Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə16/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   12   13   14   15   16   17   18   19   ...   78

46 
 
 
 
Hər  iki  mətnin  bənzərliyi  şübhə  doğurmur.  Necə  nəticə  çı-
xara bilərik? Şübhəsiz ki, Qayılar və Osmanlı sülaləsi üçün edi-
lən  bu  kəhanət  Osmanlı  xanədanının  razı  qalması  üçün  hər  iki 
kitaba da daxil edilmişdir. Bu da Yazıçızadə Əlinin XV əsrin ilk 
yarısında II Murad zamanında  yazdığı  «Səlcuqnamə»  vasitəsilə 
oldu.  Bu  bölümün  «Kitabi-Dədə  Qorqud»a  (yəni  bu  gün  əli-
mizdə  olan  əlyazmalara) daxil olması  mühitin  əlverişli təsiri  ilə 
baş  vermişdir.  Bartold  (ZVO,  VII,  1894,  s.205) kitabın  toplan-
masının  Sultan  I  Bəyazid  (1389-1402)  dövründə  baş  verdiyini 
irəli sürür. Bunu XIV əsrin sonu ilə XV əsrin əvvəllərinə aid et-
sək, yanılmarıq
1

                                                                                                     
Haqq-Təala onun könlünə ilham edərdi, etdi axır zamanda kəru xanlıq qayəyə 
verilib kimsə əllərindən almaya. Dədə dediyi Osman Rəhmətullah nəslidir. 
1
  Dədə  Qorqudun  Qayılar  haqqındakı  kəhanəti  Ədirnəli  Ruhinin  917/ 
1511-ci ildə tamamladığı «Tarix» əsərində də yer almış və daha sonralar Mü-
nəccimbaşı  tərəfindən  təkrar  edilmişdir  (Tarih,  c.  3,  s.267).  Ruhidən  etibarən 
Nəşri,  Lütfi,  İdrisi,  Bitlisiyə  qədər  bütün  Osmanlı  salnaməçiləri  Osmanlıların 
mənşəyini  oğuzlara  bağlayır.  Son  illərdə  bu  ənənələrin  təfsir  və  tənqidi  bəzi 
nəşriyyatların  mövzusuna  çevrildi.  P.Vittek  «Deux  chapitres  de  l'Histoire  des 
Turcs de Roum» (Byzantion, XI, 1936, s.303) adlı məqaləsində Osmanlı döv-
lətinin  tayfalara  bağlı  olmayan  bəzi  xarakterlərə  sahib  olduğunu  irəli  sürdü. 
«The  Rise  of  Ottoman  Empire»  (London,  1938)  adlı  əsərində  qeyd  etdiyinə 
görə, Osmanlıların oğuz boyundan gəldikləri ilə bağlı ənənə sonrakı rəsmi Os-
manlı tarixçilərinin süni fikir yaratmalarından başqa bir şey deyildir. Bununla 
bağlı xəbərlər daha əski salnamələrdə yoxdur, ancaq XV əsrə aid olan əsərlərdə 
az  dəyişikliklərlə  müşahidə  olunur.  Tarixçilərin  hekayə  uydurmaqda  sərbəst 
olduqları  bir  həqiqətdir,  açıq  şəkildə  heç  bir  qövmün  ənənələri  göstərilmir. 
Dədə Qorqudun Qayı boyu haqqındakı kəhanəti və onun katibləri oğuz soyu-
nun ən qabaqcıl boyu ilə münaqişəyə girən Osmanlılara nüfuz qazandırır. 
Fuad  Köprülü  «Les  origines  de  l'Empire  Ottoman»  (Paris,  1935)  adlı 
kitabında  Osmanlıların  Qayı  boyundan  gəldiklərinə  dair  ənənənin rəsmi  şə-


47 
 
«Dədə Qorqud hekayələri»nin tarixi mühiti 
 
V.Rubenə  görə
1
,  «Dədə  Qorqud  hekayələri»  söyləyicinin 
belə  inanmadığı  maraqlı  macəraların  nağılları  (Märchen)  deyil-
dir. Tarixi olmamalarına baxmayaraq, qəhrəmanlıq hekayələridir 
(Geschichten von Kämpfen). Təsadüfən o, (V.Ruben – Q.Şəhri-
yar) P.N.Boratavla yanaşı,  «Dədə Qorqud hekayələri»ni klassik 
türk epik  ənənəsinin sonrakı  forması  xüsusunda və  Ə.İnanla da 
tarixi  hadisələr  olmamasında  həmfikirdir
2
.
 
Halbuki  mənim  təx-
minimə  görə, heç deyilsə, qismən (Dəli  Domrulun  mifoloji (V) 
və  Basat  ilə  Təpəgözün  anaxronik  (VIII)  hekayələri  xaric)  he-
kayələrin  tarixi  əsasları  vardır.  Hekayələrin  inkişaf  edərək  for-
malaşdıqları mühiti, mətni daha yaxşı anlamaq, tamamlayıcı ün-
sürlərini təyin etmək, kitabın inkişaf mərhələsinin və yazılma ta-
rixinin təxmin edilməsində bəhs edilən hadisələrin tarixi əsaslara 
tam mənası ilə uyğun gəlməməsinə baxmayaraq, fərziyələrlə za-
manı təyin etmək mümkündür. 
Hekayələrdə  təsvir  edilən  daxili  və  xarici  siyasət  durumu 
                                                                                                     
kildə II Muradın zamanında qəbul edildiyini açıqlamış, sonradan yazdığı mə-
qaləsində  (Osmanlıların  Etnik  Menşei,  Belleten,  VII,  1943,  s.212  vd.) 
Osmanlıların oğuzlardan gəldiyini rədd etməyə heç bir səbəb tapmadığından 
yenidən əvvəlki fikrini müdafiə etmişdir. Dədə Qorquda aid edilən kəhanətin 
Osmanlı soyunun xoşuna gəlməsi üçün kitabın təlifi əsnasında əlavə edilə bi-
ləcəyini qəbul etmişdir. Fuad Köprülü eynı məqaləsində Marquart nəzəriyyə-
sinə qarşı çıxaraq Qayıların XIII əsrdə Anadoluya gələn monqol Qayıqlar ilə 
eynı olduqları fikrini rədd etmişdi. Zəki Vəlidi Toğan tərəfindən «Zeitschrift 
der  Deutschen  Morgenländischen  Gesellschaft»  (ZDMG,  95,  1941,  s.367-
373) dergisinde işlenen Marquart nəzəriyyəsi monqol olmayan türk qayıların 
Uzaq  Şərqdən  Orta  Asiyaya  gəldikləri  və  orada  türkmənlər  ilə  qarışdıqları 
düşünülür. Ətraflı məlumat üçün bax: Zeki Velidî Togan. Umumî Türk Tari-
hine Giriş. İstanbul, 1946, s.313. 
Faruk Sümərin irəlidə adı çəkilən məqaləsinə də baxa bilərsiniz. 
1
  Dədə  Qorqud  hekayələri»nin  təhlili  Ozean  der  Marchenströme  (Hel-
sinki, 1944) adlı eserinin zeylindedir, s.194, 269. 
2
  Deyir  ki,  Salur  Qazan,  Kiyan,  Qanlı  Qoca,  Bükdüz  bəy  adlarıdır 
(Ülkü, X, 1937-1938). 


48 
 
bizə aşağıdakı mənzərəni göstərir: 
1.
 
Oğuz boyları Bayındır xana tabedirlər və onun kürəkəni 
Salur Qazan tərəfindən idarə olunurlar. 
2.
 
Hərbi təşəbbüsləri: Trabzon, Gürcüstan və Abxaziyadakı 
kafirlərə qarşıdır. Ermənistanın adı çəkilmir. 
Bayındır  xan  və  Salur  Qazanın  adından  bəhs  edilməsi  bizə 
oğuzların  əfsanəvi  şəcərəsini  xatırladır.  Bayındır  xan  (əvvəlcə 
gördüyümüz  şəcərəyə  görə,  Oğuz  xanın  nəvələrindəndir)  Ağqo-
yunlularda hökmdar olan ailənin cəddi idi: Salatıni-Bayındıriyyə 
Ağqoyunlu hökmdarlarının ünvanlarından biri idi (Əli Emirî, Os-
manlı Vilâyat-ı Şarkiyyesi, İstanbul, 1918). Tarixçi Aşıqpaşazadə 
XV  əsrdə  Ağqoyunlu  hökmdarı  Uzun  Həsənin  açıqca  Bayındır 
xan nəslindən olduğunu söyləyir (Tarih, İstanbul, 1332, s.82). 
Qazan xanın adını izah etmək daha çətindir. Bu, görəsən, müa-
sirlərinin təxəyyülünə təsir edən monqol hökmdarı Qazandırmı? 
Beləliklə, Qazan bəyə ailəsini və kafirlər tərəfindən qaçırılan 
mallarının qurtarılmasına yardım edən Çoban, görəsən, Əbu Səid 
tərəfindən  1327-ci  ildə  öldürülən  dəyərli  monqol  komandanı 
Çobandırmı?
1
  Həmişə  Qazanın adından  əvvəl gələn Salur (Salur 
Qazan) yuxarıda bəhs edilən 24 Oğuz nəvələrindən biridir. 
Hər nə  isə, bu, Bayındır adı  haqqında danışılan digər  hadi-
sələrlə  birlikdə, bizi  «Dədə Qorqud hekayələri»nin formalaşdığı 
və  yazıya  alındığı  mühitin  Ağqoyunlu  dövrünə  təsadüf  etdiyi 
qənaətinə  gətirir.  Bu  mühit,  türkmən  başçıları  ilə  evlənən  trab-
zonlu  şahzadələr,  Rum  qalalarına  yürüşlər  kimi  hekayələrdəki 
digər tarixi hadisələrlə təyin edilə bilər. 
Qaraqoyunlularla  yanaşı,  Xorasandan  Qafqaza  təxminən 
                                                
1
  Bu  çox  cəsarətli  fərziyələr  üzərində  çox  dayanmıram.  Çoban  adı  ilə 
birlikdə istifadə olunan Qaracuq və Qaracıq ünvanı qara sözünün kiçildilmiş 
forması ola bilər (Vatikan nüsxəsində bir dəfə «Qarıcı», Drezden nüsxəsində 
isə  «Qaraca»  şəkli  vardır).  Diyarbəkir,  Ərzurum,  Pasin  bölgələrində  köçəri 
yaşayan  türkmənlər  arasında  «Çoban  Begi  haqqı»  adlı  bir  vergi  də  tətbiq 
olunurdu (Ö.L.Barkan.  Osmanlı İmparatorluğunda Ziraî, Ekonomik, Hukukî 
ve Malî Esaslar. I, Kanunlar, İstanbul, 1945, s.67, 133, 140,149,170,176). 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə