Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə77/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   72   73   74   75   76   77   78   79   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
232
 
Türk xalqlarının mədəniyyəti çox zəngindir və dərsliklərdə öz 
əksini tapmışdır.  Lakin  mədəniyyətin tədrisinə çox səthi  yanaşılır. 
Zənnimcə,  Türk  xalqlarının  mədəniyyəti  ayrıca  fənn  kimi  tədris 
olunmalı və tarixi əhəmiyyəti qeyd edilməlidir. 
Diqqəti bu mövzuya çəkməkdə əsas məqsədim, fənnin tədri-
sində  tələbələrin  istəklərinin  əks  olunması,  həmçinin,  tələbələrin 
fikir  və  istəkləri  nəzərə  alınmaqla,  türk  xalqlarının  tədrisinə  daha 
çox  önəm  verilməsi  və  dərsin  təşkilində  əyani  vəsaitlərin  rolunun 
artırılmasıdır.  Hal-hazırkı  dərsliklərin  əksəriyyəti  mövzu  haqqında 
tələbədə  tam  fikir  yaratmır.  Tarixi  hadisə  daha  qəliz  şəkildə  əks 
olunur və bu tarixi hadisəni öyrənməyi çətinləşdirir.Mövzular tarixi 
hadisələrlə zəngindir.  Axı tarix təkcə onun vaxtından ibarət  deyil. 
Onu yaşadan, yaradan insanlar və hadisələrdir. 
Ən əsası isə bilməliyik ki,türkün şanlı tarixini gələcək nəsillə-
rə öyrətmək bizim ən böyük borcumuzdur. 
ƏDƏBİYYAT 
1. Türk xalqları tarixi kafedrası. Bakı Dövlət Universitetinin rəsmi 
internet səhifəsi. Mənbə: 
http://history.bsu.edu.az/az/content/trk_v_qafqaz_xalqlari_tarx_kaf
edrasi_21 [Baxılıb: 30.04.2017]. 
2. Məmmədova M. Tarixin Tədrisinin aktual problemləri. Bakı, 
2015, 109s. 
3. Muxtarova Ə. Bakı Dövlət Universiteti “Türk xalqları tarixi” 
tədrisinin mərkəzidir // Tarix və onun problemləri, № 4 2014, s.17-
26. 
4.Xudiyev N. Qədim türk yazılı abidələrinin dili. Bakı, 2015,595s. 
5. http://www.xalqqazeti.com/az/news/culture/71283 
_________________________ 
 
 
 
 
 
 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
233
 
 
Lalə İBADULLAYEVA 
Bakı Dövlət Universiteti, 
Tarix fakültəsi, II kurs tələbəsi 
E-mail: lala.ibadullayeva@gmail.com 
 
“BAKI UNİVERSİTETİ XƏBƏRLƏRİ” JURNALINDA 
TÜRK XALQLARI TARİXİ MƏSƏLƏLƏRİ 
Elmi rəhbər
Tarix üzrə fəlsəfə doktoru Sevinc RUİNTƏN 
Bakı Dövlət Universitetinin dosenti 
Açar sözlər: Bakı Dövlət Universiteti, jurnal, Bakı Universiteti Xə-
bərləri, Türk xalqları tarixi 
İlk öncə jurnalın həyatımıza necə daxil olduğunu aydınlaşdı-
raq. “Jurnal”  fransız sözü olub “zəkaya sığmayan” deməkdir. Jur-
nallar  qəzetlər  kimi  tez-tez  dəyişən  hadisələrin  çatdırmır,  əksinə 
müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri 
təhlil edir. Məhz buna görə də, çapı zamanı qəzetlərə nisbətən daha 
keyfiyyətli kağıza çap edilir. Təyinatlarına görə jurnallar 2 hissəyə 
bölünür: elmi və populyar. Elmi jurnallar elmi-tədqiqat işlərinin nə-
ticələrinin nəşr olunması nəticəsində, elmin cəmiyyətə çatdırılması-
na yardım edən elmi və ya elmi-metodik nəşrlərdir. 
Azərbaycanın  elmi  dünya  görüşünü  cəmiyyətə  çatdıran  jur-
nallarından  biri  də  “Bakı  Universiteti  Xəbərləri”dir.  1919-cu  ildə 
Bakı  Dövlət  Universitetinin  yaradılması  haqqında  qərar  Azərbay-
can Xalq Cümhurriyyətinin ən mühüm xidmətlərindən biri idi. Uni-
versitetimizin  dövrü  elmi  orqanları  1921-ci  ildən  “Xəbərlər”  kimi 
fəaliyyətə başladı. 1921-ci ildə “Bakı Universitetinin xəbərləri”nin 
iki yarımcildi buraxıldı ki, birincisi təbabət və təbiətşünaslığa, ikin-
ci isə humanitar elmlərə adi idi. 1922-ci ildə bu jurnalın ikinci nöm-
rəsinin birinci yarımcildi, 1924-cü ildə isə “Nəzəri və praktik təba-
bət” jurnalı çapdan çıxdı. 
Hazırki dönəmimizdə haqqında bəhs etdiyimiz “Bakı Univer-
siteti Xəbərləri” elmi jurnalı 4 seriyadan ibarətdir və hər seriya da 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
234
 
ildə 4 dəfə nəşr olunur: 1) Humanitar elmlər seriyası, 2) Təbiət elm-
ləri  seriyası,  3)  Sosial-siyasi  elmlər  seriyası,  4)  riyaziyyat  elmləri 
seriyası.  Universitetimizin  rektoru  Akademik  Abel  Məhərrəmov 
eyni zamanda Jurnallarımızın baş redaktorudur (1). 
Mövzumuzu əhatə edən bölmə bu jurnalın humanitar elmlər 
seriyasına aiddir. Bu seriya  dilçilik,  ədəbiyyatşünaslıq, tarix, şərq-
şünaslıq,  jurnalistika,  kitabxanaşünaslıq,  metodika  və  digər  huma-
nitar sahələr üzrə son elmi xəbərləri oxucularına çatdırır. 
1991-ci ildə yenidən müstəqil olan Azərbaycan Respublikası 
Sovet ağalığı sistemindən qurtularaq təhsil sistemində də müəyyən 
dəyişikliklər etdi. Bakı Dövlət Universitetinin Tarix fakültəsi hazır-
da  “Azərbaycan  tarixi”ni  ayrıca  fənnlər  üzrə  tədris  edən  2  böyük 
kafedraya  sahibdir.  Bundan  əlavə  olaraq,  bütün  türk  dünyasını 
Azərbaycanda təbliğ edə biləcək “Türk xalqları tarixi” kafedrası da 
öz  fəaliyyətini  25  ildir  ki,  davam  etdirir.  Bu  kafedra  dövlətimizin 
ikinci  müstəqilliyi  kimi  gənc  olmasına  baxmayaraq,  qısa  zaman 
kəsiyində böyük nailiyyətlərə imza ata bilib. Kafedra üzvlərinin və 
ya  ümumiyyətlə  bu  kafedranın  təbliğ  etdiyi  “türk  tarixi  tarixi”  ilə 
maraqlanan  hər  kəs  öz  aktiv  fəaliyyətləri  nəticəsində,  haqqında 
bəhs etdiyimiz Bakı Universiteti Xəbərləri jurnalında bir sıra elmi 
məqalələri  ilə  geniş  oxucu  auditoriyasına  biliklərini  çatdıra  bil-
mişlər. 
Iyirmi beş illik bir tarixə sahib olan kafedra sözsüz ki, bir ne-
çə yüz məqalə sahibidir. Bu səbəb etibarı ilə də, adları çəkiləcək hər 
bir məqalə özünəməxsus hissədə tanıdılacaq. Ilk hissəyə vətənimiz 
Azərbaycanla  bağlı  olan  məqalələrdir.  Adını  çəkəcəyimiz  ilk  nəşr 
Bakı  Universitetinin  Xəbərləri:  Humanitar  elmlər  seriyası.  Xüsusi 
buraxılış: Bakı Dövlət Universiteti – 75: Elmi konfrans materialları: 
Çıxışlar,  tezislər...  (11-26  noyabr  1994-cü  il)dir  (Bakı,  1994.  – 
182s. Sayı 150). Bu buraxılışda Yaqub Mahmudovun “Azərbaycan 
diplomatiyası (XV-XVII yüzilliklər)” (səh.31-32); Məhəmməd Əli-
yevin  “40-50-ci  illərdə  “Azərbaycanın  Rusiya  tərəfindən  işğalı” 
probleminin tarixşünaslığında “birləşdirmə” konsepsiyası” ( səh.34-
35) və bu digər məqalələr var (2). 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə