Türkün İlk Ruhaniyyat Ocağı Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/30
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48355
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

40 
 
Çünki  bu  günün  özündə  belə  dini  baxışın  manevrləri  yalanı 
həyatımızda oturuşdurur. Ona görə də imkanımız yetdiyi qədər yalan 
əsarətinə  qarşı  etiraz  edir  və  mövqe  sərgiləyirik.  Sözümüz, 
düşüncəmiz,  yaradıcılığımız  İnamın  gəlişməsinə  xidmət  edir.  Hər 
addımda Asif Atanın təməl ideyalarını təqdim edirik. Bu ideyaların 
daha  geniş  izahını  tərəfimizdən  “Asif  Ata  Amalı,  yaxud  İnsanlığın 
İnamı”  əsərində  təqdim  etmişik.  Ancaq  bu,  ilk  və  son  deyil.  Bu 
yazıda  əsas  məqsəd  məhz  dinin  təməl  prinsiplərinə  yönəlik  mövqe 
sərgiləməkdir.  Oxucuda  yarana  biləcək  “bəs  nə  etməli?”  sualına 
cavab  üçün  qısa  şəkildə  İnamdan  (Mütləqə  İnam  Dünyabaxışından) 
tezislər şəklində fikirləri bu yazıya əlavə elədik. 
 


41 
 
İnamda Türkçülük Bəşəriliyin təsdiqidir 
(Asif Ata Türkçülüyü)
 
Asif  Ata  İnamı  türk  ruhundan  yaranmış,  türk  xarakterinə  uyğun 
olan  hadisədir.  Asif  Ata  idealarının  məqsədi  bu  İnamla  Türk 
Dünyasını bəhrələndirməklə onun əzəli varlığını təsdiq etməkdir. 
Asif Ata zamanın tələbiylə yaranmayıb, O, Mütləqilik,  İnsanlaş-
ma prinsiplərini ortaya qoymaqla yeni İnsanilik Erasını başlamışdır. 
Elə buna görə də onun bütün ideyaları kimi, millətçilik ideyasının da 
zamanla, dövrlə əlaqəsi yoxdur. Asif Ata millətçiliyi “icazəli millət-
çilik” deyil, zamanın, dövrün türk çağırmadığı, türkçülüyün, millətçi-
liyin  cinayət  sayıldığı  illərin  millətçiliyidir.  Təsadüfi  deyil  ki,  Asif 
Ata DTK tərəfindən 1982-ci ildə antimarksist, antisovet, pantürkist, 
millətçi damğaları ilə ittiham edilirdi. 
Tamamilə yeni – Müstəqillik, İnsanilik yönündən çıxış edən Asif 
Ata  türkçülüyü  ona  qədər  mövcud  olan  türkçülüyün  bütün  yaxşı 
cəhətlərini  özündə  saxlamaqla  yanaşı,  bənzərsiz  xüsusiyyətləri 
özündə birləşdirir.  
Millətçilik Asif Ata görümündə aşağıdakı prinsiplərə əsaslanır: 
 1.  Millət  –  etnos  birliyi,  tarixi  aqibət  birliyi  və  mədəniyyət 
(xüsusilə dil) birliyi deməkdir. 
Millət və xalq bir hadisədir. Xalq – Millət deməkdir. Çoxmillətli 
xalq  uydurmadır.  Çoxmillətli  əhali  olur,  ölkə  olur,  çoxmillətli  xalq 
olmur. 
2. Millətin mahiyyəti hər bir millətin əvəzsizliyi, bənzərsizliyi ilə 
müəyyən edilir. Heç bir xalq heç bir xalqı əvəz edə bilməz. Hər bir 
millətin  bəşər  mədəniyyətində  başqası  tərəfindən  əvəz  edilməsi 
mümkün olmayan  yeri var. Nə qədər bəşər mövcuddur, bir o qədər 
də  millət  mövcud  olacaq.  Bəşər  heç  zaman  yekrəng  olmayacaq. 
Millətin ölümü bəşərin ölümüdür. 
3.  Millətçilik  şovinizmdən  tamamilə  uzaq  olan  hadisədir. 
Şovinizm – öz millətindən başqa millətlərə nifrət ruhuyla yanaşaraq 
bir millətin xoşbəxtliyini başqa millətlərin bədbəxtliyi üzərində qur-


42 
 
maq yönünü millətçilik pərdəsi altında gerçəkləşdirən ağalıqdır. Əsil, 
yetkin millətçilikdə şovinizmdən əsər-əlamət yoxdur. Eyni zamanda 
millətçilik  öz  milli  ruhu  –  milli  mədəniyyəti,  milli  tarixi  ilə  fəxr 
etmək və onu təsdiq etmək, qorumaqdır. 
4.  Millətçilik  fəallığı  –  millət  uğrunda  döyüşmək,  millətin  yaşa-
ması üçün yaşamaq, onu xilas etmək, onun ölümünü öz şəxsi ölümü 
saymaq,  milləti  ən  yüksək  mənəvi  sərvət  hesab  eləmək  və  bundan 
ötrü mübarizə aparmaqdır. 
5.  Milli  ideologiya  zəruri  bir  hadisədir,  lakin  o,  rəsmiyyətdən 
uzaq olmalıdır. Çünki heç bir rəsmi ideologiya əbədi ola bilməz. Heç 
bir  dövlət,  heç  bir  hakimiyyət  özündə  həqiqəti  gəzdirmir.  Xüsusi 
rəsmi  ideologiya  həşirində  həqiqət  tapdalanır  və  itir.  İdeologiya 
müəyyən bir siyasi yön deməkdir, o siyasi yön isə əbədi ola bilməz. 
Siyasi yönlər dəyişir, dəyişən nə varsa, o nisbidir. Millət kimi böyük 
bir hadisəni hakimiyyətə və dövlətə bağlamaq böyük taixi səhvdir. 
Asif Ataya görə, türk təkcə ayrı-ayrı xalqların birliyi deyil. Türk 
xüsusi bir irqdir. Türklər həm dil, həm inam, həm antropoloji, həm 
də  mədəniliyi  baxımından  mövcud  irqlərin  heç  birinə  bənzəmir. 
Türklərin monqoloidlərə aid edilməsi tarixi səhvdir. Türk adlanan irq 
mövcuddur və türkçülyün irqi əsası vardır. 
Asif  Ataya  görə  türkçülük  özündə  türk  ruhunu  ifadə  edən 
xasiyyətləri birləşdirir: 
Türk ruhunun mahiyyəti, mənası inanclıq deməkdir. Türk İnamın-
da    dinçiliyə  – itaətə,  qismətçiliyə,  cənnət-cəhənnəmçiliyə,  xurafata 
və  cəfəngiyyata  yer  yoxdur.  O,  Tanrıçı  –  göyçüdur.  Buna  görə  də 
vüqarlı,  məğrur,  sığmazdır,  itaəti  sevməzdir.  Bu  mənada  Tanrıçılıq 
Allahçılığın  tam  ziddidir,  çünki  bütun  dinlərdə  insan-allah 
münasibətləri  kölə-ağa  münasibətlərinin  eynidir.  Eyni  zamanda  bu 
münasibətlər daim qorxuyla müşayiət olunur. Qorxu hissi, köləlik isə 
türk  xislətinə  yaddır.  Ziya  Göyalp  doğru  olaraq,  türklərdə  sufiliyin 
(Allahdan  qorxmaq  əvəzinə  Allaha  sevgi)  yaranmasını  məhz  bu 
amillə izah edirdi.  


43 
 
Tanrıçılıq  təbiəti  –  göyü,  günəşi,  dağı,  suyu  müqəddəs  saymaq, 
insanın yaradıcısı kimi  görməkdir. Ona görə də  Tanrıçılıqdan insan 
tanrı ilə (ayrı- ayrı təbiət ünsürləri ilə) münasibətdə əksilmir, əyilmir, 
qorxmur.  
Tanrıçılıqdakı  vüqar,  məğrurluq,  əyilməzlik,  sığmazlıq  hunlar, 
Səlcuqlar  dövründə,  Babək  yenilməzliyində,  Osmanlı  sərkərdəli-
yində yaşayır.  
Türk  ruhu  birsifətlilik  və  mərdlikdir.  Bu  sifətlər  çağdaş  dünya 
siyasətçiliyinə, ticarətçilik və makiavelizminə qarşıdır. 
Türk  döyüşkəndir,  ölümdən  qorxmazdır,  ancaq    öldürməkdən 
həzz almır. Qorxmazlıqdan həzz alır.  Qələbəni sevir, ancaq düşməni 
alçaltmağı sevmir. Bu baxımdan o, Roma qansızlığına yaddır. 
Türk  Namusçudur,  Ailəçidir,  qadına  hörmət  edəndir.  Atalıq, 
Analıq,  Övladlıq  Din  səviyyəsində  olub  qədim  türklərdə.  Türkün 
qadına münasibəti, onu ilahiləşdirməsi meyar səviyyəsindədir. 
Asif Ata türkçülüyü yalnız türkün özünə  yox, həmçinin hərcayi-
ləşən, pulçuluğa, dəllalçılığa, seksomaniyaya səcdə qılan çağdaş dün-
yaya  da  gərəkli  hadisə  hesab  edir.  Dünyanın  türkdən  bəhrələnməsi, 
artması, böyüməsi üçün ilk növbədə türk öz türklüyünü saxlamalıdır. 
Asif Ata indiyə qədər mövcud olan türkçülüyün üç əsas formasını 
göstərir:  Ruhani  Türkçülük,  Tarixi  Türkçülük,  İdeoloji  Türkçülük. 
Ruhani  Türkçülüyün  mahiyyəti  ən  çox  Azərbaycançılıqda,  Tarixi 
Türkçülüyün  mahiyyəti  ən  çox  Səlcuq,  Osmanlı  möhtəşəmliyində 
(Türkiyəçilik),  İdeoloji  Türkçülüyün  mahiyyəti  isə  Ziya  Göyalp, 
Əlibəy  Hüseynzadə  və  Məmməd  Əmin  Rəsulzadə  ideyalarında 
aşkarlanır. Bu bölgünü əsas götürərək Asif Ata yazır: 
“Azərbaycan türkün beyni və ürəyi
Türkiyə türkün qolu və kürəyi “. 
Azərbaycan Türkçülüyü Türkçülük İnsanlığının zirvəsidir. 
Ruhani  Türkçülüyün  birinci,  ali,  yüksək  hadisəsi  –  Zərdüştçü-
lükdür. Zərdüştçülüyün türkçülük mahiyyətinin 3 əsas ideyası var: 
Döyüşkən allah ideyası. Zərdüştçülükdəki Xeyir allahı Hürmüzd 
türkvari,  döyüşkən  allahdır.  Hürmüzd  Əhrimənlə  döyüşür,  o, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə