5
kodu, yoxlama çığırları və dörd səs kanalı olur (şəkil 5). Betakam formatının
daha təkmilləşmiş tipidir. SP abreviaturasını (superior perfomance) hərfi mə
nada “əla xarakteristika” kimi tərcümə etmək olar. Betacam və Betacam SP
formatlarının avadanlığı öz aralarındakı videosiqnallara görə tamamilə birbi
rinə uyğundur. Hər ikisində eyni maqnit lentləri tipindən istifadə etmək olar.
Lakin Betacam SPdə əldə olunan müsbət keyfiyyətləri adi Betacamda almaq
mümkün deyil. Betacam yazılış təsvirləri Betakam SPyə köçürüldükdə key
fiyyət yaxşılaşmır.
Betamaks (betamakc) – yüksək sıxlılıq videoyazısı sistemi, yarım düyüm
formatlı videokasetlərdir (şəkil 6).
Videonun əsasları. Videoçəkiliş aparmaq üçün videoaparat və aksesuarları,
həmçinin hazırlanmış videofilmin key fiy
yətini təmin etmək üçün əlavə ava dan lıqlar
lazımdır. Birinci növbədə sizə videokamera,
maqnit lentli kaset, video maq nitofon və te
levizor qəbuledicisi lazım gə ləcək.
Beləliklə, çəkiliş üçün hansı video ka
mera seçilməlidir. Hər şeydən əvvəl, vi
deokameradan hansı məqsədlə istifadə et
mə yi müəyyənləşdirməlidir. Əgər ailə məclislərini, kiçik ad günü şənlikləri,
çıxdığınız səyahətləri və ya buna bənzər işlər üçün sadə, kiçikölçülü, çox da
bahalı olmayan kameralardan istifadə etmək olar. Amma ciddi işlər görmək
üçün – videofilm çəkmək üçün nisbətən yeni modelli videokamera və vi deo
maqnitofonlardan istifadə etmək lazımdır.
Əvvəlcə videoformat seçilməlidir. Bunlardan ən çox yayılanı VHS və Vi deo
8dir. VHS, VHSC, SVHS, SVHSC çəkiliş formatlarında 12,6 mmlik
maqnit lentləri olur. SVHSC formatlı yazılışa SVHS formatlı video maq
nitofonların, VHSC formatlı yazılışa isə VHS
və ya SVHS formatlı standart maqnitofonların
köməyi ilə baxmaq olar.
Videokameranın əsas parametrlərindən bi ri
də onun lükslarla ölçülən həssaslığıdır. Ka me
ranın həssaslığı nə qədər çox olsa, o ka mera ilə
az işıqlandırılmış obyektləri key fiy yətli çək
mək imkanı bir o qədər artır. Bu, o demək
deyil ki, qaranlıqda həmin kameralarda yüksək
keyfiyyətli görüntülər əldə etmək olar. Yük
səkkeyfiyyətli görüntülər əldə etmək üçün çə
kiləcək obyekti standart işıqlandırma (1400 lüks) ilə təmin etmək lazımdır. Əks
halda görüntülər dəqiqliyini itirəcək, rənglər isə birbirinə qarışacaq. Hazırda
Şəkil 5.
Şəkil 6.
6
videokamera istehsalçıları 100 lüksdan aşağı olmayan minimal işıq lan dır ma
larda yaxşı keyfiyyətli çəkilişlər aparan zəmanətli videokameralar is tehsal
edirlər.
Videokameranı seçib alarkən aşağıdakılara diqqət yetirmək lazımdır: ka me
ranın korpusu təmiz və zədəsiz olmalı, linzalar ləkəli, tutqun olmamalı; lin
zanın şüşələrində hava qovuqcuqları olmamalıdır.
Kaset qəbuledicisinin qapağı artıq güc sərf etmədən sərbəst açılıbbağ lan
malıdır.
Kameranı yoxlayarkən onu televizora qoşmaq lazımdır. Video axtarıcıya
ba xın. Görüntü orada aydın və ziddiyyətli olmalıdır.
Kaset qəbulediciyə kaseti qoyub yazını yoxlayın. Görüntü zamanı şaqqıltı,
uğultu olmamalıdır. Mühərrikin yüngül, hamar aşağı tonlu səsi hiss edilməlidir.
Transfokasiya (irəli, geri) dartmadan rəvan, səlis hərəkət etməlidir. Görüntü
şaquli, vertikal olmalı, əsməməlidir. Kameranı işə saldıqda avtomatik balans
əsas rəngləri: ağ, qara, qırmızı, yaşıl, göy rənglərin göstərilməsini düzgün tə
min etməlidir. Əgər kameranın üzərinə işıqlandırıcı quraşdırılıbsa, bunu da
yox lamaq olar. Çəkiləcək obyekti 34 mdən çəkiliş edirsiniz. Sonra çəkilişə
(gö rüntüyə) kameranın displeyində baxırsınız. Bu zaman görüntü bütün kadr
bo yunca bərabər, parlaq işıqlanmalıdır.
Lazer yazısı
Lazer cəmləşdirilmiş işıq axınlarının alınması üçün cihazdır. Məc buri şüa
lanma nəticəsində işığın güclənməsi xeyli sayda informasiya məlu mat la rının
işlənib hazırlanması və sürətlə ötürülməsi üçün ən yeni informasiya tex
nikasında geniş tətbiq edilən fövqəladə, intensiv istiqamətləndirilmiş işıq şüa
ları axınları almaq üçün qurğudur. Lazer şüasının köməyi ilə təsvir almaq da
olar.
Lazerin informasiya daşıyıcıları. CDROMların bir çox növləri və for
matları mövcuddur. Videoyazı üçün is tifadə olunan kompakt disklərə baxaq.
CDR diskinə informasiyanı yalnız bir dəfə kompüterin köməyilə xüsusi
CD rekorder proqram vasitəsilə həyata keçirilir. CDRİVCDROM kompakt
diskinə informasiya dəfələrlə silinib yazılır və yenidən silinə bilər. Bunu 120
də fə təkrarlamaq olar.
Kompakt videodiskkompakt lazer diskidir. Kompakt videodisk, vi deo ka
set lərlə müqayisədə daha yaxşı və uzunmüddətli səslənməni, lazımi fraq menti,
eləcə də yüksək keyfiyyətli stopkadrı daha asanlıqla və daha tez əldə etmək
im kanı verir.
Videodisk sintetik materialdan ibarət olub, səthində müxtəlif tipli video in
formasiyaların yazılışı üçün spiral, yaxud konsentrik cığırlara malik disk for
ma sında videofonoqramdır. Göstərilmə sistemindən və elementindən asılı ola
7
raq müvafiq görüntü anlayışlarını, məsələn, “mexaniki videodisk”, “optik vi
deodisk”, “həcmli videodisk” anlayışların köməyi ilə göstərilir.
Video-CD kompakt diskə VHS keyfiyyətli videogörüntü və Audio CD key
fiyyətli stereosəs yazmaq mümkündür, daha doğrusu, 700 M bayt infor masiya
yazmaq olar.
Super-VCD (S-VCD) kompakt diskə SVHS keyfiyyətli video görüntü və
Audio CD keyfiyyətli stereosəs yazmaq mümkündür, tutumu 700 M baytdır.
Bu format DVDyə yaxındır, lakin videoşəkillərin keyfiyyəti videoCDdən
çox yüksəkdir.
VideoCD və SVCD disk formatlarından təkcə kompüterlərdə deyil, eyni
zamanda stasionar DVD pleyrlərdə də istifadə etmək olar.
DVD-R rəqəmsal universal diskin tutumu 4,7 GBdir. Bu tip disklər bir
dəfə yazılış üçün nəzərdə tutulub. DVDR disklərində tammetrajlı filmlər,
yüksək keyfiyyətli musiqilər yazmaq mümkündür. Onlar xüsusi DVD rekor der
lərlə yazılır və DVDROM qurğularında ifadə olunur.
DVD-RVə dəfələrlə məlumat yazılıb silinə bilər, belə ki, bu diskə 1000 də
fə informasiya yazılıb silinə bilər.
DVD – video kompakt diskə peşəkar videogörüntülər və dolby Digital key
fiyyətli səslənməni yazmaq mümkündür. Tutumu 4,386 baytdır.
§3. Videotexnikanın istismarı
Televizora, videokameraya, videomaqnitofona və aksesuarlara yaxşı qulluq
onların iş rejiminin keyfiyyətini saxlayar və ömrünü uzadar. Bunun üçün aşağı
dakı qaydalara riayət etmək lazımdır.
Videokameranın istismarı
Aparatı mexaniki zədələrdən, korpusun daxilinə düşən tozdan və nəm lik
dən qoruyun.
İlin soyuq hava mövsümlərində aparatı otağa gətirərkən onu 34 saat fut
lyar dan çıxarmayın. Aparatı çəkilişdən qabaq isinməsinə imkan veril mə li
dir.
Videokameranı açıq obyektlərlə günəşə sarı döndərməyin, bu maye kris tal
displeyi sıradan çıxara bilər.
Nasazlıqları aradan qaldırmaq üçün özünüz təmirə cəhd göstərməyin, əks
təqdirdə başqa detalları da sıradan çıxara bilərsiniz. Əgər nasazlıq hiss et
səniz, mütləq usta mütəxəssisə müraciət edin.
Aparatın korpusunu təmizləmək üçün parça ilə silmək lazımdır. Çirk lən
miş yerlər isə şampunda isladılmış pambıqla sürtülür (şampun qalıqları
isə quruyana qədər yumşaq parça ilə silinir).
Aparatın fasiləsiz işləməsini təmin etmək üçün ayda 1 dəfədən az olma ya
raq videokameranı işə salıb, onun iş rejimlərini yoxlamaq lazımdır.
Dostları ilə paylaş: |