Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə23/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   19   20   21   22   23   24   25   26   ...   78

67 
 
yavrusu» sifəti ilə
1
, Beyrək bəy üçün söylənən «qara quş ərdəmli» 
ifadələri ilə «qurd üzü mübarəkdir»
2
 cümləsi bozqurdun əski türk 
ənənələrində müqəddəs sayılmasına diqqəti cəlb edir. 
 
*** 
«Dədə Qorqud kitabı»nda ailə münasibətləri tam müəyyən-
ləşməmişdir. İslam hüququna görə, birdən çox «məşru» (qanuni 
  Q.Şəhriyar)  qadın  (halal)  haqqında  qeydlər  vardır.  Eyni  za-
manda  monoqamiyaya  yaxud  da  qadının  evdəki  hakimiyyətinə 
dair qeydlər də mövcuddur. 
«Dədə  Qorqud  hekayələri»ndə  qadın  şərəfli  yer  tutur.  O, 
şəfqətli  ana  və  qəhrəman,  xanın  həyat  yoldaşı,  qardaşını  sevən 
bir  bacı  və özünü  fəda etməyə  hazır olan  bir  həyat yoldaşıdır
3

Ailə bağlılığı (Dəli Domrulun həyat yoldaşı, V hekayə), ana şəf-
qəti (I, II, III, IV, VIII, X boy), qardaş (III, X) və oğul sevgisi (I, 
II,  XI)  haqqındakı  bölmələr  Şərq  xalq  ədəbiyyatında  təkdir  və 
xüsusilə də yüksək sevgi duyğusunu nümayiş etdirir. Banuçiçək 
(III) və Selcan  xatun (IV) fövqəltəbii  xəyal  aləmindəki  insanlar 
deyillər, onlar gənc atlıları ilə birlikdə ata minmək və onları qo-
rumaq üçün silah çəkən qadınlardır. M.Polonun bəhs etdiyi Qay-
dunun
4
 qızı ona elçi düşənlərə meydan oxuyurdu. Bəlkə ilk dəfə 
Kunoşun
5
  ortaya  qoyduğu  türk  balladasındakı  nağıllar  aləminin 
                                                
1
  M.T.Houtsma.  Die  Ghuzenstämme.  WZKM,  II  (1888),  s.219-233. 
Salur (Salar) boyunun totem kimi üç quşdan istifadə etdiyini yazır. 
2
 Bu cümlə Vatikan nüsxəsində yoxdur. 
3
 Girişdə qadınlar haqqında bir səhifəlik həcv varsa da, bunun hekəyə-
lərin dastansayağı ənənəsi ilə heç bir əlaqəsi yoxdur. 
4
 II Milone, L.Foscolo Benedeto, tərcümə və nəşri, 1932, s.382-385. 
5
 Macar türkoloq İqnats Kunoş (1860-1945). Macar Elmlər Akademiya-
sının müxbir üzvü. Türkdilli xalqların folkloru, etnoqrafiyası və dillərinə, elə-
cə  də  macar  dilindəki  türk  ünsürlərinə  dair  tətqiqatların  müəllifidir.  Kiçik 
Asiyaya,  Misirə  və  Balkan  ölkələrinə  elmi  ekspedisiyalarda  iştirak  etmişdir. 
Əsas əsərləri Kiçik Asiya türk dialektlərinə həsr olunmuşdur. Həmçinin onun 
türk dili dərslikləri də var. 


68 
 
«ragazza turcomanna»sıdır (türkmən qızıdır)
1
. Bu qız sərtlik və 
kobudluğu  ilə  xalq  şeirinə  daxil  olmamışdan  əvvəl  türk  mühi-
tində həqiqətən yaşamış ola bilər
2
. Bu gün türk folklorunda evlə-
nənlər  haqqında  söylənən  şeir  motivləri  vardır  və  mənə  salam-
lama  zamanı çox da  xoş təsir  bağışlamayan  yüksək  və o qədər 
də yumşaq olmayan hislər kimi görünür: 
«Bursa kestanesi
3

Gelin qınası. 
Çılgın gençliğimin 
Şen fırtınası. 
Qoç yiğidim benim, 
Qoca çınarım. 
Sönmiyen yıldızım, 
Geçmez baharım»
4

«Castagna di Brussa 
Hennâ di sposa 
Splendida tempesta 
Della mia folle gioventủ. 
Mio robusto cavaliere 
Mia grossa quercia 
Intramontabile mia stella 
Primavera mia che non passa!»
 5

 
«Dədə Qorqud hekayələri»ndə qadının yüksək statusu Bar-
tolda aşağıdakıları deməkdə ilham verdi
6
: «Qadının aktuallığı və 
                                                
1
 Ed. Saussey tərcüməsi. Littérature populaire turque, Paris, 1936, s.20-22. 
2
Ziya Gökalp «Türk Medeniyeti Tarihi» (s.269-272) əsərində İbn Batu-
tun  «Səyahətnamə»sindən  verdiyi  sitatlarda Türkiyədə  qadınların  azadlığın-
dan bəhs edir. 
3
 Kestane – şabalıd. 
4
  Şeiri  müəllifin  yazdığı  kimi  bir  hərfinə  belə  toxunmadan  saxladıq– 
Q.Şəhriyar. 
5
 E.Rossi əsərin orijinalında şeirin italyan dilinə tərcüməsini də verir. Bu, 
F.Türkmənin  kitabında  tərcüməçi  tərəfindən  kiçik  qeydlə  bildirilir.  Biz  isə 
mətnin orijinallığını qorumaq məqsədi ilə olduğu kimi saxladıq – Q.Şəhriyar. 
6
 ZVO, III, 1898, s.208. 


69 
 
və  bunun  yüksək  idealizmi  köçəri  həyatın  sərt  realizminə 
baxmayaraq,  Avropa  ilhamının  kitaba  təsir  etdiyini  göstərir. 
Bəlkə  də  bu,  Trabzondakı  romantik  saray  həyatının  təsiridir». 
İrəlidə  görəcəyimiz  kimi  (X  bölüm),  bu  təxmin  Trabzondakı 
Komnenos
1
  ailəsinin  həyat  tərzi  ilə  bağlı  qeydlərlə  uyğun  gəl-
mir.  Həqiqətən,  orta  əsrlərdə  Anadoludakı  türk  və  Rum  xalqla-
rının dastansayağı hekayələrində də bir bənzərlik vardır. Ancaq 
törəmə  və  ya təsirdən çox,  mövzu  və  mühit  bənzərliyindən söz 
gedə bilər. 
Gənc  oğuz bəyləri silah  istifadə  etmək, ata  minmək, güləş-
mək, ov ovlamaq üçün təlim keçirdilər. Türk-İran ədəbiyyatında 
qılıncoynatmanın  təsiri  ilə  yaranan  təhlükə  və  nümayişkaranə 
yarışlardan  olan  atla  manevr  nəticəsində  cəsarət  və  güclərini 
isbat etdikdən sonra onlara ad verilirdi. Adqoyma böyük bir mə-
rasimlə həyata keçirilirdi. Hekayələrimizdə gənclərə ad seçən və 
verən  Dədə  Qorquddur.  Sözünü  həmişə  «mən  sana  ad  verdim, 
Tanrı həyatı daim etsin» deyərək bitirir. 
«Dədə Qorqud»da ailə ilə bağlı gördüyümüz bir adət ərəblər 
və sair  xalq arasında, eyni  zamanda  yaxın dövrlərdə  Orta Asya 
türkləri  arasında  da  mövcud  idi:  əsil  soy-kökə  bağlı  bir  uşaq 
istəyən  bir  kişi  həyat  yoldaşına  evlilikdən  kənar  qeyri-qanuni 
münasibətə  izin  verirdi.  Bu  adətə  kökü  ərəbcə  olan,  lakin  türk 
dilində  istifadə  olunan  «övladlıq»  və  ya  «döl alma»  deyilir. Bu 
«döl alma» ifadəsi II hekayədə Çobanın Abxaz kralına söylədiyi 
«oğuz dölün almaq istərsən» cümləsində yer alır: «Söklü Məlik 
qara gözlü qızını oğuza verəcək. Ondan bir oğlu olacaq. Siz də 
onu Qazanın düşməni edəcəksiniz»
2
.
 
 
                                                
1
 Komnenos və ya Komninlər sülaləsi – Bizans imperiyası və onun da-
vamçısı olan Trabzon imperiyasını idarə etmiş sülalə – Q.Şəhriyar. 
2
Mətn Drezden nüsxəsində bir az fərqlidir (Gökyay, s.22). Bu bəhs Əb-
dülqadir İnan tərəfindən «Göçebe Türk Boylarında Evlatlık» (AÜ Dil ve Ta-
rih-Coğrafya  Fakultesi  Dergisi,  VI,  1948,  s.130)  adlı  məqaləsində  təhlil  et-
mişdir. Bunu qeyd etməliyik ki, qeyri-qanuni əlaqələrdən doğulan uşaqlardan 
bəhs edilmir. Ayrı xalq və ya nəsillə nigahdan doğulan uşaqlardan söz açılır. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə