V Mövzu.
DƏRI ÖRTÜKLƏRI SISTEMI
Mühazirənin planı:
o
Dərinin inkişafı, tərkib hissələri, funksiyaları.
o
Dəri törəmələri: tüklər, dırnaqlar, piy və tər vəziləri.
o
İnnervasiya, vaskulyarizasiya, yaş xüsusiyyətləri.
o
Tənəffüs sistemi: inkişafı, tərkib hissələri, quruluş-funksiya səciyyəsi.
o
Respirator şöbə. Hava-qan səddi (aero-hematik baryer).
o
İnnervasiya, vaskulyarizasiya, yaş xüsusiyyətləri.
Təxminən ümumi bədən çəkisinin 16%-ni təşkil edib, ətraf mühitlə əlaqələnən səthinin
sahəsi isə 1, 5-2 m
2
olan örtük sistemi- integument orqanizmi xaricdən örtərək həzm sistemində
dodaq və anusun, tənəffüs sistemində burun boşluğunun, ifrazat-cinsiyyət sistemlərində səthdə
yerləşən selikli membranın davamını təşkil edir. Örtük sistemi epidermis (çoxqatlı yastı epitel)
və dermadan (lifli birləşdirici toxuma) - dəri və onun törəmələrindən (epitelial və birləşdirici
toxuma komponentlərindən ibarət dəri vəziləri, tük və dırnaqlar) ibarət iri orqan hesab edilir.
Qeyd etməliyik ki, göz qapağının konyuktivasının davamını təşkil edən dəri xarici qulaq
keçəcəyi və təbil pərdəsinin xarici səthini örtür.
Inkişafı. Dəri müxtəlif mənşəyə malik 2 əsas komponentdən: epidermis və dermadan
ibarətdir. Epidermis (epitel örtüyü) ektodermadan, derma (xüsusi dəri) isə mezenximdən əmələ
gəlmişdir. Embrional dövrün ilk həftələrində embrionun üzəri tək qatda yerləşən ektodermal
hüceyrələrlə örtülür. Bu hüceyrələr bazal qat hüceyrələri adlanır. İkinci ayın əvvəlində bu
hüceyrələrin səthində periderm və ya epitrixium adlanan tək qatda yerləşən yastı hüceyrələr
əmələ gəlir. Adətən periderm hüceyrələri bətndaxili inkişafın II yarısında tökülərək amniotik
mayenin tərkibində aşkarlanır. Bazal qatdakı hüceyrələrin proliferasiyası nəticəsində ara zona
formalaşır. Artıq dördüncü ayın sonunda epidermis 4 qatdan ibarət olur:
1.
Bazal qat – yeni hüceyrələrin əmələ gəlməsini təmin edən germinativ qat;
2.
Qalın tikanlı qat – tərkibində tonofibrilləri olan iri çoxbucaqlı hüceyrələrdən ibarət qat;
3.
Dənəli qat – xırda keratohialin dənələrə malik olan hüceyrələrdən təşkil olan qat;
4.
Buynuz qat – tərkibində keratin olan həyat fəaliyyətini başa vurmuş ölü hüceyrələrdən
ibarət qat.
İnkişafın üçüncü ayında sinir darağından epidermisə miqrasiya edən hüceyrələrin (bu
hüceyrələr melanositlər adlanır) tərkibindəki melanosomlarda melanin piqmenti sintez olunur.
Melanositlərin sitoplazmasında toplanan melanosomlar onun çıxıntılarından keratinositlərə və
tük soğanağına ekzositozla ötürülərək dəri və tükün piqmentasiyasına səbəb olur.
Mezenximdən inkişaf edən derma 3 mənbədən başlanğıc götürür: lateral, paraksial
mezoderma və sinir darağı hüceyrələrindən (neural crest). 3-4 aylarda mezenximdən formalaşan
struktur - corium epidermisə daxil olaraq (çökərək) çoxsaylı qeyri-müntəzəm dermal
məməciklər (dermal papillae) əmələ gətirir. Bu törəmələr epidermal hündürlüklərlə (epidermal
ridges) müşayiət olunub, kiçik kapilyar və sinir ucları ilə zəngin epidermis - dermal birləşməsi
əmələ gətirir. Hər iki struktur birgə tor şəbəkə (rete apparatus) adlanır (şək 1).
Şək 1
Dermisin daha dərin qatlarında piy toxuması ilə zəngin subcorium adlanan struktur –
Funksiyaları. Epidermis və dermadan ibarət olan dəri orqanizmi xaricdən örtərək bir çox vacib
funksiyalar yerinə yetirir: Mühafizə. Sağlam dəri orqanizmi xarici mühitdəki təsirlərdən qoruyan
ilkin baryer-səddir; həmçinin epidermisdə olan melanin piqmenti bu qatdakı hüceyrələri
ultrabənövşəyi şüalanmadan qoruyur; antigen təqdim edən Langerhans hüceyrələri və T-
limfositlər yerli immun cavabda iştirak edir; orqanizmi zədələnmə, bakterial invaziya,
qurumaqdan, yəni mexaniki, fiziki və kimyəvi təsirlərdən mühafizə edir; eyni zamanda qeyd
etmək lazımdır ki, dəri sədd kimi funksiya yerinə yetirsə də bəzi dərman maddələri, xüsusən
lipofil steroid hormon tərkibli məlhəmlər və izafi maye (su) üçün keçiricidir; bədən temperaturu
və su mübadiləsini tənzimləməklə orqanizmdə homeostazın qorunmasında iştirak edir. İmmun-
müdafiə və endokrin. İmmunoloji aktiv dəridəki keratinositlər nəinki dəri səthində müdafiə
mənşəli keratin qatı əmələ gətirir, həm də T limfositlərin differensiasiyası və populyasiyasının
tənzimlənməsini təmin edən bioloji aktiv maddələr, iltihab mediatorlari hasil edir. Sensor. Xarici
mühitdən müxtəlif qıcıqların (toxunma, hərarət, ağrı) dəridəki çoxsaylı reseptorlar vasitəsilə
qəbulu nəticəsində orqanizmlə ətraf mühit arasında əlaqə yaranır; Termotənzim. Sabit bədən
temperaturunun təminatı dəri və onun törəmələri, dərialtı piy qatının istilik mübadiləsində
iştirakı; xüsusən epidermisin altında yerləşən səthi kapilyar torun hesabınadır; orqanizm ətraf
mühit temperaturuna dəridə olan isti və soyuq termoreseptorların köməkliyi ilə adaptasiya
olunur. Mübadilə. Tər vəzilərinin iştirakı ilə su - duz mübadiləsində iştirak edir; keratinositlərdə
sintez olunan 7-dehidroxolesterol ultrabənövşəyi şüaların təsirindən vitamin D
3
-ə (xolekalsiferol)
çevrilərək Ca metabolizmi və osteogenezə təsir edir; qan üçün depo vəzifəsini yerinə yetirir;
Ekskretor funksiyanı
dəri törəmələri – tər və piy vəziləri ekzokrin sekresiya ilə yerinə yetirirlər.
Quruluşu. Dəri 2 qatdan ibarətdir: çoxqatlı yastı buynuzlaşan epiteldən ibarət epidermis və lifli
birləşdirici toxumadan təşkil olan derma (şək 2).
Şək 2