Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə43/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   ...   39   40   41   42   43   44   45   46   ...   57

 
132 
tədqiqatçılarının və naşirlərinin işindən geniş danışdığını, 
ancaq Sovet İttifaqında “Dədə Qorqud” haqqında gedən 
tədqiqatı  düzgün  göstərə  bilməyərək  ölkədə  bu 
dastanların  öyrənilməsi  haqqında  məlumatı  alman 
dairələrindən  götürərək  izah  etdiyini,  Mir  Cəfər 
Bağırovun  heç  bir  elmi  dəlilə  əsaslanmayan iddialar 
əsasındakı  məqaləsini  xarici  dairələrə  sovet  elminə 
böhtan at
maq imkanı yaratdığını bildirmişdir. Həmçinin 
alim, Ettore Rossinin: “Kitabi-
Dədə Qorqud” epopeyası 
Azərbaycan  daxilində  “mürtəce”  pantürkist  və  burjua 
mil
lətçiliyi  oyadır”  fikrini  sovet  elminə  zidd  olan  bir 
ittiham  hesab  edərək  xalqın  qədim  abidəsinə  xalq 
yaradıcılığı  nəzəriyyəsi  sahəsində  təsadüfi  adamların 
qeyri-elmi mü
nasibətindən  sui-istifadə  adlandırmış  və 
“Dədə  Qorqud”  dastanlarının  əsl  elmi  təhlilinin,  əsərin 
dil  xüsusiyyətlərinin,  onun  dünya  eposları  sırasındakı 
mövqeyi
nin,  mətninin  düzgün  oxunmasının  sovet 
alimlərinin əməyinin nəticəsi olduğunu bildirmişdir (23). 
 
Həmid  Araslının  fikrincə,  “Kitabi-Dədə  Qorqud” 
abidəsini  bir  çox  katiblər  ixtisarlarla  köçürmüş, 
dəyişdirib müasirləşdirərək dini motivlər əlavə etmişlər. 
Buna misal olaraq alim Əbubəkr ibn Abdulla ibn Aybək 
əd-Davadarinin  “Dürərüt-tican”  adlı  tarixinə  istinad 
edərək  yazır:  “Əsli  daha  böyük  olub  daha  çox 
qəhrəmanların şücaətindən bəhs edən bu abidəni sonralar 
ixtisarla  köçürən  katiblər  çox  dəyişmiş  və 
müasirləşdirmişlər.  Əsərin  ruhuna  uyğun  gəlməyən  dini 
motivlər  də  sonradan  əlavə  olunmuşdur  ki,  bunu  hələ 
XIV  əsrdə  bu  abidədən  bəhs  edən  alimlərdən  Əbubəkr 
ibn Abdulla ibn Aybək əd-Davadarinin verdiyi məlumat 
da təsdiq edir. O, özünün “Dürərüt-tican” adlı tarixində 
“Təpəgöz” boyundan bəhs edir. Burada verilən məlumat 
“Kitabi-
Dədə  Qorqud”dan  məlum  “Təpəgöz”  boyundan 
çox  fərqlidir.  Davadari  də  Təpəgözün  Basat  tərəfindən 


 
133 
öldürüldüyünü  qeyd  edir.  Lakin  burada  Basatı  bu  işə 
vadar edən qardaş intiqamı deyil, gözəl nişançı bir qıza 
olan məhəbbəti və ata tənəsidir. Basat oğuzlar içində heç 
kəsin qalib gələ bilmədiyi bir qızı məğlub edərək aldığını 
atasına  müjdə  verdikdə  atası:  “Mən  də  elə  bildim  ki, 
Təpəgözü  öldürmüşsünüz”  -  demişdir.  Buna  görə  də 
Basat Təpəgözü öldürmüşdür. 
Buradan  aydın  görünür  ki,  Davadariyə  yazılı 
mənbələrdən məlum olan “Təpəgöz” boyu “Kitabi-Dədə 
Qorqud”dakı boydan çox fərqli, həm də çox zəngin hadi-
sələrlə  dolu  imiş.  Bundan  əlavə,  alim  “Kitabi-Dədə 
Qorqud”  dastanının  Drezden  və  Vatikan  nüsxələrini  də 
müqayisə  edərək  dastanın  bəzi  boylarının  ixtisar  oluna-
raq  təhrif  edildiyini  göstərmişdir:  “Görünür,  XV  əsr 
katibini
n (nüsxənin üzünü köçürən) dəyişdirdiyi və “şəri-
şərif”ə  uyğunlaşdırdığı  boylar  XVI  əsr  katibini  təmin 
etməmiş, bunlardan şəriətə daha uyğun olanlarını seçmiş 
və  bununla  da  kifayətlənməyərək  bir  qədər  də  “şəri-
şərif”in qəbul edəcəyi şəklə salmağa cəhd etmişdir. Mi-
sal  üçün,  Drezden  nüsxəsində  Dirsə  xanın  arvadı  xana: 
“Hey  Dirsə  xan,  mana  qəzəb  etmə,  incinib  acı  sözlər 
söyləmə”  -dediyi  halda  Vatikan  nüsxəsində  bu  cümlə: 
“Nə  məndəndir,  nə  səndən.  Üstümüzdə  qayım  duran 
Allahdandır”  şəklinə  salınmışdır.  Belə  dini  ifadələrin 
artmasına olduqca çox misal gətirmək olar. Görünür ki, 
XVI  əsr  katibinin  “Təpəgöz”,  “Dəli  Domrul”, 
“Qanturalı”  kimi  boyları  ixtisar  etməsi  də  bu  məqsədlə 
olmuşdur” (50, 5-6). 
Həmid  Araslının  fikrincə,  dastanın  Drezden 
nüsxəsində olan bəzi boylar Vatikan nüsxəsində yoxdur, 
Vatikan  nüsxəsi  aydın  bir  xətlə  yazılmışdır  və  orada 
Drez
den  nüsxəsindən  fərqlənən  ifadə,  ibarə  və  əlavə 
cümlələr  vardır.  Həmid  Araslı    dastanın  Vatikan 
nüsxəsinin  Drezden  nüsxəsi  köçürülən  nüsxədən 


 
134 
köçürüldüyü  qənaətinə  gəlir.  Lakin  alim  Drezden 
nüsxəsini  köçürən  katibin  səliqəsiz  olub  çox  zaman 
Azərbaycan  sözlərini  təhrif  etdiyi  halda,  Vatikan 
nüsxəsini köçürən katibin nisbətən diqqətli olduğunu da 
qeyd edərək bildirir ki, bu qiymətli abidənin şifahi xalq 
yaradıcılığının məhsulu olduğundan iki adam tərəfindən 
yazıya köçürüldüyü üçün dastanda müxtəliflik meydana 
gəlmişdir.  Bununla  belə,  alimin  fikrincə,  bütün bu 
fərqlərə baxmayaraq Vatikan nüsxəsinin tapılması “Dədə 
Qorqud” abidəsinin öyrənilməsi işində mühüm hadisədir. 
Beləliklə, alim bu nüsxənin Drezden katibinin buraxdığı 
səhvləri  düzəltməyə  imkan  verdiyini  və  tədqiqatçıya 
kömək etdiyini bildirir (39).  
  
Azərbaycan  dilinə  böyük  üstünlük  verən  Həmid 
Araslı  dastanda  ana  dilinin  təhrifinə  qarşı  çıxır.  Alim 
profes
sor  T.  Nyoldekin  əsərin  çox  yerini  oxuya 
bilmədiyini, Bartoldun çox ifadə və kəlimələrin mənasını 
anlamadığını,  müəllim  Rifətin  Azərbaycan  kəlimələrini 
yanlış hesab edib, mənasını yanlış göstərdiyini qeyd edir 
(106, 6).  
Alimin  fikrincə,  “Aşıq  Qərib”,  “Şah  İsmayıl”, 
“Koroğlu” və s. dastanlarda KDQ-dən alınmış çox hissə 
vardır.  Buna  misal  olaraq  alim  Koroğlunun Toqat 
səfərində Hasan paşanın evindəki hərəkətlərinin eyni ilə 
Bey
rəyin Yalançı oğlunun toyundakı hərəkətlərinə, “Şah 
İsmayıl”dakı  qəhrəmanın  Ərəb  Zəngi  ilə  vuruşmasının 
isə Beyrəyin Banuçiçək ilə yarışmasına çox bənzədiyini 
göstərir. 
Lakin  Aşıq  Qərib  ilə  bu  boyu  müqayisə  etdikdə, 
alim Beyrəyin qəhrəmanlığı, Qəribin isə söz qüvvəsi ilə 
qalib gəldiyini qeyd edir” (8, 32). 
   
H.Araslı, həmçinin “Dədə-Qorqud” dastanlarında 
təsvir edilən hadisələrin Azərbaycanda cərəyan etdiyini, 
Gəncənin,  Bərdənin,  Dərəşam,  Göyçə  gölü  və  başqa 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə