Xəbər bülleteni №21


ANS haqda qərar icra olunmadı



Yüklə 0,58 Mb.
səhifə10/28
tarix14.02.2018
ölçüsü0,58 Mb.
#26991
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

ANS haqda qərar icra olunmadı


25.01.2016

Milli Televiziya və Radio Şurası ANS televiziyasının “Hesabat” proqramının yayımının 1 ay müddətinə dayandırılması haqda qərarını təxirə salıb.

Şura “Hesabat”ın yayımının 1 aylığa dayandırılması haqda qərarını yanvarın 22-də çıxarmışdı. Qərarın icrasının dayandırıldığı isə yanvarın 23-də elan olunub.

Yanvarın 24-də “Hesabat” proqramı efirə çıxıb.

“Hesabat” analitik-informasiya proqramıdır. Aparıcısı ANS-in rəhbərlərindən olan jurnalist Mirşahin Ağayevdir.

Dünya birjalarında neftin qiyməti


25.01.2016

Dünya birjalarında neft bahalaşmaqda davam edib.

Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 0,47 dollar bahalaşaraq 32,60 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,67 dollar artaraq 32,77 dollar olub.

Xəbəri AZƏRTAC yayıb.


Gəncəbank”ın lisenziyası ləğv edilib


25.01.2016

gencebank 1“Gəncəbank” Açıq Səhmdar Cəmiyyətinin bank lisenziyası ləğv edilib. Bu haqda qərarı Mərkəzi Bankın İdarə Heyəti yanvarın 22-də çıxarıb.

Qərara əsasən, “Gəncəbank” ASC məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə lisenziyadan məhrum olunub.

“Banklar haqqında” qanuna uyğun olaraq yanvarın 25-dən banka müvəqqəti inzibatçı təyin edilib.

Mərkəzi Bank bildirir ki, “Gəncəbank” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə kompensasiyaların ödənişi həyata keçiriləcək.


Dolların kursunda yüksəliş


25.01.2016

dollar 01Yanvarın 25-də Mərkəzi Bank manatın dollara məzənnəsini endirib. Transparency.az bildirir ki, rəsmi kursla 1 dollar 1,6028 manatdan 1,6054 manata qalxıb. 1,6028 manat qiyməti yanvarın 19-da müəyyən edilmişdi.

1 avronun rəsmi qiyməti isə yanvarın 22-si ilə müqayisədə 1,7365 manatdan 1,7356 manata enib (Tam siyahı).


Dövlət Sosial Müdafiə Fondu müraciət hesabatı verdi


25.01.2016

dsmf binaDövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorunun məlumatına görə, 2015-ci il ərzində 190 — “Mərkəzi Çağrı Sistemi” 147 027 müraciəti cavablandırıb. Müraciətlərin 21 345-i elektron xidmətlər, 6 818-i fərdi uçot, 21 364-ü əmək pensiyaları, 17 644-ü məcburi dövlət sosial sığorta haqqı məsələlərini əhatə edib.

17 740 müraciət isə pensiyaların avtomatlaşdırılmış təyinatı ilə bağlı olub. Pensiya yaşına çatmış vətəndaşa 190-a zəng etməklə və yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini təqdim etməklə real vaxt çərçivəsində pensiya təyin edilməsi həyata keçirilir. Vətəndaş pensiyasının məbləği, plastik pensiya kartını alacağı bank şöbəsinin ünvanı haqqında məlumatı dərhal əldə edir. Bütün proses cəmi bir neçə dəqiqə vaxt aparır.

Rəsmi məlumata əsasən, DSMF-nin Çağrı Mərkəzi universal telefon məlumat xidmətinə inteqrasiya olunub və hazırda bu məlumat xidməti üzərindən zəng vuran sahibkarlara məcburi dövlət sosial sığortası və elektron xidmət bölmələri üzrə telefon məlumat xidməti göstərilməsi həyata keçirilir.

Portuqaliyada yeni prezident


25.01.2016

marselu 1
Portuqaliyada yanvarın 24-də keçirilmiş prezident seçkisinin ilkin nəticələrinə görə, Marselu Rebelu di Soza qalib gəlib. Novator.az xəbər verir ki, Marselu Rebelu di Soza səslərin 52%-ni qazanıb. Onun ən yaxın rəqibi Antonio Sampayu da Novua seçicilərin 23%-nin dəstəyini alıb.

Sol blokun namizədi Marisa Matias 10%-dən bir az artıq səs qazanaraq üçüncü yerdə qərar tutub.


Büdcədə nələr dəyişəcək?


25.01.2016

samir sherifov 12016-cı ilin dövlət büdcəsinə dəyişikliklər zamanı neftin qiyməti bir barrel üzrə 25 ABŞ dolları səviyyəsində götürülə bilər. AZƏRTAC xəbər verir ki, maliyyə naziri Samir Şərifov ANS-ə müsahibəsində belə deyib. O qeyd edib ki, 2016-cı ilin dövlət büdcəsi və icmal büdcənin gəlirləri hesablanan zaman neftin qiyməti bir barrelə görə 50 dollar səviyyəsində götürülüb: “Hazırda isə biz 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı əsas kimi bir barrel üzrə 25 ABŞ dolları səviyyəsini götürmək istəyirik”.

Maliyyə naziri əlavə edib ki, ötən ilin dekabrında manatın növbəti ucuzlaşması dövlət büdcəsi xərclərində də bir sıra dəyişikliklərə zərurət yaradır: “Söhbət ilk növbədə bizim xarici valyutada ifadə olunan xərclərdən gedir. Yəni biz xarici borclara xidmət edilməsi ilə bağlı xərcləri, xaricdəki diplomatik nümayəndəliklərimizin xərcləri, beynəlxalq təşkilatlara olan üzvlük haqlarımız və xarici valyutada ifadə olunmuş buna bənzər öhdəliklərimizi yeni reallığa uyğun olaraq manat-dollar məzənnəsi nəzərə alınmaqla dövlət büdcəsində əks etdirməliyik. Bizim manat ifadəsində dövlət büdcəsində təsdiq etdiyimiz səviyyələr bunun üçün kifayət deyil. Məhz buna görə biz büdcədə əlavə xərclər nəzərdə tutmalıyıq. Bunun üçün müvafiq maliyyə təminatı yaratmalıyıq.

Digər tərəfdən manatın devalvasiyası ilə əlaqədar müəyyən inflyasiya təzyiqləri, bəzi qiymətlərin artması və başqa amillər mövcuddur. Bunların əhalinin ən həssas qruplarına mənfi təsirinin yumşaldılması məqsədilə dövlət müəyyən tədbirlər görür. Dövlət başçısı bir sıra sərəncamlar imzalayıb. Bunların bir hissəsi təqaüdçülərin sosial müdafiəsinin gücləndirilməsinə, digərləri isə əmək haqlarının artımına yönəlib. Bir sıra yeni sərəncamların da imzalanması gözlənir. Bunlar da əsasən sosial sahəyə yönələcək. Burada işsizlik müavinətlərinin artırılması, ünvanlı sosial yardıma əlavə vəsaitin dövlət büdcəsindən ayrılması, müəyyən müvafiq sosial müavinətlərin artırılması, tələbələrin təqaüdlərinin artırılması nəzərdə tutulub. Bütün bu artımların edilməsi üçün də dövlət büdcəsində vəsait olmalıdır. Çünki təsdiq olunmuş büdcədə bu vəsait mövcud deyil. Bu artımların maliyyə təminatının yaradılmasına da yenidən baxılacaq və bu, dövlət büdcəsində öz əksini tapmalıdır. Dövlət büdcəsində bu məqsədlərə 1 milyard manatdan çox vəsaitin ayrılması nəzərdə tutulur”.

Maliyyə naziri deyib ki, dövlət büdcəsinə yenidən baxılmasının digər səbəbi nəzərdə tutulan bəzi gəlir mənbələrindən daha az gəlir əldə ediləcəyi ilə bağlıdır: “Azərbaycanda fəaliyyət göstərən beynəlxalq neft konsorsiumları dövlət büdcəsinə mənfəət vergisi ödəyirlər. Bu vergi onların əsas fəaliyyət sahəsi olan neft-qaz sektorundan asılıdır. Bu sahədə də vəziyyət artıq məlumdur. Bununla əlaqədar müxtəlif proqnozlar var ki, qiymət bir qədər də aşağı ola bilər. Amma ilin ikinci yarısında qiymətin artması ilə bağlı proqnozlar da var. Bununla əlaqədar bizim neft sektorundan gəlirlərimiz azalacaq. Bu gəlirlərin bir qismi xarici valyutada olduğuna görə yumşalır. Ona görə ki, xarici valyutanın məzənnəsi artıb. Manat ifadəsində biz daha çox manat əldə edəcəyik. Buna baxmayaraq biz beynəlxalq konsorsiumlardan və SOCAR-dan 200 milyon manat az vəsaitin daxil olmasını proqnozlaşdırırıq”.

Nazir Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi xətti ilə toplanan daxilolmalara da yenidən baxıldığını bildirib: “Bu ilk növbədə manatın məzənnəsini dəyişməsi ilə bağlıdır. Çünki bəzi mallar ölkəyə xarici valyutada idxal edilir. Bunların manatda ifadəsi daha yüksək olduğuna görə daha çox gəlir əldə oluna bilər. Eyni zamanda hesab edirik ki, manatın devalvasiyası Vergilər Nazirliyi xətti ilə daxilolmalarda müəyyən inflyasiya yaradacaq. İqtisadiyyat Nazirliyinin yenilənmiş sosial-iqtisadi proqnozunda inflyasiya 10-12 faiz səviyyəsində götürülüb. Ona görə bunu da nəzərə almaqla hesab edirik ki, vergilər sahəsində də inflyasiya hesabına oxşar əlavə gəlirlər əldə oluna bilər”.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə