Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə13/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   9   10   11   12   13   14   15   16   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
39
daşlarını gecəynən kim apara bilərdi, həm də belə bir vaxtda bu 
qəbir daşları kimin nəyinə gərəkdi. 
Qəbiristanlığı bir də başdan-başa dolaşıb anasının yanına 
qayıtdı. Anası əvvəlki kimi qazıb köçürdükləri qəbir çuxurunun 
başında oturmuşdu. 
– Tapa bilmədim, – dedi, – qəbir çuxurlarına bir-bir bax-
dım, heç yerdə yoxdu. 
Anası  cavab  vermədi,  dodağının  altında  nə  isə  mızıl-
dandı.  Bir  xeyli  beləcə  dayandılar.  Heç  biri  nə  edəcəklərini 
bilmirdi. 
–  Sənə  dedim  ki,  dünən  qəbir  daşlarını  köçürək,  qoyma-
dın məni öz ağlımla gedəm. – Bayaqdan bəri dillənməyən anası 
dedi. 
Cavab  vermədi,  eləcə  başını  qaldırıb  anasının  üzünə 
baxdı. 
Səfinin  oğlu  başını  qaldıranda  balaca  qardaşının  qaça-
qaça  onlara  tərəf  gəldiyini  gördü.  Uşaq  təngnəfəs  halda  özünü 
yetirib: 
– Dədənin başdaşını Seyfinin uşaqları oğurlayıblar... 
Anası: 
– Necə, necə? Başa düşmədim... 
–  Deyirəm,  dədənin  başdaşını  oğurlayan  Seyfinin  uşaq-
larıdı. 
Anası sıçrayıb yerindən qalxaraq: 
– Kim dedi bunu sənə? - soruşdu. 
Uşaq: 
–  Zeynəb  xala  gəlmişdi,  o  dedi.  Oturub  evdə  gözləyir. 
Məni göndərdi ki, səni çağırım... 
Üçü də dərhal yola düzəldilər. 
Uşaq nəfəsi təngiyə-təngiyə: 
–  Zeynəb  xala  deyir  ki,  başdaşını  rayonda  pambıq  mən-
təqəsinin  yanına  qoyub  satırmışlar.  Uşaqlar  onu  görən  kimi 
qaçıb  gizləniblər.  Deyir,  yaxınlaşıb  başdaşının  o  üz  bu  üzünə 
çevirib baxdım. Üstünün yazısını tərtəmiz siliblər. 
Arvadın sifəti qəfildən dəyişib eybəcər hala düşdü. 
 
* * * 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
40
 
Ə
trafı  qəribə  bir  üfunət  bürümüşdü.  Və  bu  üfunət  çıxıb 
getmək  bilmirdi,  qəbiristanlığın  üstündə  bulud  kimi  asılıb 
qalmışdı. 
Bir az o yanda Abış kişi qəbiristanlığı bürüyən bu üfunət 
qoxusundan  xəbərsiz  özünə  qazdığı  qəbrin  başında  oturub 
tənbəkisini  tüstülədir.  Üzünün,  alnının  qırışları  səyriyə-səyriyə 
duru, sulanmış  gözlərilə  harasa  baxır.  «Bir  də  çətin  özümə  gor 
qaza billəm, - düşünür, düz altı ay əlləşmişdim bunun üstündə, 
bütün  zəhmətim  püç  olub  getdi.  Gözümə  durub  bir  də  təzədən 
gor qazmaq. Heç bilmirəm ömür möhlət verəcəkmi buna...». 
Çolaq Səftər ayağını çəkə-çəkə ona yaxınlaşır: 
–  Niyə  özünü  günün  altında  bişirirsən,  qoca,  çıxıb  ge-
dəmmirsənmi  evinə-eşiyinə.  Kim  sağlığında  özünə  gor  qaz-
mışdı  səndən  savayı?  Sənə  demədimmi  qazma,  düşər-düşməzi 
olar. Altı ay özünü həlak elədin burda, axırı noldu? Sən tanrın, 
yığış  get  evinə-eşiyinə,  nə  tövrü  vəsiyyət  eləsən,  eləcə  də  qa-
zacağıq gorunu. 
–  Necə  arxayın  olum  gedim.  Gor  qazmaq  deyil  sizinki. 
Ölünü  ölü  yerinəmi  qoyursunuz?  Heç  düşməni  də  torpağa  bu 
sayaq quylamırlar, necə ki, siz quylayırsınız. 
Abış  kişi  tənbəkisinə  dəm  verir.  Dişsiz  ağzından  çıxan 
tüstü  başının  üstündə  sual  işarəsi  kimi  burulur,  burulur,  sonra 
yavaş-yavaş  çıxıb  gedir.  Bütün  keçmişi  ağır-ağır  içərisindən 
keçir  və  sanki  tüstü  burumlarına  qarışaraq  həmişəlik  olaraq 
yadından-yaddaşından  çıxıb  gedir.  Abış  kişi  yadından-yad-
daşından həmişəlik çıxıb gedən keçmişini, gəncliyini qaytarmaq 
istəyir,  ancaq  nə  illah  eləyirsə  bacarmır.  Təkcə  onu  bilir  ki, 
içərisindən  nə  isə  ayrılıb  gedir  və  o,  bunu  qaytarmaqda,  sax-
lamaqda gücsüzdü. 
Çolaq  Səftər  dayanıb  mat-mat  baxır.  Elə  bil  o  tüstüyə 
qarışa-qarışa qocanın yadından-yaddaşından çıxıb gedən keçmi-
ş
ini görür. 
Çolaq Səftər yenə: 
–  Çıx  get  evinə,  sən  allah,  -  deyir  və  ayağını  çəkə-çəkə 
uzaqlaşır. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
41
«Təzə  qəbiristanlıq  yeri  heç  cür  ürəyimə  yatmır.  Bil-
mirəm  orda  necə  rahat  olacam.  Burda  heç  olmasa,  bilirdim 
kimnən qonşuyam. Orda onu da biləmməyəcəm». Qoca günəşə 
baxa-baxa düşünür. 
Günəş  isə  qocanın  gözlərində  ölürdü.  Kürəyini  torpağa 
söykəyib oturmuşdu. Heç kəs ona fikir vermirdi. Adamlar işin-
də-gücündəydilər. 
Abış  kişi  ölürdü.  Qoca  özü  də  görürdü  ki,  çıxıb  gedir. 
Qışqırmaq  istəiyrdi,  köməyə  çağırmaq  istəyirdi,  ancaq  səsi 
çıxmırdı,  təkcə  işığını  itirməkdə  olan  gözləri  baxırdı.  Bayaq 
başının üstündə sual işarəsi kimi burulan tənbəki tüstüsü yayılıb 
havaya qarışmaqdaydı. Gözlərini havaya qarışmaqda olan tüstü 
topasından  çəkəmmirdi.  Tüstü  get-gedə  daha  da  görünməz 
olurdu. 
Bir  azdan  tüstü  tamam  gözdən  itəcək,  büsbütün  yayılıb 
havaya  qarışacaqdı.  İnsan  da  belədir,  doğulur,  qocalıb  ölür, 
sonra da çürüyüb torpağa qarışır. 
Bütün  ömrü  ona  yuxu  kimi  gəlirdi,  elə  bil  yaşamamışdı, 
ömür  sürməmişdi,  nə  isə  özünün  də  dərk  eləmədiyi  sirli,  an-
laşılmaz bir yuxu görmüşdü. 
Abış  kişi  yaşayıb  yorulmuşdu.  Çoxdannan  bəriydi  ki, 
dünyaynan  halallaşmışdı.  Başdaşını  yondurub  üstünə  ad-fa-
miliyasını,  doğum  gününü  yazdırmışdı,  təkcə  ölüm  tarixi  qa-
lırdı,  ancaq  nə  sirdisə,  bu  çağacan  öləmmirdi,  ölüm  ondan  qa-
çırdı.  İndi  birdən-birə  qoca  ölməyə  başladığını,  ölümün  içəri-
sinə yayıldığını hiss eləyirdi. Ölüm vücuduna yayıldıqca yavaş-
yavaş yüngülləşirdi. 
Bayaqdan  bəri  düzü-dünyanı  yandırıb-yaxan  günəş  indi 
canını  qızdırmırdı.  Qoca  üşüyürdü.  İçərisinə  yayılan  soyuqdan 
bədəni  uçunurdu.  Və  soyuq  bərinə-bədəninə  yayıldıqca  tabı-
taqəti  çəkilib  gedirdi.  Bir  belə  adamın  içərisində  hamıdan  xə-
bərsiz çıxıb getmək istəmirdi. Gözlərilə kimisə axtarırdı, ancaq 
kimi  axtardığını  özü  də  bilmirdi.  Heç  kəs  səssiz-səmirsiz  dün-
yadan çıxıb gedən qocaya məhəl qoymurdu. 
Başının üstündə göy üzü dəniz kimi dalğalanırdı. Səmanı 
belə  təmiz,  aydın,  dalğalı  gördüyü  yadına  gəlmirdi.  Dünyanın 
belə  sonsuz-intəhasız  olduğunu  da  indiyəcən  aydın  dərk  elə-


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə