24
məqsədi Şərq xalqlarını, xüsusən, türk xalqlarını müasir Avropa mədəniyyətinə qovuşdurmaq idi.
Lakin bu zaman Zaqafqaziyada ermənilərin və gürcülərin əlifbaları heç bir dəyişikliyə məruz
qalmadı. “20-ci illərdə rassionallıq konteksti beynəlmiləlçilik və inqilabın sinonimi idi. Ənənəvi
tarixi əlifba sisteminin sürətlə dəyişdirilməsi “feodal qalıqları” və “geriliyin” aradan qaldırılması
yollarından ibarət tədbirlərin və mədəni inqilabın bir hissəsi idi” [12,77]
İ.Sandomirski haqlı olaraq bu müdaxilənin ritorikasının dilin demokratikləşməsi şüarları
pərdəsi ilə örtüldüyünü qeyd edir: “Ənənəvi əlifba sistemi guya yeni mədəniyyət subyektləri üçün
olduqca mürəkkəb idi… Bu isə yalnız milli-mədəni ənənələrin deyil, mədəni elitanın da
(mədəniyyətin Lenin sinfi nəzəriyyəsinə əsasən bolşeviklər mədəni elita və “sinfi istismarçılar
arasında bərabərlik işarəsi qoymuşdular”) məhv edilməsinə yönəlmişdi. Mədəniyyətin partiya-
dövlət tənzimlənməsinin, dil və mədəni quruculuğun, savadsızlığın ləğvi kompaniyasının vəzifəsi
mədəni ənənəni məhv etmək idi. Bunlar dövlətin marağında idi. Qərbə ideoloji ekspensiyasını
istiqamətləndirən dövlət beynəlmiləlçiliyə meyli ifadə edirdi. Proletariat diktaturası dövləti Avropa-
sentrizmin hədsiz millitaristləşmiş formalarını ifadə edən mədəni siyasət həyata keçirirdi” [12,77-78].
Sovet dövlətinin Stalin dövrünün Qərb ideyalarına müəyyən dərəcədə “dünya inqilabının
yeni qələbələri” naminə açıqlıq göstərirdi. Kirilə keçməklə inqilabaqədərki bütün ədəbi-mədəni
abidələr, latın əlifbası, “ziyalı” ənənələri də aradan qaldırıldı.
Şimali Sovet Azərbaycanı ilə Cənubi Azərbaycanın milli-mənəvi bütövlüyünü sarsıdan
amillərdən biri də 30-cu illərdə “dünyəvilikdən sovet ateizminə” keçilməsi, islam dininin qadağan
olunması, məscidlərin dağıdılması oldu. Azərbaycan maarifçi ədəbiyyatının dini xurafat əleyhinə
təbliğ etdiyi yerli dünyəvilik sovet ədəbiyyatında ateizmin – allahsızlığın möhkəm yer tutması ilə
əvəzləndi. Bu isə Cənubda və uzun müddət Şimalda da həyat tərzinə, dünyagörüşünə, etiqada
çevrilmiş islama zərbə vurdu, dini vəhdətin pozulmasına gətirib çıxartdı. “Bir din kimi islam açıq-
aşkar repressiyaya və terror atmosferinə məruz qalmışdı. Bu vaxt… gənc nəslə islamın prinsip və
qaydaları haqqında məlumat vermək çox təhlükəli iş sayılırdı” [8,159].
Azərbaycan sovet yazıçıları antiislamı təbliğ edən bədii əsərlər yazdığı kimi, sovet ədəbi
tənqidi də klassik Azərbaycan mütəfəkkirlərinin ədəbi irslərində antiislam və ateist motivləri və
elementləri “axtarırdılar”.
XX əsrin 30-cu illərində Cənubi Azərbaycanda sovet üsul-idarəsinin təsiri altında olan
“Birləşmiş, mərkəzləşmiş İran daxilində öz müqəddəratını təyin etmiş Gilan Sovet Sosialist
Respublikası” yaradıldı. Lakin bu respublikanın ömrü uzun sürmədi, tezliklə darmadağın edildi.
Eyni zamanda Ə.Lahutinin başçılıq etdiyi Təbriz qiyamı yatırıldı.
Azərbaycan etnik müxtəlifliyin, xüsusən, İranın birliyi üçün təhlükə hesab olunduğundan
Azərbaycan dili, ədəbiyyatı, tarixi saxtalaşdırılır, farslaşdırma və Türkiyənin təsirindən yaxa
qurtarmaq üçün əhalinin farsdilli vilayətlərdə yerləşdirilməsi təklif olunur, “Azərbaycanın qeyd-
şərtsiz İran təbiətinə malik olduğunu sübut etməyə çalışır və yaxın tarixi nəzərə almağa meyil
edirdilər… Azərbaycan… İranın milli marağının diqqət mərkəzində durmalıdır. Müxtəlif siyasi
əqidəli qələm sahibləri… ümumilikdə etnik, dil, dini azlıqların, xüsusi olaraq azərbaycanlıların
assimilyasiya olunmaları üçün gerçək yollar kimi irəli sürürdülər” [8,164].
Bu dövrdə geniş yayılmış Kəsrəvilik cərəyanı Cənubda Azərbaycan dilinin assimilyasiyasını,
fars dilinin, azəri dilinin Azərbaycanın milli dili olmasını “əsaslandırmağa” cəhd edirdi.
20-30-cu illərdə Rza Pəhləvi Azərbaycan dilinin tədris müəssisələrində, teatr tamaşalarında,
dini mərasimlərdə, kitabların nəşrində işlədilməsini qadağan etdi. Azərbaycan dili məişət, danışıq
dili oldu. “Bunun ardınca daha təcavüzkar xarakterli rəsmi əməli tədbirlər, məsələn, açıq-aşkar
türkcə səslənən coğrafi adların dəyişdirilməsi və uşaqlara yalnız fars adlarının verilməsi işinə
müdaxilə edilməsi kimi tədbirlər həyata keçirildi” [8,166].
1930-cu ildə İrandakı Sovet diplomatik korpusunun casusluq qalmaqalı, eləcə də 30-cu illərin
ortalarında İranın faşist Almaniyası ilə yaxınlaşması SSRİ – İran, Sovet Azərbaycanı – İran
münasibətlərini gərginləşdirdi. Cənubi və Şimali Azərbaycan arasında mədəni-maarif, ədəbi-bədii
XX əsrin 30-cu illərindəki repressiya şəraitində sovet Azərbaycani nəsrində
bölünmüş vətən ideyasına münasibət
25
əlaqələr kəsildi. Sovet hökuməti İranda bir çox əməkdaşları casusluğa cəlb etmiş, kürdlərin və
azərbaycanlıların İrandan ayrılmasına cəhd etmişdi.
Bundan sonra İranda türkdilli əhalinin İrana iqtisadi, demoqrafik, sosial, siyasi-ideoloji
inteqrasiyası güclənmişdi. N.Nəsibzadə doğru olaraq göstərir: “İranda Azərbaycan məsələsi… həm
də parçalanmış millətlər problemi qəbilindədir… İrandakı azərbaycanlılar dünya azərbaycanlılarının
böyük hissəsini (təxminən 70 faizini) təşkil edir. Şimali Azərbaycanın varlığı Türkiyənin mədəni
təsiri İrandakı azərbaycanlıların milli konsolidasiya prosesində müsbət amil olmuş və onları siyasi-
dövlət təşkilinə ruhlandırmışdır. Əks cəbhə – Tehran bu müsbət təsiri azaltmağa cəhd etmiş, onları
Şimali Azərbaycan, qismən Türkiyədən təcrid etmək marağında olmuşdur. Sovet Azərbaycanının
Cənuba münasibətindəki etinasızlığı da şah siyasətinin ayaq açmasına səbəb olmuşdur. Belə ki,
Şimalda etnonimin və əlifbanın dəyişdirilməsi, sərhəddin bağlanması ilə yanaşı, Cənub
mövzusundan siyasi-ideoloji məqsədlərlə istifadə mədəni əlaqələrinin ölgünlüyü və s. vahid
Azərbaycan idyeasına zərbə vurmuş, otaylı-butaylı Vətənin bir-birindən yadlaşmasına gətirib
çıxartmışdır” [6,221]. Müəllif paniranizmdən sonra fars şovinizminə əsaslanan vahid ölkə, vahid
millət, vahid dil siyasəti yürüdən İran şahının, əslində, azərbaycanlı varlığını məhv etməyə
çalışdığını göstərir.
Sovet dövründə yaradıcılığını davam etdirən Ə.Haqverdiyev “Ağa Məhəmməd şah Qacar”
əsərində ikiyə bölünmüş vətən ideyasını ifadə etmişdir. Müəllifin əsərində Azərbaycan türkü – İran
hökmdarı Ağa Məhəmməd şah Qacar obrazının bütöv vətən, vahid, güclü Azərbaycan uğrunda
mübarizəsi, milli Azərbaycan ideyası öz əksini tapmışdır . S.Vəliyeva göstərir ki, “Ağa Məhəmməd
şah Qacar” dramında Haqverdiyev İran tarixindən götürdüyü hadisələr timsalında Azərbaycanın
milli birliyi, ərazi bütövlüyü məsələsini nəzərdən keçirir” [9,98].
Abdulla Şaiq də hələ 1917-ci ildə qələmə aldığı və Xalq Cümhuriyyəti və Sovet dövründə
davam etdirdiyi “Əsrimizin qəhrəmanları” əsərində dövrün ictimai-siyasi hadisələrinin təsviri
fonunda bölünmüş vətən və milli-mənəvi bütövlük ideyasını əks etdirmişdir. Bu idyeaları,
azadlıq,milli və inqilab ideyalarını şair Zəki surətində cəmləşdirmişdir. “Hələ Moskvada tələbə
olarkən o, sosial-demokrat məfkurəsinə rəğbət bəsləyən Azərbaycanın milli dirçəlişi üçün
müstəqilliyə qovuşmasını zəruri sayan Şaiqin ictimai şüur tərbiyəsinin vacibliyi qayəsini təcəssüm
etdirir. Doğrudur, roman Sovet hakimiyyəti illərində yenidən işlənib işıq üzü gördüyü üçün Zəki
burada ilk baxışda bir sosialist-bolşevik, “mətin inqilabçı”, bir sözlə, “sinfi ideyalar” carçısı kimi
nəzərə çarpır. Lakin bu qəhrəmanın Vətənə, millətə sevgisi, doğma torpağa bağlılığı, azadxah bir
insan olması onun bolşevizmini də kölgədə qoymuşdur. Təsadüfi deyildir ki, Zəki Güney
Azərbaycanda müstəqillik yolunda ölüm-dirim mücadiləsi aparan həmvətənlərinə köməyə gedir və
bu yolda canını qurban verir. Romanda Məhərrəm əmi surəti də Zəkinin ideya qardaşı kimi
yaddaqalan obrazlardandır” [9,104].
A.Şaiq romanda bütöv, vahid Azərbaycanın İrandan, Türkiyədən, Rusiyadan ayrı müstəqilliyi
və intibahı məsələsini qoyur.
Sovet dövlətinin həyata keçirdiyi terrorçu repressiyaların bir məqsədi də Şimali və Cənubi
Azərbaycanın, türk-müsəlman dünyasının parçalanmasını və bölünməsini daha da dərinləşdirmək
idi. Repressiya aparatının Azərbaycan ziyalılarına qarşı ittihamlarından biri “Vahid türk-tatar
dövlətinin yaradılması, (Şübhəsiz ki, Cənub da Daxilolmaqla – A.H.), yaxud Azərbaycanın SSRİ-
dən ayrılmasına təşəbbüs (halbuki SSRİ-nin yaradılması zamanı bağlanmış müqavilədə buna formal
olaraq icazə verilirdi) ilə bağlı iddialar” [2,318] da vardı.
B.Əhmədov göstərir ki, “Ümumiyyətlə, Azərbaycanın SSRİ-dən ayrılmaq, silahlı üsyana
hazırlaşmaq, təxribat və terror hazırlamaq və s. onlarla ittihamların heç biri başqa mənbələrdə yazılı
sənədlərlə təsdiq olunmur və yalnız kiminsə şifahi, ya yazılı «xəbərçiliynə» (bu isə təşkil edilirdi)
əsaslanırdı” [2,318-319].
Göründüyü kimi, Sovet repressiya aparatının ən çox cəza verdiyi vətənpərvərlər və qorxduğu
təhlükə türk dövlətlərinin birliyi və Azərbaycanın birliyi ideyası idi. 1937-ci ildə NKVD-nin «xalq
Hüseynova A.H.