VəLİyev dünyamali əMİr oğLU


Azərbaycan Respublikasında xarici ticarət dövriyyəsinin dinamikası



Yüklə 7,05 Mb.
səhifə28/51
tarix10.12.2017
ölçüsü7,05 Mb.
#14936
1   ...   24   25   26   27   28   29   30   31   ...   51

Azərbaycan Respublikasında xarici ticarət dövriyyəsinin dinamikası:

1992-2007-ci illər* (mln. ABŞ doll. )





İLLƏR

1992

1995

2000

2005

2006

2007

1. Xarici tic. Dövriyyəsi

2423, 8

1304, 9

2971, 3

8558, 8

11639, 8

11766, 9

İxracat

1483, 9

637, 2

1745, 2

4347, 1

6372, 2

6058, 3

Xüsusi çəkisi (faizlə)

61

49

59

50, 7

54, 7

51,1

İdxalat

939, 9

667, 7

1172, 0

4211, 3

5267, 6

5708, 6

2. Saldo (+, -)

545

-31

+573, 2

135

1105, 2

349, 7

3. Adam­başı­na xarici ti­c. dövr. cəmi

336

171

367

972

1379, 7

13635, 1

İxracat

206

83

216

493

755

702

İdxalat

130

88

139

478

624

661

*[32, 1997 - 2002, s. 9-10; 2001-2005, s. 7-10 241, s. 10; 149, s. 191; 44, 2007, s. 549]
Cədvəl 7. 5

2007-ci ildə xarici ticarətin ümumi həcm indeksi*







1992=100

1995=100

2000=100

Xarici ticarətin ümumi dövriyyəsi

480

892

392

İxracat

429

1000

365

İdxalat

560

789

449

Saldo

209

356

192

Adambaşına xarici ticarət cəmi

410

806

375

İxracat

366

909

349

İdxalat

480

709

448

* Cədvəl № 7. 2 məlumatları əsasında hesablanmışdır.
Lakin qeyd edildiyi kimi Azərbaycanın müstəqillik illərində xarici tica­rə­ti­nin vəziyyətinə ən sarsıdıcı zərbə ənənəvi iqtisadi əlaqələrin dağılması ilə, ilk bir il - 1992-ci il ərzində dəymişdi. Sonralar isə 1995-ci ilə qədər azalma meyli davam et­sə də onun sürəti az olmuş və 1995-ci ildən sonra isə davamlı olaraq art­maq­da davam edir. (bax: cədvəl № 7. 5. ) 1992-ci ili 100 götürdükdə 2007-ci ildə xarici ticarət dövriyyəsi 480% bəndi, ixracat 429, idxalat isə 560 bənd olmuşdur. 2000-ci ilə nisbətən isə həmin rəqəmlər 2006-ci ildə müvafiq olaraq aşağıdakı kimi olmuşdur:392, 365 və 449% bəndi.

Makroiqtisadi təhlil nöqteyi nəzərindən xarici ticarət göstə­ricilərinin respublikanın ÜDM-u və ya milli gəliri ilə müqayisə edilməsi böyük əhəmiyyət kəsb edir. Çünki bu göstəricilər arasında birbaşa və sıx əlaqə mövcuddur.


Azərbaycan Respublikasının xarici ticarətinin ÜDM-a nisbəti (%-lə)*


İLLƏR

Xarici ticarətin ümumi həcmi mln. $

ÜDM mln. $

Xarici ticarətin ÜDM-a nisbəti

%-lə


1995

1304, 9

2415

54

2000

2917, 3

5273

55

2001

3749, 3

5707, 7

66

2002

3832, 9

6236

61

2003

5216, 6

7276

72

2004

7131, 4

8680

82

2005

8558, 4

13238

64

2006

11639, 8

20189

58, 7

2007

11766, 9

29399, 9

40, 0

*DSK-nın 1992-2007-cü il statistik məlumatlarına əsasən tərtib olunmuşdur.

[Bax: habelə 149 s. 495. ]


2007-ci il ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 137 ölkə ilə aparılmış xaric ticarət əməliyyatlarının həcmi 11, 8 milyard ABŞ dolları olmuşdur. Bu müddət ərzində 6, 1 milyard ABŞ dolları məbləğində 2454 adda mal ixrac, 5, 7 milyard ABŞ dolları dəyərində 6755 adda mal idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 349, 7 milyon ABŞ dolları təşkil etmişdir. 2006-ci ilə nisbətən 2007-ci ildə ixracın həcmi 4, 9% (313, 9 milyon ABŞ dolları) azalmış, idxalın həcmi isə 8, 4% (440, 9 milyon ABŞ dolları) artmışdır.

Xarici ticarətin inkişafının dinamikasının və meyllərinin kompleks tədqi­qin­də idxal-ixrac əməliyyatlarının coğrafi strukturunun araş­dırılması xüsusi maraq do­ğu­rur. Xarici ticarətin, xüsusilə ixracın coğ­rafiyasına əsasən xarici ticarət əla­qə­lərinin prioritet (üstün) isti­qamətləri, dövlətin digər ölkələrlə siyasi-iqtisadi mü­na­sibətləri və xarici iqtisadi siyasəti haqqında mülahizə irəli sürmək mümkün olur.

Müstəqilliyimizin elə ilk illərindən başlayaraq Azərbaycanın xarici ticarət əlaqələrinin ənənəvi coğrafiyasında dərin dəyişikliklər baş verdi. Ölkənin xarici ti­ca­rət əlaqələrinin istiqaməti dərin böhrana məruz qalmış ənənəvi ticarət-iqtisadi partnyorlardan, yeni xarici ba­zar­lara - yaxın xaricdən uzaq xarici ölkələrə yönəldi. Bu proses Qərb dövlətləri ilə in­teq­rasiyanın Azərbaycanın xarici iqtisadi əlaqələrində dönməz və prioritet xa­rak­ter daşıdığının təzahürüdür. (bax: əlavə 4).

Uzaq xarici ölkələrin Azər­bay­canın idxalında xüsusi çəkisi 1992-ci ildə 35%-dən 2000-ci ildə 63%-ə qədər artmı və 2007-ci ildə 67% olmuşdur. İx­rac­da isə müvafiq olaraq 51%-dən 2007-ci ildə 82%-ə qədər yüksəlmişdir. Bu rəqəmlər uzaq xa­rici ölkələrin respublikamızın idxal-ixrac əməliyyatlarında xüsusi çəkisinin yüksək səviyyədə sabitləşdiyini və Azərbaycanın 90-cı illərdə xarici ticarətinin inkişafının xarak­terik meylini nümayiş etdirir.

Əgər 1991-ci ildə Azərbaycanın dünyanın təqribən 60-dan çox ölkəsi ilə ti­carət əlaqələri mövcud idisə, 2007-ci ildə bu rəqəm 137-ə çatmışdır. Bunlardan 127-i uzaq xarici ölkələr, 10-u isə MDB üzvü olan dövlətlərdir. Əlavə 5-dən gö­ründüyü kimi, Azərbaycanın dünya ölkələri ilə ticarət əlaqələrində 1991-ci illə mü­qayisədə 2007-ci ildə ciddi fərqlər vardır. Belə ki, 1991-ci ildə Azərbaycanın xa­rici ticarətində əsas yeri tutan Rusiyanın idxalda payı 52, 7%, ixracda 59, 3%-dən 2007-ci ildə 17, 6%-ə və 8, 7%-ə düşmüşdür. Müvafiq olaraq Ukraynanın idxalda payı 26, 6% (4386 min$), ix­racda 13% (2635 min$) təşkil edirdisə, 2007-ci ildə bu ölkənin Azərbaycanın id­xal və ixracında xüsusi çəkisi kəskin şəkildə azalaraq 8, 2 və 0, 6% təşkil etmişdir.

Respublikanın idxal və ixracında son illər AB üzvü olan ölkələrin payı xeyli art­mışdır . 2007-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin 45, 3%-i bu ölkələrin payına düşmüşdür. Burada əsas amil yeni neft yataqlarının işlənməsi ilə əlaqədar neft və neft məhsullarının ixracı və neft avadanlıqlarının idxalıdır. Əlavə 5 məlumatlarından göründüyü kimi ölkənin əsas ixrac bazarı Türkiyə, İtaliya və Rusiyadır. İdxalda isə ən yüksək xüsusi çəki Rusiya, Türkiyə, Ukrayna və Almaniyaya məxsusdur.

Açıq iqtisadi inkişaf modelini dinamik şəkildə inkişaf etdirən Azərbaycan Res­publikası Avropaya inteqrasiya etmək üçün AB ilə ticarət-iqtisadi əlaqə­lə­ri­ni genişləndirməyə çalışır.

Məlum olduğu kimi Azərbaycanın AB ilə yalnız az miqdarda ticarət və tu­rizm əlaqələri mövcud idi. Məlumat üçün göstərmək lazımdır ki, 1991-ci ildə Azər­baycanın ticarət dövriyyəsində AB ölkələrinin payı cəmisi 0, 8% təşkil edirdi. Son­rakı illərdə Azərbaycanın AB ölkələri ticarət-iqtisadi əlaqələri dinamik şəkildə in­ki­şaf etməyə başladı. Məlum olduğu kimi, AB-nin Ümumi xarici siyasət və Təh­lü­kəsizlik siyasəti çərçivəsində xarici iqtisadi və xarici siyasi prioritetlərindən biri Av­ropada regional əməkdaşlığın geniş­ləndirilməsidir. AB ölkələri keçmiş SSRİ-nin ərazisində yaranmış müstəqil dövlətlər ilə də əməkdaşlığı hərtərəfli geniş­lən­dir­məyə çalışırlar. Regional əməkdaşlığı Şərqə doğru genişləndirmək və «sabitlik və çiçəklənmə zonası» yaratmaq məqsədilə AB 1996-cı ilin aprel ayında Cə­nu­bi Qafqaz və Orta Asiya ölkələrinin çoxu ilə Tərəfdaşlıq və Əməkdaşlıq haqqında sa­ziş imzaladı. Azərbaycanla belə bir saziş 22 aprel 1996-cı ildə Lüksenburqda im­zalandı. Həmin saziş ilə razılaşdırılmışdır ki, Əməkdaşlığın əsas istiqamətlərini müəyyən etmək üçün hər il Əməkdaşlıq Şurası çərçivəsində görüşlər keçirilsin. Habelə ticarət və iqtisadi əməkdaşlıq yarımkomitəsi yaradılmışdır.

Azərbaycanın AB ölkələri ilə ticarət dövriyyəsi illər üzrə aşağıdakı rəqəm­lər­lə xarakterizə edilir (mln. ABŞ dolları). 1991- 3, 7, 1992- 326, 3, 1993- 105, 9, 1994-163, 3, 1996-178, 2, 1996-194, 7, 1997-189, 9, 1998-366, 4, 1999-613, 5, 2000 - 1280, 8, 2001- 1862, 6, 2002-1856, 9, 2005-3277, 2006-5267, 6, 2007-3347, 5 mln dollar.

Bu ölkələrdən Azərbaycana əsasən neft sektoru üçün mallar (avadanlıq, me­tal məmulatları və neft sektoru üçün yardımçı konstruksiyalar) və digər ava­dan­lıq və maşınlar idxal edilir.

Əlavə 6-7 məlumatlarından aydın olur ki, Azərbaycanın xarici ticarət döv­riy­yəsində regional iqtisadi inteqrasiya birlikləri arasında Qara Dəniz İqtisadi Əmək­daşlıq təşkilatı (QDİƏT) üçüncü yerdə durur. 2007-ci ildə Azərbaycan idxalatının 38, 3%-i, ixracatın isə 20, 8%-i həmin Birliyə daxil olan ölkələrlə aparılmışdır.

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Türkiyə Respublikasının təşəbbü­sü ilə 1992-ci ilin iyun ayında yaradılmışdır. Təşkilatın 11 üzvü vardır: Azərbay­can Respublikası, Albaniya Respublikası, Ermənistan Respublikası, Bolqarıstan Res­pub­likası, Gürcüstan Respublikası, Yunanıstan Respublikası, Moldova Res­pub­li­ka­sı, Rumıniya Respublikası, Rusiya Federasiyası, Türkiyə Respublikası və Ukrayna Respublikası. QİƏT hal-hazırda özünün formalaş­ma mərhələsindədir.

Azərbaycanın xarici ticarət-iqtisadi əlaqələrində ənənəvi olaraq Müstəqil Dövlətlər Birliyi (MDB) özünəməxsus yer tutur.

Müxtəlif millətləri zorakı siyasi, hərbi və iqtisadi metodlarla özündə birləşdi­rən Sovet imperiyası özünün mərkəzi planlaşdırma və İnzibati-amirlik sistemi ilə birlikdə tarix səhnəsindən silindi. Süni şəkildə yaradılmış "ümumiittifaq xalq tə­sərrüfatı kompleksi" siyasi zəncirlər parçalandıqdan sonra alt-üst oldu. Sovet məkanında yaradılmış respublikalar arasında təsərrüfat əlaqələri iflic vəziyyətinə düşdü. Həmin məkanda yaşayan xalqların imperiya dağıldıqdan sonra düçar ol­duqları iqtisadi və sosial fəlakətlərin əsas səbəblərindən biri də məhz öz arala­rında birtərəfli formalaşmış təsərrüfat əlaqələrinin pozulmasıdır. Keçmiş müttəfiq respublikaların (Pribaltikadan başqa) nisbətən başqa şərtlərlə yenidən birləşdiril­məsi üçün 1991-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında razılığa gəlinmişdir. Azərbaycan yalnız 1993-cü ildə həmin birliyə daxil oldu. (bax əlavə 6-7)

14 sentyabr 1995-ci ildə Rusiya Prezidentinin Fərmanı ilə Rusiyanın MDB üzvləri ilə əlaqələri sahəsində strateji kurs müəyyən edilmişdir. 1996-cı ildə bu əməkdaşlıq Rusiya xarici siyasətinin üstün sahəsi elan edilmişdir.

MDB ölkələri arasında iqtisadi inteqrasiyanın əsas həyata keçirilmə mexa­nizmindən biri gömrük ittifaqının yaradılması hesab edilir. Bu ittifaqın əsasını 1995-ci ilin yanvarında Belarusiya və Qazaxıstanla bağladığı müqavilə təşkil edir. Gömrük birliyi vahid gömrük sərhədi və vahid gömrük əhalisinin ya­radılmasını nəzərdə tutduğu üçün Azərbaycan, Ukrayna, Moldova və Gür­cüs­tan gömrük ittifaqına daxil olmamışlar.

MDB daxilində gömrük ittifaqı ilə yanaşı istehsal, elm və texnika sahəsində inteqrasiyaya da mühüm əhəmiyyət verilir. Hazırkı mərhələdə MDB ölkələri arasında istehsal sahəsində inteqrasiyanın əsas istiqamətlərindən biri enerji ilə təchizat məsələsidir. Çünki SSRİ dövründə mövcud olan vahid energetika sisteminin dağılması istehsal prosesinə dağıdıcı təsir göstərmişdir.

İqtisadi inteqrasiyanın dərinləşməsi üçün dövlətlərarası maliyyə-sənaye qruplarının yaradılması da diqqət mərkəzindədir. Vahid elmi-texnoloji məkan yara­dılmasına, təsərrüfat subyektləri arasında birbaşa əlaqələrə və mikro­səviy­­yə­də inteqrasiyaya da əhəmiyyət verilir.

Həqiqətən MDB ölkələrinin müasir anlayışlara uyğun olaraq iqtisadi inteq­rasi­ya­sı üçün obyektiv əsaslar vardır. Onların coğrafi yaxınlığı, 70 il ərzində onlar ara­sın­da əmək bölgüsünün dərinləşməsi, iqtisadiyyatlarının bir-birini ta­mam­la­ma­sı, bir-bi­rin­dən asılı vəziyyətdə olması orada zəngin olan təbii və işçi qüvvəsi eh­tiyatlarından, bü­tün iqtisadi potensialdan daha səmərəli istifadə olunması üçün geniş imkan ya­radır.

Azərbaycan Respublikası MDB ölkələri ilə çoxtərəfli və ikitərəfli səviyyədə bü­tün sa­hə­lərdə əməkdaşlıq edir, onlarla 350-yə yaxın dövlətlərarası, hö­ku­mət­lər­ara­sı və ida­rə­lərarası müqavilə, saziş və digər ikitərəfli sənədlər imza­lan­mış­dır. Bun­lardan 100-dən artığı ölkələr arasında ticarət-iqtisadi əlaqələri tənzimləyir. MDB öl­kə­lərinin yeddisi ilə sərbəst ticarət haqqında ikitərəfli Sazişlər imzalanmışdır. Azər­baycan Respublika­sın­dan dörd MDB ölkəsinə (Rusiya Federasiyası, Gür­cüs­­tan Res­publikası, Qaza­xıs­tan Respublikası və Ukrayna) məhsulların idxalın­dan rüsum tutulmur.

MDB dövlətləri arasında iqtisadi səmərəli əməkdaşlıq mexanizminin yara­dıla bilməməsi və hər bir sıra digər siyasi və iqtisadi amillərlə əlaqədar ola­raq, həmin dövlətlərin Azərbaycanın xarici ticarətində payının getdikcə azalması ilə nəticə­lən­mişdir. Belə ki, onların xüsusi çəkisi Azərbaycanın əmtəə dövriy­yə­sində 1993-cü ildə 50%-dən 1998-ci ildə 37, 8%-ə, 2002-ci ildə isə 31, 1%-ə və 2007-cı ildə isə 25, 5%-ə qədər azalmışdır. Azərbaycan Respublikasının 2007-ci ildə MDB ölkələri ilə 3003, 4 mln. ABŞ dolları məbləğində xarici ticarət dövriyyəsi olmuşdur. Bundan 1901, 1 mln. ABŞ dollarını idxal, 1102, 4 mln ABŞ dollarını isə ixrac təşkil edir.

Azərbaycanın xarici ticarət-iqtisadi əlaqələrində GUAM amili bir növ MDB-yə alternativ kimi getdikcə mühüm rol oynamağa başlamışdır. ABŞ və AB ölkə­lə­ri­nin Azərbaycanda və onun yerləşdiyi olduqca vacib geosiyasi məkanda maraq­larının reallaşdırılması işində bu təşkilata xüsusi əhəmiyyət verilir.

2007-ci ildə xarici ticarət dövriyyəsi üzrə əməliyyatlarının 14, 3%-i Türkiyə, 13, 0%-i Rusiya, 9, 2%-i İtaliya, 4, 6%-i İran, 4, 2%-i ABŞ, 4, 2%-i Ukrayna, 4, 2%-i Almaniya, 3, 5%-i Birləşmiş Krallıq, 3, 5%-i Gürcüstan, 3, 1%- i Fransa, 3, 4%-i İndoneziya, 3, 4%-i İsrail, 3, 0%-i Qazaxıstan, 2, 5%-i Yaponiya, 2, 5%-i Çin, 1, 8%-i Hindistan, 19, 6%-i isə dünyanın digər ölkələri ilə həyata keçirilmişdir.

Mal mübadiləsinin 78, 3%-i, o cümlədən idxalın 74, 1%-i, ixracın 82, 2%-i sərbəst dönərli valyuta sövdələşmələri yolu ilə həyata keçirilmişdir.

İdxal əməliyyatlarının 17, 6%-i Rusiya, 10, 9%-i Türkiyə, 8, 2%-i Ukrayna, 8, 3%-i Almaniya, 7, 2%-i Birləşmiş Krallıq, 5, 2%-i Yaponiya, 4, 9%-i Çin, 4, 7%-i ABŞ, 3, 9%-i Qazaxıstan, 2, 7%-i Finlandiya, 2, 5%-i İtaliya, 2, 2%-i Braziliya, 1, 8%-i İran, 1, 8%-i Fransa dövlətləri ilə, qalan 18, 1%-i digər ölkələrlə aparılmışdır.
2007-ci ildə xarici ticarət dövriyyəsində AB, MDB və

digər ölkələrin payı

2007-ci ildə xarici ticarətlə 4020 hüquqi və 10160 fiziki şəxs məşğul olmuşdur. İxrac əməliyyatlarında dövlət sektorunun payı 4698, 7 milyon ABŞ dolları (77, 6%), özəl sektorun payı 1231, 4 milyon ABŞ dolları (20, 3%), fiziki şəxslərin payı isə 128, 2 milyon ABŞ dolları ( 2, 1%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 1426, 7 milyon ABŞ dolları (25, 0%), özəl sektorun payı 3943, 3 milyon ABŞ dolları (69, 1%), fiziki şəxslərin payı isə 338, 6 milyon ABŞ dollarıdır (5, 9%).


2007-ci ildə Azərbaycan Respublikasının idxalında xüsusi çəkisi çox olan dövlətlər (milyon ABŞ dolları ilə)


2007-ci ildə Azərbaycan Respublikasının ixracında xüsusi çəkisi çox olan dövlətlər (milyon ABŞ dolları ilə)


Xarici ticarətin əmtəə strukturunun təhlili olduqca mühüm əhəmiyyət kəsb edir. Be­lə ki, strukturun təhlili zamanı iqtisadiyyatın daha çox inkişaf etmiş sahələri aş­kar edi­lir, həmin sahənin məhsullarının rəqabət qabiliyyəti nöqteyi-nə­zə­rin­dən dünya ba­za­rına çıxarılmasının potensial imkanları və üstünlüklərinə real qiy­mət verilir, xarici ticarət nəzərə alı­naraq iq­ti­sa­diy­yatın inkişafının prioritet istiqamətləri müəyyən­ləş­di­ri­lir. İxrac və idxalın strukturunun dinamikasında iqti­sa­diy­yatdakı mənfi və müsbət meyl­lər öz əksini tapır.

Azərbaycanın xarici ticarətinin əmtəə strukturu təhlili göstərir ki, ölkəmi­zin xarici ticarətinin qu­­ruluş tər­ki­bi müstəqilliyin ilk illərində mürəkkəb bir şəraitdə formalaşmışdır.

Hər şeydən əvvəl diqqəti belə bir cə­hət cəlb edir ki, Azərbaycanın xarici ticarəti başlıca olaraq sənaye məhsulları ilə təmsil olunmuşdur.

Milli gəlirin hissəsinin yaradıldığı kənd təsərrüfatı isə öz qapalı xarakte­rini müəyyən qədər da­vam etdirir. Respublikamızın malik olduğu təbii üstünlüyə uyğun olaraq neft və neft məh­sulları ixracatın aparıcı sahəsinə çevrilmişdir. Ölkəmiz bey­nəl­xalq əmək böl­gü­sün­də bu sahədə öz yerini tapmağa başlamışdır. Emal olunmaq üçün gə­tiri­lən neftin miq­da­rı ciddi sürətdə azaldığı halda (digər mineral məh­sul­larla birlikdə) neft və neft məh­sul­larının ixracı 1996-cı ildə cəmi ixracatın 66, 7%-nə qədər yük­səl­miş­dir. Ölkəmiz bey­nəl­xalq əmək bölgüsündə bu sahədə özü­nün müvafiq yerini tut­mağa başlamışdır.

Beynəlxalq Standart Ticarət Təsnifatı (BSTT) üzrə Azərbaycanda ix­ra­catın strukturu əlavə 7 məlumatlarında əks olunmuşdur. Statistik gös­tə­ri­ci­lərin təhlilindən məlum olur ki, 2007-ci ildə ixracın strukturu: xam neft və neft məhsulları -80, 6%, meyvə və tərəvəz-2, 7%, kimya sənaye məhsulları -1, 5%, alüminium və ondan hazırlanan məmulatlar -1, 5%, bitki və heyvan mənşəli yağlar-1, 4%, qara metallar və onlardan hazırlanan məmulatlar-1, 3%. Qalan əmtəələrin payına isə 11, 0% düşür.

Xarici ölkələrə göndərilən malların 81, 5%-ni mineral məhsullar, o cümlədən 80, 6%-ni neft və neft emalı məhsulları, 8, 4%-ni ərzaq malları, 3%-ni az qiymətli metallar və onlardan hazırlanmış məmulatlar, 1, 7%-ni quru, hava və su nəqliyyatı vasitələri, 1, 5%-ni kimya sənaye məhsulları, 1, 2%-ni plastik kütlə, kauçuk, rezin və onlardan hazırlanmış məmulatlar, 1, 0%-ni toxuculuq materialları və məmulatları, 0, 8%-ni maşın və mexanizmlər, elektrotexnika avadanlığı, 0, 9%-ni digər mallar təşkil etmişdir.

Müstəqillik illərində idxalatın strukturunda da ciddi dəyişiklik özünü gös­tər­miş­dir.

İdxalatın strukturu iqtisadiyyatın ümumi tənəzzül, durğunluq və inkişaf meyl­lərinə uyğun olaraq dəyişmişdir. Respublikamızın iftixarı olan maşın­qayırma sə­na­yesinin tənəzzül vəziyyətinə uyğun şəkildə 1991-1994-cü illərdə idxalatın tər­kibində maşınqayırma və metal emalı, əlvan metallurgiya sənayesi məhsul­la­rı­nın xüsusi çəkisi 31, 4%-dən 14, 2%-ə qədər azaldı. Sonrakı illərdə neft kontrakt­la­rının işlə­mə­yə başlaması nəticəsində idxalatın tərkibində maşın və avadan­lıq­la­rın payı artmağa baş­ladı. (bax: əlavə 11). Son dörd ildə maşın, mexanizm elektrotexniki avadan­lıq­lar öz həcminə görə Respublika idxalatında ardıcıl olaraq birinci yeri tutur.

Respublikanın hal-hazırda mövcud valyuta gəlirlərinin istehsalın maddi-texniki bazasının yeniləşdirilməsi və məhsulların rəqabət gücünün artı­rıl­ma­sı üçün kənardan yeni texnika və texnologiya alınmasına sərf edilməsi bu gün hə­yati əhəmiyyət kəsb edir.

Respublikamızda uzun illər boyu istehsal ilə istehlak, tələblə təklif arasında ciddi fərq mövcud olmuşdur. Mal qıtlığı hələ durğunluq dövründən ictimai həyatın ən baş­lıca xarakterik xüsusiyyətlərindən biri olmuşdur. . İstehsalın böhran keçir­di­yi dövrdə göstərilən dərin uçurumun xarici mallar hesabına ödənilməsi zə­ru­rə­ti res­pub­likamızın milli bazarının 90-cı illərin birinci yarısında xarici və daxili iş adamları üçün olduqca əl­ve­riş­li "yaşıl ada­ya" çevirmişdir. Xaricdən idxal olunan bir çox mallar, o cümlədən il­kin tələbat mal­ları milli bazarda dünya bazar qiymətlərindən uzun müddət yük­sək qiymətə sa­tı­lırdı. Məsələn, 90-cı illərin əvvəllərində un və taxıl məhsullarının daxili bazar qiyməti orta dün­ya qiy­mət­lə­rin­dən xeyli yüksək idi. Bitki yağlarının 1 tonu xaricdə 900-1000 dollar olduğu halda on­lar respublika əhalisinə 1400-1500 dollara satılırdı.

Sonrakı illərdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkənin ərzaqla təminatında ciddi müsbət dəyişikliklər özünü göstərdi. İdxalın strukturunda ərzaq malların xüsusi çəkisi kəskin azaldı.

2007-ci ildə idxalın strukturu: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexnika qurğuları və onların hissələri- 30, 2%, nəqliyyat vasitələri və onların hissələri-15, 5%, ərzaq məhsulları -15, 9%, qara metallar və onlardan hazırlanan məmulatlar -10, 8%, əczaçılıq məhsulları 1, 6%, xalq istehlakı malları və mebel -1, 5%, oduncaq və onlardan hazırlanan məmulatlar-1, 3%, neft qazı və qazaoxşar karbohidrogenlər-0, 9% təşkil edir. Qalan əmtəələrin payına 22, 3% düşür.

Hal-hazırda hazırlanmaqda olan yeni ərzaq təhlükəsizliyi proqramında Prezident İlham Əliyev tərəfindən ölkənin ərzağa olan tələbinin əsas etibarı ilə yerli istehsal hesabına ödənilməsi məqsədi qarşıya qoyulmuşdur.


Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə