Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə12/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   8   9   10   11   12   13   14   15   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
39 
deyə  səni  İnstitutdan  çıxartsalar,  sonralar  oxumağın,  iş 
tapmağın çətin olar. Mən də o cür hərəkət etdim.‖  
Atası  vəfat  etdikdən  /1934/  sonra,  çoxuşaqlı  ailənin 
bütün  ağırlığı  evin  ən  böyük  övladı  olan  İ.Əfəndiyevin 
öhdəsinə  düşmüşdü.  Xoşbəxtlikdən  İ.Əfəndiyevin  adı 
həmin  illərdə  repressiya  olunanların  siyahılarında 
olmayıb.  O,  1938-ci  ildə  APİ-nin  coğrafiya  fakültəsinin 
qiyabi  şöbəsinə  keçərək  oranı  qurtarıb  sağ-salamat 
müəllimliyini davam etdirmişdir. 
Respublikanın ən böyük ali məktəblərindən biri hesab 
edilən  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunda  təhsil 
aldığı illər İ.Əfəndiyevin həyat və yaradıcılığında mühüm 
bir  mərhələ  təşkil  edir.  Ən  tanınmış  alimlərin  və 
müəllimlərin dərs dediyi həmin ali məktəbdə İ.Əfəndiyev 
Bəkir  Çobanzadə,  Əli  Sultanlı  və  s.  bu  kimi 
müəllimlərdən  dərs  almışdır.  Yazıçının  qeydlərində 
oxuyuruq: «Lap ilk günlərdən istər tələbə  yoldaşlarımın, 
istərsə  də  müəllimlərin  yaxın,  səmimi  münasibətlərinə 
nail  olmuşdum.  Professor  Çobanzadə,  Əli  Sultanlı  kimi 
məşhur  müəllimlərimiz  mənimlə  xüsusi  dost  olmuşlar. 
Professor Çobanzadə bir sıra xarici dillərlə birlikdə bütün 
türk-tatar  dillərini  bilirdi.  Həmişə  son  dəblə  tikilmiş 
bahalı  kostyumlar  geyərdi.  Demək  olar  ki,  canlı  bir 
ensiklopediya  idi.  Xaricdə  də  böyük  hörməti  vardı... 
Aramla  iki  saat  söylədiyi  mühazirələrdən  heç  birimiz 
yorulmazdıq...  o,  yüksək  mədəniyyətə,  yüksək  intellektə 
malik nadir bir adam idi». (Bax: Yenə orada, səh.62.) 
İ.Əfəndiyevin  institutda  dostlaşdığı  və  həmişə  xətrini 
əziz  tutduğu  müəllimlərdən  biri  də  Əli  Sultanlı  idi.  ―Əli 
Sultanlının antik dövr ədəbiyyatı haqqındakı mühazirələri 
o qədər canlı, o qədər şairanə olurdu ki, biz hər dəfə sanki 
gözəl bir poemaya qulaq asırdıq.‖ 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
40 
Məhz  30-cu  illərin  sonlarında  İ.Əfəndiyev  ədəbiyyata 
gəlmiş  və  bir-birinin  ardınca  hekayələr  yazmağa 
başlamışdır.  «Rayonda  ora-bura  qaçaraq  gündə  səkkiz-
doqquz  saat  işləməklə  bərabər  hələ  gecə  kurslarında  da 
dərs deyirdim. Çox yorulmağıma baxmayaraq Qarabağın 
qarlı  uzun  qış  gecələrində  heç  kəsə  bir  söz  demədən 
hekayələr yazdım. Sonralar «Kənddən məktublar» adı ilə 
çap  olunan  həmin  hekayələri  götürüb  1938-ci  ilin 
yayında pulsuz-pənəsiz gəldim Bakıya...» 
Bu  illər  çox  qorxulu  bir  dövr  idi,  ən  istedadlı 
sənətkarların  başı  üzərini  qara  buludlar  almışdı,  heç  kəs 
özündən 
arxayın 
deyildi. 
Sabaha 
sağ 
çıxıb-
çıxmayacağından  nigaran  qalmış  adamlar  bir-birindən 
qorxur, heç kimə etibar etmirdilər. 
İ.Əfəndiyev  ədəbiyyata  gəldiyi  ilk  illəri  belə  xatır-
layır:  «Qaryagində  coğrafiya  müəllimi  işlədiyim  vaxtlar 
yadıma  düşür.  Uzun  qış  gecəsi  idi,  çöldə  qar-çovğun 
vardı.  Adətim  üzrə  mütaliə  edirdim.  Darıxır,  qəribə 
hisslər keçirirdim. Birdən elə bil ilahidən məndə bir fikir 
yarandı  ki,  buradakı  həyatımı,  ürəyimi  əzən,  sıxan 
düşüncələrimi şəhərdəki bir dostuma məktub formasında 
yazım.  Bu  güclü  hissin  qarşısında  davam  gətirə 
bilmədim.  Özüm  də  bilmirəm  nə  iş  idi,  oturdum,  bir  də 
gördüm ki, hekayə yazıram. Növbəti gün də, ondan sonra 
da  belə  oldu.  Dalbadal  9  hekayə  yazdım».  (Bax:  Yenə 
orada, səh. 64.) 
 Bədii yaradıcılıq sahəsində ilk uğurlu addımlarını 30-
cu  illərin  axırlarında  atmağa  başlamış  İ.Əfəndiyev, 
bundan  əvvəl  bir  jurnalist,  mətbuat  işçisi  kimi  qələmini 
sınağa çəkmişdi. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
41 
Yazıçının  tərcümeyi-halında  indiyə  qədər  qaranlıq 
qalmış,  daha  dəqiq  desək,  səhv  işıqlandırılmış 
məsələlərdən  biri də İ.Əfəndiyevin ilk  mətbu əsərinin nə 
vaxt  çap  olunmasıdır.  Yazıçının  tədqiqatçısı  Emin 
Əfəndiyev  yazır:  ―Bu  məlumatın  dəqiq  olmamasının  bir 
səbəbi  də,  müəyyən  mənada,  yazıçının  özü  ilə 
əlaqədardır. Belə ki, 1938-ci ilin son aylarından etibarən 
intensiv  şəkildə  yaradıcılığa  başlamış  İ.Əfəndiyevin 
imzası  dövri  mətbuat  səhifələrində  tez-tez  görünməyə 
başlamışdır.  Onun  bir  sıra  məqalə,  oçerk  və  hekayələri 
respublikanın  müxtəlif  qəzetlərində  dərc  olunurdu. 
Yalnız 1938-ci ilin sonlarında, 1939-cu ilin ilk iki ayında 
yazıçının «Yeni yol» qəzetində «Buruqlar arasında» adlı 
ilk  oçerki,  «Bataqlıq  saldatları»  kinofilminə  yazdığı  ilk 
resenziyası,  «Aşağı  mətbuata  rəhbərliyi  canlandırmalı» 
adlı  ilk  məqaləsi,  «Namuslu  fəhlələrin  sırasını  ço-
xaltmalı»,  «Şərəf  və  iftixar  işi»  adlı  yazıları  işıq  üzü 
görmüşdü.  Bu  illərdə  «Kommunist»  və  «Ədəbiyyat 
qəzeti»  də  İ.Əfəndiyevin  ilk  yazılarına  yer  verirdi. 
Yazıçının  ilk  mətbu  hekayəsi  olan  «Berlində  bir  gecə» 
əsəri də bu aylarda oxuculara çatdırılmışdır. 
 İ.Əfəndiyev  ilk  mətbu  əsərilə  əlaqədar  yazır:  «1939-
cu 
ildə 
«Revolyusiya 
və 
kultura» 
jurnalında 
«Gözlənilməyən  sevgi»  adlı  ilk  hekayəm  çıxdı.  Bundan 
az sonra «Kənddən məktublar» kitabım nəşr olundu.» Bu 
qeyri-dəqiq  məlumat  yazıçının  son  illərdə  dərc  etdirdiyi 
bir  sıra  yazılarında  da  verilmişdir.  Və  yazıçının  bu 
məlumatına  əsaslanan  jurnalist  və  ədəbiyyatşünaslar  da 
həmin səhvi təkrar etmişlər. 
İlk  mətbu  hekayəsi  hesab  etdiyi  «Gözlənilməyən 
sevgi»  əsərindən  xeyli  əvvəl,  yazıçının  bir  sıra  hekayə, 
oçerk  və  məqalələri  artıq  respublika  mətbuatında  dərc 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə