Uşaq Kitabxanası



Yüklə 485,8 Kb.
səhifə14/20
tarix25.06.2018
ölçüsü485,8 Kb.
#51517
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

43 

 

fasadının  təzələnməsi  və  ona  yazıçının  xatirə  lövhəsinin 



vurulması  göstərilirdi.  Bu  qərar  əsasında  Mədəniyyət 

Nazirliyninin  14  avqust  1981-ci  il  tarixli  228  saylı  əmri  ilə 

Hüseyn Cavidin 100 illik yubileyinin keçirilməsi və 15 dekabr 

1981-ci  il  tarixli  522  saylı  əmri  ilə  Bakı  şəhərində  Hüseyn 

Cavidin  memorial  muzeyinin  açılması  nəzərdə  tutulurdu. 

Mədəniyyət Nazirliyinin 1991-ci il 16 aprel tarixli əmrinə əsasən 

adı  çəkilən  binanın  5  otağı  Hüseyn  Cavidin  ev  muzeyi  üçün 

ayrılmışdı.         



Əbədiyyət yolçusu Hüseyn Cavidin yaradıcılığını və keşməkeşli, 

ancaq şərəfli ömür yolunu gənc nəslə və oxuculara çatdırmaq 

məqsədi  ilə  kitabxanada  keçirilən  tədbirlərlə  yanaşı  şairin 

Bakıda yerləşən ev-muzeyinə ekskursiya təşkil oluna bilər. 

Ekskursiyanın  müddəti  1-2  gün  ola  bilər.  Səyahət  “Cavid 

dünyasına boylanaq” adı altında keçirilir.  Muzeyə səyahət hər 

kəs tərəfindən sevinclə qarşılanır. Səyahət Cavid yaradıcılığını 

daha  dərindən  tanıtmaq  məqsədi  daşıyır.  Ekskursiya 

kitabxanaçının rəhbərliyi  ilə keçirilir. Muzey işçisi  oxucuları 

salamladıqdan sonra muzey haqda məlumata keçid alır: 

        Muzey Bakıda-Hüseyn Cavidin 1920-37-ci illərdə yaşadığı 

evdə  (İstiqlaliyyət küç.8) yerləşir. Hüseyn Cavidin ev muzeyi 

1981-ci  ildə  Azərbaycanın    dahi  mütəfəfəkkiri,  filosofu  Şair-

dramaturqu  Hüseyn  Cavidin  anadan  olmasının  100  illiyi 

münasibətilə ölkə başçısı, ümummilli liderimiz  cənab Heydər 

Əliyevin  25  noyabr  1981-ci  il  tarixli,  604  saylı  sərəncamı  ilə 

yaradılmışdır. Muzey əvvəl Mədəniyyət Nazirliyinin  tərkibində 

Hüseyn  Cavidin  xatirə  muzeyi  adı  ilə,  sonra  isə,  1995-ci  ildə 

Azərbaycan  Respublikası Nazirlər Katinetinin 10 iyul 1995-ci 

il 160 saylı qərarı əsasında AMEA-nın tərkibinə daxil olmuşdur. 

AMEA-nın    nizamnaməsi  və    AMEA-nın  Rəyasət    Heyətinin  

qərarına  müvafiq  olaraq  elmi  tədqiqat  idarəsi  hesab  edilir. 



44 

 

Muzeydə  müdriyyətdən  başqa    6  şöbə  və  1  yardımçı  qurum 



fəaliyyət göstərir:  

1.Cavidşünaslıq  şöbəsi:    H.Cavidin  irsinə  aid  materialların 

tədqiqi,  ekspozisiyası  və  səyyar  sərgilərin    mövzu  ekspozisiya 

planlarının  hazırlanması,  internet  saytının  və  virtual  muzeyin 

hazırlanması  təkmilləşdirilməsi,  elmi  sessiya,  konfransların 

materiallarının  və  nəşr  işlərinin  hazırlanması  işləri  ilə 

məşğuldur.  

2.  Elmi-kütləvi  işlər  şöbəsi:  H.Cavidin  irsinin  təbliği, 

ekskursiyaların  təşkili  və  aparılması,  sərgilərin  nümayişi, 

konfransların,  elmi  sessiyaların  və  tədbirlərin  təşkili  işləri  ilə 

məşğuldur.  

3.  Elmi  fondlar  şöbəsi:  H.Cavid  irsinə  aid  materiallarının 

toplanması, sistemləşdirilməsi, izahlı kataloqların hazırlanması 

işləri  ilə  məşğuldur.  Şöbədə  əlyazmalar  bölməsi,  insənət 

bölməsi,  orijinal    foto  və  neqativ  bölməsi,  kitab  və  dövrü 

mətbuat bölməsi, fonetika bölməsi fəaliyyət göstərir.  

4.  Bədii  tərtibat  söbəsi:  Ekspozisiyanın  və    səyyar  sərgilərin 

bədii tərtibatı, internet saytın və virtual muzeyin dizayn  tərtibatı 

işləri ilə məşğuldur.  

5. Ekspozisiya söbəsi:   H.Cavid irsinin qorunması və təqdimi 

işləri ilə məşğuldur.  

6. Ümumi şöbə: Təsərrüfat işləri ilə məşğuldur.  

Elmə yardımçı qurum. 

1.Kitabxana:  H.Cavid  və  cavidlər  irsinə  aid  kitabların 

toplanması,  saxlanması və oxuculara xidmət edilməsi işləri ilə 

məşğuldur.   

Ekspozisiyası  4  otaqdan  ibarət  olan  muzeyin  ümumi  sah.  245 

m2-dir.  Muzeyin  əsas  fondunda  15.000  eksponat  var. 

Ekspozisiyada  850  eksponat  nümayiş  olunur.  Bu  eksponatlar 

Hüseyn  Cavidə  məxsus  sənədləri,  ailəyə  məxsus    məişət  və 

geyim  əşyalarını,  Hüseyn  Cavidin  əlyazmalarını,  müxtəlif 



45 

 

illərdə  nəşr  olunmuş  kitabları,  səhnə  əsərlərinin  proqram  və 



afişalarını,  tamaşalardan  fotoşəkilləri  və  ailəvi  fotoşəkilləri 

əhatə  edir.    Son  illərdə  muzeyin  aşağıdakı  nəşrləri  işıq  üzü 

görüb. Muzeyə 2004-cü ilin sentyabr ayına kimi  Turan Cavid  

rəhbərlik etmişdir. 12. 09. 2004-cü ildə Turan Cavid  vəfat edib. 

2004-cü  ilin  9  oktyabr  ayından  muzeyə  f.e.n.  Gülbəniz 

Babaxanlı rəhbərlik edir.  

 Böyük Azərbaycan şairi və  mütəfəkkiri Hüseyn Cavidin onun 

ev-muzeyi Bakı şəhərində daimi olaraq yaşadığı ünvanda-1920-

1937-ci  illər  arası  ömür  sürdüyü  İstiqlaliyyət  küçəsi  8  saylı 

binanın  3-cü  qatında  yerləşir.  Girişi  İstiqlaliyyət  küçəsi 

tərəfindən-Əlyazmalar  İnstitutu  ilə  eyni  qapıdan  olan  Hüseyn 

Cavidin  ev-muzeyi  Azərbaycan  Respublikası  Milli  Elmlər 

Akademiyasının  nəzdində    fəaliyyət  göstərən  3  muzeydən  

biridir.  Muzeyin  yerləşdiyi  bina  tanınmış    xeyriyyəçi    Hacı 

Zeynalabdin  Tağıyevin  şəxsi  təşəbbüsü  və  vəsaiti  ilə 

İ.V.Qoslavskinin layihəsi əsasında 1898-1901-ci illərdə tikilmiş 

və müsəlman qadın məktəbi üçün nəzərdə tutulmuşdur. Məktəb 

1918-ci ilədək fəaliyyət göstərmişdir. XX yüzilliyi Azərbaycan 

ədəbiyyatının  ən  görkəmli  simalarından  olan  böyük  şair, 

dramaturq,  filosof Hüseyn Cavid  1920-ci ildən  1937-ci  ilədək 

həyat yoldaşı Müşkinaz xanım, oğlu Ərtoğrol və qızı Turanla bu 

mənzildə yaşamışdır. Böyük şair və mütəfəkkir Hüseyn Cavidin 

Vətənə  qayıdışı  və  yaşadığı  mənzildə  ev-muzeyinin  açılması 

Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyevin  

təşəbbüsü,  cəsarətli  və  ardıcıl    səyləri  ilə  gerçəkləşmişdir. 

Muzeyin  girəcəyində  hekəltəraş  Ömər  Eldarovun  yaratdığı  və 

əsli Hüseyn Cavid prospektində ME-nın əsas binası ilə üzbəüz 

bağda  ucalan,  tuncdan  tökülmüş    “Cavid  abidəsi”nin  gipsdən 

olan kiçik variantı qoyulmuşdur (1993). Muzeyin ekspozisiyası 

4  otaqda  yerləşmişdir.    Ekspozisiya  üçün  ayrılmış  bu  otaqlar 

şərti olaraq aşağıdakı  kimi adlanır: 



Yüklə 485,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə