qərbdə Egey dənizi sahillərindən,cənub-şərqdə İndoneziyaya
qədər böyük məsafədə uzanır.
Ön və ya Qərbi Asiya daxilində,alp qırışıqlığı zonası bir-
birinə təxminən paralel uzanan üç morfostruktur zona əmələ
gətirir: 1) Şimal kənar sıra dağları zonası, 2) Cənub kənar sıra
dağları zonası və 3) Daxili yaylalar zonası. Şimal kənar dağları
zonası qərbdə Bosfor sahillərindən başlayıb, şərqdə Hindiquş
dağlarına qədər uzanan və bir-birini əvəz edən qövsvari sıra
dağ silsilələrindən ibarətdir. Bu zona qərbdə Pont dağları ilə
başlayır. Bir neçə paralel sıra əmələ gətirən Pont dağları
Anadolu yaylasını şimaldan əhatə edir. Pont dağlarının şərqə
davamı Kiçik Qafqaz dağlarına keçir(SSRİ ərazisində yerləşir).
Bir neçə silsilədən ibarət olan Kiçik Qafqaz (Acar-İmeretiya,
Trialet, Samxet,Şahdağ,Mrovdağ,Qarabağ, Zəngəzur silsilələri)
Ermənistan vulkanik yaylasını şimaldan əhatə edir. Araz
çayından cənub-şərqdə bu dağların davamını Talış, Boqrovdağ,
Elbrus silsilələri, bundan şərqdə isə Türkmən –Xorasan dağları,
Kopetdağ və Hindiquşun şimal qolları təşkil edir.
Cənub kənar dağlar silsiləsi qərbdə Tavr dağları ilə
başlayır və Qərbi,Mərkəzi və Şərqi Tavr dağlarına ayrılır.
Şərqi Tavr dağlarından şərqə cənub kənar dağları zonası
,istiqamətini cənub-şərqə döndərərək Kürdüstan və Zaqros
dağlarına keçir. Bu istiqamətdə də dağlıq zona xeyli genişlənir
və 10-12 paralel sıra dağ əmələ gətirir.
Zaqros dağlarının cənub-şərq davamında Məkran
dağları yerləşir. Bundan şərqdə yerləşən Kirtxar dağları artıq
cənub-qərbdən şimal-şərqə istiqamət alaraq, Süleyman
dağlarına,buradan isə Hindiquşun cənub-şərq qollarına və
şimal-qərbi Himalaya qədər davam edir. Qərbi Asiyanın alp
qırışıqlığı zonasının şimal və cənub kənar dağları arasında
geniş daxili yaylalar vardır; daxili yaylalar üç böyük hissədən
ibarətdir. Qərbdə Anadolu yaylası, ortada bir qədər kiçik
Ermənistan vulkanik yaylası, şərqdə isə daha geniş ərazi tutan
İran yaylası yerləşir.
Qərbi Asiyada alp qırışıqlığı zonası oroqrafiyasının
əsas xüsusiyyətləri aşağıdakılardır: 1) Ərəbistan və Hindistan
platformalarının şimal çıxıntıları qarşısında dağlıq zona xeyli
daralır, kənar sıra dağlar bir-birinə maksimal yaxınlaşır və
dağlar şimala tərəf əyilmiş böyük qövslər yaradır. Bu çıxıntılar
arasında dağlıq zona (həmçinin daxili yaylalar) genişlənir,
kənar dağlar xeyli cənuba meyl edən qövslər şəklində uzanır;
2) dağlıq zona genişlənən yerlərdə daxili yaylaların orta
yüksəkliyi xeyli azdır (800-1500m), onun çox sıxılmış ensiz
sahələrində isə, əksinə,daxili yaylaların orta və mütləq
yüksəkliyi kənar dağlıq zonalarınkına nisbətən xeyli artıqdır.
Ermənistan yaylası isə vulkanik relyefin hakim olması ilə digər
iki yayladan kəskin fərqlənir; 3) kənar dağlıq zona
arasıkəsilməz zəncir əmələ gətirir. Bir neçə yerdə isə dağların
oroqrafik ardıcıllığını köndələn çökəklər pozur; 4) şərqdə
yerləşən Hindiquş dağlarının ox hissəsi qərbdə kənar dağlar
silsiləsinə deyil, İran yaylasının daxili hissələrinə uzanır və
burada gömülərək yox olur.
Ön Asiyanın geniş alp qırışıqlığı zonası Hindiquş və
Pamirdə xeyli daralır,dağların yüksəkliyi isə çox artır. Burada
alp qırışıqlığı zonası dağlarını daha qədim paleozoy qırışıqlığı
dağları əvəz edir. Pamir-Hindiquş sahəsindən şərqə doğru
Asiyanın dağları üç böyük qola ayrılır: cənub, orta və şimal
qollarına . Cənub qol alp qırışıqlığı zonasnın şərqə davamında
yerləşən dünyanın ən yüksək dağ silsilələsi olan Himalay
dağlarına ( Nanqa- Parbat 8126m, Comolunqma 8882m və s.)
keçir. Himalay dağları qövs şəklində şimal-qərbdən cənub-
şərqə uzanır. Brahmaputra çayının sol sahillərində (Qərbi
Birmada) dağlar istiqanətini kəskin dəyişib cənuba uzanır
(Patkay və Aeakan-Yoma sıra dağları). Himalay dağları qədim
kristallik, metamorfik və çökmə süxurlardan , Qərbi Birma
dağları isə mezozoy və üçüncü dövr çöküntülərindən ibarət
olan qırışıq dağlardır. Bu dağlıq zonanın tektonik davamı
Andaman və Nikobar adalarına, oradan Sumatra,Yava
adalarına uzanır və İndoneziya adalarının cənuba əyilmiş böyük
qövsünü əmələ gətirir. Orta qol Hindiquşdan şərqə uazanan
Kara-korum (Coqori 8611m),Kunlun, Altıntaq, Nanşan, Sinlin
sıra dağlarını əmələ gətirir. Bu zonanın dağları arasında
Saydam çökəyi yerləşir. Himalay və Kunlun dağları arasında
dünyada ən yüksək yayla olan Tibet yaylası ucalır (Orta
yüksəkliyi 4500m). Onun üzərindəki ayrı-ayrı silsilələr 6500-
7000m yüksəyə qalxır.
Pamir dağlarından şimal-şərqə enlik istiqamətində
uzanan Tyan-Şan, Cunqar, Alatay, Tarbaqatay, Altay, Monqol
Altayı, Sayan dağları böyük bir dağlıq sahə əmələ gətirir.
Baykal gölündən şərqə isə cənub-qərb,şimal-şərq istiqamətində
uzanan qədim dağlar silsiləsi yerləşir. Bu dağlıq zona qitənin
şimal-şərq ucqarına qədər davam edir.
Mərkəzi Asiyanı şimaldan əhatə edən Tyan-Şan-Sayan
dağlıq zonasını əmələ gətirən silsilələrin əksəriyyəti,
Zabaykalyenin
dağları,kaledon
və
hertsin
qırışıqlığı
mərhələlərində,şimal-şərqi Asiya dağlarının əksəriyyəti isə
mezozoy qırışıqlığı zamanı əmələ gəlmişdir. Bu dağların
hamısı neogen-dördüncü dövrdə tektonik qalxmaya məruz
qalmaqla, xeyli cavanlaşmış faylı-qayma dağlardır. Dağlıq
zonada bir çox dağarası çökəklər vardır (Cunqariya,
Monqolustanda böyük göllər çökəyi və s.). Dağlıq sahədən
qərbdə geniş Turan ovalığı, Qazaxıstan qırışıq təpəliyi, şimalda
Qərbi Sibir ovalığı, Orta Sibir yaylası, Verxoyan dağları və
Cersk yayalası, cənubda isə Mərkəzi Asiyanın sabit platforması
əsasına müvafiq gələn və neotektonik mərhələdə zəif qalxmış
yaylaları yerləşir. Tyan-Şan və Kunlun dağları arasında
Təkləməkan səhrası geniş sahəni tutur. Bundan şərqdə Beyşan
yaylası, Alaşan, Ordos səhraları vardır. Mərkəzi Asiya
yaylalarının geniş bir hissəsi Qobi adlanır. Qobi yaylası şərqdə
Böyük Xinqan dağlarına qədər uzanmaqla, cənubda səhra, orta
hissədə yarımsəhra, şimalda isə çöl landşaftına malikdir.
Mərkəzi Asiya yaylalarının yüksəkliyi 800-1500 m arasında
Dostları ilə paylaş: |