P l a n :
Giriş
1 . B i r t ə r ə f l i s ə n a y e l ə ş d i r m ə x ə t t i
2 .Zorakı kollektivl əşdirmə si yas əti
N ə t i c ə
İstifad ə olun muş ədəbi yya t si yahısı
Giriş
Sovet hakimiyyəti Azərbaycanda özünün iqtisadi siyasətini spesifik,
mürəkkəb və çətin şəraitdə həyata keçirməyə başladı. İri sənaye mərkəzi olan
Bakını çıxmaqla, Azərbaycan iqtisadi baxımdan əsasən geridə qalm ış, kəndli
ölkəsi idi. Burada yarımpatriarxal-yarımfeodal məişətin qalıqları ilə
çulğaşmış kapitalist və yarımfeodal münasibətləri mövcud idi. Az ərbaycanın
iqtisadiyyatı çoxukladlı xarakter daşıyırdı. Onda müxtəlif ictimai-iqtisadi
ukladların ünsürləri var idi. Regionda baş verən müharibələr zamanı
Azərbaycanın iqtisadiyyatı dağılmış və əldən düşmüşdü. Belə şəraitdə sovet
hakimiyyəti özünün iqtisadi siyasətini həyata keçirməyə başladı. Bu, zaman
etibarilə Sovet Rusiyasında vətəndaş müharibəsi və dağıntı şəraitində
məcburiyyət qarşısında tətbiq edilən "hərbi kommunizm" siyasəti ilə eyni
vaxta təsadüf edirdi. Həmin siyasətin əsas hissəsi ərzaq sapalağ ı idi.
"Hərbi
kommunizm" siyasəti sisteminə aid tədbirlərdən Azərbaycanda bəziləri, özü
də daha məhdud formada və qısa müddət ərzində həyata keçirilirdi. Əgər
"hərbi kommunizm" zamanı Sovet Rusiyasında xüsusi ticarətə yol
verilmirdisə, sovet hakimiyyətinin ilk aylarında Azərbaycanda azad ticarət
mövcud idi və yalnız 1920-ci il avqustun 26-da Azərbaycan İnqilab Komitəsi
taxıl ticarəti inhisarı haqqında dekret qəbul etmiş, bir sıra qəzalarda taxılın və
başqa kənd 20 təsərrüfatı məhsullarının dövlət tədarükü t ətbiq olunmuşdu.
Sovet respublikalarında vətəndaş müharibəsi əsasən 1922 -ci ilin payızında
başa çatdı. Dinc quruculuq mürəkkəb beynəlxalq vəziyyətdə, sovet ölkəsinin
iqtisadi mühasirəyə alınmasını təşkil edən Qərb imperialist qüvvələrinin
müqaviməti şəraitində başlandı.
Sovet Azərbaycanında dinc quruculuğa keçid müharibə, xarici müdaxilə və
vətəndaş müharibəsi nəticəsində yaranmış ən ağır təsə rrüfat dağıntısı
şəraitində baş verirdi. İqtisadi təcridolunma, Ermənistanla sərhəddə tez-tez
baş verən hərbi münaqişələr, Qarabağda daşnakların təxribatları, daxili
çəkişmələr respublikanı var-yoxdan çıxarırdı.
Azərbaycanın iqtisadi h əyatının
bütün sahələri - sənayesi, kənd təsərrüfatı və nəqliyyatı dərin böhran içində
idi. 1921-ci ildə respublikanın sənaye istehsalı 1913-cü ilin istehsal
səviyyəsinin 43 faizini t əşkil edirdi
1
. Bakı neft sənayesi xüsusilə ağır
vəziyyətdə idi. Neft istehsalı üç d əfə azalmışdı, 1913-cü ildə istehsal edilmiş
1
Азербайджан в цифрах. Краткий стат. сб. Баку, 1964, стр. 45.
7,3 milyon tondan 1920/21 -ci təsərrüfat ilində 2,4 milyon tona enmişdi ki, bu
da müharibədən əvvəlki səviyyənin 33,4 faizini t əşkil edirdi.1921-ci ilin
başlanğıcında respublikada davam etməkdə olan "hərbi kommunizm" siyasəti
ilə bağlı tətbiq edilən ərzaq sapalağının ağır t əsiri özünü xüsusilə göstərirdi.
Əvvəllərdə olduğu kimi ərzaq sapalağı qaydasına uyğun olaraq, kəndlilər
bütün kənd təsərrüfatı məhsullarının qalıqlarını dövlətə verirdilər. Buna görə
də onlarda öz təsərrüfatlarını genişl əndirmək və yaxşılaşdırmaq həvəsi
olmurdu.
Kəndlilərin
çoxu əkin sahələrini genişləndirmək barəsində
fikirləşmir, əksinə onu ailə tələbatına uyğunlaşdıraraq azaltmaq ist əyirdilər.
1921-ci il ərəfəsində kəndlilərin fəhlələrin bir hissəsini əhatə etmi ş narazılıq
göstərirdi ki, "hər kommunizm" siyasəti əsasında xalq təsərrüfatını bərpa
etmək mükün deyil. Ərzaq sapalağı siyasəti, sosializmin quruculuğunun
kommunist üsulu sistemi bütün kəndlilərin mənafeləri ilə toqqu şmağa
başlamışdı. Belə bir şərait fəhlə sinfi ilə kəndlilə rin ittifaqını,sosialist
quruculuğunun taleyini təhlükə altına alırdı. Yeni iqtisadi s iyasətə keçmək
zəruriyyəti meydana çıxdı. Onun əsas məqsədi iqtisadi və sosial böhranın
qarşısını almaq, sovet hakimiyyətinin sosial bazası sayılan fəhlə və kəndli
ittifaqını möhkəmləndirmək idi.
1921-ci ilin yazından başlayaraq, başqa sovet
respublikalarında olduğu kimi, Azərbaycan SSR-də də "hərbi kommunizm"
siyasətindən YİS-ə keçid əməli olaraq həyata keçirilirdi. Bu istiqamətdə atılan
ilk addımlardan biri Azərbaycan İnqilab Komitəsinin 192l-ci il mayın 17-də
"Ərzaq inhisarlarının bütün formalarının ləğv edilməsi barədə" dekreti oldu.
Bu dekretlə ərzaq sapalağının qalıqları ləğv edildi, müəyyən çərçivədə,
ticarətdə müstəqilliyə icazə verildi. YİS -in təsərrüfat sistemi ölkənin
iqtisadiyyatını bərpa etmək üçün şərait yaratmasına baxmayaraq, ziddiyyətli
və dəyişkən idi, əsasən iri dövlət sənayesi və xırda əmtəə kəndli təsərrüfatına
əsaslanırdı. Müxtəlif partiya qrupları V.İ.Leninin vəfatından sonra hakimiyyət
uğrunda mübarizənin kəskinləşdiyi şəraitdə yarana biləcək iqtisadi, siyasi və
partiyadaxili böhran məsələlərini həll etmək üçün müxtəlif variantlar təklif
edirdilər.1927-ci ilin ikinci yarısında Stalinin təkbaşına hakimiyyəti YİS-
i,demokratik prosesləri güclü inzibati -amirlik təzyiqləri ilə əvəz etdi. 1927 -
1928-ci illərdə kəndlilərə qar şı fövqəladə antidemokratik tədbirlər ba şlandı və
bununla da hələ imkanları qalan YİS-i həyata keçirməkdən əslində tam imtina
edildi.
1 .
B i r t ə r ə f l i s ə n a y e l ə ş d i r m ə x ə t t i
1921-ci ildə qəbul edilmiş yeni iqtisadi siyasət ölkədə gedən ictimai -siyasi
proseslərin obyektiv məntiqi gedişindən irəli gəlirdi və qısa müddətdə xeyli
müsbət nəticələr verə bildi,xalq təsərrrüfatının qısa müddətdə bərpa
olunmasında mühüm rol oynadı.
2
1925-ci ilin sonlarına yaxın müttəfiq
respublikalarda, o cümlədən Azərbaycan SSR-də əsasən müharibədən qabaqkı
səviyyə bərpa olundu. YİS azad iqtisadiyyatın, işgüzarlığın və təsərrüfat
2
S.Qəndilov “Siyasi Tarix”(I hissə),Bakı-1995,səh.172
təşəbbüskarlığının inkişafına şərait yaratdı. Buna baxmayaraq, ölkə texniki və
iqtisadi cəhətcə olduqca geri qalırdı. Sənayenin müasir sahələrini yaratmaq,
ölkənin elmi-texniki potensialını yüksəltmək lazım idi. Beləliklə, ölkənin
sənayeləşdirilməsini inkişaf etdirmək zəruriyyəti meydana çıxmışdı.
Cəmiyyətin ictimai-iqtisadi, maddi həyatının obyektiv tələblərinə uyğun
yeniləşdirilməsi zərurəti ilə əlaqədar olaraq, 1925 -ci ilin dekabrında ÜK(b) P
XIV qurultayı SSRİ-də sənayeləşdirmə xəttini götürdü. Lakin bunun üçün öz
yığımı olmayan ölkə "sosialist sənayeləşdirməsinə" iqtisadiyyatı inzibati-
amirlik yolu ilə nizamlamaq, kəndi istismar etmək, fəhlə əksəriyyətinin
"inqilaba və sosializmə" hədsiz inamı və ruh yüksəkliyi hesabına gedirdi.
Sənayeləşdirmə bütün xalq təsərrüfatının "sosialistcəsinə" yenidən qurulması,
fəhlə sinfinin artmasına şərait yaranması, onun zəhmətkeş kəndlilərlə
ittifaqının möhkəmlənməsi və şəhərlə kəndin istehsal əlaqəsi üçün əsas açar
hesab olunurdu.
Sənayeləşdirmə, keçmiş çar Rusiyasının müstəmləkələri
olmuş digər milli respublikalarda olduğu kimi, Azərbaycanda da iqtisadi -
texniki geriliyi aradan qaldırmaqda həlledici rol oynamalı idi.
Bir çox sənaye sahələrinin tam bərpası əslində 1927-ci ilə qədər uzanır və
onlarla yanaşı, yeni sənaye müəssisələri, ilk növbədə neft sənayesi
müəssisələri yaradılması prosesi gedirdi.
Neft sənayesinin sonrakı inkişafı üçün Azərneftin yanında ilk dəfə geoloji -
kəşfiyyat bürosu yaradıldı. Neftli sahələrin ardıcıl olaraq öyrənilməsin ə
başlandı.
1926-cı il fevralın 3-də Q.Musabəyov (sədr), H.Sultanov D.Bünyadzad ə və
başqalarından ibarət respublikanın sənayeləşdirilməsi komissiyası yaradıldı.
3
Komissiyanın yanında xammal və fəhlə qüvvəsi, sənaye, elektrik stansiyaları
və
sairənin
təşkili
şöbələri yaradıldı. Komissiyaya təcili surətdə
sənayeləşdirmə planı hazırlamaq tap şırıldı. 1926-cı ilin mayında Azərbaycan
SSR-in sənayeləşdirilməsinin beşillik inkişaf proqramı məsələsi AK(b)P MK
plenumunda müzakirə edildi. Həmin planda, hər şeydən əvvəl, neft
sənayesinin gələcəkdə daha güclü inkişafı və texniki cəhətcə yenidən
qurulmasının başa çatdırılması, eləcə də yeni toxuculuq kimya və sənayenin
başqa sahələri üzrə yeni müəssisələrin tikilməsi nəzərdə tutulurdu.
Azərbaycan qəzalarında yeni sənaye ocaqlarının yaradılmasına xüsusi
əhəmiyyət verilirdi. Onlar gələcəkdə Azərbaycanın simasını dəyişdirməli və
onu
qabaqcıl
sənaye
respublikasına
çevirməli
idi.
Azərbaycanın
sənayeləşdirilməsinin özünəməxsusluğu ondan ibarət idi ki, burada onun əsas
və aparıcı sahəsi tarixən yaradılmış neft sənayesi idi. Əsas s ərəncam verən
Mərkəz Azərbaycanda "qara qızıl" çıxarılması sür ətinin artırılmasında daha
çox maraqlı idi. Çünki neft sənayesi Sovet İttifaqının sosialist
sənayeləşdirilməsi planının ən mühüm tərkib hissəsi idi. O, ölkənin xalq
təsərrüfatının bütövlükd ə inkişafı üçün həlledici əhəmiyyətə malik olub,
iqtisadi cəhətcə xeyirli və effektli idi. Buna gör ə də sənayeləşdirmənin ilk
illərində əsas diqqət Azərbaycanda neft sahəsinin inkişafına verilmişdi. Digər
3
Azərbaycan tarixi. Üç cilddə, III с, I h., Bakı, 1973, səh.351
Dostları ilə paylaş: |