Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
67
sibətlə yazırdı ki, Avropa dövlətləri hərbiləşmiş və çox güclü olan
osmanlı imperiyasından qorxurdular. Onlar özlərini qorumaq üçün
Səfəvilərdən istifadə etmişdilər və onların səyi və qızışdırıcı siya-
səti nəticəsində fasilərlə 100 il Səfəvi-Osmanlı müharibələri baş
vermiş, bu müharibələrdə iki qüdrətli müsəlman dövləti xeyli zəif-
ləmişdir.
R.Mantran yazmışdır ki, iki dövlət arasında münasibətlər
1512-ci ildə I Səlim (Yavuz) hakimiyyətə gəldikdən sonra açıq düş-
mənçilik xarakteri alır. Taxta çıxandan 1 il sonra I Səlim öz haki-
miyyəti üçün sonuncu təhlükə hesab etdiyi böyük qardaşı Şəhzadə
Əhmədi edam etdirir. Osmanlı İmperiyasında 1513-cü ildəki vəziy-
yət Yavuz Sultan Səlimin və onun Manisa valisi olan oğlu Şəhzadə
Süleymanın xeyrinə idi. Təkcə qalan Səfəvilərə, yaxud Misirə sığı-
nan qardaşı Şəhzadə Əhmədin oğulları idi ki, onlar da tezliklə varis
buraxmadan ölməli idilər.
I Səlimin hakimiyyətə gəldikdən sonra özü və dövləti üçün
təhlükə hesab etdiyi Şah İsmayılın Səfəvilər dövlətini məğlub etmə-
yi özünün ən əsas vəzifəsi hesab edirdi. Nətəcədə 1514-cü il avqus-
tun 23-də Çaldıran düzündə sultan I Səlimin Osmanlı qoşunları ilə I
Şah İsmayılın başçılıq etdiyi qızılbaş qoşunları - bu iki türk dövləti
arasında - döyüş baş verir. Avqustun 23-də baş verən döyüşdə hər
iki tərəf ağır itikiyə məruz qaldı. I Səlimin 300 top, tüfənglərlə si-
lahlanmış yeniçəri dəstələri heç bir odlu silahı və topu olmayan və
sayca osmanlılardan az olan Şah İsmayılın qızılbaş dəstələrinə qalib
gəldilər.
R.Mantrana görə Çaldırandakı məğlubiyyət Səfəvilər dövləti-
nin hərbi siyasi nüfuzuna ağır zərbə vurmuş oldu. Çaldıran döyü-
şündəki məğlubiyyətdən sonra I Şah İsmayıl bir daha şəxsən hər
hansı vuruşda iştirak etməmişdi.
R.Mantranqeyd edir ki, I Səlimin 1514-cü ildəki şərq səfəri
iki böyük türk dövləti arasında XVIII əsrə qədər davam edən qanlı
döyüşlərə səbəb olmuşdur. Çaldıran döyüşündə məğlub olan qızıl-
başlar XVI əsrin sonundakı hərbi islahatlar nəticəsində özünə gəlir.
Hərbi islahatlar nəticəsində mərkəzi hakimiyyətdən asılı olan və
odlu silahlarla təhciz edilmiş güclü nizami ordu yaradıldı.
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
68
Bu dövrdə qızılbaşların şahı I Abbas idi. O, Səfəvilər dövlə-
tində siyasi sabitlik yaratdı və ölkəni iqtisadi-hərbi cəhətdən möh-
kəmləndirdi. I Şah Abbas dövlətinin əsas siyasəti ölkənin tarixi sər-
hədlərini bərpa etmək, xüsusi ilə dövlət üçün böyük iqtisadi əhə-
miyyəti olan Azərbaycan ərazilərini Osmanlı işğalından azad etmək
idi. O, bunun üçün Osmanlı imperiyasına qarşı müharibədə qalib
gəlmək üçün ciddi hazırlıq görürdü. Şah Abbas ilk olaraq 1598-ci
ildə paytaxtı Qəzvindən İsfahana köçürtdü.
R.Mantran yazırdı ki, 1603-1639-cu illərdə Səfəvilərlə Os-
manlılar arasında 3 mərhələli müharibə olmuşdur. XVII əsrin ilk on
ilində I Abbas Təbrizi Osmanlılardan geri alır və Osmanlıların qüv-
vəsini darmadağın edir.
Həmin vaxt Şah Abbas Cənubi Azərbaycanı da azad edir.
1603-1607-ci illərdə Səfəvi-Osmanlı müharibəsində Səfəvilərin Os-
manlı ordusu üzərində qazandığı qələbələr nətiсəsində Azərbaycan
ərazisi işğaldan tamamilə azad olundu.
XVII əsrin əvvəllərində Osmanlı Sultanı olan I Əhməd və
onun varisi I Mustafa itirilmiş əraziləri geri almaq məqsədilə Səfəvi
dövlətinə qarşı müharibələr aparsalar da uğur qazana bilmədilər. I
Abbasın uğurlu siyasəti nəticəsində Osmanlı işğalından azad edil-
miş ərazilər Səfəvilər tərkibində saxlanılmışdır.
XVIII əsrdə Osmanlı imperiyası özünün çətin dövrünü yaşa-
yırdı. Bu həqiqət R.Mantranın yazılarında da etiraf olunur. Əsrin
əvvəllərində Osmanlı dövlətinin Avstriya ilə apardığı müharibədəki
uğursuzluğu, ölkə daxilində narazılığın artması, mərkəzi hakimiy-
yətə qarşı yeniçəri qiyamlarının daha da güclənməsi və şahzadələr
arasında hakimiyyət uğrunda mübarizə Osmanlı imperiyasını çox
zəiflətmişdir. Osmanlıların bu ağır vəziyyətindən istifadə edən Sə-
fəvilər 1624-cü ilin yanvarın 12-də Bağdadı ələ keçirmişdilər.
Osmanlı sultanı IV Murad itirilmiş bu əraziləri geri almaq is-
təyirdi və nəticədə Osmanlılara Səfəvilər arasında baş verən müha-
ribələrinin ən uzun, ən qanlı mərhələsi başlandı. IV Murad Polşa ilə
sülh bağladıqdan sonra 1635-ci ildə İrəvanı geri alır və Osmanlılar
hərbi yürüşülərini davam etdirərək sentyabrın 11-də Təbrizə daxil
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
69
olurlar. Lakin Osmanlı ordusu Təbrizdə çox qala birmirlər. Bütün
bunlar R.Mantranın əsərlərində tam dəqiqliyi ilə verilmişdir.
Osmanlı ordusunun Təbrizi tərk etməsindən sonra Səfəvilər
İrəvan şəhərinin təcili geri alınmasına qərar verdilər. Bu dövrdə qış
sərt keçdiyi üçün Osmanlılar İrəvanın müdafiəçilərinə kömək edə
bilmədilər. 1636- ilin aprelində İrəvan qalası Səfəvi ordusu tərəfin-
dən osmanlılardan azad olundu.
R.Mantranın fikrincə, 1635-1636-cı illərdəki Osmanlı-Səfəvi
hərbi əməliyyatları qızılbaşların qələbəsilə başa çatsa da Səfəvilər-
lə-Osmanlılar arasında gedən uzun müddətli müharibələr hər iki
dövləti zəiflətmişdir. Mən ümumiyyətlə hesab edirəm ki, böyük Os-
manlı imperiyası Səfəvilərlə savaşmaqla ən azı şərqdə 200 il öz
vaxtlarını itirmişdilər. Əgər onlar Səfəvilərə yönəltdikləri “diqqətlə-
rini” Avropaya ayırsaydılar yəqin ki, Avropanın mövcud siyasi xə-
ritəsi başqa cür də ola bilərdi İtaliyanı, Fransanı fəth edərdilər.
Qeyd etməliyik ki, əksər avropalı müəlliflər və tarixçilərdən
fərqli olaraq R.Mantran Osmanlı-Səfəvi münasibətlərinə dair bütün
şərhlərində tərəfsiz olmağa çalışmış və hadisələrə obyektiv yanaş-
ma xüsusiyyəti ilə yadda qalmışdır.
ƏDƏBİYYAT
1. Alfonso de Lamartine. Osmanlı Tarihi, Kapı Yayınları, 2008,
1088 s.
2. Ahmet Efe. Gencler için Osmanlı Tarihi. Akçağ Yayınları,
Ankara 2014, 506 s.
3. Aşıkpaşazade Tarihi. Osmanlı Tarihi 1285-1502. Hazirlayan
Prof. Dr. Necdet Öztürk, Bilge, Kültür Sanat Yayınları, İstanbul,
2013, 706 s.
4. Kadir Mısıroğlu. Osmanlı Tarihi. I cild, Sebil Yayınevi, İstanbul,
2013, 754 s.
5. Namik Kemal. Osmanlı Tarihi. Elips Kitap, Ankara, 2013,
1156s.
6. Reşad Ekrem Koçu. Osmanlı Padişahları. Doğan Kitap Yayın-
ları, İstanbul, 2002, 508 s.
Dostları ilə paylaş: |