37
məhz onlar doğma torpaqlarının azad
olunması üçün ilk addımı atacaqlar”
I aparıcı:
Şəhidlər xiyabanı respublikamızın
bütün məktəbliləri üçün əsl birlik və
həmrəylik,
mərdlik
və
cəsarət
məbədinə çevrilib. Ulu öndərimizin
dediyi
kimi,
"Biz
hərbi
vətənpərvərliyi
hər
şeydən öncə
Şəhidlər
xiyabanında
əbədiyyət
yuxusuna getmiş, bugünkü azadlıq və
müstəqilliyimizin polad təməlçiləri
olmuş, öz fədakarlıqları ilə xalqımızın
qəhrəmanlıq
salnaməsinə
şanlı
səhifələr
yazmış
igidlərimizdən
öyrənməli,
onlardan
ibrət
götürməliyik".
II aparıcı:
Şəhidlər tarixin sönməyən çıraqlarıdır.
Onlar daim azadlıq uğrunda çırpınan
yolumuza işıq saçırlar. Vətən yolunda,
milllət
yolunda
şəhid
olanlar
ölməzdir. Vətən Təbriz kimi, Çingiz
kimi, Əlif kimi, Salatın kimi, Mübariz
kimi...
qəhrəmanlarını
heç vaxt
unutmayacaq.
I aparıcı:
Torpaqlarımızsa şəhid olmamalıdır!
Babalarımız
bu
torpağı
quduz
düşmənlərin
əlindən
ona
görə
qorumayıblar ki, onu əsrin ermənilik
bəlasına qurban verək.
38
II aparıcı:
Vətən şəhid olsa nə cavab verərik
meydanda anasının qucağında “öldü
var, döndü yoxdu” qışqıran körpəyə?
Yox, türk oğlu, yox! Sən vətən
torpağını
şəhid
olmağa
qoymayacaqsan!
Gəl
and
içək
hamımız, kimin damarında türk qanı
axırsa, and içsin ki, dünyanı
dünyalığından çıxarmaq istəyənlərin
əli torpağımızdan kəsiləcək. And içək
ki, şəhidlərimizin torpağımızın göz
yaşına dönən hər damla qanına əvəz
çıxılacaq. Və bir də and içək ki, bu
and içdiyimiz andların heç birinə
bənzəməyəcək.
And içək...
(İki oxucu Ələmdar Quluzadənin “Hərbi and” şeirini
söyləyir).
I oxucu:
Qəhrəman Mehdilərə,
Həzilərə həsədim,
Cəbhələrdən
dönməyən
Atalara həsrətim –
Hərbi andımdır mənim.
Ünvansz ölənləri
Axı, necə unudum?
Bir naməlum əsgərin
Qəbri üstdə sükutum –
Hərbi andımdır mənim
II oxucu:
İnsanın od-alovlu
Tarixlərə heyrəti,
39
Anaların qırğına,
Sülhün hərbə nifrəti –
Hərbi andımdır mənim.
Mənə səadət verən
Vətənə sədaqətim,
Məni vətənə verən
Anama məhəbbətim –
Hərbi andımdır mənim.
(S.Nuruqızının “Qisas” povestindən qısa səhnəcik
göstərilir. Sonra iki oxucu Məmməd Arazın
“Bizi Vətən çağırır!” şeirini söyləyir.).
I aparıcı:
Vətənpərvərlik Vətənə, doğma torpağa,
xalqa,
onun
dilinə,
adət-ənənələrinə,
mədəniyyətinə məhəbbət deməkdir. Əsl
vətəndaş isə Vətənin içində gəzən yox,
Vətənin özünü öz içində gəzdirəndir.
II aparıcı:
Əsl Vətəndaş Vətəni ana qədər sevən,
əzizləyən, qoruyandır. Gəlin, biz də əsl
vətəndaş olmaq üçün Vətənimizi göz-
bəbəyimiz kimi qoruyaq. Çünki, Vətən hər
şeydən ucadır! Bunu hər bir kəs dərk
etməlidir. Onda yenilməz olarıq!
II aparıcı:
Azərbaycanı sevin, sevin Azərbaycanı,
Bu gün odlu sevgiyə onun ehtiyacı var...
Sevin, odum, ocağım, evim Azərbaycanı,
İndiki dərdlərinə eşqimiz əlac olar...
Yaraları göynəyir, yaraları sızlayır,
Bu millətin qeyrətli oğulları, qızları,
Sevgimiz xilas edər bu gün Azərbaycanı,
Azərbaycanı sevin, sevin Azərbaycanı...
40
Adını uca tutun hər arzudan, diləkdən,
Doymayın, usanmayın ona ana deməkdən...
O bizim hamımızın həyəcanı, harayı,
Bir də axı kim yanar ona bizdən savayı?...
O bizim ruhumuzda, o bizim qanımızda,
Yalnız biz keçməliyik uğrunda canımızdan.
Can istəsə can verin, sevin Azərbaycanı,
Qan istəsə qan verin, sevin Azərbaycanı...
Sözləri Ənvər Əlibəylinin, musiqisi Rauf Hacıyevin
“Azərbaycanım” mahnısını oxucular ifa edirlər. ”Tədbir
C.Quliyevin “Əsgər marşı”nın səslənməsi ilə bitir.