23
Sözügedən etnonimlə I Tiqlapalsarın (e.ə. 1115-1077) kita-
bəsində də rastlaşırıq:
"(V,73)Kumanların ordusu gerçəkdən Musru ölkəsinin
köməyinə çıxdı... (V.82) Bu zaman Musru ölkəsinə köməyə
çıxmağı qət etmiş kumanların hamısı savaşın baş tutması və
mənə qarşı durmaq üçün özlərinin bütün bölgələrini səfərbər
etdilər... (Vl.22) ...Kumanların mənim güclü döyüş təzyiqimdən
qorxuya düşən şahları ayaqlarımı qucaqladı..." (Дьяконов,
1951, c. 10).
Aşşur şahı ll Adadnerari (e.ə.911-890) də öz kitabəsində
kumanları yad etmişdir (Дьяконов, 1951, c. 21).
Qeyd edək ki, bu gün də eyni adı daşıyan türk etnosları
vardır. Bu baxımdan Altayda yaşayan kumandiləri və özünü gü-
nümüzəcən kumanların davamı hesab edən qaraçay və balkar-
lıları (Zeynalov, 1981, s. 232) misal gətirmək olar. Onu da xü-
susi qeyd etmək lazımdır ki, bu türk tayfası orta əsrlərdə də Ön
Asiya və Şərqi Avropanın siyasi tarixində xüsusi rol oynamış,
Avropanın etnolinqvistik coğrafiyasının formalaşmasında son
dərəcə böyük xidmətlər göstərmişdir. Bu rol o qədər böyük ol-
muşdur ki, həmin tayfaların dilini öyrənməyə xüsusi ehtiyac ya-
ranmış və təqribən eyni dövrdə həm xristian Avropada, həm də
İslam dünyasında kuman türklərinin dili ilə bağlı lüğətlər tərtib
edilmişdir (Zeynalov, 1981, s.167-168). Anadolunun Səlcuqlular
tərəfindən tutulmasında və bu ərazinin yenidən Türk Yurdu ha-
lına gəlməsində kumanların ölçüyəsığmaz xidmətləri olmuşdur.
Kumanların orta əsrlərdə də Azərbaycanda yaşadıqlarnı
Musa Kağankatlının "Alban tarixi"ndən öyrənmiş oluruq (Ka-
lankaytuklu, 1993, I kitab, VI fəsil).
Sözügedən kitabda yazılan-
lardan öyrənirik ki, Qafqaz Albaniyasında kumanlarla bağlı olan
"Qomenk" adlı toponim olmuşdur. Həmin toponimin qomen
(kuman) etnonimindən və qədim erməni dilindəki "k" yer, mə-
kan bildirən şəkilçidən yarandığını ("Alban tarixi" kitabı döv-
rümüzədək erməni dilində çatmışdır) söyləyən Qiyasəddin Qey-
bullayevin fikrincə, bu yer ya Arsax (Qarabağ), ya da Sünik
(Zəngəzur) ərazisində olmuşdur. O, 1727-ci ilə aid bir arxiv
24
sənədinə istinadən göstərir ki, həmin dövrdə, yəni XVlll əsrdə
Zəngəzurun Çulundur bölgəsində azərbaycanlılarla məskun olan
Koman kəndi mövcud imiş (Гейбуллаев, 1991, c. 117). Hazırda
eyniadlı kənd Cəlilabad rayonu ərazisində də mövcuddur.
Tarixi mənbələrdə kumanların iskitlərlə eyniləşdirilməsi,
onlardan "koman iskitləri" kimi söz açılması halları da müşahidə
edilir. R.Q.Latam koman iskitlərinin etnik mənsubiyyəti barədə
yazmışdır:
"Koman iskitləri, massagetlər, saklar, peçeneqlər, xəzər-
lər, hunlar öz mənşələri etibarilə türkdürlər və bunu sübut
etməyə ehtiyac yoxdur." (İsmayıl, 1955, s. 15).
Su ölkəsi ilə bağlı türk genoloji (etnoqonik) əfsanəsində de-
yildiyi kimi, türklərin başbuğu Kapan Punun 16 qardaşı var idi.
Yəni onlar 17 qardaş idilər. Mixi yazılarda bu məlumatla ağlası-
ğmaz dərəcədə üst-üstə düşən bir məlumat var və həmin mə-
lumata əsasən, Kuti sülaləsinin hakimiyyətdə olduğu çağda (e. ə.
XXIII əsrdə) Akkad qoşununun quzeydə vuruşduğu 17 tayfadan
biri də tourki və ya turki şəklində xatırlanan boy olmuşdur
(Ağasıoğlu. 2005, s. 39).
Əgər gerçəkdən də mixi yazılardakı "turuk"larla Göytürk
Xaqanlığını qurmuş türklər eyni xalqdırsa, bu xalq gerçəkdən də
öncə Xəzərin qərbində yaşamışsa və sonralar dənizin şərqinə,
oradan da Çin, Monqolustan və Altay istiqamətində hərəkət et-
mişsə, ola bilməzdi ki, bu köç barədə heç bir yazılı mənbə qal-
mamış olsun. Belə bir mənbə isə həqiqətən də var və həmin
mənbə təkcə türk xalqının deyil, eləcə də albanların Xəzərin
qərbindən şərqinə, oradan da Çin tərəfə yayıldıqlarını təsdiq
edir. Söhbət Vl əsr müəllifi İordanın özünün çox məşhur "Qot-
ların mənşəyi və əməlləri haqqında" adlı əsərində yazdıqlarından
gedir:
"İskitlər ölkəsi göbələyə oxşayır. Başlanğıcda o, dardır,
sonra isə geniş və dairəvidir və hunların, albanların və seres-
lərin yayıldıqları uzaq ərazilərə qədər uzanır." (The Gothic
Histoy of Jordanes, 1960, V.).
Müəllif bir qədər sonra isə deyir:
25
"İskitlər ölkəsi genişdir və çox uzaqlara qədər uzanaraq
şərqdə sereslər ölkəsinə çatır. Sereslər öz tarixlərinin əvvəlində
Xəzər dənizi sahilində yaşayırdılar." (The Gothic Histoy of
Jordanes, 1960, V.).
İordandan öncə haqlarında Strabon, Dionisiy Perieqet, Ap-
polodor və s. müəlliflərin əsərlərində də söz açılan bu xalq ba-
rədə mütəxəssislər müxtəlif fərziyyələr irəli sürsələr də bir
fikirdə yekdil olmuşlar ki, İordanın dövründə bu xalq Çin sər-
hədində yaşayırdı, əsil adları da "ser" və ya "sir" idi. Yəni "se-
res" formasındakı sonuncu iki hərfin əmələ gətirdiyi "es" qədim
yunan dilində isimlərə artırılan adlıq hal şəkilçisidir, sözün kökü
isə "ser" və ya "sir"dir ( Гасанов, 2000, c. 112-113).
Eramızın l əsrində ser (sir) xalqı və onun yerləşdiyi coğra-
fiya haqqında ən ilkin məlumat verənlərdən biri Pomponiy Mela
(l əsr) olmuşdur. O, Asiya qitəsindən söz açarkən, bu xalqı is-
kitlər və hindlilərlə birlikdə, qonşu xalqlar kimi qeyd etmişdir.
Eyni əsrdə yaşamış Dionisiy Perieqet isə serləri sak, toxar və
frunlarla birlikdə yad etməkdədir.
II əsr müəllifi Klavdi Ptolomey yazır:
"İmay dağının o biri tərəfində yerləşən İskitlər ölkəsini-
nin (Skifiyanın) sərhədlərini qərb tərəfdən dağın bu tərəfində
yerləşən İskitlər ölkəsi (Skifiya), şimal tərəfdən həmin dağın
şimalında yaşayan Saklar ölkəsi, şərqdən isə serlər ölkəsi (Se-
rika) təşkil edir" (Пьянков, 1986, c. 7-10).
Klavdi Ptolomey Serika, yəni Serlər (sirlər) ölkəsi haqqında
bunları bildirir:
"Serikanın böyük ərazisi ilə əsasən iki çay axır. Mən-
bəyininin birini, artıq qeyd etdiyimiz kimi, Avzakiya dağı ya-
xınlarında olan Oyxard çayının digər mənbəyi isə Asmireya
dağları yaxınlığında, 174 dərəcə - 47 dərəcə 30 dəqiqədə yer-
ləşir..." (Пьянков, 1986, c. 7-10).
Digər qolların və çayın da koordinatlarını dəqiq göstərən
böyük coğrafiyaşünas alim bu ölkənin şəhərlərinin - Damna,
Piada, Asmireya və Froananın da coğrafi koordinatlarını göstər-
miş, ölkədə və qonşuluqda yaşayan xalqları da qeyd etmişdir:
Dostları ilə paylaş: |