Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə72/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   68   69   70   71   72   73   74   75   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
226 
yeri  müəyyənləşdirməyə,  yaradıcılığının  poetikasını, 
«İlyas Əfəndiyev teatrı»nın bədii-estetik xüsusiyyətlərini 
açmağa nail olmuşdür. 
Bizim  təqdim  etdiyimiz  ―Xalq  yazıçısı  İlyas 
Əfəndiyev  yaradıcılığının  ədəbi  tənqiddə‖  işimiz  bu 
müqtədir  yazıçının  yaradıcılığını  qoyulan  problem 
ətrafında  öyrənilməsinə  həsr  edilibdir.  Tədqiqat  nəzərdə 
tutulan  istiqamətdə  aparılmış,  burada  tarixi-xronoloji 
ardıcıllıqla yazıçının bütöv yaradıcılığının ədəbi tənqiddə 
dərkinə  mühüm  yer  ayrılmışdır.  Həmçinin  işdə  ―Ulu 
öndər  Heydər  Əliyev  və  İlyas  Əfəndiyev  şəxsiyyəti  və 
yaradıcılığı‖ bölməsi də ayrıca təqdim edilmişdir. 
Beləliklə ―Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı 
ədəbi  tənqiddə‖  tədqiqat  işi  girişdən,  iki  fəsldən, 
nəticədən və istifadə edilmiş ədəbiyyatdan, ibarətdir.   
Birinci 
fəsl 
―İlyas 
Əfəndiyevin 
həyat 
və 
yaradıcılığının  ilkin  mərhələsi  ədəbi  fikir  və  tənqiddə‖, 
ikinci  fəsl  isə  ―İlyas  Əfəndiyevin  yaradıcılığının  1960-
1990-cı  və  müstəqillik  illəri  ədəbi  tənqidində  dərki‖ 
adlanır.  Həmçinin,  kitabda  rəsmi  materiallar,  yazıçının 
yaradıcılığının  qısa  biblioqrafiyası  və  s.  müxtəlif  tipli 
məlumatlar da oxuculara təqdim edilmişdir... 
Yığcam  şəkildə  xülasə  etsək,  ömrünün  sonuncu  ilinə 
(1996)  qədər  ardıcıl  şəkildə  yaradıcılıqla  məşğul  olan 
İlyas  Əfəndiyevin  ədəbi-bədii  fəaliyyəti  ümummilli 
ədəbi-mədəni  hərəkat  məcrasında  araşdırılmış,  onun 
bədii-estetik 
düşüncə  orijinallığı,  fərdi  dil-üslub 
xüsusiyyətləri,  dramaturgiya  axtarışları  ədəbi  tənqid 
tərəfindən  geniş  bir  şəkildə,  müxtəlif  problemlərə  uyğun 
bir tərzdə necə şərh olunması aşkarlanmışdır.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
227 
 İlyas  Əfəndiyevin  yaradıcılığının  tənqiddə  şərhi 
tarixinə  nəzər  salarkən,  tanınmış  xalq  yazıçısı,  ədibin 
oğlu, tənqidçi-ədəbiyyatşünas,  filologiya  elmlər doktoru, 
professor  Elçin  olduqca  maraqlı  faktları  diqətə  çatdırır: 
―Cəfər  Cəfərov  və  Məmməd  Cəfər,  Əli  Vəliyev  və 
Osman  Sarıvəlli,  Cəfər  Xəndan  və  Əli  Sultanlı,  Mehdi 
Məmmədov  və  Əkbər  Ağayev,  Firudin  Hüseynov  və 
Əzizə Cəfərzadə, Abbas Zamanov və Orucəli Həsənov və 
bir  çox  başqaları  kimi  tamamilə  müxtəlif,  bir-birindən 
fərqli  qələm  sahibləri,  sonrakı  ədəbi  nəsillərin  Bəxtiyar 
Vahabzadə və İsmayıl Şıxlı, Bayram Bayramov və Bəkir 
Nəbiyev,  Məsud  Əlioğlu  və  Qulu  Xəlilov,  Cəlal 
Məmmədov  və  Əhəd  Hüseynov  kimi  və  bir  çox  başqa 
nümayəndələri, daha sonralar Xəlil Rza Ulutürk və Yaşar 
Qarayev,  Seyfulla  Əsədullayev  və  Təhsin  Mütəllimov, 
Şamil  Salmanov  və  Arif  Səfiyev,  Gülrux  Əlibəyli  və 
İnqilab  Kərimov,  Çingiz  Hüseynov  və  İslam  İbrahimov, 
Arif  Hacıyev  və  Abbas  Hacıyev,  daha  sonralar  Aydın 
Məmmədov və Vilayət Quliyev, Kamil Vəliyev və İlham 
Rəhimli,  Nizaməddin  Şəmsizadə  və  Məryəm  Əlizadə, 
Akif  Hüseynov  və  Vaqif  Yusifli,  уеnə  də  bir  çox 
başqaları  dəfələrlə  İlyas  Əfəndiyev  yaradıcılığına 
müraciət etmiş və bu yaradıcılıq Azərbaycan xalqının XX 
əsrdəki 
tarixi 
və 
taleyi 
kontekstində 
yüksək 
qiymətləndirilmişdir.‖ 
 İlyas  Əfəndiyevin  sağlığında  Yəhya  Seyidov,  Yaqub 
İsmayılov, Aida Salahova, Yaşar Qarayev onun haqqında 
beş  elmi  monografiya  yazıb  nəşr  etdirmiş,  XX  əsr 
Azərbaycan  nəsri  və  dramaturgiyasının,  Azərbaycan 
ədəbi dilinin, Azərbaycan teatr sənətinin inkişafında İlyas 
Əfəndiyev  yaradıcılığının  rolunu  və  bədii-estetik 
xüsusiyyətlərini təhlil və tədqiq etmişlər.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
228 
 Həmçinin  İlyas  Əfəndiyevin  yaradıcılığı  haqqında 
maraqlı  və  dəyərli  dissertasiyalar  müdafiə  olunmuşdur. 
Biz qüvvəmiz və imkanımız çatan dərəcədə çalışmışıq ki, 
tarixi-xronoloji ardıcıllıqla İlyas Əfəndiyev yaradıcılığını 
bu  materiallar  əsasında  izləyək  və  ədəbi  tənqidin, 
ədəbiyyatşünaslığın  bu  böyük  sənətkara  ədəbi-estetik, 
elmi-nəzəri  münasibəti  haqqında  müəyyən  təsəvvür 
yaradaq.  
Onu  da  bildiririk  ki,  müasir  dövr  (XX-XXI  əsr) 
Azərbaycan 
klassiklərinin, 
ədəbiyyat 
və 
sənət 
adamlarının, 
ictimai 
xadimlərinin, 
tənqidçi 
və 
ədəbiyyatşünasların  İlyas  Əfəndiyev  şəxsiyyətinə  və 
yaradıcılığına  münasibətlərini,  fikir  və  mülahizələrini, 
ədəbi-estetik  qənaətlərini,  tədqiqatlarının  nəticələrini, 
hiss və duyğularını tədqiqatımız boyu şərh etdiyimizdən, 
qiymətləndirdiyimizdən, 
onlara 
əsaslandığımızdan, 
tədqiqatın  prinsiplərinə  uyğun  tərzdə  onlardan  iqtibaslar 
etdiyimizdən,  biz  haradasa  onları  da  bu  kitaba 
həmmüəllif  hesab  edir,  dünyasını  dəyişənlərin  ruhları 
qarşısında baş əyir, yaşayanlara isə təşəkkür edirik. 
―Nəticə‖də  bir  mühüm  faktı  da  nəzərə  çatdırmaq 
istərdik. 
Məlumdur  ki,  İlyas  Əfəndiyevin  sağlığında  Azər-
baycan  dilində  dörd  dəfə  «Seçilmiş  əsərlər»i  nəşr 
olunmuşdu:  bir  cildliyi  (Bakı,  «Azərnəşr»,  1959),  iki 
cildliyi  (Bakı,  «Azərnəşr»,  1-ci  cild  –  1964,  2-ci  cild  – 
1965), dörd cildliyi (Bakı, «Azərnəşr», 1-ci cild – 1969, 
2-ci  cild  –  1970,  3-4-cü  cildlər  –  1973)  və  nəhayət,  altı 
cildliyi (Bakı, «Yazıçı», 1984). 
Təxminən  250  çap  vərəqi  həcmində  olan  yeddi 
cildlikdə  (Bakı,  «Çinar-Çap»,  2002)  İlyas  Əfəndiyevin 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə