi, 
lakin seçilmiş yolun doğruluğuna inanan insanlar 
bu çətinliklərə tab gətirdilər. Ədalət naminə qeyd 
edilməlidir  ki,  əvvəlki  hakimiyyət  də  müstəqil 
dövlətin yaradılması, onun beynəlxalq nüfuzunun 
gücləndirilməsi,  əhalinin  yaşayış  səviyyəsinin 
artırılması üçün kifayət qədər iş görmüşdü. Lakin 
son  illər  görülən  işlərin  effektsizliyi  cəmiyyətdə 
əsaslı narazılıqlara səbəb olmuşdu. Ali rəhbərliyin 
maraqları  xatirinə  əsas  qanuna  –  Konstitusiyaya 
dəyişiklikər  edilirdi.  Aksada  həyat  şəraitinin 
yaşılaşdırılması  ilə  bağlı  tələblərlə  nümayişə 
çıxmış  dinc  insanlara  qarşı  silah  tətbiq  edildi. 
Nəticədə  altı  nəfər  öldürüldü,  ondan  çox  adam 
yaralandı. Bu hadisə 2002-ci il martın 17-18-i baş 
verdi. Öz xalqına qarşı silah işlətmiş rəhbərlikdən 
xalqın  narazılığı  günü-gündən  artırdı.  Joqorku 
Keneşin  deputat  seçkiləri  zamanı  ortaya  çıxan 
kobud  səhvlər  –  hər  yerdə  inzibati  resurslardan 
istifadə, təhrif edilmə və səsvermənin nəticəsindəki 
əyriliklər  –  vəziyyəti  get-gedə  kəskinləşdirirdi. 
Bəzi vəzifəli şəxslər üçün şəxsi maraq hər şeydən 
üstün idi. Onların acgözlüyünün, asan qazanc əldə 
etməyə hərisliyinin həddi-hüdudu yox idi. Həmin 
ərəfədə  isə  əhalinin  70  faizindən  çoxu  kasıbçılıq 
şəraitində yaşayırdı.
2005-ci  ilin  martında  Cəlalabad,  Oş,  Talas, 
İssık-Kulun əhalisi hakimiyyətə qarşı çıxdı. Etiraz 
aksiyaları Bişkeki bürüdü. Martın 10-u öz qarşısına 
haqq-ədaləti  bərpa  etməyi,  cəmiyyətin  bütün 
sahələrində  islahatlar  aparmağı  məqsədləri  qoyan 
“Xalq  birliyi”  hərəkatı  yaradıldı.  Onun  başında 
Kurmanbəy Bakiyev dayanırdı. Martın 24-ü “Xalq 
219


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə