Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek


SAQIMBAY OROZBƏYOV  (1867 – 1930)



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə89/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   85   86   87   88   89   90   91   92   ...   111

SAQIMBAY OROZBƏYOV  (1867 – 1930)
Əfsanəyə çevrilmiş daha bir görkəmli manasçı. 
Qırğızların  epik  irsinin  parlaq  nümayəndəsi. 
Şahidlərin  dediklərinə  görə,  Saqımbay  özünün 
“Manas” haqqında hekayələri ilə insanları maraqsız 
gündəlik həyat və laqeydlikdən “müalicə edirmiş”.  
Özünün  fasiləsiz  hekayətləri  ilə  dinləyiciləri 
sanki  hipnoz  altına  salarmış.  Danışa-danışa 
sözgəlişi  mahnı  bəstələyə  bilərmiş.  Saqımbay, 
demək  olar  ki,  heç  vaxt  öz  hekayətini  sözbəsöz 
təkrarlamazmış.  Deyilənlərə  görə,  bir  dəfə  onun 
hekayətini  diktofona  yazmışdılar,  ertəsi  gün  o, 
hekayətin yenidən lentə alınmağını xahiş etmişdir, 
guya  yuxuda  eposun  yeni  misralarını  görmüşdür. 
Fasiləsiz  hekayətlərdən  akının  nəfəsi  çatmırmış 
və  bu  səbəbdən  də  onun  yanında  həmişə  ərinmiş 
kərə  yağı  ilə  dolu  piyalə  olarmış,  ondan  da  akın 
nadir  hallarda  qurtum  alarmış.  Qazax  yazıçısı  və 
alimi  Muxtar  Auezov  Saqımbaya  yüksək  dəyər 
verirdi: “Onun adı olmadan qırğız ədəbi yaradıcılıq 
xəzinəsi çox kasadlaşardı”. Müasirləri Saqımbayın 
poetik istedadı barədə deyirdilər: “Onun hər misrası 
bir  qaçağana  dəyər”.  Qırğız  manasçısının  taleyi 
üzücü  dramatizmlə  dolu  keçsə  də,  özü  ömrünün 
sonuna qədər saf və uşaq kimi səmimi qaldı. Qoca 
yaşlarında  yaddaşını  itirmişdi,  hətta  o  dərəcədə 
ki,  ismi  Mariya  olan  həyat  yoldaşının  adını  belə 
xatırlamırdı. Amma maraqlısı budur ki, arvadının 
adını  unutsa  da,  “Manas”ı  unutmamışdı  və  öz 
hekayətlərini  davam  etdirməkdə  idi.  Bu  sadəcə, 
fenomenaldır, bu, insan idrakından kənardır!
Səhhəti  ilə  əlaqədar  doğmaları  onu  Koçkor 
rayonundan  İssık-Kula  gətirmişdilər  və  görünür, 
bizim  müqəddəs  göl  manasçıya  necə  ilham 
vermişdisə,  bir  müddətdən  sonra  akın  yenidən 
sevimli  Manası  haqqında  danışmağa  başlamışdı. 
Sonra qohumları onu evinə apararkən Koçkorkada, 
Semizbel tərəflərdə yağış tökməyə başlayır. İxtiyar 
akın üzünü yağışın altına tutaraq, sanki vidalaşırmış 
kimi, deyir: “Bu, Allahdan mənə işarədir”.
Saqımbay  kimi  fitri  istedadlar  nadir  hallarda 
dünyaya  gələr.  Onlar  sanki Allah  tərəfindən  bizə 
göndərilmişlər.
232


ŞABDAN BAHADIR (1839-1912)
Hələ uşaq vaxtından tale onun üçün çətin sınaqlar 
göndərmişdi. 1850-ci illərdə Kokand xanının girovu 
olmuşdu. 1860-cı ildə rus ordusuna qarşı döyüşdə 
iştirak etmişdi. Qələbə rusların tərəfində idi. Şabdan 
çar  Rusiyasının  güc  və  qüdrətini  bu  döyüşdə  öz 
gözləri ilə əyani surətdə görmüşdü. Sonradan onun 
döyüşlərdə  göstərdiyi  qəhrəmanlıq  və  qətiyyəti 
Kokand xanının onu Həzrəti-Sultan şəhərinin bəyi 
təyin etməsi ilə nəticələndi. Bir xeyli sonra xalqını 
kokandlıların  zülmündən  qurtarmaq  üçün  Şabdan 
rus təbəəliyini qəbul etdi. Şimali Qırğızıstanın digər 
feodalları da onun yolu ilə hərəkət etdilər. Rusiya 
ordusunun qeyri-nizami dəstələrində xidmət edərək, 
faktiki, müdrik müşavir vəzifəsini icra edirdi. Əsil 
vətənpərvər  və  yaxşı  siyasətçi  kimi  öz  xalqından 
ötrü çox narahat idi. İlk olaraq həmvətənlərini oturaq 
həyata  və  əkinçiliyi  inkişaf  etdirməyə  çağırmışdı. 
Alay  çariçası  Kurmanjan  datka  əsir  götürüləndə, 
Şabdan general Skobelevin zamini kimi çıxış etdi 
və bununla qadının azad olunmasına nail oldu.
General  Skobelev  və  Kurmanjan  datkanın 
oğlu  Abdıldabəyin  arasında  münasibətlər 
gərginləşəndə, Şabdan hər şeyi sülh yolu ilə həll edə 
bilmişdi. Kalmurza akın Şabdan bahadır haqqında 
belə  yazır:  “Zəiflərə  güc  verərdi,  kasıbları  mal-
qara  ilə  təmin  edərdi,  evsizlərə  başının  üstündə 
dam  bəxş  edərdi,  sözü  eşidilməyənlərin  səsini 
ucaldardı,  dinsizləri  imana  qaytarardı”.  1905-
ci  ilin  iyununda  onun  tərəfindən  Vernı  şəhərinə 
çar  II  Nikolayın  adına  müsəlman  cəmiyyətinin 
yaradılması,  uşaqların  doğma  dilində  təhsil 
almaları  üçün  mədrəsələrin  və  məktəblərin 
açılması, qanunverici orqanlarının tərkibinə yerli 
xalqların  nümayəndələrinin  qatılması  təklifləri 
ilə  petisiya  göndərilmişdi.  Qəhrəman  öz  adını 
səmimiyyət,  xeyirxahlıq,  ədalət  və  əliaçıqlığı  ilə 
əbədiləşdirmişdir. Şabdan bahadır qırğız xalqının 
tarixində silinməz iz qoymuş mətanətli sərkərdə, 
Vətəninin müdafiəçisi idi. Belə oğullar doğan xalq 
hörmətə və heyranlığa layiqdir. 
233


SAYAKBAY QARALAYEV (1894-1970)
Bu  böyük  yaradıcı  insan  Manas  haqqında 
danışanda  mövzuya  elə  uyurdu  ki,  ətrafda  heç  nəyi 
görmürdü.  Sayakbay  dinlənildiyini  sezməyə  bilərdi, 
çünki həyatının dövranına çevrilmiş uzaq keçmiş aləmə 
elə qatılırdı ki... Dinləyicilərə sehrli qüvvə kimi təsiri 
barədə danışmağa isə dəyməz. Bu, bir aktyorun teatrı 
idi.  Gah  irəli  atılır,  sanki  qanadlı  qaçağan  atda  çapır, 
gah da onu qəfil qarşında ağlayan uşaq kimi görürsən. 
Bəzən  elə  təəssürat  yaranırdı  ki,  sanki  nəql  etdiyi 
hadisələin iştirakçısı elə o özüdür. Deyilənə görə, onun 
Kanıkey-ənə  haqqındakı  hekayətini  dinləyərkən  göz 
yaşlarını  saxlamayan  insan  olmayıb.  Onun  sevincək 
səsi  ulularımızın  qəhrəmanlıqlarını  uzaq  əsrlərin 
zülmətindən zamanımıza çatdıra bilirdi.  
Böyük  manasçı  öz  möcüzəli  vergisinin  peyda 
olması barədə görün, nə nəql edirdi. Bir dəfə ayt ayında 
(müsəlman  bayramı  zamanı)  Sayakbay  öz  dosltarı  ilə 
birgə  ramazanı  qeyd  etmək  üçün  qonşu  kəndə  gedir. 
Geri qayıdarkən yol yoldaşlarından geri qalır və başqa 
istiqamət  seçir.  Ensiz  bir  dərədən  keçərkən  kiminsə 
qulaqbatırıcı  çığırtısını  eşidir.  Altındakı  at  başqa 
istiqamətə  cummaq  istəsə  də,  Sayakbay  heç  nəyə 
baxmayaraq, heyvanı səs gələn tərəfə çevirir. Çatanda 
isə  zəngin  bir  yurta  görür.  Yurtadan  cavan,  gözəl  bir 
qız  çıxır  və  Sayakbayı  nemətlərindən  dadmağa  dəvət 
edir. Təəccüblənmiş Sayakbay atdan düşüb içəri daxil 
olur. Yurtada kimsəni görmür, dəstərxonda isə ömründə 
görmədiyi  təamlardan  barmaq  basmağa  yer  yox  idi. 
Gözəl deyir: “Keç, keç, bu təamların hər birindən dad”. 
Sayakbay  yurtadan  çölə  qaçır  və  yurtanın  yanında 
dayanmış  atlıları  görür.  Onların  arasında  saçı-saqqalı 
ağarmış,  sol  əlində  nizə,  sağ  əlində  isə  heybə  tutmuş 
ahıl  kişi  dayanmışdı.  İxtiyar  kişi  heybədən  yarmaya, 
yaxud  şəkərə  bənzər  nə  isə  çıxardaraq  Sayakbaya 
uzadır: “Bunları ağzına qoy və ye”. Sayakbay hamısını 
son dənəsinə qədər çeynəyib udandan sonra qoca arxada 
dayanmış  süvariləri  göstərərək  söyləyir:  “Akkulanın 
tərkində  olanı  özün  tanıyırsan.  Bu  –  Almambet,  o  – 
Çubakdır,  onların  arxasındakı  Sırqakdır.  İndi  sən  öz 
yolunda iki qoyun otaran adamla rastlaşacaqsan. Onları 
çobandan  almalı,  kəsməli  və  həmkəndlilərinə  tuloo  – 
qurban kimi paylamalısan. Burada nələr baş verdiyini 
onlara  danışmalısan”.  Sayakbay  özünə  gəlməmiş 
atlılar külək kimi hərəsi bir tərəfə çapıb gözdən itdilər. 
Həqiqətən  də  Sayakbəy  öz  yolunda  iki  qoyun  otaran 
adama rast gəldi, ondan qoyunları aldı və tuloo verdi 
– qurban kəsdi. Həmin gecə yuxuda Manas rəvayətini 
danışmağa  başladı.  Səhər  bu  barədə  valideynləri  ona 
xəbər  verdilər.  Sayakbay  77  il  yaşadı.  Onun  60  ilini 
Manas  haqqında  rəvayətlər  danışmaqla  keçirdi.  O, 
fasiləsiz  olaraq  iki  ay  dalbadal  yarım  mln-dan  çox, 
daha  dəqiq  desək,  700  min  bəndi  sinədəftər  danışa 
bilərdi. “Manas” eposuna nağıl kimi yanaşanlardan çox 
inciyirdi. Epos ondan ötrü din, həyatının mənasi idi. 
2010-cu  ildə  dahi  manasçıya  həsr  edilmiş  “Dahi 
haqqında ballada” kitabımı nəşr etdirmişəm. 
234


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə